Zaur vediLİ


(pərdə) II pərdə, III şəkil



Yüklə 1,39 Mb.
səhifə5/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
#7777
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

(pərdə)

II pərdə, III şəkil
Yeganənin həkim işlədiyi xəstəxana. Yeganə fikirlidi. O, gah ot­aqdakı stulda əyləşir, gah da otağın pəmcərəsindən əlləri qoy­­nun­da bayıra baxır.Otağın qaqpısı döyülür və açılır. Günel gə­lir.

GÜNEL: – Sabahın xeyir həkim.

YEGANƏ: – Sabahın xeyir.

GÜNEL (asılqandan ağ xalatıyla papağını götürüb geyinir. Saata baxır): – Yox, işə vaxtında çatdım. Qorxurdum ki, geci­kə­rəm.

YEGANƏ: – Yox, gecikməmisən.

GÜNEL (Yeganənin qəmli çöhrəsini görür. Qəmli halda): – Yeganə həkim nə olar bir balaca özünüzü ələ alın! Azacıq da ol­sa çöhrənizə təbəssüm gətirin! And olsun bizi yaradana, hər də­fə sə­ni bu vəziyyətdə görəndə ürəyim köz-köz olur Yeganə həkim! Bi­lirəm bacıcan ağır dərddi! Ancaq nə etməli?! Çox özü­nü­zü üz­məyin nə mənası var?! Allah eləməsin fikirdən xəs­tə­lə­nib yatağa dü­şərsən!

YEGANƏ: – Ey, Günel sən nəyi itirib nəyi axtarırsan! Öz­ün yaxşı bilirsən ki, mənim bu dünyada Ramizdən və Allahdan baş­qa heç kimim yoxdu! Mən onu nəinki bir dəqiqə, bir an belə unuda bilmirəm! Unutmağa haqqım da yoxdu! Sən özün yaxşı bi­lirsən ki, Ramiz mənim üçün nədir?! O, mənim tək ömür-gün yol­daşım yox, hər şeyimdi Günel, hər şeyim!

GÜNEL: – Bilmirəm! Ancaq elə deməyin həkim! Niyə heç ki­miniz yoxdu?! Bəs mən nəyəm?! And olsun inandığımıza, səni mən özüm də özümə doğma bacı kimi sayıram!

YEGANƏ: – Sağ ol bacı. Ancaq məni əsas narahat edən mə­sələ odur ki, görəsən Ramiz indi sağdı ya Allah eləməsin!!!

GÜNEL: – Allahdan ümidini üzmə həkim! Bir az özünə tox­taqlıq ver. Deyir şər deməsən xeyir gəlməz. Əgər əsir dü­şüb­dür­­sə, nə qədər əziyyət çəksə də Allahın köməkliyi ilə bir gün sağ-salamat qayıdar! Yox, əgər dilimə qara daşlar, düşmən gül­lə­sinə tuş gəlibdirsə özümüzü öldürsək də xeyri yoxdu! (Dolux­sa­nır) O, yolu gedən bir də geri qayıtmır!

YEGANƏ: – İldən artıqdı ki, Ramizin xəbəri çıxıb. Bu müd­dət ərzində nələr çəkmişəm onu Allah bilir! Ən çox da axır iki ayda!

GÜNEL: – Həkim, Allah eləməsin bəlkə evdə...

YEGANƏ: – Yox-yox! Sən nə danışırsan Günel? Evdə mə­nə gözün üstə qaşım var deyən yoxdu!

GÜNEL: – Həkim, bəs onda sizi bu iki ayda üzən nədir?

Əgər sirr deyilsə dərdinizi mənimlə bölüşdürün. Hesab edin ki, mən də sizin bacınızam.



YEGANƏ: – Çox sağ ol bacı. Neçə vaxtdır ki, qəlbimdə üst-üstə qalanmış dərdimi bölüşdürməyə bir adam tapmıram! Ba­cı, indi sənə bir sirr acacam. Bəlkə mənə sən bir işıqlı yol gös­­tər­din! Ancaq sən Allah bunu ikimizdən başqa heç kim bil­mə­sin!

GÜNEL: – Arxayın ol həkim.

YEGANƏ: – İki ay olar ki, Coşqun həkim mənə...

GÜNEL: – Bilirəm həkim, bilirəm.

YEGANƏ (təəccüblə): – Bilirsən?! Kimdən eşitmisən?! Özü deyib?!

GÜNEL: – Bəli. Bilirsən həkim, söz ki, düşdü qoy onda da­nı­şım. Neçə dəfədir ki, mənə səni sonsuz bir məhəbbətlə sev­di­yi­ni deyir. Xahiş edir ki, sevgisini sənə çatdırım. Mən də de­mi­şəm ki, onun həyat yoldaşı itgin düşüb! Bəlkə də sağdı. Əgər sən əs­­gər ailəsinə və yaxud Allah eləməsin şəhid ailəsinə onun ra­zı­lı­ğı olmadan o gözlə baxsan el arasında rüsvay olacaqsan. Sən gəl bu yoldan əl çək! Lakin dedi ki, ölsəm də bu yoldan əl çək­mə­yəcəm! Dünya dağılsa da o, mənim olmalıdı! Sözün düzü mən özüm bu barədə sənə danışmırdım ki, narahat olmayasan! İndi özün bil.

YEGANƏ: – İndi bəs mən neyləyim Günel? (Günel çi­yin­lə­­rini çəkir) Niyə çiyinlərini çəkirsən? Axı deyirsən sənin bacı­nam! Səndən artıq dərəcədə xahiş edirəm Günel. Müm­kün­dür­sə mə­nə bir işıqlı yol göstər! Mən Ramizlə əhdi-peyman bağla­mı­şam! And içmişik ki, ömrümüzün sonunadək bir-biri­mi­zə səda­qət­li olacağıq! (Əllərini göyə açır) Ey qadir Allah yal­va­rıram! İn­san kimsəsiz, yetim olanda nə olar?! Axı yetimində ürəyi, ar­zu­ları var! Səni and verirəm öz böyüklüyünə! Ömrümdə bir dəfə də olsa üzümə gül! Əgər Ramiz sağdısa tezliklə onu mə­nə yetir!

GÜNEL: – Səbr edin həkim. İnşallah Tanrı harayını eşidər.

YEGANƏ: – Günel, bu söz-söhbəti anam eşitsə mən nə edə­cəm?! Mənə bir yol göstər! (Araya azacıq sakitlik çökür)

GÜNEL: – Ağlıma belə bir fikir gəldi həkim. Həmişə Coş­qun həkim işə gələndə məndən bu məsələni səninlə danışıb da­nış­madığımı soruşur. Mən də hərdən bir bəhanə edirəm. Yəqin ki, bu gün də soruşacaq. Mən də qoy ona deyim ki, deyə bil­mə­rəm. Get sevdiyini özün de. Yəqin ki, o da məcbur qalıb sənə bir söz deyəcək. O zaman sən də ona elə bir kəsərli cavab verirsən ki, öz tutduğu işdən özü peşman olsun, bu söz-söhbət də ta­mam­lan­sın. Necə fikirdi həkim?

YEGANƏ: – Yəni onda əl çəkər?

GÜNEL: – Elə bilirəm son cavabınızı alsa hə.

YEGANƏ: – Deyirəm Günel, həm də mənim elə bu ay mə­zu­niyyət vaxtımdı. Bəlkə məzuniyyətə də çıxam?

GÜNEL: – Elə olsa lap əla. Mən də imkan olan kimi sənə baş çəkərəm. (Qapı döyülür və açılır)

COŞQUN: – Sabahınız xeyir qızlar.

GÜNEL: – Sabahın xeyir. (Gözaltı Yeganəyə baxır. Yeganə otaq­dan çıxır)

COŞQUN: – Günel xanım ailədə və işdə vəziyyətiniz necə­dir?

GÜNEL:–Çox sağ olun həkim.Hələ ki, hər işimiz axa­rın­da­dı.

COŞQUN (Keçib pəncərənin qarşısındakı stulda oturur): –Al­laha şükür. Günel xanım, bilirsən ki, mənim atanıza qarşı şəx­si hörmətim var. Deyin görüm Həsən kişi necədi?

GÜNEL: – Çox sağ olun həkim. Həyət-bacada gəzib dola­nırsa demək yaxşıdı. Hörmət üçün də minnətdaram.

COŞQUN: – Minnətdarlıq etməyin Günel xanım. Mənim tək sənin atana yox, bütün Azərbaycan xalqına, xüsusən də ağ­saq­­qal-ağbirçəklərə böyük hörmətim var. Deyəsən mənim necə in­san olduğumdan hələ sən xəbərsizsən! And olsun bizi yara­da­na, istəmərəm ki, bir nəfərin qəlbini qırıb ümidlərini puç edəm. Mən bütün xalqımın sevincini sevincim, kədərini kədərim bil­mi­şəm həmişə Günel xanım.

GÜNEL (gülümsəyərək, məzəmmətlə):–Ohoo! Deyəsən son zamanlar yaman qayğıkeş və lütvükar olubsan axı?! Əgər sən hə­qiqətən də elə insansansa bəs onda ürəyindən necə keçir ki, sə­nin azadlığın, xoşbəxtliyin uğrunda döyüşüb şəhid olan və ya­xud əsir düşən bir əskərin arvadına göz dikirsən?! Xalqın kə­də­ri­nə, sevincinə şərik olduğun halda ay həkim bəs onda dərdin üs­tü­nə daha bir dərd əlavə etməyinizi siz özünüz necə qiy­mət­lən­di­rirsiniz?! (Susurlar) Susursan! Deyəsən sualıma cavab tapa bil­mirsən axı?!

COŞQUN (tutula-tutula): – Bilirsən Günel xanım, mən is­tə­yirəm ki, mən istəyirəm ki, o, xoşbəxt olsun! Günel xanım doğ­rusunu desəm vallah mənim ona yazığım gəlir. O yazığın nə ya­şı var ki, evdə dul qalsın? Onun yaşıdları hələ evdə qızdılar. İna­nın mənə Günel xanım, vallah inanın!

GÜNEL: ­– Coşqun həkim heç vaxt yadınızdan çıxartmayın ki, zorla arvad alıb xoşbəxt ailə qurmaq mümkün olan iş deyil! Əgər sən həqiqətən də onun xoşbəxtliyini istəyirsənsə ondan əl çək! Adını böyütmə! Yazıq qızın təmiz adını ləkələmə! Yaxşı olar ki, cəbhədəki həmyaşıdlarına köməyə get! Axı sən həkim­sən! Bu eşqbazlıq sənə şərəf gətirməz! Xahiş edirəm sözlərimin hə­­qiqət olduğuna inanın həkim!

COŞQUN: – Mən onu heç nəyə məcbur etmirəm. Günel, ancaq mən onun baxışından, hərəkətindən hiss edirəm ki, o, məni sevir! Mən buna lap inandıqlarımıza inandığım qədər ina­nıram!

GÜNEL:­– Sən buna əminsən?

COŞQUN: – Bəli, əlbətdə əminəm!

GÜNEL:­– Eləsə sevginizi elə bu gün ona bildirin. Bir gör o, sənə nə cavab verir!

COŞQUN (lovğanaraq):–Əlbətdə razılıq olacaq! Axı başqa nə deyə bilər ki? Allaha şükür gül kimi həkimlik ixtisasım, var-devlətim, şəhərin lap mərkəzində beş otağlı evim, bağ-bağ­cam, hələ üstəlik (cibindən bir acar çıxardıb əlində oynadır) al­tım­da da xarici maşınım.

GÜNEL:­– Kaş ki, qəlbiniz də otaqlarınız qədər geniş olaydı həkim!

COŞQUN: – Günel xanım xahiş edirəm təhqirə keçməyin! Da­nışanda fikirləşib danışın! Onu da yadınızdan çıxarmayın ki, mənim nə qədər mülayimliyim varsa, bir o qədər də sərtliyim var!

GÜNEL: – Mən səni təhqir etmirəm həkim!

COŞQUN:–Bu cür tikanlı sözlər səncə təqir deyil bəs nə­dir?

GÜNEL: ­– Yanılırsınız həkim!

COŞQUN: – Mən sənin sözlərindən heç nə başa düşə bil­mi­rəm Günel xanım! Yaxşı, bir halda ki, təhqir etmirsiniz onda sö­zü­nüzün canı nədir?

GÜNEL:­– Bilirsiniz həkim? Demək istəyirəm ki, istər qız ol­sun, istərsə oğlan gərək onlar heç vaxt vəzifəyə, evə, var-döv­lə­tə, hansısa xarici markalı maşınına deyil, göz yaşı kimi dum­du­ru olan saf məhəbbətə vurula! Yoxsa o dediyin bağ belə, bos­tan belə məsələsi vallah boş sözlərdir həkim!

COŞQUN: – Bəlkə elə bilirsiniz dediklərim yalandı?!

GÜNEL: ­– Deyəsən fikrim sizə çatmadı! Mən demək istə­yi­­rəm ki, bayaqdan bəri o sadaladıqlarının hamısı dünya malıdı, dün­­yada da qalacaq! Əsas lazım olan şey ürəkdi həkim! İnsanı in­sana bağlayan ürək! O ki, qaldı əsas mətləbə, əgər Yeganənin səni sevməsinə həqiqətən də əminsənsə elə günü bu gün ona öz eş­qinizi elan edin. Qoy o da son sözünü sənə desin, bununla da (əlini əlinə çırpır) bu söz-söhbət qurtarsın!

COŞQUN (lovğanaraq): – Mənim gözlərim üstə! Elə günü bu gün ona ürəyimi acaram, sənə də şad xəbəri verərəm! (Qapı açılır, Yeganə gəlir)

YEGANƏ: – Günel, 12-ci palatada olan xəstə Kamalov həd­dindən artıq hərəkətsizdi. Bu gün iynələrini vuranda ona sis­tem də qoşarsınız. Qemodez.

GÜNEL: ­– Oldu həkim. (Günel Yeganəyə göz vurub otaq­dan çıxır. Yeganə otaqdan çıxmaq istəyir. Coşqun onu saxlayır)

COŞQUN:–Bir dəqiqə Yeganə xanım. Vəziyyətiniz necə­dir?

YEGANƏ: – Yaxşıdı.

COŞQUN: – Yeganə xanım, əgər evdə çatışmayan bir şey varsa xahiş edirəm çəkinmədən mənə deyəsiniz. Şükür Allaha istə­diyiniz qədər imkanım var. Ürəyiniz nə istəsə bir göz qır­pı­mında hazır edə bilərəm.

YEGANƏ: – Sağ olun. Hələ ki, öz qazancımız hər tələ­bi­mi­zi ödəyir.

COŞQUN: – Eh, Yeqanə xanım, Yeqanə xanım! İndiki bu çə­tin vaxtda beş yaşlı balaca uşağa da desən aldığım maaş hər tələbimi ödəyir, heç o, balaca uşaq da inanmaz.

YEGANƏ: – İnanmırsınız, inanmayın. Məsləhət sizindir.

COŞQUN: – Bilirsiniz Yeqanə xanım? Bu qədər bağ-bağ­çam, var-dövlətim, mağazam olduğu halda bəzən elə vaxt olur ki, mən də çətinlik çəkirəm. Ancaq siz bir quru maaşa göz dikə-di­kə bilmirəm tələblərinizi necə ödəyirsiniz? Vallah mən lap mat qal­mışam! Nə isə. Qoy sən deyən olsun. Yeganə xanım, Ra­mizdən yenə bir xəbər yoxdu? (Yeganə köksünü ötürüb başını bu­ladı) Səhv etmirəmsə onun əsir düşdüyü vaxtdan indi­yə­cən il­dən artıq keçib. (Yeganə başı ilə “hə” deyir) Sən də bu vaxtacan otu­rub səbirsizliklə onun yolunu gözləyirsən eləmi?

YEGANƏ: – Hə elədi. Gözləmişəm, gözləyirəm, gözlə­yə­cəm də!

COŞQUN: – Əbəs yerə özünüzü üzürsünüz Yeganə xanım. Qoy sizi yaxından qaytarım. 1941-1945-ci illərin mühari­bə­sin­də­ də bilirsən ki, minlərlə döyüşçü əsir düşüb. Onların da sahibləri bu günəcən gözləyir. Gözləmək hədərdi Yeganə xanım. Sənin ağ­lınca erməni qaniçənlərinin əlinə düşən azərbaycanlı bir də sağ salamat öz evinə qayıda bilərmi? Bir yaxşı yaxşı fikirlə­şin. İndi çoxdan...

YEGANƏ: – Mənə elə gəlir ki, sənin əynindəki o ağ xalatın elə sehri yoxdur ki, geyinəndə keçmişdən ya gələcəkdən xəbər ver­sin! Kim nə bilir ki, kimin axırı necə olacaq!

COŞQUN: – Orası elədi Yeganə xanım. Heç kim bilmirki, sa­bah onun başına nə iş gələcək! Ancaq sözümün canı odur ki, mən istəyirəm sən xoşbəxt olasan!

YEGANƏ: – Mən xoşbəxtəm Coşqun həkim! Bir halda ki, mə­nim ərim Vətən, torpaq və xalqımın əminamanlığı, müs­tə­qil­liyi uğrunda şəhid olub müqəddəsliyə qovuşubsa, mən də onun adı ilə, əməlləri ilə öyünürənsə demək mən yenə xoşbəxtəm!

COŞQUN: – Sən məni yenə başa düşmədin.!

YEGANƏ: – Onda açıq danış.!

COŞQUN: – Açıq?! Danışım! Mən səni dünyalar qədər sevi­rəm Yeganə həkim! (Yeganə sarsılmış halda geri çəkilir) İs­tə­yi­rəm səninlə evlənim! Quracağımız ailənin şərəfi...

YEGANƏ: – Şərəf?! Sən hansı şərəfdən danışırsan həkim?! Öz şərəfini qorumağı bacarmayan bir şəxs ailə şərəfini heç vaxt qoruya bilməz!

COŞQUN: – Qoruyaram Yeganə xanım! Xahiş edirəm mənə inan! Mən səni (Coşqun Yeganənin qolunu tutmaq istəyir. Ye­ga­nə var gücü ilə ona bərk bir sillə vurur. Coşqun tez əli ilə sil­lə vu­rulmuş üzünü tutur)

YEGANƏ (hirslə): – Əsgər ailəsinə şorgözlüklə göz dikən şə­rəfsiz! O kəlmələri bir də dilinə gətirməyi sənə qəti qadağan edirəm! (Qapını zərblə çırpır otaqdan çıxır. Günelin Yeganəni səs­ləməsi eşidilir. Coşqun əli sillə vurulmuş üzündəkən Günel gəlir)

GÜNEL: – Bu nə səs-küydü həkim? Yeganəyə nə olmuşdu?

COŞQUN (dərindən nəfəsini dərib əlini üzündən çəkir): – Heç nə olmayıb Günel xanım, heç nə olmayıb!

GÜNEL: – Üzünüz niyə qızarıb həkim? Yoxsa... Qoy ba­xım! Aaa, elə bil kimsə sizə bərk bir sillə vurub! Yəqin Yeganə həkim vurdu hə? (Gülür)

COŞQUN (özünü itirmiş halda): – Yox-yox! Hə, nə olsun vur­du! Vurdu daa! Pişik çox istədiyindən balasını yeyər!

GÜNEL (gülərək): Pişiyi dara qısnayanda üzü də cır­maq­la­yar hə?! Bəs deyirdin o da səni sevir? Budur sevgisi? (Coşqun həkim heç nə deməyib başını aşağı salır) Ziyanın yarısından da qayıtmaq hünərdi həkim! Çalış daha bu yoldan əl çək! Sonrası bundan da pis olar haa! (Qəhqəh çəkib məzəmmətlə Günür)

(pərdə)

III pərdə, IV şəkil
Ramizgilin həyəti. Mehriban yenə fikirlidi. Qızı Günel oxu­du­ğu kitabı yerə qoyub anasına baxır.

KÖNÜL:– Yenə də fikir edirsən ana?

MEHRİBAN: – Heç qızım! Bu gecə Ramizi yuxuda gör­mü­şəm! Ayılandan səksəkəli olmuşam! Elə bilirəm ki, bu saat kim­sə həyətə girib Ramizdən bir xəbər gətirəcək!

KÖNÜL: – Bu gecə Yeganə ilə mən də qaqaşı yuxuda gö­mü­­şük! Özü də hər ikimiz eyni yuxunu! Oyanandan Allaha yal­va­­rırıq ki, kaş bu yuxumuz çin olsun!

MEHRİBAN: – O, anası ölmüşü siz yuxuda necə görüb­sü­nüz bala?

KÖNÜL: – Yuxuda görürəm ki, bir güllü bağçadı. Bizim qar­­­şımızdan arx ilə dumduru su axır. Sən də o arxın kənarında otu­rub yuyunursan. Arxın hər iki tərəfində rəngbərəng güllər açı­lıb. Yeganə ilə mən o güllərdən dəririk. Birdən kimsə bizi su­la­dı. Başımızı yuxarı qaldıranda Ramiz qaqaşı gülümsəyən hal­da su arxının kənarında gördük. İstədik ki, qaqaşla görüşək yu­xu­dan ayıldım!

MEHRİBAN: – Gözəl yuxudu. Allah xeyir eləsin qızım. Si­zi ki, sulayıb, demək aydınlığa çıxardıb. Kaş ki, bu söylədiklərin yuxu yox, həqiqət olaydı qızım, həqiqət! Onda mən dünyanın ən bəxtəvər anası olaram! (Əllərini göyə açır) Görəsən o gün bizə qismət olacaqmı ey İlahi?! Sən özün köməyimizə çat! Balamı mənə, məni də balama qovuşdur!

KÖNÜL: – Allah səsini eşitsin! Ana, bilirsən Yeganəyə nə olub?

MEHRİBAN (həyəcanla): – Yox, bilmirəm! Niyə qızım?!

KÖNÜL: – Niyəsini mən də bilmirəm. Ancaq neçə gündü elə bil dərdi-qəmi yaman artıb. Deyəsən kimsə onun xətrinə dəyib. Özündən də soruşuram deyir heç nə olmayıb.

MEHRİBAN: – Yəqin sənə elə gəlir qızım. Məzuniyyətə çı­xan­dan o yazıq hara gedir ki, kimsə onun xətrinə dəyə?! Bir söz-söh­bət olsaydı o, bizdən gizlətməzdi. Hamısı o, anası ölmüşün fik­rindəndi! (Fikrə gedirlər. Yeganə hər əlində bir şəkil albomu gə­lir) Mehriban ayağa qalxır) Gəl qızım. Gəl keç mənim ye­rim­də otur mən də gedim bir az bağ-baxçaya baş çəkim. (Mehriban Ge­dir. Yeganə keçib onun yerində oturarkən albo­mun içindən bir neçə yazılı zərflər düşür. Könül mək­tub­la­rı gö­tü­rür)

KÖNÜL: – Yeganə bacı bunlar nə məktubdu? (Məktubları Ye­ganəyə verir)

YEGANƏ: – Bu məktublar mənim ömrümün ən xoşbəxt gün­lərinin yadigarlarıdı Günel! Bunların hamısı Ramizin məni sevdiyi illərdə öz xətti ilə yazdığı məhəbbət dolu məktublardı!

KÖNÜL (həyəcanla): – Ramizin yazdığı məktublar?! (Mək­tub­ları Yeganədən alıb qoxlayıb öpür və köksünə basır) Qar­da­şı­mın məktubları! Ay qardaş, kaş ki, indi bu məktubları yazdığın gün­lər olaydı! (Hər ikisi doluxsanır)

YEGANƏ: – Ramizin məni məhəbbətiylə qanadlandırdığı gün­lərin yeganə yadigarları olan bu məktubları mən bəxti qara hər gün anamdan və səndən gizlin dönə-dönə oxuyuram! Oxu­duq­ca sanki sətirlərdən onun gizlincə səsini eşidirəm! Sanki hə­min an özümü tamam başqa bir aləmdə hiss edirəm. Biz and iç­mi­şik ki, ömrümüzün sonuna qədər bir-birimizə sədaqətli öm­ür-gün yoldaşı olacağıq! İndi mən öz əhdimə dönük çıxa bil­mə­rəm axı!

KÖNÜL: – Sağ ol bacı! Halal olsun! Sənin necə də təmiz ürə­­yin var!

YEGANƏ: – Görünür bu dünyada təmiz ürək yox, paxıl və pis insan olmaq lazımdı. Bəlkə onda tale adamın üzünə gülə! Yoxsa saf qəlbli olanları tale əzablı yollarda çox sınaqlara çəkir! (Susurlar. Telefonun zəngi eşidilir. Könül otağa girir və tez də qayıdır)

KÖNÜL: – Günel idi. Səni soruşdu. Dedi ki, bizə gəlir. Yə­qin ki, biz şəkillərə baxıb qurtaranacan gəlib çıxar. Yeganə bacı nə olar qaqaşın məktublarından birini oxuyun eşidim! (Ye­ganə zərflərə baxır və birini götürür)

YEGANƏ: – Bunu oxuyuram eşit. Toyumuzdan bir ay qa­baq yazdığı sonuncu məktubdu. Onda belə bir adət də var idi. Hə­­mişə mənə göndərdiyi məktubun neçənci olduğunu qeyd ed­ər­di. (Məktubu açıb oxuyur) – On səkkizinci məktub. Salam əziz Ye­ganə. Məhəbbət dolu məktubunu açıb oxudum. Hər dəfə sən­dən məktub gələndə elə bilirəm ki, mənə bir dünya sevinc ba­ğış­la­yırlar. Sənin ətrini elə göndərdiyin məktublardan alıram. Bu mək­tubla səni sevindirmək istəyirəm Yeganə! Toya ha­zır­­la­şı­ram! Səbirsizliklə yolunu gözlədiyimiz vüsal gününə şükür ki, çox az qalıb! Mənim əzizim, sonuncu görüşümüzdən cəmi bir ay öt­sə də, ancaq yenə də sənin üçün həddindən artıq darıxıram! Da­­ha sənə məktub yazmayacam mənim həyatım. Ona görə ki, ana­ma gəlin gətirmək üçün tezliklə özüm yanına gələcəm! Sa­la­mat qal əzizim. İnşallah tezliklə bir-birimizə qovuşarıq!

KÖNÜL (kövrəlir): – Eh qaqaş, qaqaş! Allah bilir indi hara­da­­­­san!

YEGANƏ: – Ürəyimə damıb ki, Ramiz sağdı! Lap tezliklə on­dan bir xəbər çıxacaqdı! Allah özü bilir ki, mən zavallının Ra­miz­dən və sizlərdən başqa heç kimim yoxdu! Elə buna görə də ina­nıram ki, Allahın mənim kimsəsizliyimə yazığı gəlib Ra­mi­zi sağ-salamat mənə çatdıracaq! O gün çox uzaqda deyil Kö­­nül! Mən buna inanıram. (Könülün göz yaşlarını silir)

KÖNÜL: – Allah eləsin bacı! Təki sən deyən olsun! (Al­bom­­­­­dakı şəkillərə baxırlar. Həyət qapısının cırıltısı eşidilir. Gü­nel gəlir)

GÜNEL (gülümsəyərək): – Salam qızlar. (Yeganə ilə Könül ay­a­ğa qalxırlar)

KÖNÜL: – Salam Günel xanım. Xoş gəlibsən. (Görüşüb-öpü­­şürlər)

YEGANƏ: – Həmişə sən gələsən ay Günel. Səndən nə əc­əb? (Otururlar)

GÜNEL: – Xeyirdi inşallah. Səni ürəyim istədi. Neçə gündü telefonumuz da işləmir ki, heç olmasa səninlə telefonla əlaqə sax­layım. Elə bayaq təsadüfən dəstəyi qaldıranda gördüm işləyir.

YEGANƏ: – Yaxşı ki, gəldin ay Günel. Elə mənim də ürə­yim səni istəyirdi.

GÜNEL: – İnanırsan həkim, bu məzuniyyətdə olduğun müd­dətdə sənsiz yaman darıxıram. Xəstəxananın həyətinə gir­mək istəmirəm. Elə bil işdə məni sıxırlar. Elə gözlərim divardakı saatda qalır. Tələsirəm ki, iş vaxtı tez qurtarsın durum qaçım evə.

KÖNÜL (ayağa durur): – Görünür özünüzü Yeganə bacıya çox öyrədibsiniz. Allah sizi həmişə beləcə mehriban etsin.

GÜNEL: – Amin.

KÖNÜL: – Siz söhbətinizi eləyin bu dəqiqə mən də sizə elə bir çay dəmləyim gətirim ki, ətrindən lap bihuş olun. (Gedir)

YEGANƏ: – Evinizdə vəziyyət necədi Günel?

GÜNEL: – Siz sağ olun həkim. Şükür Allaha hər şey öz ye­rin­də, hər iş öz axarındadı. Bəs sizdə? Ramizdən bir xəbər var­mı? Bu gecə onu yuxuda görmüşəm! Görürəm ki, göydə uça-uça gedir!

YEGANƏ: – Hələ ki, bir xəbər yoxdu! O ki, qaldı və­ziy­yə­ti­­miz, onsuz necə olacaqdı, ay bacı?! Bu gecə biz də onu yuxuda gör­müşük! Görünür bu gün bizə kimsə Ramizdən bir şad xəbər ve­rəcəkdi!

GÜNEL: – Allah eləsin həkim! Kaş ki, ürəyinizə daman hə­qi­qət olsun! (Könül gəlir. Sinidəki çay süzülmüş stəkanları di­va­nın qarşısındakı stola düzür) Zəhmət çəkdiniz. Çox sağ olun.

KÖNÜL: – Heç bir zəhmət yoxdu Günel. Xoşdu. Hə, indi siz söhbətinizi edin, mən də gedim bir az bağda anama kömək edim. (Gedir)

YEGANƏ: – Xəstəxanada vəziyyət necədi? Mənim ba­rəm­də söz-söhbət yoxdur?

GÜNEL: – O günkü hadisədən sonra nədənsə Coşqun hə­kim məni görəndə uzaqlaşmaq istəyir. O, barədə də daha heç nə de­mir. O gün ona elə cavab vermədin ki, sənin barəndə bir də baş­qa söz deyə. Səndən bir söz soruşum həkim. Eşitdiyimə görə o səni qaçırtmaq istəyib. Belə bir hadisə olubmu həkim?

YEGANƏ (bir az fikrə gedir): – Hə olub.

GÜNEL (həyəcanla): – Doğrudan?

YEGANƏ: – Yenə də cavabını verdim. Uzun sürən söhbə­ti­miz­dən sonra Coşqun nə düşündüsə öz tutduğu hərəkətindən özü də peşman olub bu fikrindən əl çəkdi. Sonra çox xəcalətli halda ba­şını aşağı salıb elədiyi hərəkətə görə məndən üzür istədi və de­di ki, – Bu gündən sonra mən sənin qardaşın, sən də mənim ba­cımsan. (Könül gəlir)

KÖNÜL: – Deyəsən özünüz kimi söhbətiniz də şirin keçir axı? Allah sizi həmişə belə mehriban eləsin.

GÜNEL: – Biz elə həmişə mehribanıq.

KÖNÜL: – Bəs bizin istədiyimiz nədir ay Günel? Allah sizi hə­mişə mehriban eləsin. Yaxşı, siz söhbətinizdə olun mən də bu stə­kanları aparım mətbəxə, oradan da gedim həm baxçada ana­ma baş çəkim, həm də çağırım gəlsin. (Stəkanları gətirdiyi si­ni­yə yığıb aparır)

YEGANƏ: – Günel, o gündən elə bil ki, özümü böyük bir xə­tadan, ağır bir yükün altından qurtarmış kimi hesab edirəm.

GÜNEL: – Doğrudan da elədi həkim. Həqiqətən də böyük bir xatadan qurtarıbsınız. Allahın bu məsləhətinə də çox şükür.

YEGANƏ: – Min şükür Günel. Əgər bu söz-söhbət el ara­sın­­da yayılsaydı tamam biabır olardım. Bizi tanıyan tanı­ma­yan bü­­tün el-aləm yəqin ki, mənim barəmdə başqa-başqa sözlər da­nı­­şar­dılar! O, zaman da mütləq, mən özümü öldürərdim Günel, müt­­ləq! Yəqin ki, Allahın mənim kimsəsizliyimə yazığı gəl­di­yi­nə görə bu bəlanı taleyimdən tez uzaqlaşdırdı!

GÜLEL: – Kimsəsiz niyə olursan həkim? Sən Allah bir də elə demə. (Ayaq səsləri eşidilir. Mehribanla Könül gəlirlər)

MEHRİBAN: Ay salam-əleyküm, salam-əleyküm. Xoş gəlmisən ay qızım. Həmişə sən gələsən.

GÜNEL:Xoş gününüz olsun, Mehriban xala. Gəlin əylə­şin. (Görüşüb öpüşürlər və otururlar)

MEHRİBAN: – Çoxdandı görünmürsən ay qızım. Nə yaxşı bir­dən birə şeytanın ayağını qırdın?

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin