Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi


Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazdan çıxır



Yüklə 341,27 Kb.
səhifə82/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   75   76   77   78   79   80   81   82   83
Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazdan çıxır.

Qoca Zaman: Keçmişi dəyişmək olmur. Keçmiş dəyişilmir! (Ovucunu alnına döyəcləyib var-gəl edir) İndi məni hamı ələ salacaq! Məni məsxərəyə qoyacaqlar! (düşünür) Amma mən buna peşman deyiləm. Bunun özü də bir isbatdır. Mən keçmişin dəyişməz olduğunu sübut etdim. İnsan nə kəşf edərsə etsin, əlində hansı texnika olursa olsun, keçmişi dəyişə bilməz.

Müxtəlif növ zaman maşınları icad olunsa da, insan işıq sürətinə yaxınlaşan maşınlar kəşf etsə də, bütün qalaktikaları fəth etsə də keçmişi dəyişə bilməyəcək. Hər şey bizdən çox-çox ali bir şüur tərəfindən müəyyən edilib və onu dəyişməyə qadir deyilik. Hər şey bizdən əvvəl ölçülüb, biçilib və o nizamı pozmağa gücümüz yetməz.

Biz dünyanın ən ali məxluqlarıyıq. Amma mütləq ki, bizdən də çox-çox ali bir şüur var və bütün bunlar onun nizam-intizamıdır. Adına nə deyirsiz deyin, ona nə cür ibadət edirsiz edin, ondan nə diləyirsiz diləyin, o, hər zaman və hər yerdədir. O, təmənna güdməz, təmənna ummaz və əlbəttə, onun mütləq ali bir məqsədi var.

Baxın… Mən istədim keçmişi dəyişim, amma gəldiyim nəticə bu oldu. Siz cəhd etsəniz, siz də eyni nəticəyə gələcəksiniz. İndi yəqin ki, siz o insanların sonrakı taleyi haqqında düşünürsünüz. Mən sizə danışım…

Dilbər iki il sonra qocalar evində öldü. Onu Mehdi qocalar evinə yerləşdirmişdi. Arada ona baş çəkir, səhhəti ilə maraqlanırdı. Heç çox keçmədi ki, Vahid də öldü. O, kiminsə fırıldağına tuş gəlmişdi və bunu öyrənəndə ürəyi partlamışdı. Mehdi işləyib anasına və bacısına baxırdı. Amma Vahidin ölümündən sonra Esmeralda çox sarsılmışdı. O, uzun müddət özünə gələ bilmədi. Sonra Narın xanım da öldü. İndi o insanlardan Esmeralda, Mehdi, Murad və mən qalmışıq. Murad bir müddət burada işlədi, sonra isə xaricdən bir qızla tanış oldu və onun yanına getdi. Arada əlaqə saxlayırıq. O, Yunanıstandadır. Mehdi daş karxanasında işləyir. O, karxananın elektrik mühəndisidir. Esmeralda isə… (qapı döyülür) Deyəsən, gəldi.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin