|
|
səhifə | 17/83 | tarix | 07.01.2022 | ölçüsü | 341,27 Kb. | | #84650 |
| Vahid: (imzalayır) İmzaladım. (cibindən kağız çıxarıb imzalayır) Bu də qəbz. Başqa nə lazımdır?
Murad: (gülür) Uzun ömür, can sağlığı! Hə, Zaman. Gedə bilərsən. Allah köməyin olsun.
Zaman: Çox sağ ol. Mən çıxana qədər evdən muğayat ol.
Tibb bacısı Zamanı cərrahiyə şöbəsinə aparır.
Murad: (Esmeraldaya baxır) Deyirəm, bəlkə bir çay içək!? Bu əməliyyat uzun çəkər. Burda qalıb gözləməyəcəyik ki... Çaylar məndən. Nə deyirsiz?
Vahid: Düzü, pis olmaz. Hə, xanımlar, nə deyirsiz?
Narın: Mən də dərman atmalıyam. Həyəcandan təzyiqim qalxıb.
Murad: Onda gedək...
Murad, Vahid, Narın və Esmeralda gedirlər. Həkim cərrahiyə otağına doğru addımlayır. Bu vaxt Qoca Zaman onun ardıyca gəlir.
Qoca Zaman: Dayanın! Doktor, dayanın.
Həkim: Nə baş verir?
Qoca Zaman: Doktor, çox xahiş edirəm, iki dəqiqə mənimlə boş otaqlardan birinə keçə bilərik? Sizə çox vacib bir söz deməliyəm.
Dostları ilə paylaş: |
|
|