Narın: Güya Esmeralda pul alsa sənə verəcək? Eh! Ay verdi a.
Vahid: Esmeraldaya güvənən kimdir? Bəs Dilbəri nə üçün soxmuşam ora!? Dilbər yavaş-yavaş pul çəkəcək Zamandan, biz dolanarıq. Qalanı da qalar Esmeraldaya.
Narın: Bu günahın altından necə çıxacağıq, bilmirəm. Hər dəfə sənə uyub bu çirkin işlərə şərik oluram. Amma bir Allah bilir ki, necə vicdan əzabı çəkirəm. Zaman bizə nə pislik edib, hə? Adam oğlumuza öz böyrəyini verdi e. Biz neylədik? Ona tələ qurduq.
Vahid: Gözümüzə qaşımıza aşiq olub böyrək vermədi ki. Pulu ilə verdi də.
Narın: Yaxşı bəs niyə sən o pulu geri almaq istəyirsən? Bir böyrəklə yaşayır o cavan. Bu gün sabah o biri böyrəyinə nəsə olsa gərək həkimə gedə, dərman ala.