Zəlimxan Yaqub – 70. /metodik vəsait/ Şİrvan-2020 Zəlimxan Yaqub – 70



Yüklə 40,83 Kb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü40,83 Kb.
#109856
  1   2   3   4


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ



Zəlimxan Yaqub – 70.

/metodik vəsait/

ŞİRVAN-2020


Zəlimxan Yaqub – 70 .

Həyat və yaradıcılığı
Zəlimxan Yusif oğlu Yaqubov ( Zəlimxan Yaqub) 1950 – ci il yanvar ayının 21-də Gürcüstanda, Bolnisi rayonunun Bolus – Kəpənəkçi kəndində anadan olmuşdur.

1967 – ci ildə həmin kənddə orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1967- 1972 –ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakultəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1967- ci ildə fəhlə kimi başlamış, 1973 – 1984 – cü illərdə “Azərkitab” Kitab – Ticarət Birliyində müxtəlif vəzifələrdə çaışmışdır. 1987- 1994-cü illərdə “Yazıçı” nəşriyyatında redaktor və Poeziya şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Ədəbi fəaliyyətə 1966 – cı ildə “Qələbə bayrağı” rayon qəzetində dərc etdirdiyi “Şota Rustaveliyə” adlı şeirlə başlamışdır.

1983- cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur . 1987- ci ildə Ağdam Dövlət Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi muvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

Görkəmli şair 1992 – 1995- ci illərdə sərbəst bədii yaradıcılıqla məşğul olmuşdur “.Könlümün Səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasiyıq”, “Ziyarətin qəbul olsun”, “Şair harayı”,”Bir əlim torpaqda, bir əlim haqda”,”Bu yaşıl ağacın altı bizimdir”, “Zəlimxan Yaqub” ( foto- albom ), gürcü dilində “Söz camı”, fransız dilində “Şairin taleyi” kitabları böyük tirajla nəşr edilmişdir.

Zəlimxan Yaqub ictimai fəaliyyətlə də məşğul olmuş, 1995 – 2005 – ci illərdə Azərbaycan Respublikasının Milli- Məclisinin deputatı seçilmişdir .

1994 cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olmşdur. Dövlət mimayəndə heyətinin təkibində ABŞ- da , Almaniyada , Cin Xalq Respublikasında, Səudiyyə Ərəbistanında, İraqda, Türkiyədə, Qırğızıstanda rəsmi səfərlərdə olmuşdur.

2008- ci il avqust ayının 29- da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyyinin sədri seçilmişdir.

2000 –ci ildə Azərbaycanın “Söhrət”və Gürcüstanın “ Şərəf” ordenləri ilə təltif olunmuş, 2005 –ci ildə “Xalq şairi” fəxri adına layıq görülmüşdür. Hacı Zeynalabdın Tağıyev adına və Məmməd Azar adına mükafatlarla təlif edilmişdir. 2009- cu il iyun ayının 6- da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının”Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilmişdir. 2010- cu ildə Zəlimxan Yaquba Gürcüstan- Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan – Azərbaycan Tədriz Universitetinin fəxri doktoru adı verilmişdir.2012-ci il oktyabr ayının 5- də Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu- York Assosiasiyası Xalq şairini Fəxri diplom və medalla təltif etmişdir.


Zəlimxan Yaqub 2016 – cı il yanvar ayının 9- da vəfat etmişdir. Fəxri Xiyabanda dəfn edilmişdir.


Yüklə 40,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin