Zaqatala rayon mamrux


İl ərzində gündəlik fəaliyyətim



Yüklə 489,08 Kb.
səhifə2/6
tarix25.10.2017
ölçüsü489,08 Kb.
#12569
1   2   3   4   5   6

İl ərzində gündəlik fəaliyyətim


Tarix

Görülən işlər

I Həftə ( 25 avqust – 27 avqust )

25 avqust 2017 cı il

Şagirdlər haqqında məlumat hazırladım. Yeni tədris ilində sinifdə oxuyacaq şagirdlərin dəqiq siyahısını tərtib etdim.

26 avqust 2017 cı il

Şagirdlərin məktəbli forması ilə təmin olunması barədə valideynlərə lazım olan məlumatı verdim.









II Həftə ( 28 avqust -03 sentyabr )

28 avqust 2017 ci il

Şagirdlərin dərsliklərlə təmin oluması ilə baglı kitabxanaçı, şagirdlər və valideynlərlə söhbət apardım. Dərsliklərlə şagirdlər heç bir çətinlik olmadan təmin olundular.

29 avqust 2017– ci il


Şagirdləri məktəbə dəvət edərək dərslikləri payladım

30 avqust 2017- ci il


Sinif pasportnun işlənib hazırlanmasını təmin etdim


31 avqust 2017-cı il

Valideynlər haqqında geniş məlumat hazırladım (soyadı adı, atasının adı, ünvanı, vəzifəsi, telefon nömrəsi və s). Sinif jurnalının təşkili , onun yazılması üzərində işlədim

III Həftə (04sentyabr- 10 sentyabr)

04 sentyabr 2017-ci il

Sinif valideyn komitəsinin iclası keçirildi. Komitənin tərkibi müəyyən edildi.


05 senyabr 2017-ci il

Sinif otagının vəziyyəti ilə baglı təsərrüfat müdiri ilə müzakirə aparıldı

06 sentyabr 2017 ci il

Sinif otagında tədris əyaniliklərinin vəziyyəti səhmana salaraq, yeni avadanlıgın yerləşdirilməsini həyata keçirdim

07 sentyabr 2017 ci il

Sinif valideyn komitəsinin müdiri ilə şagird geyimləri ilə baglı müzakirə apardım















IV Həftə (11sentyabr- 17 sentyabr)

11 sentyabr 2016 ci il

15 Sentyabr bilik günü tədbirində iştirakla əlaqədar sinfin fəalları ilə məktəbdə söhbət apardım.Aşağıdakı şagirdlərin tədbirdə çıxış edəcəkləri müəyyənləşdirildi:

Sulxayeva Pəri

Ramazanov Elmir

Davudov Cahid



Rəcəbova Məftunə

15 sentyabr 2015 ci il


Sinif kollektivi ilə birgə məktəbdə təşkil olunmuş bilik günü tədbirində iştirak etdik. Dərsdən sonra “ bilik günü “ mövzusunda sinif təşkilat saatını keçirdim. Sinif saatında həmçinin şagirdlərə türk – azəri qardaşlıq birliyinin tarixi zəfəri haqqında məlumat verdim. 15 sentyabr 1918 ci ildə Qafqaz islam ordusu ilə Azərbaycan ordusunun Bakını erməni – bolşevik qüvvələrindən azad etməsinin tarixi əhəmiyyəti vurğulandı.


16 sentyabr 2015-ci il

Sinif pasportu tərtib olundu. Divar qəzetinin tərtib olunmasına rəhbərlik etdim.


17 sentyabr 2016-cı il

Məktəbdaxili nizam intizam qaydaları ilə şagirdləri tanış etmək üçün bu məsələləri özündə əks etdirən stend hazırladım


V Həftə (18 sentyabr-24 sentyabr)


18 sentyabr 2017 ci il

Sinif pasportu tərtib olundu. Divar qəzetinin tərtib olunmasına rəhbərlik etdim.

19 sentyabr 2017-cı il

Sinif iclası keçirildi.İclasın gündəliyində duran məsələlər : yeni dərs ilində qarşıda duran vəzifələr; sinif özünüidarə orqanı üzvlərini təyin etmək

20 sentyabr 2017 cı il

Məktəbli kitabçalarını payladım. Məktəbli kitabçaları haqqında , onun rəsmi sənəd olması , doldurmaq qaydaları , valideyn məktəb əlaqələrində rolu və s haqqında geniş məlumat verdim

21 sentyabr 2017-cı il


Sinif saatı keçirdim . Milli mənəvi dəyərlərimiz mövzusunda diskussiya apardım

22 sentyabr 2017 cı il

Sinif saatında dövlət rəmzləri haqqında məlumat verdim

V I– Həftə ( 25 sentyabr – 01 oktyabr )


27 sentyabr 2016 cı il

Sinif saatında “27 sentyabr – beynəlxalq turizm günüdür “ mövzusunda məlumat verdim. Həyat bilgisi dərsində iştirak etdim

28 sentyabr 2015-ci il

Məktəbli kitabçaları ilə bağlı vəziyyətlə tanış oldum

29 sentyabr 2015-ci il

Azərbaycan dili dərsində iştirak etdim. Dərsdə köhnə mövzu üzrə şagirdlərin hazırlıq səviyyəsi , dərs prosesində şagirdlərin fəal və zəif iştirakı ilə bağlı müvafiq qeydlər apardım


30 sentyabr

Məktəbdə əxlaq və tərbiyə mövzusunda cədvəl formasında stend hazırladım

01 sentyabr 2016 cı il

Şagirdlərin evlərinə baş çəkərək şagirdlərin dərsə hazırlıq şəraiti, valideynlərin təlimə münasibətini öyrəndim. Valideynlərin maarifləndirilməsi ilə baglı məsələləri müzakirə etdim.

VII Həftə ( 02oktyabr – 08 oktyabr )


03 oktyabr 2016 cı il

Sinfin dərsə davamiyyəti ilə tanış oldum.Dərsə gecikmə hallarının qarşısını almaq üçün sinif kollektivi ilə tədbirlər müəyyənləşdirdim.

Sinif valideyn iclası keçirildi.




04 oktyabr 2016 cı il

Sinif şagirdlərinin məktəb kitabxanası ilə necə əlaqə saxladıgı ilə maraqlandım.

Sinif saatı :vətənpərvər olmaq üçün nə etmək lazımdır.




05 oktyabr 2016-cı il


Sinif divar qəzetinin II nömrəsini hazırladıq. Sinif şagirdlərimin hazırladıqları müəllim günü tədbirində iştirak etdim.


06 oktyabr 2016 cı il

Azərbaycan dili dərsində iştirak etdim. Fənn müəllimi ilə şagirdlərin hazırlıq səviyyəsi, fənni mənimsəmə səviyyəsi, zəif oxuyan şagirdlər və s məsələlərlə bağlı söhbət apardım. Riyaziyyat dərsində iştirak etdim. Fəal və zəif oxuyan şagirdlərlə bağlı qeydlər apararaq müəllimlə görüləcək tədbirlərlə bağlı söhbət apardım














VIII Həftə (09 oktyabr-15 oktyabr)


09 oktyabr 2017 cı il

Şagirdlərin evlərinə baş çəkərək şagirdlərin dərsə hazırlıq şəraiti, valideynlərin təlimə münasibətini öyrəndim. Valideynlərin maarifləndirilməsi ilə baglı məsələləri müzakirə etdim.


10 oktyabr 2017 cı il

Şagirdlərlə davamiyyətin vəziyyəti ilə bağlı söhbət apardım.

Texnologiya dərsində iştirak etdim



11 oktyabr 2017 cı il

İstedadlı şagirdlərlə aparılan işin icrasında mövcud vəziyyətlə tanış oldum. Mənim hüquq və vəzifələrim mövzusunda sinif saatını keçirdim.


12 oktyabr 2017 cı il

Şagirdlərin səhər idmanında iştirakını yoxladım, nizam intizamla tanış oldum. Rus dili dərsində iştirak etdim. Sinfimizin bacarıqlı əllər sərgisi nümayiş olundu

13 oktyabr 2017 ci il

Sinif nümayəndəsinin hesabatı dinlənildi

IX Həftə (16 oktyabr-22 oktyabr)

16 oktyabr 2017 ci il

Riyaziyyat dərsində iştirak etdim

17 oktyabr 2017-ci il


Müstəqillik günü üçün məktəb tədbirində iştirakla baglı sinif şagirdləri ilə müzakirə apardım

18 oktyabr 2017 cı il

Sinif nümayəndəsinin həftəlik hesabatı dinlənildi

19 oktyabr 2017 cı il

Şagirdlərin evlərinə baş çəkərək şagirdlərin dərsə hazırlıq şəraiti, valideynlərin təlimə münasibətini öyrəndim. Valideynlərin maarifləndirilməsi ilə baglı məsələləri müzakirə etdim

20 oktyabr 2017 ci il

Şagirdlərin təlim nailiyyətlərini izlmək məqsədilə bir neçə fənn müəlliminin dərsində iştirak etdim. Dərslərdən sonra sinif şagirlərinin fənlər üzrə təhsil standartlarının reallaşmasına nail olma səviyyəsi mövzusunda müzakirə təşkil etdim. Mövcud vəziyyət təhlil edildi, qarşıda duran perspektivlər müəyyən olundu.


Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində

      19  sentyabr 2017- cı il tarixində keçirilmiş 1 saylı sinif iclasının

                                          PROTOKOLU 

İştirak edir: sinif rəhbəri S. Həsənov və   11 nəfər V sinif şagirdləri.

İclasın sədri: Elmir Ramazanov . Katibi          : Pəri Sulxayeva

İclasın gündəliyi:

    -   sinif özünüidarə orqanı üzvlərinin seçilməsi

-         yeni dərs ilində qarşıda duran vəzifələr

     Eşidildi:

     Sinif rəhbəri S. Həsənov çıxış edərək  yeni dərs ilində qarşıda duran vəzifələr, sinfin şərəfinin və nüfuzunun qorunmasında hər bir şagirdin üzərinə düşən məsuliyyəti onların  diqqətinə çatdırdı.Həmçinin o bildirdi ki dövlətimizin və xalqımızın gələcəyi bu günün şagirdlərindən asılıdır. Zəngin intellektə sahib, vətənpərvər ruhlu şagirdlərin formalaşması məktəbdə reallaşır. Qeyd olunan keyfiyyətlərə sahib olmaq üçün şagirdlər yeni tədris ilində də qarşıda duran əsas vəzifələrin uğurla həyata keçirilməsi üçün çalışmalıdırlar.

 S. Həsənov öz çıxışında eyni zamanda yeni tədris ilində kollektivə rəhbərlik etmək üçün sinif özünüidarə orqanı üzvlərinin təyin olunmasının vacibliyini qeyd etdi. 

     Çıxışlar:

1)    A. Isayeva çıxış edərək bu tədris ilində  əlaçı olmaq üçün səylə çalışacağını, üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bildirdi. O, eyni zamanda təlimdə geri qalan şagirdlərə hər cür yardım etməyə hazır olduğunu bildirdi. İsayeva sinif nümayəndəliyinə namizəd olaraq Sulxayeva Pərini  gördüyünü, kollektivin də onunla həmrəy olduğunu qeyd etdi.

2)    Ramazanov Elmir öz çıxışında dərsdə və dərsdənkənar tədbirlərdə fəal olacağını qeyd etdi. O, təmizlik işləri üzrə komissiya sədri vəzifəsinə İsayeva Aysunun  namizədliyini irəli sürdü.

3)    Rəcəbova Məftunə məktəbdə  müəllimlərin ümidlərini doğruldacağını, ictimai yerlərdə özünü nümunəvi aparacağını qeyd edərək sinif yoldaşlarının da hamısını bu cür olmağa çağırdı.

4)    Davudov Cahid bir şagird olaraq təhsilində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirdi.

Qərar:

1. Yeni dərs ilində   qarşıda duran əsas vəzifələrin həyata keçirilməsi üçün hər bir şagirdin üzərinə düşən məsuliyyət vicdanla dərk edilərək əməli olaraq həyata keçirilsin.



2. Səsvermənin nəticəsinə uygun olaraq sinif nümayəndəliyinəSulxayeva Pərinin, təmizlik işləri üzrə komissiya sədrliyinəİsayeva Aysunun təyin olunduğu qərara alınsın.

      Qərar səsə qoyulsun:

Lehinə: 11 nəfər; Əleyhinə: yoxdur;       Qərar qəbul edilsin.
                                 İclasın sədri:              E. Ramazanov
                                            Katib:              P. Sulxayeva

Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində

      03 oktyabr 2017- ci il tarixində keçirilmiş 1 saylı    valideyn

      iclasının protokolu

Mövzu:      təlim keyfiyyətinin yüksəldilməsində valideynin rolu.

İştirak edir: sinif rəhbəri S. Həsənov, təşkilatçı T. Mahmudova , psixoloq M. Həsənov və valideynlər.

İclasın sədri: T. Mahmudova

Katibi          : P. Sulxayeva

     İclasın gedişi:

     Sinif rəhbəri S. Həsənov çıxış edərək əvvəlcə şagirdlərin  valideynlərin hüquq və vəzifələrini onlara xatırlatdı. Ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu qeyd edildi. O eyni zamanda məktəblə daha sıx əlaqə qurmagın yolları və  müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri qeyd etdi.

     Təşkilatçı T. Mahmudova aşağıda qeyd olunan məsələlərin əhəmiyyətindən danışdı:

-         valideyn nəzarəti;

-         valideyn tələbi;

-         gündəliklərin vaxtlı-vaxtında yoxlanılması;

-         evdə münasib şəraitin yaradılması.

     Psixoloq M. Həsənov öz çıxışında ailədə saglam psixoloji mühitin şagirdlərin formalaşmasında rolunu  valideynlərin nəzərinə çatdırdı və lazım olan tövsiyyələrini verdi.

     Valideyn Ramazanov Elçin  valideyn-məktəb əlaqələrinin səmərəli qurlumasında əlindən gələni edəcəyini bildirdi.

     Valideyn Sulxayeva Pirdas  övladının müxtəlif  fənlərdən olan ugur və nöqsanları ilə bağlı məsələlər barədə öz fikirlərini dedi.

     Valideyn Rəcəbova Səfurə  övladının saglamlıgı ilə baglı olan məsələri dilə gətirdi.

      Ümumilikdə iclasda çıxış edən bütün valideynlər uşaqlarının təhsili üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduqlarını bildirdilər.
       Qərara alındı:

      Valideynlərin üzərinə düşən məsuliyyətin artırılması, övladları üzərində nəzarətin və tələbkarlığın gücləndirilməsi ilə bağlı məsələlərin onların diqqətinə çatdırıldığı qeyd edilsin


                                 İclasın sədri:              T. Mahmudova
                                            Katib:              E. Ramazanov

VALİDEYNLƏRLƏ İŞ

Məqsəd:

-ailələrin təhsil və tərbiyə funksiyalarını gücləndirmək;

-valideynlərin məktəbin təlim tərbiyə prosesinə cəlb olunması;

-ailələrə psixo-pedaqoji yardım göstərmək;

-valideynləri XI sinif şagirdlərinin üzərinə düşən tələblərlə tanış etmək, şagirdlərin hüquqları və saglamlıgı haqqında valideynlərlə söhbətlər aparmaq;

-valideynlərdə şəxsiyyətin tərbiyə olunmasında onların üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi bacarıqlarını formalaşdırmaq;

-valideyn övlad münasibətlərinin qarşılıqlı hörmət və etibar üzərində qurulmasına çalışmaq;

-sinfin kollektiv işlərində valideynlərin köməyini təşkil etmək;

-valideynləri şagirdlərin təlim nəticələri ilə tanış etmək;

-valideynlərlə əlaqənin müxtəlif növlərini təşkil etmək (valideyn iclasları, valideyn komitəsinin yığıncaqları, evlərə baş çəkmək)

-valideynlərlə aşağıdakı suallar ətrafında sorğu aparmaq və çıxış yollarını müəyyənləşdirmək:

1) tətildən sonra şagird məktəbə necə adaptasiya olunub;

2) şagird dərs məşğələlərində tədris proqramından geri qalırmı, geri qalırsa bunu necə aradan qaldırmaq olar;

3) şagird ev tapşırıqlarını müntəzəm olaraq yerinə yetirirmi;

4) ev şəraiti şagirdin dərsə hazırlaşması üçün hr hansı bir problem yaradırmı;

5) şagirdin gün rejimi necə qurulub.

SİNİF VALİDEYN KOMİTƏSİ VƏ İŞ PLANI

VI sinif valideyn komitəsi

Soyadı və adı

vəzifəsi


Ramazanov Elçin

Valideyn komitəsinin sədri


Sulxayeva Pirdas

Valideyn komitəsinin sədr müavini


Rəcəbova Səfurə

Təlimə nəzarət


Davudov Cavid

Şagird hüquqları və sağlamlıq

işləri üzrə nəzarət


Qurbanov Veysəl

əmək və təşkilati məsələlər üzrə

nəzarət

board

SİNİF VALİDEYN KOMİTESİNİN

İŞ PLANI

İş planında görtərilən tədbirlərin həyata keçirilməsinə məsul şəxslər: sinif rəhbəri, SVK-nin üzvləri və digər valideynlər

Tarix____fəaliyyət___sentyabr'>Tarix


fəaliyyət

sentyabr


Sinif vaideyn komitsəsinin yıgıncagının keçirilməsi və SVK-nin tərkibini müəyyən etmək məqsədilə seçkinin keçirilməsi;

Yeni dərs ilinə hazırlıq məqsədilə valideynlərlə görüşlər təşkil etmək;

Valideynləri məktəb şəraiti ilə (sinif otaqları, fənn kabinetləri, idman zalı,

bufet, akt zalı, kitabxana) tanış etmək;

Bilik günü tədbirində valideynlərin iştirakının təmin olunması;


oktyabr


Sinif valideyn iclası;

Ümumməktəb valideyn komitəsinin yıgıncagında sinif valideyn komitəsinin iştirakının təmin olunması;

Açıq qapı günlərində valideynləri dərslərdə iştirak etməyə dəvət etmək;


noyabr


Valideyn komitəsinin yıgıncagı: “ ailənin tərbiyə imkanları” mövzusunda diskussiya ;

Şagirdlərin gün rejiminin necə qurulmasını izləmək məqsədilə

reydlərin keçirilməsi;

Valideyn komitəsinin yıgıncagı: komitənin təlimə nəzarət sektoru nümayəndəsinin valideynlərin dərslərdə iştirakının nəticələrinə həsr olunmuş hesabatı;

I rübün yekunlarına həsr olunmuş yıgıncaq keçirmək;


Dekabr

İstedadlı şagirdlərin qabiliyyətlərinin inkişafı mövzusunda onların valideynləri ilə söhbət aparmaq;

I yarımilin yekunları və növbəti yarımildə qarşıda duran əsas məsələlər mövzusunda valideyn iclasını keçirmək;

Yeni il tədbirinə hazırlıq və valideynərin tədbirdə iştirakının təmin olunması;

Valideyn komitəsinin müxtəlif sektorlar üzrə nəzarət edən üzvlərinin I yarımilin yekunlarına həsr olunmuş hesabatı;




yanvar


Valideyn komitəsinin yıgıncagı: II yarımildə valideyn komitəsinin fəaliyyətinin planlaşdırılması;


fevral


Valideyn komitəsinin yıgıncagı. Yıgıncagın məqsədi:

-Buraxılış imtahanına və qəbul imtahanına səmərəli hazırlaşmaq üçün şagirdlərə necə kömək etmək olar-mövzusunda valideynləri maarifləndirmək;



mart


Valideyn komitəsinin yıgıncagında “ Yeniyetməlik dövrü və zərərli vərdişlər” mövzusunda komitənin sağlamlıq sektoru üzrə nümayəndəsinin məruzəsi;

Valideyn iclası. Mövzu: şagirdlərin ixtisas seçimi;

Novruz bayramı tədbirinə hazırlıq və tədbirdə iştirakının təmin olunması;


aprel


Açıq qapı günlərində valideynlərin məktəbə gəlişinin və dərslərdə iştirakının təmin olunması;

Valideyn komitəsinin yıgıncagı, komitənin təlimə nəzarət sektoru üzrə nümayəndəsinin hesabatı;



may

Şagirdlərin məktəbdənkənar fəaliyyəti haqqında valideynlərlə müzakirə;

Normal qidalanmaq saglam böyüməyin vacib şərtidir mövzusunda SVK-nin yıgıncagında komitənin saglamlıq sektorunun nümayəndəsinin məruzəsi və hesabatı;



Iyun

Valideyn iclası. Mövzu: 2017-18 cı dərs ilinin yekunları;

Növbəti tədris ilinəhazırlıqməqsədilə sinifi otagının yüngül təmirinin həyata keçirilməsi;




Valideynlərlə aparılmış söhbətlər

  Tarix



 Valideynin soyadı və adı


          Görülən işin məzmunu



16.09.2017


Ramazanov Elçin

Şagirdin təlim göstəricilərinin vəziyyəti ilə bağlı söhbət aparıldı. Ayrı ayrı fənlər üzrə şagirdin nailiyyət və çatışmamazlıqlarını valideynin nəzərinə çatdırdım. Daha yaxşı nəticəyə çatmaq üçün görüləcək işləri  müzakirə etdik.

23.09.2017



Qazıyev Qəhraman



Valideynlə söhbət zamanı  şagird üzərində davamiyyətlə bağlı nəzarətin artırılması onun diqqtinə çatdırıldı

30.09.2017


Sulxayev Kamal



 Valideyn övladının  bəzi  fənlərdən  müəyyən problemlərin olduğunu vurğuladı. Çıxış yolları müzakirə olundu.

08.10.2017



Qurbanov Namiq



  Şagirdin məktəbdə nadinc hərəkətlərə yol verdiyini valideynin diqqətinə çatdırdım. Şəxsiyyətin formalaşmasında düzgün qurulmuş ailə və məktəb tərbiyəsinin rolunu valideynə xatırladaraq bu sahədə əlbir fəaliyyət göstərməyin vacibliyini onun diqqətinə çatdırdım

10.10.2017


Qurbanov Veysəl

  Söhbət zamanı valideyn övladının fənlər üzrə müvafid bilikləri mənimsəmə səviyyəsi ilə əlaqədar  məsələlərlə maraqlandı. Şagirdin nailiyyətlərini valideynin nəzərinə çatdıraraq onların bu işdə əməyinə görə minnətdarlıq bildirdim. Daha yüksək nəticələrə çatmağın yollarını müzakirə etdik

12.10.2017


Davudov Cavid



Valideyn övladının humanitar fənlərə olan böyük həvəsini dilə gətirdi. Daha səmərəli  hazırlıq yollarını müzakir etdik

17.10.2017


Rəcəbov Oruc

Davamiyyətlə əlaqədar şagirdin dərsə gəlməsini nəzarətdə saxlamasının vacibliyini qeyd etdim

17.10.2015


Davudov Əşrəf


 Şagirdin dərsə hazırlığında olan zəif cəhətləri ətrafında söhbət apardım




18.10.2015

Əliyev Rafail

  Valideyn şagirdin təliməmünasibətində  mövcud vəziyyət barəsində suallar verdi. Görülən tədbirlər barəsində müzakirə apardıq. Bu sahədə bir valideyn olaraq üzərinə düşən vəzifələri onun nəzərinə çatdırdım.

zəif oxuyan şagirdlərlə iş
               Müxtəlif tədqiqat metodlarından (dərslərdə iştirak edərək etdiyimiz müşahidələr, fənn müəllimləri ilə apardığım sorğu, fənlər üzrə keçirilmiş test sınaqları) istifadə edərək aşagıda adları qeyd olunan şagirdləri  VI sinifdə zəif oxuyan şagirdlər olaraq müəyyənləşdirdik:

-Davudova Mominət;-Əliyev Raul;-Qazıyev Səid.



Tarix


Görülən işin məzmunu

               İcraçı


Nəticə

15 entyabr-

20 oktyabr

2017-cı il





Yuxarıda adları qeyd olunmuş zəif oxuyan şagirdlərə tarix fənnindən I Bölmə üzrə keçirilmiş mövzulara əsasən   sadələşdirilmiş  asan tapşırıqlar verildi;


Tarix fənn müəllimi:

Sakit Həsənov



ŞagirdlərAzərbaycanərazisində ən qədim insan məskənini, dövlətinəlamətlərini, daş dövrünün qədim dövr oldugunu, Manna, Qobustan, Atropatenaya aidən sadə bilikləri nümayiş etdiri.Qədim dövr Azərbaycan dövlətləri ilə bağlısadə formada məlumat verir.

15 sentyabr-20 oktyabr




VI sinif Azərbaycan dili fənni üzrə qeyd olunmuş tarixlərdə tədris olunmuş mövzular üzrə sadə tapşırıqlar verildi;

Mətn üzrə iş, nitq hissələri, ismin halları, sifət, say  və s aid  asan tapşırıqlar verildi



Fənn müəllimi:

İbrahimova Güldənə



Dinlədiyi fikri anladığına dair vəşifahi nitq bacarıqları iləbaglı sadə biliklərnümayiş etdirir;

Mətnin məzmun və strukturunu sadə şəkildə  mənimsədiyini nümayiş etdirir;

Nitq hissələri, isim, halları, sifət, say və s aid asan tapşırıqları icra edir

15 sentyabr-20 oktyabr




Riyaziyyat fənni üzrə şagirdlərin gücünə, enerjisinə uygun asan tapşırıqlar verildi;

əlavə vaxtlarda naturalədədlər, toplama çıxma, vurma və bölmə, adi kəsrlər, kəsrlər və bölmə əməli, düzgün kəsrlər, düzgün olmayan kəsrlər və qarışıq ədələr və sair mövzulara aid izahat verilərək sadə tapşırıqlar tapşırıldı




Fənn müəllimi:

Hacıyev Musa



Şagirlər natural ədədlər, say sistemləri, toplama çıxma, vurma vəbölməyə aid   sadə biliklər nümayiş etdirir;                                    düzgün olmayan kəsrlər və qarışıq ədələr və sair mövzular üzrə asan biliklər nümayiş etdirir


15 sentyabr – 20 oktyabr



V sinif həyat bilgisi fənni üzrə keçilən mövzulara uygun asan tapşırıqlar verildi


Fənn müəllimiAllahverdi İbrahimov


Verilən tapşırıqlara uyğun sadə biliklər nümayiş etdirir



15 sentyabr20 oktyabr




Xarici dil fənnindən  səslər, sadə mətnlər üzərində iş, sait səslər, samitlərə aid sadə tapşırıqlar verildi 


Fənn müəllimi: Təzəgül

Əhmədova

Şagirdlər sait və samitlər, mətn üzərində işlə bağlı  bilikləri nümayiş etdirir



Yüklə 489,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin