Zaqatala rayon mamrux


Şagirdin Pedaqoji-psixoloji xarakteristikası



Yüklə 489,08 Kb.
səhifə19/24
tarix03.01.2022
ölçüsü489,08 Kb.
#51488
1   ...   16   17   18   19   20   21   22   23   24
5. Şagirdin Pedaqoji-psixoloji xarakteristikası: Şagird İsayeva Aysun Mehdi qızının fiziki inkişafı, saglamlıgı, sinir sisteminin aktivliyi normal səviyyədədir. Ailənin yaşayış səviyyəsi ortadır. Ailədə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək mühit mövcud deyildir..

İsayeva Aysunun fərdi keyfiyyətlərində müəllimlərin tapşırıqlarını yerinə yetirmək, keçirilən sinif və məktəb tədbirlərinin aktiv iştirakçısı olmaq halları üstünlük təşkil edir. Şagirdin iradi keyfiyyətlərində intizamlılıq, işgüzarlıq, özünü ələ almaq bacarıqları üstünlük təşkil edir. Xarakterin emosionallıgı yüksəkdir. Şagirdin əhvalında diribaşlıq, zirəklik nəzərə çarpır. Şagirdin əqli inkişafı normal səviyyədə izlənilir. Təlim prosesində izah olunan materialı mənimsəyir. Lakin, yaddaş zəifliyi oxuduqların tez bir zamanda unudulmasına gətirib çıxarır. Şagirdin xarakterində səmimiyyət, dostluq, qaygıkeşlik kimi xüsusiyyətlər aşkar edilmişdir. Ünsiyyətcildir. Nitq mədəniyyəti, sərbəst fikir söyləmək bacarıgı zəif inkişaf edir. Müəllimlərinə və rəfiqələrinə qarşı nəzakətli və həssasdır. Böyüklərə və yaşlılara hörmət edir. Pedqoji müşahidə nəticəsində temperament tipinin sanqvinik oldugu müəyyən edildi. Bu özünü şagirdin zirək və diribaşlıgında, tələskənliyində, hövsələsiz olmasında, maraqlarının qeyri sabit və davamlı olmamasında göstərir. İsayeva Aysun özünü sinfin ayrılmaz bir tərkib hissəsi oldugunu dərk edir. Öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Asudə vaxtını insanlar arasında, kollektivlərdə keçirməyi xoşlayır. Yad insanlarla asanlıqla ünsiyyət yaradır. Yeni situasiyaya tez alışır. Qərarlarında qeyri sabitlik mövcuddur.

Aysun fiziki və psixoloji cəhətdən normal şəkildə inkişaf edir, psixikada əhəmiyyətli bir gərginlik, mənfi dəyişiklik müşahidə olunmur. O, çalışqan, zirək, ətrafdakılarla münasibətdə xeyirxah, ədalətli, təvazökar, səmimidir.

Tövsiyyələr.

müəllimlərə:

-Təlim və tərbiyə proseslərində şagirdin fərdi əqli və psixoloji xüsusiyyətlərini nəzərə alaraq tapşırıqlar vermək; -Psixoloji dəstəkləmək, şagirdi ugur və qələbələrə inandırmaq;

valideynlərə: -Psixoloji dəstək vermək; -şagirdin mövcud çətinlikləri barədə onunla söhbətlər aparmaq, onların həll yollarını birgə müzakirə etmək; -uşagın maraqları, idealları, istək və arzularını nəzərə almaq, ifrat tənqid və təhqirə yol verməmək.

Sinif rəhbəri: S. Həsənov



Psixoloq: M. Həsənov


Yüklə 489,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin