Mehdi:(biraz sükutdan sonra) Bəs bu oğlanın evi hardadır?
Narın: Kimin?
Mehdi: Mənə böyrəyini verən oğlanın.
Vahid: Neyləyirsən onun evini?
Mehdi: Gedib təşəkkür edəcəyəm.
Vahid: Onsuz da axşamüstü bura gələcəklər. Onda təşəkkürünü edərsən.
Mehdi: Yox, mən özüm onun ayağına gedəcəyəm. Həyatımı xilas edən adama bunu borcluyam.
Vahid: Bunun da vicdan damarı tutub e. Heç bir yana getmirsən. Mən burda çox qalsam əlimdən bir xəta çıxar. Narın, bunu bir yana buraxma. (hirslə çıxır)
Mehdi: Ana, mənə o oğlanın ünvanını ver.
Narın: Atanı eşitdin axı, ay oğlum. Sonra ikimizə də toy tutar.
Mehdi: Heç bir şey edə bilməz. Əgər məni zərrə qədər istəyirsənsə, o oğlanın ünvanını ver.
Narın: O nə sözdür, anan qurban?! (siyirmədən qələm kağız götürüb yazır) Al. Get. Sən yaxşı oğlansan, Mehdi. Amma qurbanın olum, hirslənmə. Sənə əsəb olmaz.