Murad:(xatırlayır) Düz deyir. O, cadugərdir. Mən ona dəyə bilmərəm. Qələt edərəm. Yer-göy bir ola.
Zaman: Mən nə işə düşmüşəm!?
Qoca Zaman: Sənin başqa çıxış yolun yoxdur. Onların pulunu qaytar və onlarla sağollaş.
Zaman: Niyə yoxdur? Var axı. Mən özümü toplayıb, Vahidlə danışacağam. Deyəcəyəm ki, evlənmək istəmirəm. Rayonda sevdiyim qız var. Vəssalam. Nə məcburdur?
Qoca Zaman:Elə bilirsən ki, qurtulacaqsan? Sənin bunların planlarından xəbərin yoxdur! Sənə elə tor qurublar ki, yeddi arxa dönəninə od qoyacaqlar...
Esmeralda:(çantasından lezva çıxarır və biləyinə qoyur) Bunu sən istədin, qoca! İndicə damarlarımı kəsəcəyəm. Sonra da deyəcəyəm ki, sən məni intihar həddinə çatdırmısan. Aşağısı beş il girəcəksən içəri. Bu dəqiqə burdan getməsən...
Murad: Esmeralda, neyləyirsən?
Esmeralda: Bu qocanı çıxarın burdan. And olsun bütün müqəddəslərə, özümü doğram-doğram edərəm.