Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi



Yüklə 341,27 Kb.
səhifə74/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   70   71   72   73   74   75   76   77   ...   83
Qoca Zaman: (hirsli-hirsli Murada yaxınlaşır) Murad, mən səninçün bu sadəlövh, axmaq Zaman deyiləm e. Məni tora salmaq istəyirsən? Hə, tutaq ki, mən oğurlamışam. Nə edəcək bu arvad mənə? Yəni mən o günə qalmışam ki, bu arvaddan qorxum?

Dilbər: Düz deyir. Qorxan adam da mənim qızılımı oğurlayar? Amma mənə də Dilbər deyərlər, sənə bir toy tutum ki, el-aləm tamaşana dursun.

Qoca Zaman: Əlindən gələni arxana qoyma. Onsuz da indi hər şey aydınlığa çıxacaq. (qapı döyülür) Budur. İndi hamı biləcək ki, nə var, nə yox.

Murad qapını açır. Mehdi içəri girir.

Mehdi: Zaman burda yaşayır?

Zaman: Mənəm. Buyurun.

Mehdi: Məni tanıdınız?

Zaman: Yox, bağışlayın, tanımadım.

Mehdi: Mənimki də sualdır da. Hardan tanıyacaqsız? Biz heç bircə dəfə də görüşməmişik.

Zaman: Bağışlayın, mən heç bir şey anlamadım.

Mehdi: Mən sizin böyrəyiniz sayəsində yaşayıram. Adım Mehdidir. Siz mənə öz böyrəyinizi vermisiz.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin