|
Murad: Mən də elə eşitdim.
Qoca Zaman
|
səhifə | 7/83 | tarix | 07.01.2022 | ölçüsü | 341,27 Kb. | | #84650 |
| Murad: Mən də elə eşitdim.
Qoca Zaman: Yox, 80-ci illərdə dedim. Suya görə çox sağ olun.
Zaman: Nuş!
Qoca Zaman: Hə... Belə... (masanın yanında stulda əyləşir)
Murad: (qəhqəhə çəkib gülür) Dayıcan, dönər istəmirsən?
Qoca Zaman: Düzü, acmışam. Heç pis olmazdı.
Murad: Xaxaxaayy! Özüm ölüm, kişi məzədir başdan ayağa! Gəl, birlikdə yeyək.
Murad dönəri yarıdan bölüb Qoca Zamana uzadır. Zaman təəccüblə Qoca Zamana baxır.
Zaman: Amma mənim iş masamdan dursanız, məmnun olaram. Bağışlayın, burda oturmağa heç kəsə icazə vermirəm.
Qoca Zaman: Hə, anlayıram. Üzürlü sayın. (qalxıb divanda oturur) Dostlar, sabah bir planınız varmı?
Murad: Var. Nə idi ki?
Qoca Zaman: Bilmək olar nə plandır?
Murad: Soruşmaq ayıb olmasın, neyləyəcəksiz?
Qoca Zaman: Deyəcəkdim əgər işiniz vacib deyilsə, sizi bir çay süfrəsinə qonaq edərdim.
Dostları ilə paylaş: |
|
|