VALİDEYNLƏRLƏ İŞ
Məqsəd:
-ailələrin təhsil və tərbiyə funksiyalarını gücləndirmək;
-valideynlərin məktəbin təlim tərbiyə prosesinə cəlb olunması;
-ailələrə psixo-pedaqoji yardım göstərmək;
-valideynləri XI sinif şagirdlərinin üzərinə düşən tələblərlə tanış etmək, şagirdlərin hüquqları və saglamlıgı haqqında valideynlərlə söhbətlər aparmaq;
-valideynlərdə şəxsiyyətin tərbiyə olunmasında onların üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi bacarıqlarını formalaşdırmaq;
-valideyn övlad münasibətlərinin qarşılıqlı hörmət və etibar üzərində qurulmasına çalışmaq;
-sinfin kollektiv işlərində valideynlərin köməyini təşkil etmək;
-valideynləri şagirdlərin təlim nəticələri ilə tanış etmək;
-valideynlərlə əlaqənin müxtəlif növlərini təşkil etmək (valideyn iclasları, valideyn komitəsinin yığıncaqları, evlərə baş çəkmək)
-valideynlərlə aşağıdakı suallar ətrafında sorğu aparmaq və çıxış yollarını müəyyənləşdirmək:
1) tətildən sonra şagird məktəbə necə adaptasiya olunub;
2) şagird dərs məşğələlərində tədris proqramından geri qalırmı, geri qalırsa bunu necə aradan qaldırmaq olar;
3) şagird ev tapşırıqlarını müntəzəm olaraq yerinə yetirirmi;
4) ev şəraiti şagirdin dərsə hazırlaşması üçün hr hansı bir problem yaradırmı;
5) şagirdin gün rejimi necə qurulub.
Dostları ilə paylaş: |