5. Şagirdin Pedaqoji-psixoloji xarakteristikası: Şagird Ramazanov Elmir Elçin oglunun fiziki inkişafı, saglamlıgı, sinir sisteminin aktivliyi normal səviyyədədir. Ailənin yaşayış səviyyəsi ortadır. Ailədaxili münasibətlərdə, valideyn-övlad münasibətlərində xoşagəlməz hallar mövcud deyildir. Şagirdin ailə mühitində valideynlərin düzgün nəzarəti, şagirdə hərtərəfli dəstək, mənəvi stimullaşdırma və s kimi şəxsiyyətin formalaşmasında mühüm rol oynayan müsbət hallar mövcuddur.
Fərdi keyfiyyətlərində özünəməxsus arzu və idealları, maraq və meylləri, kollektiv və özünə diqqətliliyi vardır. Şagirdin iradi keyfiyyətlərində müstəqil fikir yürütmək qabiliyyəti, fəallıgı, təşəbbüskarlıgı, çətin situasiyalardan çevik yolla çıxa bilmək bacarıgı, intizamlılıgı, şüurllulugu yüksək səviyyədə oldugu müşahidə edilir. Xarakterin emosional tərəflərində qeyri-normal vəziyyət mövcud deyildir. Şagirdin əhvalında zirəklik, hər şeyi bilmək həvəsi nəzərə çarpır. Şagirdin əqli inkişafının imkanlarına nəzər yetirdikdə təlim prosesində izah olunan materialın normal qavranılması müşahidə olunur. Qərarların qəbul edilməsində və onların nəticələrinə görə məsuliyyətlidir. Sərbəst fikir söyləmə bacarıgı normal səviyyədədir. Fikrini sabit və yazılı şəkildə ifadə edir. Aparılmış diaqnostik metodlar nəticəsində şagirdin xarakterində dostluq, şən əhvallılıq, təvazökarlıq kimi xüsusiyyətlər aşkar edilmişdir. Onun davranışında təbiilik, dürüstlük kimi keyfiyyətlər özünü biruzə verir. Adatən şagirdin əhvalında nikbinlik, şən əhval ruhiyyə üstünlük təşkil edir. Sürətli əhval dəyişiklikləri nəzərə çarpmır. Nadir hallarda pessimist mövqedə olur. Prinsipiallıq, ədalətlilıik, dürüstlük, xeyirxahlıq kimi mənəvi keyfiyyətlər inkişaf etmiş və yüksək səviyyədə formalaşmışdır. Şagird yüksək ünsiyyət mədəniyyətinə sahibdir: O həmişə nəzakətli və həssasdır. valideynlərinə, müəllimlərinə və yaşlılara hörmət edir. Pedqoji müşahidə nəticəsində temperament tipinin xolerik oldugu müəyyən edildi. Bu özünü şagirdin tez-tez ucadan danışmasında, ifadəli sifətə sahib olmasında, maraqlarının sabit və davamlı olmasında, çətinlik meydana cıxdıqda özünü itirməməsində və böyük enerji ilə onu aradan qaldırmağa çalışmasında göstərir. Onun əhatə dairəsində oldugu və qarşılıqlı münasibət qurdugu insanlara hər zaman qaygı göstərməyə, onlara dəstək olmaga çalışır. Sinif yoldaşlarının, dostlarının düşdüyü çətin vəziyyətdə onlara kömək etməyə çalışır. Yad insanlarla ünsiyyət qurmagı xoşlayır, lakin bunu asanlıqla edə bilmir. Yeni insanlarla tanış olduqda utanclıq göstərir. Yad insanlarla münasibətində dostluq, optimist mövqedə olur. Müəyyən situasiyalarda ilkin reaksiya vermək, hövsələsizlik, tələskənlik halları baş verir. Tənhalıqda özünü narahat hiss edir, daha çox vaxtını insanlar arasında, kollektivlərdə keçirməyi xoşlayır. Qrupun, kollektivin qərarlarına qarşı çıxmagı xoşlamır. Kollektivdə qınaq obyekti olması, ittiham olunması onun üçün yolverilməzdir. Özünü sinif kollektivinin ayrılmaz bir hissəsi oldugunu dərk edir. Qapalı xarakterə sahib deyil. Liderlik xüsusiyyətinə sahibdir. Qərarlarını kollektivə diktə etməyə cəhdlər göstərir. Elmirlə əməkdaşlıq etmək, müzakirə etmək asandır, onu uzun müddət inandırmaq lazım gəlmir.
Şəxsiyyət və ya fərd olaraq Elmir normal şəkildə inkişaf edir, psixikada əhəmiyyətli bir gərginlik, mənfi dəyişiklik müşahidə olunmur. Valideynləri ona dogru tərbiyə, valideyn sevgisi və qaygı göstərməyə çalışırlar. O, əhatə dairəsində oldugu insanlara qarşı xeyirxah, ədalətli, təvazökar, səmimidir. Şagirdin xarici gərginliyi emosional-qeyri stabilliklə müşayiət olunur. Stersli vəziyyətlə əlaqədar olan aktivlik, davranış tempi situasiyaya görə dəyişilə bilər.
Tövsiyyələr.
müəllimlərə:
-şagirdin fəallıgını, qavrama qabiliyyətini nəzərə alaraq daha çox tapşırıqlar vermək, yaradıcı işlər, təqdimatlar tapşırmaq; -mənimsəmə qabiliyyətinin yüksək oldugunu, təlim materialının qavranılmasında heç bir çətinlik çəkmədiyini nəzərə alaraq zəif oxuyan şagirlərə kömək göstərməsini tapşırmaq; -şagirdin bəzi məqamlarda tərəddüd etməsini, potensial imkanlarını lazımi səviyyədə nümayiş etdirə bilməməsini nəzərə alaraq müəllimlər onun ugurlarını yaxşı sözlərlə dəyərləndirməli; - özünəinam, özünütəsdiqetmə üçün stimullaşdırıcı metodlardan istifadə etmək.
valideynlərə:
-Şagirdin müxtəlif fəaliyyətlərlə məşğul olmaq (rəsm çəkmək, kompüter proqramlarında işləmək, idmanla məşgul olmaq, və s) istəyini dəstəkləyin; -şagirdin gələcək planları mövzusunda söhbət aparmaq, kim olmaq istərdin, bunun üçün nə etmək lazımdır sualları ətrafında müzakirə aparmaq; -uşagın maraqları, idealları, istək və arzularını nəzərə almaq, ifrat tənqid və təhqirə yol verməmək.
Sinif rəhbəri: S. Həsənov
Psixoloq: M. Həsənov
Dostları ilə paylaş: |