Dilbər:Baban öləndə vəsiyyət etdi ki, səni tapım və sən mənə ömrümün axırınacan baxasan. Mən də öləndə mirası sənə verim.
Murad: Yəni siz ölənə qədər miras Zamana çatmayacaq?
Dilbər: Əgər kişinin vəsiyyətini yerinə yetirməsəm iki əli yaxamda olar. Onun fikri mənim yanımdadır. Həmişə deyirdi ki, ölsə mənə kim baxar? Kimin çiynində gedərəm məzara?
Zaman: Bu nə həyasızlıqdır!? Bu vaxta qədər siz mənə baxdınız ki, indi mən sizə baxım?
Murad: Zaman haqlıdır. Amma nə etmək olar? Nənədir. Öz qanından, öz canından. Atmaq olmaz ki. Zaman, onlar bir səhv ediblər. Sən də eyni səhvi etmə.