Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi Bir gecənin qanla yazılmış tarixi Metodik məktub



Yüklə 29.88 Kb.
tarix15.06.2018
ölçüsü29.88 Kb.

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi

1

Bir gecənin qanla yazılmış tarixi

Metodik məktub

Zərdab-2017

26 Fevral - Xocalı Soyqırımı günü

1992

Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər – insanları amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. 1992-ci il fevralın 25-dən 26- na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı. Halbuki xocalılar ermənidaşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi. Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər. Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danı şan ümummili lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.

Bu il Xocalı soyqırımının 25 ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır! Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmiş- dir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlık sükutla yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində böyük işlər gö- rüb. Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin nümayiş olunması və sair bu qəbildəndir. Xocalı soyqırımına dair müxtəlif dillərdə Fond tərəfindən filmlər hazırlanıb, həmin filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının qələmə aldıqları məqalələrin sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil olunub. Bunlar hamısı Heydər Əliyev Fondun Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir. Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Leyla xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlər haqqında obyektiv məlumatlara cəlb etmək, sözügedən faciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək, eyni zamanda, Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiə olunması məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq” (“Justice for Khojaly, Freedom for Karabakh”) devizi altında beynəlxalq kampaniyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. “Xocalıya ədalət!” - artıq dünyada bu kampaniyaya qoşulan insanların sayı günü-gündən çoxalmaqdadır. Bu kampaniya daha da genişlənməkdədir. Bu baxımdan çox güman ki, bu kampaniya və təbii ki, bu istiqamətdə görülən işlər bundan sonra da davam edəcək. Amma söhbət ondan gedir ki, bizim hər birimiz bu kampaniyalara dəstək verməliyik. Harada yaşamağından asılı olmayaraq – Azərbaycanda da, Azərbaycandan kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Tarix heç nəyi unutmur! Allah bütün şəhidlərə rəhmət eləsin!
Xоcalı Sоyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər
Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017ci il tarixli Sərəncam imzalamışdır.Bununla əlaqədar təbliğat mərkəzi kimi kitabxanalar üzərinə böyük məsuliyyət düşür. Hazırda kitabxanalarda Xocalı faciəsinə həsr edilmiş bir sıra materiallar; kitab, kitabça, dövri mətbuat materialları vardır ki, bu materiallar qismən də olsa baş vermiş faciənin əsl mahiyyətinin oxuculara çatdırılmasına kömək edə bilər. Kitabxanalar Xocalı faciəsinə həsr olunmuş nəşrlərin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından məqsədyönlü şəkildə istifadə etməlidirlər. Bu məqsədlə kitabxanalarda aşağıdakı mövzularda; Xocalı faciəsi bəşər tarixində ən qanlı cinayətlərdən biridir”, “Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir ”, “ Xocalı ittiham edir ”, “ Xocalı- 25, “ Xocalı – Qanımızla yazılan tariximiz”, “Xocalı harayı”, “Bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayət”,» “ Bir gecənin qanla yazılmış tarixi-26 fevral 1992 –ci il “, “Xocalı faciəsi- tarixin qanlı səhifəsi “ , Yaddaşların Xocalı ağrısı “, “Xalqın Xocalı dərdi, tarixin Xocalı dərsi” ,”İnsanlığa qarşı erməni cinayəti : Xocalı faciəsi “

Şəhid yurdum - Xocalım “və s. mövzularda məruzə, söhbət ,mühazirə, kitab sərgisi, foto-stend, dəyirmi masa, məlumat həftəsi, ədəbi-bədii kompozisiya, anım mərasimləri keçirilməsi məqsədə uyğundur.



Törədilmiş vəhşiliyə dair yazılmış sənədlər əsasən oçerk, məqalə və şəhidlərin xatirələrindən ibarətdir. Belə sənədlər əksər hallarda qəzet və jurnal səhifələrində dərc olunduğundan oxucular bu materialları əldə edib oxuya bilmirlər. Odur ki, Xocalı faciəsinin əsl mahiyyətini oxuculara çatdırmaq üçün məlumat həftəsi keçirmək olar. Tədbiri keçirmək kitabxanaçıdan xüsusi hazırlıq tələb edir. Tədbiri lazımı səviyyədə keçirmək üçün sərgilərin təşkil edilməsi vacibdir. Sərgilər tədbirin tələbi səviyyəsinə uyğun tərtib edilməli, kitablar, qəzet və jurnallar xüsusi bir sistemlə düzülməli, faciəni əks etdirən foto albom və müxtəlif sənədlər burada öz əksini tapmalıdır. Sərgiləri tərtib edərkən mövzuya uyğun sitatlardan istifadə etmək yaxşı olar. Sərgini mövzuya uyğun kartoteka ilə tamamlamaq lazımdır.

Kitabxanalarda Xocalı faciəsinə həsr olunmuş nəşrlərin təbliği ilə əlaqədar “Xocalı soyqırimi “ adlı elektron məlumat bazası da hazırlamaq məqsədə müvafiqdir.

Kitabxanalarda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar xatirə gecəsi də keçirmək olar. Tədbirin birinci hissəsində qəlblərimizə dağ çəkən bu faciə haqqında ətraflı məlumat verilməlidir. Ermənilərin törətdiyi dəhşətləri, zavallı Xocalıların başına açdığı müsibətlər aparıcı tərəfindən açıq-aydın tədbir iştirakçılarına çatdırmalıdır. Tədbirin ikinci hissəsində oxucular iştirak etməli, Xocalıya aid şerlər söylənilməli, istedadlı həvəskarlar tərəfində hazırlanmış səhnəciklər də göstərilə bilər. Birinci növbədə tədbir keçirilən zalın tərtibatı ilə məşğul olmaq lazımdır. Zalın divarlarına Xocalı dəhşətlərini əks etdirən şəkillər vurulmalıdır.

Xocalı-dərdim mənim”, “Körpələrin qanını yerdə qoymayaq”, “Xocalı ittiham edir”, “ Xocalı soyqırımı heç vaxt unudulmayacaq “ və sair şüarlar yazılmış lövhəciklər vurula bilər.



Keçirilən tədbirlər vasitəsilə geniş oxucu kütlələrinə izah olunmalıdır ki, Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım , kütləvi və amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi. Xocalı qırğını qan yaddaşımız, ürək ağrımız, ana-bacılarımızın tapdalanmış namusudur.

Bu dəhşəti heç bir Azərbaycanlının unutmağa haqqı yoxdur. Düşmənlərimizi tanımalı, onları qarşı son damla qanımıza qədər mübarizə aparmalıyıq. Bu hər birimizin vətənimizin azadlığı uğurunda şəhid olan həmyerlilərimizin ruhları qarşısında vətəndaşlıq borcumuzdur.

Ədəbiyyat:

  • Hicran , F.Qarabağda talan var.-Bakı : Gənclik, 1992.-160 s.

  • Müslümqızı, S.Qar üstünə qan yağırdı.-Bakı:Azərnəşr,1993.-184 s.

  • Sultanov, Z. Xocalı faciəsi.-Bakı :İşıq,1993.- 15 səh.

  • Quluzadə ,Ə. Qadan mənə Qarabağ.-Bakı: Ozan,2006.-245 səh.

  • Sonam, B.Qanlı dərə.-Bakı:Qanun,2004.- 44 səh.

  • Azərbaycan Milli Ensiklopediyası.-Bakı :2007, s.859-860

  • Erməni amansızlıqları yaddaşımızın üsyanına cevrilməlidir // Xalq qəzeti.- 2016.-26 fevral.- s.9

  • Bayramov, Vaqıf. Xocalı soyqırımı- bəşəriyyətə qarşı müdhiş cinayət /V. Bayramov // Xalq qəzeti.-2016.-26 fevral. – s.7



  • Cəbrayılov, Rəfail. Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayətdir. / R .Cəbrayılov// Xalq qəzeti.-2011.-26 fevral.- s. 3.

  • Səfiyeva Gülgün.Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməlidir. /G. Səfiyeva//Azərbaycan.-2010-21 fevral.- s. 5.

  • Rzalı, Rəmziyyə . Xqcalı soyqırımı xalqımiza qarşı kütləvi qırğın siyasətinin növbəti faktı oldu. / R. Rəmziyyə // Azərbaycan . – 2010 . – 21 fevral . – s. 4.

  • Xəlilzadə Flora.Şəhid yurdum –Xocalım /F. Xəlilzadə // Azərbaycan.- 2012.-14 fevral.- s.7.

  • Hacalıyev Elnur . XX əsrin faciəsi- Xocalı soyqırımı /E. Hacalıyev// Azərbaycan.-2012 .-12 fevral.-s .6

  • Allahverdiyev Mübariz. Erməni vandalizmi və Xocalı Soyqırımının sağalmaz yaraları / M. Allahverdiyev // Xalq qəzeti .-2013.-3 mart.- s.5.

  • Xocalı soyqırımı: tariximizin dönüş nöqtəsi // Palitra.- 2014.-26 fevral.-s.6.

  • Xocalı soyqırımı heç vaxt unudulmayacaq // Kaspi .- 2014.-4 mart.-s.7

Tərtib etdi : G. Qasımova - Metodika və biblioqrafiya şöbəsinin müdiri

Redaktor : M.Əhmədova - Metodika və biblioqrafiya şöbəsinin baş metodisti

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə