Zaman:(gülür) Dərslərdən qaçmağın axırı budur da. Ay axmaq, hər adamda iki böyrək olur da.
Murad: Orasını bilmirəm. İstəyirsən sən də gəl sabah mənimlə. Birdən mənimki uyğun olmaz, səndə uyğun olar. Heç olmasa birimiz qurtularıq bu səfalətdən.
Zaman: Mən orqan mafiyasıyam?
Murad: Süddən çıxmış ağ qaşıq! Günahsız mələk! Gicbəsər! Bir fikirləş də. Əgər böyrəyin uyğun gəlsə yaxşı pul alarsan. Onun puluna da biznes qurarsan. Demirsən ki, alim olmaq istəyirsən? A kişi, pul olandan sonra alim olmağa nə var ki? Elmlər doktorunun qiyməti on-onbeş mindir.