Zərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında



Yüklə 29,13 Kb.
tarix21.06.2018
ölçüsü29,13 Kb.
#54289

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq  vəzifə maaşları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin  etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası bu qərarın 1 nömrəli əlavəsinə uyğun müəyyən edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları bu qərarın 2 nömrəli əlavəsinə uyğun müəyyən edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun saxlanılması xərcləri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Elm” köməkçi bölməsinin iqtisadi təsnifatının “Sair xərclər” paraqrafında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 20 aprel 2010-cu il



№ 70

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



2010-cu il 20 aprel tarixli 70 nömrəli qərarına

1 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun



XƏRCLƏR SMETASI

 


 

    (manat)  

Xərclərin  iqtisadi  təsnifatı

2010-cu il

Cəmi xərclər

                       o cümlədən:



7022400

 


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun saxlanılması xərcləri

ondan:


 

922400


ştatda olan işçilərin əməkhaqları

61700

ştatdankənar işçilərin əməkhaqları

60000

əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

18900

Dövlət Sosial Müdafiə Fonduna  ayırmalar

30932

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, seminarların təşkil edilməsi, işçilərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və fəaliyyəti ilə bağlı digər xərclər

 

 

 



 

750868


Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara azad yaradıcılıq imkanının yaradılması, dövlətin elmi informasiya və innovasiya ehtiyatlarının artırılması, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar, fundamental və ictimai elm sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi xərcləri 

 

 

 



 

 

 



 

6100000


Aparatın rəhbəri      A.HACIYEV

        

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 20 aprel tarixli 70 nömrəli qərarına

2 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun  ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları

 


Vəzifələrin adı

Ştat vahidlərinin sayı (nəfər)

Aylıq vəzifə maaşı (manat)

İcraçı direktor    

1

1000*

Müşavir

1

750

Baş mühasib

1

700

Baş məsləhətçi

4

600

Aparıcı məsləhətçi

2

500

Məsləhətçi

1

450

CƏMİ

10

6300

*Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 742 nömrəli Sərəncamı ilə müəyyən edilmişdir.

 

Aparatın rəhbəri    A.HACIYEV



Yüklə 29,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin