Mehdi: Üzr istəməyin. Burda üzr istəməli biri varsa o da mənəm. Bütün bunlar mənə görə başınıza gəlib. Amma vicdanıma and olsun ki, bunları da mən bu gün öyrənmişəm.
Murad: Vahidin oğlunun vicdan andına nə qədər inanmaq olar ki?
Qoca Zaman:Yox, o, haqlıdır. Onun and içilməli vicdanı var. Nə deyirsə, doğru deyir.
Zaman: Siz nəyi bilirsiz ki?
Mehdi: Atamın sizə qurduğu planı. Sizə verdiyi pulu geri almaq istədiyini. Bunun üçün Dilbəri də sizin aranıza salması.
Zaman: Dilbəri? Yəni mənim nənəmi.
Qoca Zaman: (gülür) Ay axmaq! Qulaq as…
Mehdi: O, sizin nəniz deyil ki. Atamın adamıdır. Göndərib ki, pulunu geri alsın.