Zaqatala rayon mamrux



Yüklə 489,08 Kb.
səhifə6/6
tarix25.10.2017
ölçüsü489,08 Kb.
#12569
1   2   3   4   5   6

Gündəlik müşahidə

Pedaqoji müşahidə gündəliyi

Şagirdin soyadı və adı : Qurbanov Tahir

Sinif rəhbəri: Həsənov Sakit

1. Şagird haqqında məlumat S.A.A : Qurbanov Tahir Namiq oglu; Sinif : VI Təvəllüdü: 02.01.2006 Ev ünvanı , telefon nömrəsi: Zaqatala rayonu Mamrux k.

Ailəsi : anası- S.A.__ Qurbanova Şahnaz; iş yeri__fərdi təsərrüfat; təhsili __orta; telefon nömrəsi _ atası- S.A.__ Qurbanov Namiq; iş yeri _ fərdi təsərrüfat; təhsili__orta; telefon nömrəsi_ Ailə tərkibi, strukturu___azuşaqlı ailə, tam ailə; Yaşayış evi, məişət şəraiti __İkiotaqlı ev, məişət şəraiti normaldır

Ailədaxili münasibətlər : ailədaxili mühit; ailədə davranış normalarından kənara çıxması kimi halların mövcudlugu; ailə üzvləri arasında qarşılıqlı hörmət və ehtiramın mövcud olması; ailənin yad insana münasibəti; ailənin övladına münasibəti; ________________________________________________ -Ailədaxili münasibətlərdə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək hallar mövcud deyildir. Ailədə davranış normalarından kənara çıxması kimi hallar baş vermir. Ailənin yad insana və övladına normaldır.

Ailənin tərbiyə imkanları: uşagın davranışı üzərindəki ciddi nəzarəti; müstəqilliyin məhdudlaşdırılması; valideynlərin müəllimlərlə əməkdaşlıgı; valideynlərin müəllimlərə aqressiv münasibət göstərməsi hallarının mövcud olması _____________________ -uşagın davranışı üzərindəki nəzarəti müəyyən qüsurlar nəzərə alınmazsa demək olar ki düzgün qurulmuşdur. Müstəqilliyin məhdudlaşdırılması kimi hallar mövcud deyildir. Valideynlər məktəb və müəllimlərlə bir qədər zəif əməkdaşlıq edirlər. M əktəbə ciddi çagırışlardan sonra baş ç əkil ər. Saglamlıq vəziyyəti:___normaldır 2. Təlim fəaliyyəti : nailiyyət səviyyəsi : ______ zəif ; davamiyyəti: ____dərsdən yayınma halları mövcud deyil; təlim imkanları ____yaddaş, qavrama, anlama, dərketmə göstəriciləri zəif səviyyədədir Təlimə münasibəti: a) təlimə maraq göstərir b) laqeydlik göstərir c) mənfi münasibət bəsləyir _ b) laqeydlik göstərir Tapşırıqları hansı formada icra edir: a) səy göstərir b) səliqəlidir c) işin öhdəsindən çətin gəlir d) məsulliyyətsiz davranır Təlim materialını necə yadda saxlayır:___ Yaddaş və hafizə imkanları zəif səviyyədədir . Təlim materialını çətinliklə yadda saxlaya bilir. Mövcud çətinliklərin müşahidə edildiyi f ənlər: _______ Bütün fənlər ; Çətinliklərin səbəbləri: ____ şagirdin və valideynlərinin təhsilə qarşı laqeyd münasibəti, valideynlərin zəif nəzarəti Tövsiyyələr:_____Fərdi yanaşma prinsipini əsas götürərək müəllimlər tərəfindən şagirdin fəaliyyətinin stiimullaşdırılmasına nail olmaq, müxtəlif tapşııqlar və fəaliyyətə sövq etməklə şagirdi motivasiyalaşdırmaq. Valideyn nəzarətinin gücləndirilməsi, psixoloji dəstəyin verilməsi.



3. əmək fəaliyyəti: əmək bacarıqlarının mövcudluğu __Müəllimin əmək fəaliyyəti ilə baglı tələblərini yerinə yetirir; icra etdiyi əməyin növləri __sinfin və məktəb ərazisinin təmizliyinin aparılması, iməciliklərdə iştirak, texnologiya dərslərində əmək bacarıqlarının nümayişi və s; iş və əmək tədbirlərində iştirakı ___Könüllü və məmnuniyyətlə iştirak edir

4. Məktəbdənkənar fəaliyyəti: Dərsdən sonrakı əlavə təhsil tədbirlərində iştirakı ___dərsdənkənar təlim-tərbiyə tədbir və məşgələlərində könülsüz iştirak edir ; Ünsiyyət və əlaqə dairəsi (münasibət yaratdıgı insanlar , dostlar) : məktəbdə _____Elmir, Cahid; məktəbdən kənarda_____ İsmayıl, Raul; Məktəbdənkənar uçotlarda qeydiyyatda olması ___Qeydiyyatda deyildir; Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın qeydiyyatında olması__ Qeydiyyatda deyildir; Şagirdlə baglı yetkinlik yaşına çatmayanlarla iş komissiyasına müraciət olunma halları______Belə hallar mövcud olmamışdır

5. Şagirdin Pedaqoji-psixoloji xarakteristikası: Şagird Qurbanov Tahir fiziki inkişafı, saglamlıgı, sinir sisteminin aktivliyi normal səviyyədədir. Ailənin yaşayış səviyyəsi ortadır. Ailədə şagirdin tərbiyəsinə mənfi təsir göstərəcək mühit mövcud deyildir..

Tahirin fərdi keyfiyyətlərində sakit təbiətlilik, müəllim və sinif yoldaşları ilə yüksək davranış mədəniyyətinin olması üstünlük təşkil edir. Şagirdin iradi keyfiyyətlərində işgüzarlıq bacarıgı üstünlük təşkil edir. Xarakterin emosionallıgı normaldır. Şagirdin əhvalında diribaşlıq, zirəklik nəzərə çarpır. Şagirdin əqli inkişafı normal səviyyədə izlənilir. Təlim prosesində izah olunan materialı çətin mənimsəyir. Yaddaş zəifliyi oxuduqların tez bir zamanda unudulmasına gətirib çıxarır. Şagirdin xarakterində səmimiyyət, dostluq, qaygıkeşlik kimi xüsusiyyətlər aşkar edilmişdir. Çətin ünsiyyət qurur. Nitq mədəniyyəti, sərbəst fikir söyləmək bacarıgı zəif inkişaf edir. Müəllimlərinə və rəfiqələrinə qarşı nəzakətli və həssasdır. Böyüklərə və yaşlılara hörmət edir. Pedqoji müşahidə nəticəsində temperament tipinin melanxolik oldugu müəyyən edildi. Bu özünü şagirdin sakit, həssas olmasında, heç nəyə biganə qalmamasıda, onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciməsində, kiçik problemlə üzləşdikdə özünü itirməsində, özünün heç bir bacarığını dəyərləndirə bilməməsində, özünə tənqidi yanaşmasında, bacardıqları işin çətin öhdəsindən gələ bilməsində göstərir. Tahir özünü sinfin ayrılmaz bir tərkib hissəsi oldugunu dərk edir. Öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Tahir fiziki və psixoloji cəhətdən normal şəkildə inkişaf edir, psixikada əhəmiyyətli bir gərginlik, mənfi dəyişiklik müşahidə olunmur. O, nizamlı, sakit, ətrafdakılarla münasibətdə xeyirxah, ədalətli, təvazökar, səmimidir.

Tövsiyyələr.

müəllimlərə:

-Təlim və tərbiyə proseslərində şagirdin fərdi əqli və psixoloji xüsusiyyətlərini nəzərə alaraq tapşırıqlar vermək; -Psixoloji dəstəkləmək, şagirdi ugur və qələbələrə inandırmaq;

valideynlərə: -Psixoloji dəstək vermək; -şagirdin mövcud çətinlikləri barədə onunla söhbətlər aparmaq, onların həll yollarını birgə müzakirə etmək; -uşagın maraqları, idealları, istək və arzularını nəzərə almaq, ifrat tənqid və təhqirə yol verməmək.

Sinif rəhbəri: S. Həsənov

Psixoloq: M. Həsənov



Gündəlik müşahidə
Yüklə 489,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin