Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
Milli - mənəvi dəyərlərimizi təbliğ edək ( Metodik tövsiyə)
Zərdab- 2016
MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZ
Bizim hamımızın bir vətəni var. Bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər , ancaq Azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır.Milli-mənəvi dəyərlər nədir?
Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran inkşafa kömək edən davranış qaydalarıdır.Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Qədim dövrlərə ,“Kitabi - Dədə Qorqud” , “Koroğlu”,”Qaçaq Nəbi”dastanları, xalqımıza mənsub olan dahi şairlərimiz, yazıçılarımız : Nizami, Əlişir Nəvai, Yunus Əmrə,Füzuli, Nəsimi və digərləri tariximizi, mənəvi dəyərlərimizi əks etdirən, bizi dünyada tanıdan ölməz əsərlər yaratmışlar..
Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri , Novruz mərasimi, yas mərasimləri, islam dininin təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən milli-mənəvi dəyərlərini özündə yaşadır.
Ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə çatdırılması kitabxanalar qarşısında duran əsas vəzifələrdən biridir . Kitabxanalarda milli mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət verilməli ,əyani və şifahi təbliğat formalarından istifadə edərək müxtəlif tədbirlər keçirilməlidir.
Kitabxanalarda “Heydər Əliyev və milli mənəvi dəyərlər” adlı sərgilər təşkil olunmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan gerçəkliyini, xalqımızın mədəni-mənəvi irsinin qorunmasındakı müdrik fikirləri sərgilərdə dolğun əks olunmalıdır:
-“Xalqımız öz böyük şəxsiyyətləri vasitəsi ilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş və bu kimi ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir”.
-”Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək”,
-“Xalq bir çox xüsusiyyətləri ilə tanınır,sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi,ən böyüyü mədəniyyətdir”
Azərbaycan Respublikasının qanunvericiliyində 21 Fevral ölkəmizdə Ana dili günü kimi qeyd edilir.Ana dilimizin təbliği ilə bağlı kitabxanalarda “Ana dilimizi sevək, sevdirək” , “Dilimiz milli varlığımızdır” , “Milləti yaşadan onun dilidir” və sairə adlarla müxtəlif tətbirlər keçirmək lazımdır.
Kitabxanaçılar vaxtaşırı islam dininin və adət-ənənələrin təbliğini kütləvi tədbirlər vasitəsi ilə gənclərimizə , cəmiyyətimizə çatdırmalıdırlar.Biz fəxr edə bilərik ki,islam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var.Babalarımızın bizə ötürdüyü milli-mənəvi dəyərlərin çoxu İslamdan götürülüb və islam sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan, islam dini və Quranla gələnlər dünyanın sonuna kimi müasirlikdə olacaqlar.Bu məqsədlə, kitabxanada “İslam dini haqqında hamının bilməsi lazım olan qaydalar” adlı söhbət keçirmək olar.
İslamın mübarək Ramazan , Qurban bayramları insanları mərhəmətə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır.Qurban bayramı günü ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olnur.
Azərbaycan xalqının ən zəngin folklorunu özündə yaşadan Novruz bayramı xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. Martın 21 Beynəlxalq Novruz günü kimi qeyd olunur.Bu münasibətlə kitabxanalarda “Novruz şənlikləri” adlı tədbir hazırlanmalıdır.Tədbirdə lazımı sərgi və stendlər bir neçə gün öncədən təşkil olunmalıdır.Tədbir mövzu ilə bağlı şeirlər, ədəbi kompozisiya və səhnəciklərlə tamamlanır. Tədbirdə muğam ifaçıları və sənətçilərin iştirakı da yaxşı olar,tədbiri daha da zənginləşdirər.
15 may Beynəlxalq Ailə günü ilə əlaqədar kitabxanalarda “Ailə və sağlamlıq” , “Mənim ailəm” və “Sağlam təbiət-sağlam insan-sağlam ailə” adlı söhbət, dəyirmi masa təşkil etmək olar.
Kitabxanalarda “Keçmişi yaşadaq, gələcəyi quraq” adlı məruzə, söhbət, müzakirənin təşkil də məqsədə müvafiqdir. Bu gün erməni qəsbkarlığı nəticəsində dağıdılmış, məhv edilmiş abidələr, onların bugünki və gələcək taleyi barəsində müzakirələr aparılır. Bu məqsədlə kitabxanalarda belə tədbirlərin vaxtaşırı təşkil edilməsinin əhəmiyyəti böyükdür.
Milli dəyərlərimizi özündə əks etdirən mətbuat nümunələrini oxuculara çatdırmaq üçün hər gün kitabxanaçı dövri mətbuatı oxumalı və lazıımı materiallar tapmalı, “Milli dəyərlərimiz” , “Mədəni dəyərlərə qayğı” , “ Milli -mənəvi irsimiz bizim tariximizdir” adlı mövzu kartotekaları təşkil etməlidir. Kitabxananın fondu milli vətənpərvərlik və vətəndaşlıq, milli mənəvi dəyərləri təbliğ edən kitablarla zənginləşdirilməlidir.
Təbliğat Azərbaycançılıq üzərində qurulmalı, Azərbaycan tarixi, etnoqrafiyası dəqiq şəkildə təbliğ edilməlidir.Həmçinin tarixi qəhrəmanlarımızın, milli qəhrəmanlarımızın qəhrəmanlıqları geniş təbliğ edilməlidir.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu həm də cəmiyyətin, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, kitabxanaların üzərinə düşür. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir.
ƏDƏBİYYAT
* Muğam ensiklopediyası.- Bakı : Tutu Uşaq Mədəniyyət Mərkəzi, 2008. - 215 s. *Qadın xanəndələr.- Bakı : Musiqi dünyası. - TUTU Design, 2008.
* B. Vəli. Gəmiqaya təsvirləri.- Bakı: Elm, 2003. - 168 s.
*K. Aydın Ələsgər oğlu. Azərbaycan kinematoqrafçıları. -Bakı : Mütərcim,
2002. - 224 s.
*K. İnqilab. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri .- Bakı :
Maarif, 2002. - 576 s.
* H.Cəmilə. İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti. - Bakı : Ayna Mətbu Evi, 1999. - 96 s.
*Azərbaycan xalq mahnıları. – Bakı : Gənclik, 1997. - 152 s.
*Ə. Əziz Yusif oğlu. Qərbi Azərbaycan abidələri . - Bakı : Ağrıdağ, 2006. - 328 s.
*Azərbaycan musiqi dünyası .- Bakı : Nurlar, 2001. - 464 s.
*Bizim Bülbül-dünyanın Bülbülü / red. N. Hacızadə. - Bakı : Nurlan, 2004. -516 s.
* S.Zemfira. Azərbaycanın musiqi elmi : XII-XX əsrlər - Bakı : Azərnəşr, 2006. –
544 s.
* Ü.Hacıbəyov Ensiklopediyası. – Bakı : Şərq-Qərb, 2007.
* Orta əsrlər. - Bakı : Şərq-Qərb, 2008. - 632 s.
* Azərbaycan xalçaçılıq sənəti. – Bakı : Xəzər, 2010. - 128 s. X. İmran.. - Bakı :
Ayna Mətbu Evi, 2001. - 79 s.
*C. Qaryağdı (1914-2001) .- Bakı : Şərq-Qərb, 2013. - 104 s.
*K.Əhməd (1940-1994) .- Bakı : Şərq-Qərb, 2013. - 104 s.
*Tokay Məmmədov . – Bakı : Şərq-Qərb, 2013. - 104 s.
*Azərbaycan filmləri. – Bakı : 2014. - 2 el. opt. disk .
*Azərbaycan xalçaları. Qarabağ inciləri. - Bakı : Elm, 2010. - 155 s.
* Ə. Tahir. Novruz süfrəsi . – Bakı.: 2010. - 80 s.
*Ə.Tahir. Mətbəx dastanı . – Bakı: 2011. - 212 s.
*Şirniyyat məmulatları . – Bakı : 2007. - 208 s.
*Novruz bayramı ensiklopediyası. – Bakı : Şərq-Qərb, 2008. - 208 s.