|
|
səhifə | 6/83 | tarix | 07.01.2022 | ölçüsü | 341,27 Kb. | | #84650 |
| Qoca Zaman: (duruxur) Heç... Cihazları gördüm, təxmin etdim. O da ki, düz çıxdı.
Murad: Dönərlər soyudu...
Zaman: Borcumuz nə qədərdir?
Qoca Zaman: Üç manat.
Zaman: (cibindən pul çıxarıb Qoca Zamana uzadır) Buyurun.
Qoca Zaman: Bağışlayın, bir stəkan su verə bilərsiz? Yaman susamışam.
Zaman: Hə, əlbəttə. (mətbəxə gedir)
Qoca Zaman cihazlara diqqətlə baxır. Bəzilərini qurdalayır.
Murad: Dayı, neyləyirsən?
Qoca Zaman: Heç. Maraqlı gəldi, əcəb işdir!
Murad: Onlara toxunma. Evi partladarsan.
Qoca Zaman: Yox, narahat olma. Fizikadan yaxşı başım çıxır.
Murad: Olmaya sən də dahi kuryerlərdənsən?
Zaman: (su gətirir) Buyurun.
Murad: Zaman, bax, dayı deyir ki, fizikadan yaxşı anlayır.
Zaman: Doğrudan? Ali təhsiliniz var?
Qoca Zaman: Əlbəttə. Fizika və elektroenergetikanı bitirmişəm.
Zaman: Eyni ixtisas! Neçənci illərdə oxumusuz?
Qoca Zaman: 2011-2015. (su içir)
Zaman: Nə? Bağışlayın, sizin neçə yaşınız var?
Qoca Zaman: 57.
Zaman: Bəs necə olur ki, 2015-də universitet bitirirsiz? İndi 2017-ci ildir e. Əlli beş yaşında universitet bitirərlər?
Qoca Zaman: 2015? Kim dedi ki, mən 2015-də bitirmişəm?
Zaman: Siz özünüz dediniz. Murad, bəlkə mən səhv eşitdim?!
Dostları ilə paylaş: |
|
|