Qoca Zaman: Qoca kaftar? Dünən gecə elə demirdin amma.
Zaman: Dünən gecə? Nə olub dünən gecə?
Murad: Eh… Nələr olmayıb ki!?
Dilbər: Mən yuxudan ayılanda bu qocanı iş başında yaxaladım. O mənim çantamdan qızılları götürüb, amma harada gizlədib, bilmirəm.
Qoca Zaman:O yalan deyir. Daha doğrusu, düz deyir, amma indi yalan deyir. Əşi…. Heç özüm də bilmirəm. Uşaqlar, məsələni izah edin.
Murad: Hansı məsələni?
Qoca Zaman: Bu arvada deyin də qızılları götürdüyünüzü. Nə etdiyinizi deyin.
Zaman: Hə… Bir dəqiqə…
Murad: (Zamanın böyrünə vurur) Nə danışırsan, a kişi? Biz oğru zadıq? Biz heç kəsin qızılını götürməmişik. Dilbər nənə deyir ki, səni görüb qızılları götürəndə. Sən də bizə böhtan atırsan?