Ziqmund freyd bir illüziyanın gələcəyi erix fromm psixoanaliz və din



Yüklə 5.5 Mb.
səhifə2/8
tarix01.02.2020
ölçüsü5.5 Mb.
1   2   3   4   5   6   7   8

ÖN SÖZ

Kitabda Ziqmund Freydin və Erix Frommun qeyrişüuri fenomenin insanın davranışında rolu haqqında ideyalarını əks etdirən əsərlərin mətnləri dərc olunub. Müəlliflər tərəfindən mədəniyyətdə, cəmiyyətdə və insan şüurunda dinin və dini ehkamların rolunun qiymətləndirilməsi müasir oxucularda da müəyyən maraq dəğuracağına heç şübhəmiz yoxdur. Kitab ali məktəb müəllimləri, dəktorantlar və tələbələr üçün nəzərdə tutulub. Bundan başqa, E.Frommun «Sevmək sənəti» əsəri çox faydalı və maraqlıdır.

Dünyada ən çox oxunan kitablardan biri olan bu əsərdə sevginin sənət olması, onun müxtəlif növləri, müasir dünyada gedən proseslərin sevgiyə təsiri həm nəzəri, həm praktiki baxımından təhlil olunmuşdur. Humanizm, insanın mahiyyəti, yaşamağın mənası, özgələşmə, müharibə, qrup psixologiyası, bişüuri problemləri və bir çox fəlsəfi, sosial-siyasi, sosial-psixoloji məsələlər burada təhlil olunur.

Kitab bir növ insan həyatının ensiklopediyasıdır. Yaşından asılı olmayaraq, bütün maraqlanan şəxslər burada ürəyincə olan sözü, məsləhəti tapa bilərlər. Humanitar və ictimai elm sahələri tədqiqatçıları üçün də bu kitab olduqca faydalı ola bilər.



Gızılgül Abbasova


ZİQMUND FREYD.
"BİR İLLÜZIYANIN GƏLƏCƏYİ"

I
Uzun müddət hansısa bir mədəniyyət hədlərində yaşadıqda, onun inkişafının mənbələrini və yollarını dönə-dönə öyrəndikcə, gec-tez başqa bir istiqamətə nəzər salmaq həvəsinə düşürsən: bu mədəniyyətin gələcək taleyi necə olacaq, hansı dəyişikliklərə məruz qalacaq? Sualları öz qarşısına qoyursan. İlk əvvəl ona görə ki, çox az adam insan fəaliyyətini onun bütün şaxələrində təəssüratından keçirə bilir. Çoxusu bir ayrıca götürülmüş, və yaxud bir neçə sahə ilə kifayətlənir; insan, öz keçmişi və indiki haqqında nə qədər az bilirsə, bir о qədər onun gələcək haqqındakı düşüncəsi zərurən, etibarsızdır.

İkincisi, ona görə ki, əslində, belə bir düşüncələrdə fərdin subyektiv niyyətlərinin faizi kifayət qədər yüksəkdir; bu niyyətlər qaçılmaz surətdə şəxsin təcrübəsinin sırf özünəməxsus məqamlardan, həyata olan baxış və münasibətlərin az və ya çox dərəcədə nikbin olmasından (bu da öz növbəsində temperamentin təsirindən, şəxsin səylərinin uğurlu və yaxud uğursuz olmasından asılıdır) asılıdır. Nəhayət, daha belə bir gözə çarpan amil də qeydə alınmalıdır: insanlar ümumən və bütövlükdə özünə müasir olan dövrü bir növ sadəlövhcəsinə qavrayır, onun dərinliklərinə lazımi qiymət vermirlər: ilk əvvəl onlar buna gərək müəyyən bir şəkildə kənardan baxmalıdırlar, yəni müasirlik keçmişə çevrilməlidir ki, biz, ona gələcək haqqındakı mühakimələrdə istinad edək.

Mümkün gələcək haqqında öz adından xəbər vermək əvəzinə düz yoldan çıxarılan insan, qeyd etdiyimiz maneələri, ümumən, hər hansı bir peyğəmbərliyə xas olan etibarsızlığı gərək unutmasın. Məhz buna görə şəxsən mən, həddindən artıq böyük bir məqsəddən boyun qaçırmağa çalışaraq dərhal kiçik, xüsusi bir sahə ilə məşğul olmağı lüzum bilirəm; bu sahə əvvəllər də diqqətimi cəlb edirdi. Amma əvvəl onun yerini daha ümumi tamın daxilində müəyyən etməli olacağam.

İnsan mədəniyyəti dedikdə mən insan həyatını bioloji şəraitin üzərində yüksəldəni, heyvan həyatından fərqləndirəni nəzərdə tuturam, özü də mədəniyyət və sivilizasiya arasındakı fərqlərini mən nəzərə almıram, bu mədəniyyət, məlum olduğu kimi, müşahidəçi qarşısında iki tərəfini aşkar edir.

Birincisi, mədəniyyət, insanlar tərəfindən öz tələbatlarını ödəmək məqsədilə, istifadə olunan nemətləri yaradan təbii qüvvələri əldə etmək üçün toplanılan biliklər və bacarıqlardır. İkincisi, buraya insan münasibətlərini qaydalaşdıran bütün institutlar (xüsusilə əldə edilən nemetlərin bölgüsü üçün) daxildir. Mədəniyyətin bu hər iki istiqaməti öz aralarında sıx əlaqəlidir; birincisi, ona görə ki, mövcud nemətlərin yaratdıqları imkanlar həddində istəklərin ödənilməsi, insanların qarşılıqlı münasibətlərinə çox dərin təsir göstərir, ikincisi, nə qədər ki, hər bir ayrıca götürülmüş insan digərləri ilə hər hansı bir bu və ya digər nemət münasibətilə əlaqəyə girir, biri digərini, işçi qüvvə kimi istifadə edir və yaxud seksual obyektə çevirir, üçüncüsü, baxmayaraq ki, hər bir fərd, virtual olaraq, mədəniyyətin düşmənidir, sonuncu bütün insan nəslinin vəzifəsi olaraq qalmalıdır.

Qəribədir: insanlar qapalı, təcrid olunmuş halda yaşamağa nə qədər az qadir olsalar da, mədəniyyət tərəfindən onlardan, birgə həyatın naminə tələb olunan qurbanın ağır bir yük olduğunu duyurlar. Mədəniyyət ona görə özünü tənha adamlardan müdafiə etməli, onun institutları, idarələri və qaydaları isə bu işə qulluq etməlidir; onların vəzifəsi nəinki nemətlərin məlum paylanılmasını təmin etmək, həm də daima buna tərəf çıxmaqdır, ümumən insanların düşmənçilik hərəkətlərindən təbiətin fəth edilməsinə və nemətlərin istehsalına qulluq edən hər bir şeyi mühafizə etməlidirlər.

İnsanın yaratdıqları çox asan məhv edilə bilər. Onun yaratdığı elm və texnika isə özünün məhvi üçün də istifadə oluna bilər.

Beləliklə, təəssürat yaranır ki, mədəniyyət hakimiyyət və zor vasitələrini ələ keçirmiş azlıq tərəfindən ona qarşı çıxan çoxluğu tabe etmək üçün istifadə olunan bir şeydir. Təbü ki, bir mülahizə yarana bilər ki, bütün problemlər mədəniyyətin mahiyyətində deyil, onun bu günə qədər formalaşdığı təzahürlərinin qeyri-mükəmməlliyində kök salıb. Onun bu çatışmamazlıqlarını aşkar etmək çətin deyil. Əgər təbiətin mənimsənilməsi prosesində bəşəriyyət daimi tərəqqi yolu ilə gedir və gələcəkdə bu sahədə daha çox əldə etmək istəyirsə, bu cür analoji tərəqqini insan münasibətlərinin nizama salınmasında gözləmək çətindir, və yəqin ki, bütün tarixi dövrlərdə olduğu kimi, indi də bir çox insan belə bir sualla özünə müraciət edir ki, mədəniyyətin bu nailiyyəti müdafiəyə layiqdir, ya yox?

Fikirləşmək olar ki, insan cəmiyyətinin elə yenidənqurulması baş verə bilər ki, ondan sonra mədəniyyətdən narazılıq azalacaq, mədəniyyət məcburiyyət və istəklərin boğulmasından əl çəkəcək. İnsanlar qayğı və mənəvi əzabsız onlara hədd bəxş edən şeylərin ixtiyarına özlərini tamamilə buraxa bilərlər. Bu qızıl əsr olardı. Ancaq bir məsələ var: bu mümkündürmü? Görünür ki, mədəniyyət məcburiyyət və istəklərin boğulması əsasında qurulur; hələ məlum deyil, məcburiyyət və qadağalar götürülsə, insanlar həyati tələbatların ödənilməsi üçün vacib olan əməyin intensivliyini əvvəlki tək saxlayacaqmı? Mənə elə gəlir ki, bütün insanlarda destruktiv, yəni antiictimai və antimədəni tendensiyaların mövcudluğu və çox adamda bu tendensiyaların kifayət qədər güclü olması və buna görə də onların davranışını cəmiyyətdə rəhbər tutulmasının qeyri-mümkünlüyü faktını daha çox nəzərə almaq lazımdır.

Bu psixoloji fakt insan mədəniyyətinin qiymətləndirilməsində müəyyənedici əsasa malikdir. Əvvəllər hələ fikirləşmək olardı ki, onda əsas olan həyati tələbatların ödənilməsi naminə təbiətin mənimsənilməsi və gözlənilən təhlükələrin məqsədyönlü şəkildə, insanlar arasında, bu tələbatların bölüşdürülməsi yolu ilə aradan qaldırılması olması idisə, indi, ağırlıq mərkəzi, deyəsən, maddidən mənəviyə yerdəyişmə edib. Deməli, həlledici olan – insanların öz istəklərini qurban vərmə kimi bir vəzifənin ağırlığının azaldılması və nə dərəcədə azaldılması, insanları bu qurbanın qaçılmaz minimumu ilə barışdırmaq və onu nə iləsə kompensasiya etməkdir.

Məcburiyyətsiz mədəni işlərdə keçinmək mümkün olmadığı kimi, azlığın kütlələr üzərində hakimliyi olmadan da keçinmək mümkün deyil, çünki, kütlələr uzaqgörən deyil. Onlar cəhalətdədir və istəklərindən imtina etməyi sevmirlər. Bu imtinanın qaçılmazlığı haqqında arqumentlərə qulaq asmırlar və kütlənin fərdi nümayəndələri bir-birində pozğunluq və əxlaqsızlığı daha da təbliğ edirlər.

Yalnızca özünə rəhbər qəbul etdikləri nümunəvi fərdlərin təsiri sayəsində onlar, özlərini mədəniyyətin mövcudluğu üçün lazım olan gərgin əmək və özünü qurbana yönəltməyə imkan verirlər, sonuncusu isə mədəniyyət deməkdir. Əgər başçı həyati zərurətləri qeyri-adi şəkildə anlama qabiliyyətinə malik, öz istəkləri üzərində hakimiyyəti ələ almış şəxsiyyətlərdirsə, bu çox yaxşıdır. Lakin, burada onlar üçün bir təhlükə var ki, öz hakimiyyətini itirmək qorxusu onları kütlələrə, kütlənin onlara etdiyi güzəştdən daha çox güzəştə getsin və buna görə də başçının, hakimiyyət vasitələrinin nizamlayıcısı kimi, kütlədən uzaq və müstəqil olması zəruridir.

Qısa desək, insanlar iki, çox geniş yayılmış xüsusiyyətə malikdirlər, birinci, əməyə məhəbbətləri yoxdur, ikincisi, onların ehtirasları qarşısında heç bir şüurlu arqument dura bilməz, məhz bu iki xüsusiyyət mədəniyyət institutlarının məlum zorakılıq həddinə arxalanmasını müəyyən edir.

Mən bilirəm ki, bu cür fikirlərə qarşı nə demək olar. Mənə deyən olar ki, mədəni fəaliyyət üçün məcburiyyətin qaçılmaz olduğunu göstərmək məqsədilə burada təsvir olunan insan kütləsi xüsusiyyətləri, özlüyündə insanları qapalı, qisasçı, acıqlı edən mədəni institutların qüsurluğunun, zərərli təsirin nəticəsidir. Fikri yüksək qiymətləndirməyə öyrədilmiş, məhəbbətlə tərbiyə olunmuş mədəniyyətin xeyirli tərəflərinə vaxtında öyrənilmiş yeni nəsillər, ona başqa cür yanaşacaqlar, onda öz ən intim varlığını görəcək və onu lazımi şəkildə saxlaması üçün könüllü olaraq ona qurbanlar gətirəcək, çalışacaq və öz istəklərindən imtina edəcəklər. Onlar məcburiyyətsiz yaşaya biləcək və öz başçılarından çox az fərqlənəcəklər. Əgər bu günə qədər heç bir mədəniyyət bu keyfiyyətdə insan kütləsini formalaşdırmayıbsa, buna səbəb heç bir mədəniyyətin, insanın hələ uşaqlıqda, lazımi istiqamətdə formalaşdırılmasının mümkün olacağı nizamlılığı yarada bilməməsidir.

Ümumiyyətlə, hər halda indi, təbiətin mənimsənildiyi vəziyyətdə mədəniyyətin bu cür yenidən qurulmasının mümkünlüyü şübhə altındadır: sual oluna bilər, kifayət qədər bacarıqlı, etibarlı və təvazökar, gələcək nəsillərin tərbiyəçisi ola biləcək başçıları haradan tapmalı? Əgər bu ehtimallar həyata keçiriləsi olsa, nə qədər məcburiyyət tələb olunacağını düşünəndə, qorxmaq olar. Bu planın əzəmətini və onun gələcək insan mədəniyyəti üçün əhəmiyyətini şübhə altına almaq mümkün deyil. O, şübhəsiz ki, insanın çox rəngarəng, istəklərinin olması və bu istəklərin erkən uşaqlıq həyəcanlarının təsirilə son istiqamət alması kimi psixoloji şəraitlə əlaqədardır. Lakin, insan tərbiyəsinin məhdudiyyətləri mədəniyyətin bu cür inkişafının təsiretmə imkanlarına sərhəd qoyur – hər hansı mədəni mühitin yuxarıda sadalanan və cəmiyyətin idarəolunmasını çətinləşdirən insan kütləsinin qeyd olunan hər iki xüsusiyyətini boğa bilməsi sual altındadır. Müvafiq eksperiment hələ ki, aparılmayıb.

Yəqin ki, insanların müəyyən hissəsi istəklərinin ölçüyə sığmayan qüvvəsinə və yaxud xəstəliyə meylli olmasına görə həmişəlik qeyri-sosial olaraq qalacaq. Lakin, əgər bu günkü mədəniyyətə düşmən kəsilən çoxluğu azlığa çevirmək mümkün olsaydı, çox şey, hətta demək olar ki, mümkün hər şey əldə etmək olardı.

Mən istəməzdim ki, mənim tədqiqatımın müəyyən olunmuş sərhədlərindən kənara, çox uzağa çıxmağım haqqında təəssürat yaransın. Ona görə də, konkret olaraq oxucunu inandırıram ki, mən hal-hazırda Avropa və Asiya arasında qoyulan bu nəhəng eksperimenti qiymətləndirmək məqsədini güdmürəm1. Bu eksperimentin reallığını qiymətləndirmək, burada istifadə edilən metodların məqsədyönlülüyünün təhlilini aparmaq, məqsəd və icraolunma arasındakı qaçılmaz uçurumunun dərinliyini ölçmək üçün mənim nə peşəkar biliklərim, nə də ki, qabiliyyətlərim var. Orada hazırlanan nəsə bitirilmədiyindən, bizim, artıq çoxdan sabitləşmiş mədəniyyət baxımından, nəzərdən keçirilə bilməz.
II
Biz heç özümüz də bilmədən iqtisadi sahədən psixoloji sahəyə yuvarlandıq. Əvvəldə biz mədəni sərvəti mövcud sərvətlər və onların yerləşdirilməsi üçün lazım olan sosial institutların məcmusu şəklində olduğu düşünməyə meylli idik. Hər cür mədəniyyətin əməyə məcburiyyət, istəklərdən imtina əsasında qurulduğunu və deməli, qaçılmaz olaraq öz tələblərin obyektləri tərəfindən müqavimətə rast gəldiyini dərk edərək, aydınlaşdırmaq olar ki, sərvətlər, onların əldə edilməsi vasitələri və istifadəsi qanunauyğunluqları, mədəniyyətin əsas və ya yeganə məzmunu ola bilməz. Əks təqdirdə onlar, mədəniyyətin iştirakçılarının müqaviməti, yəni qiyam və dağıdıcı ehtirasları ilə qarşılaşacaqlar. Sərvətlərlə yanaşı indi mədəniyyətin müdafiəsinə xidmət edən vasitələr də çıxış edir – məcburetmə və digər vasitələrdir ki, bunlar insanları onunla barışmağa və onları, gətirdikləri qurbanlara görə mükafatlandırmaq məqsədini güdür. Bu, ikinci növ vasitələri, mədəniyyətin psixoloji arsenalı kimi xarakterizə etmək olar.

İfadə vasitəsinin birmənalı olması naminə, hansısa istəyin ödənilmə imkansızlığını - imtina ilə, bu imtinanı şərtləndirən qaydaları – qadağa, qadağa nəticəsində yaranan vəziyyəti – məhrumiyyət adlandıraq. Növbəti addım – hamıya və həmçinin ayrı-ayrı qruplara, siniflərə və ya sadəcə olaraq yalqızlara da toxunan məhrumiyyətlərin fərqləndirilməsi olacaq. Birincilər ən qədimlərdir: bu məhrumiyyətləri şərtləndirən qadağalarla mədəniyyət saysız-hesabsız minilliklər əvvəl özünün ilkin heyvani vəziyyətdən ayrılmasına başladı. Təəccüblüdür ki, onlar hələ də mədəniyyətə düşmənçilik hisslərinin nüvəsini təşkil edərək mövcuddur. Bunlardan əziyyət çəkən impulsiv istəklər hər bir körpə ilə yenidən doğulur: insanların bir hissəsi nevrotiklərdir. Artıq bu imtinalara da asosiallıqla cavab verirlər. Söbbət impulsiv insest2 istəyindən, kannibalizm və qaniçənlikdən gedir. Demək olar ki, bütün insanlar tərəfindən ittiham edilən bu impulsiv istəklərin təmin olunması və ya imtinası haqqında bizim mədəniyyətdə çox canlı mübahisə edilən digər istəklərlə yanaşı qoyulması qəribə səslənir.

Lakin, psixoloji cəhətdən birinin digərinə bərabər tutulması labüddur. Mədəniyyətin bu ən qədim impulsiv istəklərə münasibəti heç də eyni deyil: yalnız kannibalizm hamı tərəfindən rədd edilmiş olur. Adi bir nəzərdən keçirmə üçün isə tamamilə üstündən keçilmiş bir haldır. Lakin, insest istəklərin gücünü biz hələ müəyyən qadağa çərçivəsində də olsa hiss edə bilərik, qətl isə bizim mədəniyyət tərəfindən müəyyən şərtlərdə istifadə olunur, hətta hökm edilir. Ola bilsin ki, bu gün üçün kannibalizm kimi qəbulolunmaz, başqa istəklərin təmin olunması qeyri-mümkün olacaq digər inkişaf mərhələləri də hələ qabaqdadır.

Bu, ən qədim istəklərdə bu günə qədər digərləri üçün də əhəmiyyətini itirməmiş bir psixoloji faktor aydın şəkildə özünü biruzə verir. Doğru deyil ki, insan psixikası ən qədim zamanlardan inkişaf etmirdi və o, elm və texnikanın tərəqqisindən fərqli olaraq, tarixin əvvəlində necə idisə, elə də qalıb. Burada biz, bu psixi tərəqqiyə bir misal gətirə bilərik. Bizim inkişafımız xarici məcburiyyətlərin tədricən daxilə qapadılması istiqamətində gedir, və xüsusi psixi instansiya, insanın ali Məni3, onu, öz hökmləri sırasına daxil edir.

Hər bir uşaq, bizə bu tərəqqi prosesini, mənəviyyat və sosiallığa uyuşmanı nümayiş etdirir. Bu, ali-Mənin qüvvətlənməsi mədəniyyətin yüksək dərəcədə dəyərli, psixoloji nailiyyətidir. Bu prosesə məruz qalan şəxsiyyətlər, mədəniyyətin rəqiblərindən onun daşıyıcılarına çevrilirlər. Bu və ya digər mədəni regionda onların sayı nə qədər çoxdursa, о mədəniyyət bir о qədər təminatlıdır və xarici məcburiyyət vasitəsindən bir о qədər də tez qurtula bilər. Lakin interiorizasiya ölçüsü müxtəlif qadağalar üçün müxtəlifdir.

Yuxarıda adlarını çəkdiyimiz ən qədim tələbatlara münasibətdə nevrozun halları nəzərə alınmazsa, interiorizasiya, deyəsən, əsaslı şəkildə əldə olunub. Lakin biz digər impulsiv istəklərə müraciət etdikdə, vəziyyət dəyişir. Təəccüb və həyəcanla biz burada aşkar edirik ki, insanların böyük əksəriyyəti müvafiq mədəni qadağalara yalnızca xarici məcburiyyətin təsiri altında, yəni qadağanın pozulması cəza ilə müşayiət olunacaq yerdə və təhlükə real olana qədər əməl edirlər. Bu bərabər şəkildə hamıya aid edilən mədəni tələblərə də aiddir. İnsanların mənəvi etibarsızlığı ilə biz əasən bu sahədə qarşılaşırıq. Uzun mədəni dövrlər boyunca sonsuz sayda mədəni insan qətl və ya insestdən dəhşətə gəlirdilər. Lakin onlar eyni zamanda öz aqressivlik, tamahkarlıq, seksual ehtiraslarının ödənilməsində özlərindən imtina edə bilmir. Əgər cəzasız qala bilərlərsə, kiməsə yalan, böhtan, aldatma yolu ilə zərər verməkdən çəkinməzlər.

Cəmiyyətin ancaq müəyyən siniflərinə aid olan məhdudiyyətlərə gəldikdə isə biz primitiv və birmənalı olan bir vəziyyət ilə qarşılaşırıq. Gözlənildiyi kimi, aşağı təbəqələr, elitar güzəştlərə qısqanclıqla yanaşırlar və öz məhrumiyyət paylarından qurtulmaq üçün hər şeyə hazırdırlar. Bu mümkün olmayanda isə mövcud mədəniyyət daxilində təhlükəli qiyamlara səbəb ola biləcək sabit narazılıq kök salır. Əgər mədəniyyət bütün müasir hallarda olduğu kimi, bu cür vəziyyəti nizamlaya bilmirsə, onda aydındır ki, məzlum siniflər öz əməkləri hesabına dəstəklədikləri, lakin, sərvətlərindən сох az bəhrələndikləri mədəniyyətə düşmən kəsilirlər. Bu halda məzlumlardan mədəni qadağaların interiorizasiyasını gözləmək olmaz. Onlar, əksinə, bu qadağalara riayəf etməyə yönümdeyillər, mədəniyyətin özünü dağıtmağa, onun postulatlarını imkan daxilində aradan götürməyə çalışırlar. Bu siniflərin ınədəniyyətə qarşı düşmənçiliyi elə açıq-aşkardır ki, onun sayəsində daha yaxşı təmin olunmuş ictimai təbəqələrin mədəniyyətə olan daha xəlvəti düşmənçiliyi gözdən itir. Aydın olur ki, təmsilçilərinin bu qədər hissəsini təmin etməyən və onları qiyama sürükləyən mədəniyyət, uzunmüddətli mövcudluq üçün perspektivə malik deyil və ona layiq də deyil.

Mədəniyyətin müddəalarının interiorizasiya ölçüsü-populyar və qeyri-elmi şəkildə desək, onun iştirakçılarının mənəvi səviyyəsidir; bu, mədəniyyəti qiymətləndirərkən nəzərə alınmalı yeganə mənəvi dəyər deyil. Onun başqa dəyərləri də var - incəsənət inciləri və idealları, yəni, onlar tərəfindən təklif edilən həzz alınma növləri.

Biz, bu və ya digər mədəniyyətin idealı hesab edilən ali və ən prestijli nailiyyətlərin qiymətləndirilməsini onun psixoloji sərvətinə aid edirik. İlk baxışda belə təəssürat oyanır ki, mədəniyyətin uğurları bu ideallarla müəyyənləşdirilir, real asılılıq isə başqa cür də ola bilər: ideallar daxili istəklər və xarici şəraitin qarşılıqlı təsirinin nəticəsində əldə olunan ilk uğurlardan sonra formalaşır və bu ilk uğurlar onları yenidən təkrar etməyə çağıran ideallarda qeydə alınır. İdeal, mədəniyyət istirakçılarına bağışladığı təminat, narsis4 təbiətinə malikdir. O, artıq əldə olunmuş uğurları qürurunda özünə yer tapır. Tamamlanmaq üçün o, digər nailiyyətlər və idealları əldə etmiş digər mədəniyyətlərlə müqayisəni tələb edir. Bu cür fərqlər isə bir mədəniyyətin digərinə nifrətini əmələ gətirən başlıca səbəbdir. Bu yolla mədəni ideallar müxtəlif mədəni regionlar arasında parçalanmaya və düşmənçiliyə gətirib çıxarır: bunu daha aydın şəkildə millətlər arasında müşahidə etmək olar.

Şəxsi idealla narsissayağı özündənarazılıq da hansısa mədəni region daxilində dağıdıcı əhval-ruhiyyəyə qarşı uğurla ınüqavimət göstərir. Nəinki öz mədəniyyətlərinin sərvətlərindən bəhrələnən elitar təbəqələr, həmçinin məzlumlar da bu təminata yaxınlaşa bilərlər. Belə ki, ideal tərəfindən bəxş edilən yadlara nifrət hüququ onlara öz cəmiyyətlərində məruz qaldıqları alçalmaya görə kompensasiya verir. Qoy mən yazıq, borc içində itən və hərbi qulluq mükəlləfiyyətləri verməyə məcbur plebey olum. Lakin, mən romalıyam və digər xalqları tabe etmək və onlara öz qanunlarımı qəbul etdirmək vəzifəsində mənim də payım var. Məzlumların öz hökmdarlarının və istismarçılarının təbəqələri ilə bu cür uyğunlaşdırılması yenə də daha böyük bir məsələnin kiçik hissəsi olaraq qalır. Digər tərəfdən, məzlumlar istismarçılara affektiv bağlı olaraq, bütün düşmənçiliklərinə baxmayaraq, onlarda öz ideallarının təcəssümünü görə bilərlər. Onlar arasında belə təminedici münasibətlər olmasaydı, bir çox mədəniyyətlərin, onlara çoxlu insan kütləsinin düşmənçiliyinə baxmayaraq, bu qədər uzun müddət öz varlığını qoruyub-saxlaması aydın olmazdı.

Bu və digər mədəni regionun nümayəndələrini təmin edən incəsənətdir. Bir qayda olaraq, xüsusi tərbiyə almamış və ağır əməklə məşğul olanlar üçün çox uzaq olan bir şey. Artıq çoxdan təsdiq olunub ki, incəsənət, ən qədım, indilərdə təəssüratımızın dərin qatlarından keçən mədəni qadağaların yerini tutan ödənilmənin cüzi imkanını bizə verir, bununla da gətirilən qurbanlarla, heç kimin bacarmadığı bir halda, barışdırır. Bundan başqa, bədii əsərlər, yüksək qiymətləndirilən hissləri birgə yaşayaraq, bir sıra təbəqələr arasında identifikasiya, uyğunlaşma hissi yaradır ki, hər bir təbəqənin buna dərin ehtiyacı var. Və həmçinin onlar həmin mədəniyyətin nailiyyətlərini təsvir edərkən, narsissik təminat verir və onun ideallarını cəlbedici şəkildə xatırladır. Psixi mədəniyyətin hissələrin, demək olar ki, ən vacib hissəsi haqqında hələ danışılmayıb. Bu, onun dini təsəvvürləri- başqa sözlə, aşağıda əsaslandıracağımız kimi onun illüziyalarıdır.
III
Dini təsəvvürlərin xüsusi dəyəri nədən ibarətdir? Biz, mədəniyyətə, həzz almalardan imtina etmək tələblərinə əsasən yaranmış əsarətin nəticəsi olan və ona qarşı yönəlmiş düşmənçilikdən danışdıq. Təsəvvür etsək ki, onun qadağaları aradan qaldırılıb və bundan sonra bir kəs, seksual obyekti kimi istənilən qadını seçə və özüylə qadın üzündən rəqabət aparan və ya ümumiyyətlə yolunu kəsən istənilən adamı öldürə bilər. Digərinin əmlakından özünə lazım olan nəyisə, icazəsiz olsa da, götürə bilərsə, onda həyat necə gözəl, istəklərin təminatının təcəssümünə çevrilərdi. Düzdür, biz о dəqiqə digər bir çətinliklə rastlaşırıq. Hər bir başqası mənim malik olduğum istəklərə malikdir və mənimlə davranışının nəzakəti, mənim onunla nəzakətimdən artıq olmayacaq. Əslində məhdudiyyətlərin aradan qaldırılması nəticəsində yeganə bir adam xoşbəxt ola bilər - bütün hakimiyyət vasitələrini ələ keçirmiş tiran-diktator; və hətta onun da digərlərindən heç olmazsa bir mədəni qaydaya riayət istəməyə əsası var: öldürmə.

Mədəniyyətin ləğvini tələb etmək necə də sadəlövhlükdür, nankorcasınadır! Onda bizim qismətimiz təbii vəziyyət olardı ki, onu da yaşamaq daha ağırdır. Düzdür, təbiət bizdən istəklərimizin hər hansı bir məhdudlaşmasını tələb etməzdi, o, bizə fəaliyyət azadlığını verərdi. Onunla belə, onun xüsusən təsiredici məhdudlaşdırma vasitəsi var, o, bizi soyuqqanlıqla, zülmkarcasına məhv edir, zənnimizcə, bunu düşünmədən edir, özü də səbəbini çox etimad ki, özümüzdə öz istəklərimizin ödənilməsində görməliyik. Elə təbiətin bizim qarşımıza çıxardığı təhlükələr üzündən biz, insanlar, birləşib, bir çox digər hadisələr sırasında bizim ictimai həyatımızı mümkün edəcək mədəniyyəti yaratmışıq. Axı əslində mədəniyyətin əsas vəzifəsi, onun həqiqi əsası - bizi təbiətdən qorumaqdır.

Aydındır ki, bir çox hallarda о, üzərinə düşən öhdəliklərin üzərindən müəyyən qədər gəlir, yəqin ki, vaxt keçdikcə, o bunu daha yaxşı edəcək. Lakin, əgər kimsə təbiətin sonadək fəth edildiyini düşünürsə, yanılır və heç kəs də təbiətin nə vaxtsa insana sonadək tabe olacağı fikrini söyləyəcək qədər ümid edə bilməz. Bizim qarşımızda bu vəhdətlər sanki insanın hər zəhmətinə gülür, torpaq, titrəyərək, parçalanaraq, insan əməyini dəfn edir. Su, aşıb daşaraq, hər şeyi batırır və sularına qərq edir, tufan hər şeyi yerlə yeksan edir, mahiyyəti digər canlı varlıların hücumu olan xəstəliklər və bu günə qədər dərmanı tapılmamış və yəqin ki, bundan sonra da tapılmayacaq ölümün əzab verən sirri. Təbiət bizə bütün möhtəşəmliyi ilə müqavimət göstərir. Nəhəng, rəhmsiz, amansız, bizi, mədəni əməyi yaratmaqla qurtulmağa ümid bəslədiyimiz zəiflik və köməksizliyimizlə gözlərimizi deşir. Lakin, insanı sevindirən və yüksəldən bəzi hallara diqqət yetirmək lazımdır; təbii fəlakətlər qarşısında insanlar mədəniyyətin ziddiyyətlərini, daxili ixtilaf və çətinliklərini unudur və təbiətin öldürücü qüvvəsinə qarşı böyük mübarizə vəzifəsini yada salırlar.

Bəşəriyyət üçün olduğu kimi, tək bir insan üçün də həyat çətindir. Müəyyən qədər məhrumiyyəti ona iştirak etdiyi mədəniyyət, digər qədərini digər insanlar, mədəniyyətin kamilliyi və ya qeyri-kamilliyi üzündən ona əzab verirlər. Bura həmçinin insanın tale adlandırdığı, təbiətin zərbələrini də əlavə edin. Bütün bunların nəticəsində insan daima, onun içini yeyən yəcan keçirir və təbü narsissizm hisslərinin təhqirindən yaranan ağır incikliyi hiss edir. Tək insan mədəniyyət və digər insanların zərbəsinə necə reaksiya verir, biz bunu bilirik: özündə mədəniyyətin institutlarına qarşı müvafiq müqavimət, mədəniyyətə düşmənçilik ölçüsünü toplayır. Bəs o, hamıya və hər birimizə təhlükə yaradan tebiətin, taleyin nəhəng qüvvəsinə qarşı necə müqavimət göstərir?

Mədəniyyət burada onun məsələsini yüngülləşdirir. Bir anda hamı üçün çalışır, əlamətdar haldır ki, bütün mədəniyyətlər bu münasibətdə eyni işi görür. Onlar öz vəzifələrini yerinə yetirilmişkən özlərinə rahatlıq verirlər – insanı təbiətdən qorumaq. Onlar öz işlərini başqa vasitələrlə davam etdirirlər. Burada məsələ üç tərəflidir, insanın kobudcasına incidilmiş mənliyi təsəlli tələb edir; dünya və həyat faciəvi təsvir olunmamalıdır, bundan başqa isə, qüvvətli praktik marağa söykənən insan marağı hansısa cavab axtarır.

Birinci addımla artıq çox şey əldə olunur. Bu birinci addım təbiətin insaniləşdirilməsi, canlandırılmasıdır. Kortəbii qüvvələrlə, tale ilə əlaqəyə girmək olmaz. Onlar bizə həmişə yad olaraq qalır. Lakin, əgər, qəlbində olduğu kimi təbii ehtiraslar qızışıbsa və əgər, hətta ölüm təbii olmayıb taleyin kinli iradənin, zorlu əməlidirsə, əgər səni təbiətdə hər yerdə öz cəmiyyətinin təcrübəsindən məlum olan varlıqlar əhatə edirsə, qorxunc bir şəraitdə də sən rahatlıqla nəfəs alırsan. Yad yerdə də özünü evdəki kimi hiss edirsən, öz ağlasığmaz qorxunu psixi emal edə bilirsən. Son, ola bilər ki, hələ acizsən. Lakin, artıq aciz halında deyilsən. Bəlkə sən hələ də halsızsan, lakin, heç olmazsa, reaksiya vermək iqtidarındasan, ola bilsin ki, sən hətta köməksiz deyilsən. Axı fövqəl təcavüzkarlarına, yəni, xarici aləmə, təbiətə qarşı öz cəmiyyətimizdə müraciət etdiyimiz vasitələri niyə işə salmayaq? Təbiətşünaslıq psixologiya ilə bir cür əvəzlənməsi nəinki bir anlıq rahatlıq bəxş edir. О həmçinin vəziyyətin ələ alınmasının sonrakı yolunu da göstərir.

Bu vəziyyət isə əslində təzə deyil. Onun müvafiq infantil müqəddəm təsəvvürü var, o, yalnızca daha əvvəlki vəziyyətin davamıdır. Axı insan hələ кörpə ikən, müəyyən mənada haqlı olaraq, valideyn cütü qarşısında da bu cür köməksiz vəziyyətidi. Əsasən ata ona qorxu aşılayırdı, eyni zamanlarda ataya heç olmazsa həmin yaş dövrünün təhlükələrindən müdafiə kimi etibar etmək olardı. Deməli, hər şeydən asan, hər 2 situasiyanı bir-birinə bərabər tutmaq olardı. Yuxu görmədiyi kimi, istək də burada öz rolunu oynamışdır. Yatan ölüm hissinə qapılır, bu hiss onu qəbirə qədər qovmaq istəyir.

Lakin, yuxunun vəzifəsi bacarıqla bu dəhşətli hadisənin, arzunun yerinə yetməsinə çevrilən şəraiti yaratmaqdır: yatan, özünü arxeoloji maraqlarını təmin etmək üçün, öz istəyilə, sevinə-sevinə düşdüyü qədim etrusk sərdabəsində görür. Bu cür də insan, təbiət qüvvələrini nəinki ünsiyyət qura bildiyi, onları özünə tay tuta biləcək insanabənzər varlıqlara çevirir, bu heç də onların təsirinə cavab vərmir, əksinə, onlara ata xarakteri verir. Onları allahlara çevirir və bu zaman ancaq infantil yox, həm də filogenetik müqəddəm təsəvvürə əməl edir5.

Vaxt keçdikcə təbiət hadisələrinin nizamlılığı və qanunauyğunluğu haqqında ilk müşahidələr aparılır. Məhz buna görə də təbiət qüvvələri öz insani xüsusiyyətlərini itirir.

Lakin, insan acizliyi və onunla bərabər ataya və Allaha ehtiyacı da qalır. Allahlar öz üçlü vəzifələrini saxlayırlar: təbiət qarşısında dəhşəti neytrallaşdırırlar, ölüm simasında olan tale ilə barışdırırlar və mədəni cəmiyyətdə insanın payına düşən məhrumiyyətlərə və əzablara görə onu mükafatlandırırlar.

Lakin, getdikcə allahların bu funksiyaları daxilində aparıcısı dəyişilir. İnsanlar görürlər ki, təbiət hadisələri daxili zərurətə riayət edərək, öz-özlərinə baş verir: əlbəttə ki, allahlar, təbiətin hökmdarları, bu zərurəti təşkil ediblər və indi özlərilə məşğuldurlar. Yalnızca, bəzən onlar, hələ də təbiətin hökmdarları olduqlarını bildirmək üçün, möcüzələr adlanan fəndlər vasitəsilə hadisələrin gedişinə müdaxilə edirlər. Taleyin hökmünə gəldikdə isə, tapmacanın xoşagəlməz cavabı – insan nəslinin nadanlığı və acizliyinə burada heç nə ilə kömək etmək olmaz – qüvvədədir. Allahlar hər şeydən əvvəl burada rədd cavab verirlər. Əgər taleyin sahibləri onlardırsa, onların qərarları bir sirr olaraq qalır; qədim dövrün ən ağıllı xalqına belə bir anlayış sezilib ki, “Moyra”6 Allahların hakimidir və onların da öz taleyi var. Və təbiət nə qədər çox müstəqil olursa, bir о qədər allahlar ondan uzaqlaşırlar, onlarn üçüncü funksiyasının yerinə yetirilməsi bir о qədər böyük həyəcanla gözlənilir və bu zaman allahların əsl sferası mənəviyyat olur. İndi allahın vəzifəsi mədəniyyətin qüsurları və onun vurduğu ziyanın əvəz edilməsi, insanların birgə həyatda bir-birlərinə verdiyi əzabları hesablamaq və onların pis riayət etdikləri mədəniyyətin qanunlarına əməl olmasını nəzarət etməkdir. Mədəniyyətin qanunları ilahi mənşəli olur. Onlar insan cəmiyyətindən yüksəkdir, təbiət və dünya tarixinə aid edilir.

Beləliklə, insan acizliyinin daha rahat qəbul olunma zərurətindən, özünün və bütün bəşəriyyətin uşaqlığının acizliyi haqqında xatirələr arasında ilk təsəvvür arsenalı yaradılıb. Aydın görünür ki, bu nailiyyət insanı iki istiqamətdə qoruyur: təbiət və taleyin təhlükələrindən və insan cəmiyyətinin vurduğu yaralardan. Bütün bunların ümumi mənası belədir: bizim dünyamızda həyat, açılması asan olmayan ali məqsədə xidmət edir, şübhəsiz, burada insan məxluqunun kamilləşməsi nəzərdə tutulur. Yəqin ki, bu yüksəlişin obyekti – insanda mənəvi başlanğıc olmalıdır, bu, vaxt keçdikcə, yavaş-yavaş və çətinliklə bədəndən ayrılan ruhdur. Yer üzündə baş verən hər şey bizim dərk edə bilməyəcəyimiz ağlın məqsədlərinin təcəssümüdür. O, anlamaq üçün çətin vasitə və manevrlərlə olsa da, son nəticədə bizim üçün xeyirli nəticəyə, xoşbəxt məcraya yönəldir.

Hər birimiz ciddi, yalnız üzdən ciddi görünən, əslində xeyirxah zərurətin nəzarəti altındayıq. О heç zaman bizi təbiətin rəhmsiz və fövqəl qüvvələri qarşısında qalıb oyuncaq topa çevrilməyə qoymaz: hətta ölüm belə məhv deyil, qeyri-üzvi cansızlığa qayıdış yox, yeni ali inkişaf yolu ilə aparan mövcudluğun başlanğıcıdır. Digər tərəfdən, bizim mədəniyyətlərimiz tərəfindən müəyyənləşdirilmiş mənəvi qanunlar dünyadakı bütün hadisələrin üzərində hökmranlıq edir. Ola bilsin ki, hökmdar ilahi instansiya onların həyata keçirilməsinə, Yer üzündə hökmranlıq edən qüvvələrdən daha ardıcıl va daha çox tələbkarlıqla nəzarət edir. Hər bir xeyirxahlıq son nəticədə mükafatlandırılır, hər bir şər cəzalandırılır və bu həyat formalarında olmasa da, ölümdən sonrakı digər mövcudluqlarda mütləq həyata keçirilir. Beləliklə, həyatın bütün dəhşətləri, əzabları va çətinlikləri xilasolunma üçün nəzərdə tutulub, spektrin gözə görünməyən hissəsi gözə görünənin davamı olduğu kimi, ölümdən sonrakı həyat bizim maddi həyatımızı davam etdirərək, burada, ola bilsin, əldə etmədiyini insana əldə etməyə imkan vərəcək. Bu prosesi idarə edən məsum müdriklik də, ümumxeyirxahlıq da, onda qalib gələn ədalət də - bütün bunlar bizi və dünyanı yaradan ilahi varlıqların xüsusiyyətləridir. Daha doğrusu, vahid ilahi movcudatın, bütün arxaik dövrlərin Allahlarını ümumiləşdirən ilahi varlığın xüsusiyyətləri kimi təqdim olunur.

İlk olaraq, ilahi xüsusiyyətləri bir simada birləşdirən xalq, irəli atılan bu addımla çox fəxr edirdi. Allahın hər hansı bir timsalı arxasında gizlənən ata mahiyyətini o, tumun içini kimi çırtlayıb atıb əslində bu, allah ideyasının tarixi başlanğıcına qayıdış idi. İndi allah vahid olduqda, ona münasibət, yenidən ataya uşaq münasibətinin intimliyi və gərginliyini ehtiva etməyə başladı. İnsanların ilahi ataya etdiyi xeyirxahlıqların əvəzində, onlar heç olmazsa mükafat almaq, ən azi onun yeganə, sevimli, xalq tərəfindən seçilmiş övladı olmaq istəyirdi. Xeyli sonra mömin Amerika özünün Gods own country (“Allahın özünün ölkəsi”) olmaq iddiasına düşəcək və bu da bəşəriyyətin ilahiyə ibadətinin bir formasıdır.

Qeyd olunan dini təsəvvürlər, təbü ki, uzun inkişaf tarixinə malikdir, müxtəlif dövrlərdə müxtəlif mədəniyyətlər tərəfindən qeydə alınmışdır. Mən bizim bu günkü ağ, xristian mədəniyyətimizdə dinin təxminən axır forma, almış obrazına uyğun olan dövrünü nümunə üçün götürdüm. Asanlıqla görmək olar ki, ilahi vahidin detalları heç də həmişə bir-biri ilə uyuşmur. Gündəlik təcrübənin ziddiyyətləri böyük çətinliklə hamarlanır. Lakin, geniş mənada dini təsəvvürlər, nə qədər ziddiyyətli olsalar da, mədəniyyətin dəyərli sərvəti hesab olunur. О, öz iştirakçılarına yerin dərin qatlarını kəşf etməkdə, bəşəriyyəti qida ilə təmin etməkdə və ya xəstəliklərin qarşısını almaq üçün tələb olunandan daha çox qabiliyyət və bacarıqları verə bilər. İnsanlar deyirlər ki, əgər dini təsəvvürlər onlara aid edilən qiyməti itirsələr, həyat dözülməz olardı. Və sual yaranır, bu təsəvvürlər psixologiya aləmində nə deməkdir? Onların belə yüksək qiyməti haradandır və daha bir addımı qorxa-qorxa ataq: onların əsl dəyərinədir?
IV
Monoloq kimi maneəsiz inkişaf edən tədqiqat elə də təhlükəsiz iş deyil. Bu monoloqu kəsmək istəyən fikirləri kənara qoymaq istəyin təsirinə tez düşürsən, əvəzində, son nəticədə, böyük qətiyyətlə söndürməyə can atdığın əminsizlik hissi qazanırsan. Özümə bu cür, mənim fikirlərimə çaşqınlıqla baxan rəqibi təsəvvür edirəm və ona hərdən-birdən öz fıkrini bildirməyə imkan verirəm. Onun sözlərini eşidirəm: "Siz ancaq bu ifadələri işlədirsiz: mədəniyyət dini təsəvvülər yaradır, mədəniyyət onları öz iştirakçılarının ixtiyarına verir və burada bir qəribəlik səslənir, mən şəxsən bilmirəm nə üçün, ancaq bu tezislərdə adi fikirlərdən fərqli olaraq aydın olmayan bir şey eşidilir, deyək ki, mədəniyyət əmək bölgüsünün qaydalarını yaradıb və ya arvad-uşağa hüquqları kodifikasiya edib".

Lakin fikrimcə, mənim ifadə vasitəm özünü dəğruldur. Mən artıq göstərməyə çalışmışam ki, dini təsəvvürlər mədəniyyətin digər nailiyyətləri kimi eyni bir zərurətdən – özünü təbiətin üstün qüvvəsindən müdafiə etmək zərurətindən yaranıb. Buna həm də mədəniyyətin, ağrıyla hiss olunan ziddiyyətlərini düzəltmək motivi də əlavə olunur. Və, yeri gəlmişkən, demək lazımdır ki, mədəniyyət bu təsəvvürləri fərdə hədiyyə edir, ona görə ki, fərd onları mövcudat kimi qəbul edir. Onlar hazırdır. Fərd onları təkbaşına kəşf edə bilməzdi. Onlar çox nəsillərin yadigarıdır, bunu həndəsə, vurma cədvəlini qəbul etdiyi kimi qəbul etməlidir. Əlbəttə daha bir fərq var. Lakin, onu işıqlandırmaq hələ tezdir. Sizin danışdığınız qəribəlik hissinə gəldikdə isə, onun səbəbi bu dini təsəvvür məcmusunu bizə ilahi vəhy kimi təqdim etməkdədir. Və bu da artıq bizə dini ideyaların tarixi inkişafı və müxtəlif dövrlərdə və müxtəlif mədəniyyət tarixində rəngarəngliyinə aid məlum olan faktların nəzərə alınmaması ilə təqdim olunan dini sistemin elementidir.

Mənə daha vacib görünən digər bir məqam var. Sizin dediklərinizdən belə çıxır ki, təbiətin personifikasiyası, insanı qorxudan qüvvələr qarşısında onun acizliyinə və gücsüzlüyünə son qoymaq, onlarla əlaqəyə girmək və son nəticə etibarilə onlara təsir etmək zərurətindən doğur. Lakin, bu cür motiv artıq görsənir. Axı ibtidai insanın heç bir başqa seçimi və fikir tərzi yox idi. Onun dünyaya öz varlığının yönəldilməsi, bütün təzahürlərdə varlıqların fəaliyyətində, özünə oxşar canlıların təsirinin görməsi bir növ əzəli, təbiidir. O, cisimləri basqa cür başa düsmək iqtidarında deyil. Heç başa düşmək olmur, bu qəribə bir təsadüfə oxşayır, nесə oldu ki, о özünün təbü imkanlarına sərbəstlik vərmis və özünün ən başlıca ehtiyaclarından birini ödəmişdi”.



Mən burada elə bir qəribəlik görmürəm. Bəyəm siz düşünürsünüz ki, insan fikri praktik motivlərə malik deyil, o, təvazökar marağın ifadəsidir? Bunun belə olmaq ehtimalı çox azdır. Mən deyərdim ki, insan təbiətin qüvvələrini personifikasiya etməklə, bir çox digər hallarda olduğu kimi, infantil müqəddəm təsvirə əməl edir. Onu əhatə edən ilk şəxslərlə təmasdan insan başa düşüb ki, onlara təsir etmənin yeganə üsulu onlarla ünsiyyətdir. Ona görə də qarşısına çıxan hər şeylə bu cür rəftar edir.

Buna görə də mən Sizin təsviri qeydinizə etiraz etmirəm, insana doğrudan da, əvvəlcə başa düşmək istədiyi hər şeyi, sonradan mənimsəmək naminə, personifikasiya etmək xasdır, fiziki fəth etməyə hazırlıq olan psixi fəth etmə. Mən yalnızca insan fikrinin bu xüsusiyyətinin genezisi və motivini anlamağı təklif edirəm. İndi isə üçüncü: Siz dinin mənşəyi məsələsinə Sizin "Totem və tabu”7 kitabında artıq toxunmusunuz. Lakin, orada təsvir başqadır. Hər şey “ata-oğul” münasibətinə gətirilir, allah yüksəlmiş atadır, ata üçün darıxmaq - dini ehtiyacın rüşeymidir. Siz о vaxtdan dinin meydana gəlməsində əsas rola malik imkan zəifliyi və acizliyini kəşf etmisiz və indi də bu zəifliyə əvvəllər ata kompleksi8 adlandırdığınız hər şeyi aid edirsiniz. Mən Sizdən bu dəyişikliyin səbəbini öyrənə bilərəmmi?

Böyük məmnuniyyətlə, mən elə bu sualı gözləyirdim. Əgər burada hər hansı dəyişiklikdən danışmaq mümkündürsə. “Totem va tabu”da əsas məsələ dinin yox, totemizmin yaranmasını izah etmək idi. Sizə məlum olan hər hansı bir nöqteyi-nəzərdən Siz, insana ilahinin göründüyü ilk formanın heyvan olduğu, müvafiq heyvanın qətli və yeyilməsinə qadağanın olması, və bununla bərabər - bayram ənənəsi kimi ildə bir dəfə onu öldürmək və yemək adətinin olması faktın izah edə bilərsinizmi? Totemizm9 də olan məhz budur. Və totemizmi din adlandırmağın mənası barədə mübahisə etməyin elə bir mənası yoxdur. O, daxilən insanabənzər ilahilərin son dinləri ilə əlaqədardır, totem - heyvanların allahların müqəddəs heyvanlarına çevrilməsidir. Və ilk, lakin ən dərin iz qoymuş etik məhdudiyyətlər - qətl və insestə qadağa - məhz totemizm əsasında meydana gəlir. Beləliklə, Sizin “Totem va tabu”nun nəticələri ilə razı olub-olmamağından asılı olmayaraq, yəqin ki, bu kitabda vahid bir tamın bir çox diqqətə layiq, pərakəndə faktların əsasında əmələ gəlməsi ilə razılaşarsınız.

Nə üçün heyvani allah son nəticədə kifayət etmədi və insani ilə əvəz olundu - bu məsələyə “Totem və Tabu”da demək olar ki, heç toxunulmayıb, dinlərin formalaşmasının digər problemləri orada qeyd olunmur. Siz necə mövzunun belə kiçildilməsini mövzudan kənar qalanın inkarı ilə eyniləşdirə bilirsiniz? Həmin əsər - dini problemin həllinə psixoanalitik metodun gətirə biləcəyi spesifık tövfənin yaxşı nümunəsidir. Əgər indi mən nəzər dairəsinə nəsə başqa, daha az gizli bir şeyi daxil etmək istəyirəmsə, Siz məni ziddiyyətdə (əvvəllər birtərəflilikdə) günahlandırmamalısız. Təbü ki, mən əvvəldə dediklərimlə müqayisədə indikilərdə daha dərin və aydın motivlər, mühafizədə ehtiyac duyan insanın acizliyi və ata kompleksi arasında əlaqə yaratmalıyam.

Bu əlaqələri tapmaq çətin deyil. Axı uşağın acizliyi yetkin insanın acizliyində davam edir. Gözlədiyimiz kimi, dinin formalaşmasının psixoanalitik təhlili, onun aşkar izahı uşaq psixikasının aydınlaşdırılması ilə tamamlanır. Gəlin balaca uşağın mənəvi həyatına nəzər salaq. Yadınızdadır, psixoanaliz, asılılıq tipi ilə obyektin seçilməsinin uyğunluğu haqqında nə deyir? Libido10 narsissik ehtiyacdan yaranır və onu təmin edən obyektlərə bağlanır. Belə ki, uşağın aclığını söndürən ana onun ilk məhəbbət obyekti və son nəticədə, xarici aləmdə olan təhlükələrdən, qorxulardan ilk sığınacağı, sipəri olur.

Bu funksiyada ana tezliklə daha güclü, müdafiə funksiyası bütün uşaqlıq dövrünə aid olan ata ilə əvəz olunur. Lakin, ataya münasibətlərə özünəməxsus ambivalentlik xasdır. Çünki ata, ana ilə qurulan münasibətə özü də bir növ təhlükədir. Beləliklə də, ataya qarşı qorxu ona olan sevgi və ehtiramdan az deyil. Ataya münasibətin ambivalentliyin əlamətləri bütün dinlərdə var və bu “Totem və tabu”da göstərilib. Böyüməkdə olan insan başa düşəndə ki, o, həmişəlik uşaq olmağa məhkumdur, heç vaxt yad qüvvələrdən müdafiə axtarmaqdan qalmayacaq. O, bu qüvvələrə ata obrazı verir, özünə allahlar yaradır, onlardan qorxur. Eyni zamanda onları öz tərəfinə çəkməyə çalışır, onlardan kömək diləyir. Beləliklə, ata üçün darıxmanın motivi, insan acizliyinin nəticəsindən müdafiəsi ilə eynidir; uşağın öz acizliyinin öhdəsindən gəlməyə çalışdığı vasitə, yetkin insanın istəmədən olsa da, qəbul etdiyi acizliyinə reaksiyasının səciyyəvi əlamətlərlə doludur və bu reaksiya elə dinin formalaşmasıdır. Lakin, bizim məqsədlərimizə tanrı ideyasının sonrakı tədqiqatı daxil deyil; biz burada mədəniyyətin fərdə təqdim etdiyi hazır təsəvvürlər arsenalı ilə qarşı-qarşıdayıq.


V
Tədqiqatımızın izini itirməyək. Beləliklə, dini təsəvvürlərin psixoloji əhəmiyyəti nədən ibarətdir, biz onları nесə kvalifikasiya edə bilərik? Belə suala birdən cavab vərmək çətindir. Müxtəlif tərifləri kənara qoyaq və birində dayanaq: dini təsəvvürlər bizim aşkar çıxara bilmədiyimiz və inamı tələb edən xarici (və ya daxili) reallığın fakt və şəraitləri haqqında ifadələr, tezislərdir. Onlar, özümüz dərk edə bilmədiyimiz və inama əsaslanmağı tələb etdiyi nəyisə bizə öyrədir. Onlar, bizi həyatımızdakı maraqlı və ən əsas olanı haqqında məlumatlandırdığı üçün yüksək qiymətləndirilir. Onlar haqqında heç nə bilməyən olduqca nadandır; onları mənimsəyən özünü mənəvi cəhətdən çox zənginləşmiş hesab edə bilər.

Təbii ki, bizim dünyamızda mövcud olan müxtəlif şeylər haqqında müxtəlif oxşar tezislər vardır. Hər bir məktəb dərsində buna misal tapmaq olar. Misal üçün соğrafiyanı götürək: Eşidirik: Konstans şəhəri Boden gölü ətrafında yerləşib. Bir tələbə mahnısında oxunur:



Konstanz liegt am Bodensee

Wer's nieht glaubt, genhin und seh1

Мən təsadüfən orada olmuşam və bunu təsdiq edə bilərəm. Bu gözəl şəhər genis şu hövzəsinin sahilində yerləşib, yerli əhali onu Boden gölü adlandırır. Hər halda mən indi coğrafiya elminin bu deyilmişə tamamilə əminəm. Burada başqa, çox qəribə bir təəssürat yadıma düşür. Mən ilk dəfə məbəd xarabalıqları arasında yerləşən Afina Akropolunun təpəsində dayananda artıq böyük adam idim, buradan mavi dənizi görmək olurdu. Mənim sevincimə təəccüb hissi qarışırdı: deməli, hər şey məktəbdə keçdiyimiz kimidir! Əgər mən bu gün belə təəccüblənə bilirəmsə, mənim о zaman eşitdiyimin reallığına inamın necə də cüzi və gücsüz olmalı idi. Bununla belə mən həmin təəssüratın əhəmiyyətini çox qabartmaq istəmirəm, məəttəl qalmağımın başqa bir izahı da mümkündür, subyektiv təbiətli və yerin xüsusiyyətləri ilə bağlı olan, о zaman ağlıma gəlməyən bir şey.

Beləliklə, bu cür tezislərin hamısı öz məzmununa inam tələb edir. Lakin, özünün haqlı olmasının əsaslandırılmasına da imkan yaradır. Onlar bizə müşahidəyə və əqli nəticəyə əsaslanan, bu və ya digər dərəcədə uzun təfəkkür prosesinin məhsulu kimi təqdim olunur; prosesi yenidən özbaşına yerinə yetirmək istəyənlərə zəruri fəaliyyət yolu göstərilir. Bu halda həmişə tezis şəklində təqdim olunan biliyin haradan alınması dəqiqləşdirilir. Məsələn, Yer kürə formasındadır; buna sübut kimi “Fuko rəqqası”11 ilə keçirilən eksperiment, üfüq xəttinin davranışı, Yer ətrafında üzməyin mümkünlüyü göstərilir. Нər halda, hər bir məktəblini Yer ətrafında səyahətə göndərmək məqsədəuyğun olmadığı üçün, biz sadəcə məktəb biliklərini mənimsəyib, buna inanmaqla kifayətlənməli oluruq. Lakin, bilirik ki, hər şeydə şəxsən əmin olmaq vasitəsi də mümkündür.

Bu nöqteyi-nəzərdən dini təlimlərə də nəzər salaq. Əgər biz soruşsaq ki, onların inanmaq tələbi nəyə əsaslanır, onda üç, bir-biri ilə, təəccüblə deyək, pis uzlaşan cavab alarıq.

Birincisi, bizim əcdadlarımız onlara inandıqları üçün, onlar inama layiqdirlər; ikincisi, biz ən qədimdən bizə gəlib çatan şəhadətlərə və təsdiqlərə malikik; üçüncüsü isə, ehkamların sübutluluğu barədə məsələ qaldırmaq ümumiyyətlə qadağandır. Bu cür cəhdlər əvvəllər ciddi şəkildə cəzalandırılırdı, elə indi də cəmiyyət bu cəhdlərin baş qaldırmasına çox pis baxır.

Bu üçüncü məqam bizdə güclü şübhələr doğurmalıdır. Bu qadağa yəqin ki, yeganə bir motivə malikdir ki, cəmiyyət, öz dini təlimlərin iddialarının əsassızlığını çox yaxşı başa düşür. Əks təqdirdə, şühbəsiz, o, bu haqda özündə əminlik yaratmaq, zəruri materialı öyrənmək üçün soruşan hər bir kəsə böyük məmnuniyyətlə təqdim olunardı. Buna görə də başqa iki arqumentin təhlilinə böyük ehtiyyatla, inamsızlıqla yanaşırıq. Biz, əcdadlarımız inanırdılar deyə, inanmalıyıq. Lakin, bizim ulu babalarımız bizdən çox-çox avam idilər və bizim bu gün heç bir vəchlə inana bilməcəyimiz şeylərə inanırdılar. Dini təlimlər məhz belə qəbildə olan cisimlər növünə aid olması haqqında şübhə qəlbimizdə yer salır.

Bu təlimlərin tərkibində bizə gəlib çatmış sübutlar, öz növbəsində özündə etibarsızlığın bütün xüsusiyyətlərini daşıyan kitablarda qeydə alınmışdır. Onlar ziddiyyətlərlə doludur, dəfələrlə redaktəyə məruz qalıblar, təhrif olunublar; burada danışılan faktların heç bir təsdiqi yoxdur. Bu faktların müddəaları və ya məzmununun mənbəyi ilahi vəhylər olduğu elan edilsə də, bu, işə çox az kömək edir, çünki bu cür iddia özü elə, həqiqiliyi yoxlanmalı olan təlimlərin hissəsidir, heç bir iddia isə özü-özünü sübut edə bilməz.

Deməli, biz belə bir heyrətedici nəticəyə gəlirik ki, bizim üçün böyük əhəmiyyət kəsb edə biləcək, dünyanın sirrini bizə açmağa və həyatın əzabları ilə bizi barışdırmağa qadir olan mədəniyyətin bu məhsulu əslində çox zəif təsdiqə malikdir. Hətta, bizim üçün əhəmiyyətsiz olan balinanın yumurta qoymağa yox, diri bala doğmağla çoxalması faktı əsaslı olaraq təsdiq olunmasaydı, biz ona inanmazdıq.

Bu cür vəziyyət özlüyündə çox maraqlı psixoloji problemi təşkil edir. Və elə düşünmək lazım deyil ki, dini təlimlərin əsassızlığı ilə bağlı bütün bu deyilənlər nəsə yeni bir şeydir. Bu bütün dövrlərdə hiss olunub. Əlbəttə ki, özlərindən sonra bu cür irs qoyub getmiş əcdadlarımız da bunu bilirdilər. Yəqin ki, onların çoxu bizim kimi tərəddüd edirdilər. Lakin onların üzərində böyük zülmət olduğu üçün bunu söyləmək üçün cəsarət tapılmırdı. О vaxtdan çoxlu sayda insanlar, özündən uzaqlaşdırmaq istədiyi tərəddüdlər içində əzab çəkirdilər. Çünki, inamı öz vicdan borcları hesab edirdilər. Bir çox parlaq düşüncəyə malik adamlar bu konflikt üstündə sarsıntı keçirdilər, bir çox xarakterlər vəziyyətdən çıxış yolu axtarma prosesində edilən kompromislərə görə ziyan çəkməli olmuşdur.

Əgər dini ehkamların lehinə gətirilən bütün sübutlar keçmişdən gəlirsə, onda fikirləşmək lazımdır. Haqqında yüksək fikirdə olmaq hüququmuz olan müasirlik də bizə bu sübutları təqdim edə bilərmi? Əgər dini sistemin heç olmazsa bir fraqmentini tərəddüdlərdən xilas edə bilsəm, qalanları da həqiqətə uyğun olmağında xeyli qazanırdı. Buna oxşar işlərlə fərdi ruhun axirətdə mövcudluğuna inanan və dini təlimin ayrılıqda götürülmüş bu vəziyyətini bizə sübut etməyə çalışan spiritistlər (ruhları çağıranlar) məşğul olurlar. Onlara, təəssüflər olsun ki, çağırılan ruhların deyimləri və təzahürlərinin, onların özlərinin psixi fəallıqlarının məhsulu olması hipotezini təkzib etmək nəsib olmayıb. Onlar, görkəmli insanların ruhlarının sözlərini gətirirdilər. Lakin, bu deyim və məlumatlar о qədər küt, boş, təsəllidən uzaq idi ki, bütün bunlardan tam əminliklə nəticə çıxarmaq olar ki, ruhlar onları çağıran insanların ətrafında adaptasiya edir.

Problemdən var gücü ilə qaçma təsiri bağışlayan daha iki cəhdi qeyd etmək lazımdır. Biri təcavüzkar təbiətə malik, köhnə, digəri isə müasirdir. Birincisi – “credo, quia absurdum”, “inanıram, çünki absurddur” - kilsə atalarının sözləridir. Bu о demək olmalıdır ki, dini təlimlər əqlin tələblərinə tabe deyil, fövqəlşüurdur. Onların həqiqətini daxilən hiss etmək lazımdır, anlamağa ehtiyac yoxdur. Lakin, belə credo bir ürək açmaq yoludur. Əsas kimi mütləq qüvvəyə malik deyil. Məgər mən hər hansı absurd kəlama inanmalıyam? Hər hansı yox, məhz buna inanmalıyamsa da, niyə? Şüurun daha yüksək instansiyası yoxdur. Əgər dini təlimlərin həqiqiliyi bu həqiqiliyi təsdiq edən daxili hissdən asılıdırsa, onda belə hissi olmayan çoxsaylı adamları edək? Hamıdan tələb etmək olar ki, onlar şüur qabiliyətindən istifadə etsinlər. Lakin cüzi azlıq üçün qüvvədə olan təkanvərici səbəb üzündən onu ümumməcburi vəzifəyə çevirməк olmaz. Əgər kimsə uzunmüddətli, dərin ekstaz vəziyyətindən sonra dini təlimlərin həqiqiliyi haqqında hissi təsdiq alıbsa, bunun digər insanlara aidiyyatı nədir?

İkinci cəhd – fəlsəfə sahəsində “əgər olsaydı...” deyimidir. İddia edilir ki, bizim zehni fəaliyyətimizdə əsassız, absurd fikirlərə (hətta əgər biz bunun əsassızlığını başa düşürüksə) yer var. Onları fiksiya adlandırırlar. Lakin, bir sıra praktik səbəblərdən biz özümüzü “əgər” onlara inansaydıq kimi aparmalıyıq. Deməli, dini təlimlərə münasibətdə biz, insan cəmiyyətinin mövcud olması naminə, onlara hörmətlə yanaşmalıyıq. Bu arqumentasiya “credo, quia absurdum”-dan12 çox uzağa getməyib. Yenə də, mənə elə gəlir ki, “əgər” prinsipi ancaq filosof tərəfindən irəli sürülə bilər. Fəlsəfi təlimlərin təsirinə məruz qalmayan insan, düşüncə fikrin absurdluğunu bilərək, bu prinsipi qəbul edə bilməz. Bu adamı, işdir, onun ən vacib maraqlarına toxunanda, gündəlik həyatında tələb etdiyi həqiqətin etibarlığına şübhə etməyə məcbur etmək olmaz. Çox erkən yaşlarından obyektivlik tələb etməyə başlayan uşaqlarımdan birini xatırlayıram. Uşaqlara çox maraqla dinlədikləri nağılı danışanda, о, yaxınlaşır və soruşur: Bu doğru, həqiqi həkayədir?" İnkar cavabı alanda o, narazı və saymazyanı halda uzaqlaşdı. Ümid etmək lazımdır ki, tezliklə insanlar dini nağıllara da, “əgər” prinsipinin xahişlərinə zidd olaraq bu cür yanaşacaq2.

Lakin, indi onlar tamam başqa vasitələrdən istifadə edirlər, hələ qədim zamanlardan tam təsdiq olunmadıqlarına baxmayaraq, dini təlimlər bəşəriyyətə güclü təsir edirdilər. Bu növbəti psixoloji problemdir. Soruşmaq lazımdır, bu təlimlərin daxili qüvvəsi nədədir? Onlar, özlərinin şüurun sanksiyalarından azad olmaları şəraiti ilə nəyə borcludurlar?
VI
Mənə elə gəlir ki, bizdə hər iki suala cavab kifayət qədər hazırdır. Biz onu, dini təsəvvürlərin psixi genezisinə diqqət yetirəndən sonra alacayıq. Bilik kimi təqdim olunan bu təsəvvürlər təcrübə sonucu və ya fikrin yekun nəticəsi deyil, bəşəriyyətin ən qədim, ən güclü, möhkəm istəklərinin, illüziyalarının reallaşmasıdır. Onların gücünün sirri bu istəklərin gücündədir. Biz artıq bilirik ki, uşaq acizliyinin hürküdücü duyumu müdafiəyə, sevən müdafiəyə ehtiyac yaratmışdır, və bu ehtiyacı ödəməyə ata kömək etdi. Bu acizliyin bütün həyat boyu davam etməsi isə daha qüdrətli bir atanın mövcudluğuna zərurət yaradır. İlahi qüvvənin xeyirxah hökmranlığı həyatın çətinlikləri qarşısında qorxunu yumşaldır, mənəvi dünya nizamlığının əsaslandırılması tələbləri, insan mədəniyyəti daxilində çox vaxt ödənilməyən ədalətin qələbəsini təmin edir, dünyəvi mövcudluğun növbəti həyatda davam etməsinin zaman və məkan çərçivələrini təqdim edir; bu çərçivələrdə ən ülvi arzuların həyata keçməsini gözləmək olar. Bu sistemin müddəalarına əsaslanaraq, insan marağının sirli suallarına cavab tapmaq olar; məsələn, dünyanın yaranması və bədən-ruh münasibəti haqqında, hamısı bir yerdə fərdi psixika üçün nəhəng rahatlıq bəxş edir; ata kompleksində əsas tapan uşaq dövrünün heç zaman həll olunmayacaq konfliktlər aradan qalxır və hamı tərəfindən qəbul edilən mənada öz həllini tapır.

Mən deyəndə ki, bütün bunlar illüziyadır, bu sözün mənasını dəqiqləşdirməliyəm. İllüziya yanılma deyil, mütləq deyil ki, onunla üst-üstə düşsün. Aristotelin həşəratların natəmizlikdən yaranması haqqında, bu gün də avam camaat tərəfindən qəbul edilən fikir yanılma idi. Eyni ilə həkimlərin əvvəlki nəsilləri,tabes dorsalis”14 xəstəliyin cinsi əlaqələrin gur olmağından irəli gəldiyini düşünürdülər. Bu yanılmaları illüziya adlandırmaq düzgün olmazdı. Əksinə, Kolumbun Hindistana yeni yolunu kəşf etməsi fikri illüziya idi. Onun öz istəyinin bu yanılmada rolu çox gözəçarpandır. Bəzi millətçilərin hind-avropalıların yeganə mədəniyyəti yaratmaq iqtidarında olan irqin olması, və ya, psixoanaliz tərəfindən təkzib olunan usağın seksuallıqdan məhrum varlıq olması fikri də illuziyadır. İlluziyanın səciyyəvi cəhəti onun insan arzusu ilə sıx bağlı olmasıdır. Bu cəhətdən o, psixiatriyada absurd ideyalarına yaxındır. Lakin, absurd fikrin mürəkkəbliyini nəzərə almaqla demək olar ki, ondan fərqlənir. Absurd ideyasında biz əsas cəhət kimi reallıqla ziddiyyəti götürürük.

İllüziya isə mütləq olaraq yalan, yəni, qeyrireal və ya reallıqla zidd olmalı deyil. Meşşan ailədən olan qız, məsələn, bir şahzadənin gələcəyi və onu özü ilə aparacağı illüziyası ilə yasaya bilər. Bu mümkündür, buna oxşar hadisələr olub. “Messiya”nın15 gələcəyi və qızıl əsri qurşağı fikri buna oxşardır. Öz şəxsi mövqeyindən asılı olaraq təsnifatçı inamı ya illüziyaya, ya da absurd fikrə aid edə bilər. Gerçəkliklə təsdiq olunmuş illüziyaları sadalamaq çox çətindir. Əlkimyaçıların bütün metalları qızıla çevirməyin mümkün hesab etməsi, yəqin ki, bu növ illüziyalara aiddir. Çox, lap çox qızılı əldə etmək arzusu, varlanmaq yollarının bu günkü təsəvvürü ilə çох zəiflədilib, bununla belə kimya elmi metalların qızıla çevrilməsinin mümkünlüyünü artıq inkar etmir.

Beləliklə biz, inamı illüziya adlandırırıq, çünki onun motivinə arzunun həyata keçməsi qarışır və bu zaman illüziya öz təsdiqindən imtina etdiyi kimi, biz də onun gercəkliyə münasibətindən yayınırıq.

Bu dəqiqləşdirmədən sonra dini təlimlərə qayıdarkən, biz deyə bilərik: onların hamısı- illüziyadır, onların sübutu yoxdur, heç kəsi onları həqiqi olduğunu saymaq, onlara inanmağa məcbur etmək olmaz. Bəziləri, dünya reallığı haqqında əldə etdiyimiz biliklərə о qədər ziddir ki, biz, psixoloji fərqləri nəzərə almaq şərtilə, onları sayaqlama ideyaları ilə eyni tutmaq iqtidarındayıq. Onların əksəriyyətinin, cisimlərin həqiqi vəziyyətinə uyğun olub-olmamasından biz mühakimə edə bilmərik. Sübüt olunmadığı qədər onlar təkzib də edilmir. Onları daha yaxından, tənqidi şəkildə öyrənmək üçün biliklərimiz hələ çox azdır. Tədqiqatlarımız dünyanın sirlərini çox ləng açıqlayır, elm bir çox suallara hələ ki, cavab vərmək qadirində deyil. İntuisiyadan, daxilimizə müdaxilə etmədən nəyisə gözləmək həmən illüziya olardı; bu yolla biz, öz daxili ruhi həyatımıza aid açıqlamaların çətin başa gələn yazmalardan başqa heç nəyi əldə edə bilmərik, bu yozmalar, dini təlimin öhdəsindən belə yaxşı gəldiyi sualların cavablarını heç vaxt tapa bilməyəcəklər. Boş yerləri öz düşüncələr meydanına çevirmək, dini sistemin bu və ya digər hissəsini özbaşına az-maz babat olmasını elan etmək ehtiramsızlıq olardı. Çünki bu məsələlər həddən ziyadə əhəmiyyətli, demək olar ki, həddindən artıq müqəddəsdir.

Burada bəlkə kimsə etiraz etmək əzmində olacaq: əgər, belədirsə, yəni ən köhnəlmiş skeptik iddia edir ki, dinin ideyaları ağıl tərəfindən inkar edilə bilməz, onda onların tərəfində bu qədər, yəni ənənə, cəmiyyətin razılaşdırılmış rəyi, bunların məzmunundakı təsəlli etmək qabiliyyətı varsa, niyə axı mən onlara inanmayım? Doğrudan da niyə yox? İnama məcbur etmək olmadığı kimi, inamsızlığa da məcbur etmək olmaz. Lakin insan ürəyində şirin yalanlara gərək uyuşmasın, düşünməsin ki, belə sübutlara əsaslanmaqla onun fikri düzgün istiqamət üzrə yeridir. Bilmirsənsə, deməli bilmirsən, nəyə olursa olsun inanmaq hüququnu burada heç cürə əsaslandırmaq mümkün deyil.

Heç bir ağıl sahibi başqa şeylərdə belə yüngüllüyə yol verməz və öz mühakimələrin belə cılız isbatı ilə kifayətlənməz; belə etməyi o, özünə yalnız ən ali və müqəddəs hallarda rəva görür. Həqiqətdə o, özünü və başqalarını aldatmağa səy göstərir, guya dini möhkəm tutub dayanır, hərçənd ondan çoxdan kənarlaşmışdır.

Dini məsələlərdən söhbət getdikdə in­sanlar öz üzərinə intellektual qeyri-dəqiqlik və fəndgir qeyri-səmimilik günahını alırlar. Filosoflar sözlərin mənalarını həddindən artıq genişləndirir, nəticədə onların ilkin mənası tam itir. Özləri yaratdıqları qeyri-müəyyən, yayılmış abstraksiyanı onlar “Allah” adlandırır, beləliklə, bütün dünya qarşısında Allaha inanan deist (Allaha inanan) sifətində çıxış edir, öyünə bilirlər ki, daha yüksək, daha рак allah anlayışını yaradıblar, baxmayaraq ki, onların allahı, dinin öyrətdiyi kimi, fövqəl şəxsiyyət yox, bəlkə də əslində boş bir kölgədir. Tənqidçilər təkidlə belə bir fikrin üzərində dayanırlar ki, dünya bütövlülüyün qarşısında acizlik və miskinlik hissini keçirən insanı “həqiqi dindar” hesab etmək olar; əslində isə dindarlığın əsas mahiyyəti belə hisslər yox, bunlara reaksiya olan, bu hisslərə qarşı çıxış edərək köməyi diləməkdən ibarət olan növbəti addımdır. Kim bu addımı atmırsa, kim insanın bu möhtəşəm dünyaya belə cuzi rolu ilə fağır-fağır barışır, o, əslində sözün həqiqi mənasında dindar deyil.

Tədqiqatımızın planında dini təlimlərin həqiqiliyinin ölçülməsi daxil deyil. Bizə о fakt kifayət edir ki, öz psixoloji təbiətinə görə onlar illüziyadır. Lakin onu da gizlətməyə dəyməz ki, bunun aşkarlanmasının özu belə çoxlara vacib görünə biləcək məsələyə olan münasibətimizə çox güclü təsir göstərir. Biz, az və ya çох dərəcədə dəqiq, dini təlimlərin yaranmasının vaxtını və kimlər tərəfindən yaradıldığını bilirik. Bununla yanaşı burada istifadə olunan motivləri öyrəndikdə, dini problemə qarşı bizim mövqeyimiz əməlli-başlı dəyişilir. Özümüzə deyirik ki, Allah olsaydı, nə gözəl olardı - o, dünyanın yaradıcısı və xeyirxah öncəgörən, əxlaqi dünya qayda-qanunu və axirət dünyasıdır; bununla belə, heyrətedicidir ki, hər şey elə arzuladığımız kimidir. Daha çox qəribədir ki, bizim məzlun, avam zülmdə olan əcdadlarımızın bəxtinə bütün bu, həddindən artıq çətin olan dünya sirrlərinin həlli düşüb.
VII

Dini təlimlərdə illüziya tanımışıqsa, növbəti sualın da cavabını tapmalıyıq. Mədəniyyətin digər, yuxarıdan aşağıya baxdığımız və eyni zamanda həyatımızı idarə etmək ixtiyarını verdiyimiz sahələrin təbiəti də elə illüziya deyilmi? Bəlkə, üzərində dövlət institutları qurulan əsaslara da illüziya deyək? Bəlkə mədəniyyətimizdə, cinslər arasında yaranan münasibətlərin ovqatı də erotik illüziya nəticəsində (ola bilsin ki, bir neçəsilə) təlx edilir? Artıq şübhəyə yol vermişik, gəlin belə bir sualdan da çəkinməyək: real varlığın öyrənilməsindən irəliyə getmək üçün elmi tədqiqatda istifadə olunan müşahidə və düşüncəyə arxalanmaq zərurətini daha inandırıcı şəkildə əsaslandırmaq olarmı? Müşahidə şüasını öz cismimizə yönəltməkdən və yaxud özünütənqid məqsədilə fikri istifadə etməkdən bizi heç пə çəkindirə bilməz. Burada, “dünyagörüşünün” yaradılmasında həlledici rol oynaya biləcək nəticələri əldə etmək üçün bir çox tədqiqatların aparılması imkanları açılır. Hələ bu nədir! Biz hiss edirik ki, belə səylər boşa çıxmaz, onlar, heç olmasa bizim şübhələri, qismən olsa da, doğruldacaq. Lakin belə geniş vəzifələrin öhdəsindən müəllif gələ bilmədiyi üçün o, istər-istəməz illüziyaların bircəciyini, yəni dini illüziyanı izləmək üçün, tədqiqat sahəsini məhdudlaşdırmaq məcburiyyətindədir.

Əks müqabilin uca səsi bizi ayaq saxlamağa çağırır. Bizi, bu, qanunsuz hərəkətə görə cavabdeh olmağa çağrırlar. Bizə deyirlər:

Arxeoloji maraqlar özü-özülüyündə alqışlanmalıdır. Lakin qazıntıları, canlı insanların yaşadıqları evləri uçurmaq təhlükəsi yarada biləcək yerlərdə aparmaq olmaz: evlər uçub insanları öz qalıqları altında basdıra bilər. Dini təlimlər elə bir tədqiqat sahəsi deyil ki, burada istənilən başqa sahədə olduğu kimi, ağlın məşqini aparasan. Mədəniyyətimiz məhz onların (dini təlimlərin) üzərində qurulub insan cəmiyyətinə arxa durmağın əsasını, əksər insanların bu təlimlərin həqiqiliyinə inamın olması təşkil edir. Adamları öyrətsələr ki, qüdrətli və mərhəmətli allah, ilahi qayda-qanun, axirət dünyası yoxdur, onlar, mədəniyyətin qaydalarına tabe olmaq vəzifəsindən özünü azad olmuş hiss edəcəklər.

Hər kəs, öz asosial, eqoist meyllərinə ölçüsüz, qorxusuz əməl edəcək, nıədəniyyətin çoxəsrlik əməyi nəticəsində qarşısı saxlanılan xaos yenidən tuğyan edəcək. “Dində həqiqət yoxdu” fikri sübut olunsaydı belə, bu barədə susmaq və “əgər olsaydı” deyən fılosofların tələb etdiyi kimi özünü aparmaq lazımdır. Ümumi mənafə naminə! Hələ belə tədqiqatın özünün təhlükəli olmasından danışmırıq: burada mənasız qəddarlıq da var! Saysız-hesabsız miqdarda adamlar dinin təlimlərində özü üçün yeganə təsəlli tapır, çünki onların köməyi ilə həyatın əzab-əziyyətlərinə tab gətirməyi bacarırlar.

Siz, əvəzinə daha yaxşısını vəd etmədən onların əlindən belə bir arxanı götürməyə çalışırsınız. Məlumdur ki, elmin faydası bu gün bir о qədər çox deyil. Lakin, o, öz tərəqqisində lap çox irəliləsəydi belə, insanların tələblərini ödəyə bilməzdi. İnsanın hələ digər imperatıv tələbləri də var, bu tələblərə cansız elm cavab vermək iqtidarında deyil, qəribəliyin, qeyri-ardıcıllığın lap zirvəsidir о zaman ki, insan həyatında həmişə istəklər sahəsini ön plana çəkən, ağıl fəaliyyətini ikinci dərəcəli sayan psixoloq, indi insanın əlindən, istəklərin ödəmə yolunun incisini alaraq, onu intellektual qida ilə əvəzləmək istəyir”.

Nə çox günahlandırırlar məni! Eybi yoxdu, bunların hamısını rədd etmək üçün məndə kifayət qədər dəlillər var bundan əlavə, mən sübut etməyə çalışacağam ki, mədəniyyət dindən üzünü döndərmək əvəzinə, ona öz bugünkü münasibətini saxlasa, böyük bir təhlükə ilə üzləşəcək. Hələ ki, bilmirəm, nədən başlayım.

Bəlkə ondan başlayım ki, belə bir tədqiqatın aparılması tamamilə təhlükəsizdir və kiminsə xətrinə dəymək məqsədini daşımır. İntellektə verdiyim yüksək qiymət indi mənə kömək etmir. Əgər insanlar, mənim tərəf müqabilim təsvir etdiyi kimidirlərsə (burada mən onlarla mübahisə aparmaq fıkrində deyiləm), çətin ki, hansısa mömin dindar, mənim mülahizəmin təsiri altına düşüb, əlindən dinini almağa icazə vərəcək. Əlavə olaraq qeyd edim ki, əvvəllər digər, məndən qabiliyyətli adamlar daha tam, qüvvətli və inandırıcı şəkildə sübut etdiklərindən artıq nəyisə nесə sübut edim? Bu adamların adları məlumdur, yenidən onları xatırlatmağa ona görə dəyməz ki, birdən özümü onlarla bir sırada yerləşdirmək fikrimdə olduğum haqqında heç bir kəsin təsəvvürü yaranmasın.

Mən yalnız – tədqiqatımın yeniliyi məhz bundadır – mənim dahi müqəddimlərin tənqidinə bəzi psixoloji əsaslandırmaları əlavə etmişəm. Heç gözləməyə belə dəyməz ki, məhz bu əlavələr əvvəlki, daha erkən əlavələrdən fərqli olaraq, lazımı təsir göstərə biləcək. Əlbəttə, onda sual oluna bilər: niyə məqsədlərinə nail ola biləcəyinə əmin deyilsənsə, belə tədqiqatları aparırsan? Gəlin bu məsələni sonraya saxlayaq!

Bu əsərin nəşrindən ziyan çəkə biləcək yeganə adam olsa, bu da mənəm. Mən, öz səthiliyimə, məhdudluğuma, nəcib idealizmin çatışmamazlığıma, bəşəriyyətin ali mənafelərin başa düşmədiyimə görə ən ağır ittihamları iltifatsız məzəmməti eşitmək məcburiyyətindəyəm. Lakin, bir tərəfdən, belə töhmətləndirilmə mənim üçün yenilik deyil, digər tərəfdən isə, cavanlıqda öz müasirlərin rəğbətlilik və yaxud rəğbətsizliyindən asılı olmaq istəməyən bir adam qoca yaşında, onların hər hansı bir mərhəmətindən və yaxud mərhəmətsizliyindən tezliklə qutaracağına əmin olan bir vaxtda ona nə toxuna bilər? Əvvəlki dövrlərdə başqa cürə olub, onda insan bu cürə fikirləri ifadə edərkən, öz, Yer üzündəki mövcudatının həqiqi təxirə salınmasına layiq görülürdü; ona, tezliklə о dünya haqqında öz şəxsi təsəvvürlərin yaradılması üçün əlvərişli fürsət əlinə verirdilər. Lakin, təkrar edirəm, о zamanlar keçib, indi belə yazılar müəllifin özü üçün belə təhlükəsizdir. Ən əlacsız halda onun kitabın bu və ya digər ölkədə tərcüməsi və yayılması qadağan edilə bilər. Təbü ki, bu, öz mədəniyyətinin ali səviyyəsinə əmin olan ölkədə baş vərə bilər. Amma, bir insan ki, taleyinə sədaqəti, istəklərindən imtinanı təbliq edir, o, bir təhər bu ziyanı da üstələyə bilər.

Daha sonra qarşıma belə bir sual durub: bəlkə mənim bu yazımın nəşri hansısa bir xəta gətirər? Bu və ya digər şəxsiyyətə yox, ümumən işə, psixoanalizə. Axı, onun mənim yaratdığım olduğunu heç cürə inkar etmək olmaz. Psixoanalizə qarşı həmişə xeyli inamsızlıq və qərəzlik var idi; indi mən belə bir qeyripopulyar ifadələrlə çıxış etsəm, insanlar mənim şəxsiyyətə olan xoşagəlməz münasibəti tezliklə psixoanalizə keçirəcəklər. Hə, indi aydındır, bu psixoanaliz bizi hara aparır, sifətdəki maska yerə düşdü: o, bizi allahın və əxlaqi idealın rədd edilməsinə gətirib çıxarıb, biz bunu həmişə duymuşuq. Bunun tapılmasına mane olmaq üçün, yalandan deyirdilər ki, guya psixoanalizin dünyagörüşü yoxdur və ola da bilməz.

Bu qışqırıq bir çox mənim dini problemlərə olan münasibətimə şərik çıxmayan əməkdaşlarıma görə mənim üçün həqiqətən xoşagəlməzdir. Lakin psixoanaliz bir çox tufanlardan çıxıb, bu tufanın da sınağından onu çıxarmaq lazımdır. Əslində psixoanaliz tədqiqat metodun mübaliqəsiz bir alətidir, məsələn, sonsuz dərəcə kiçik kəmiyyətin hesablanması metodu kimi. Belə hesablama yolu ilə hansısa fizik Yer kürəsinin müəyyən bir zamandan sonra məhvini hesablaya bilsə, belə destruktiv, yəni dağıdıcı meyllərini bu hesablamanın özündə axtarıb onun qadağan edilməsinə çalışmaqdan qabaq yaxşıca düşünmək lazımdır. Dinlərin həqiqiliyi haqqında bütün deyilənlər psixoanaliz üçün vacib deyil, bu fıkirlər onun yaranmasından xeyli əvvəl başqaları rəfindən səsləndirilmişdi.

Əgər psixoanalitik metodların tədqiqi dini inancların məcmununun həqiqiliyin lehinə olmayan yeni sübutların alınmasına imkan verirsə, onda dinin aqibəti lap pis olar. Lakin dinin mühafizəkarları psixoanalizdən eyni qaydada istifadə edərək, dini təlimlərin səmərəli məzmununa lazımi qiymət verəcəklər.

Gəlin müdafiyəmizi davam etdirim. Din, şübhəsiz, bəşər mədəniyyətinə böyük xidmət göstərərək, sosial meyllərin yatızdırılması üçün çox işlər gördü. Lakin bu, kifayət etmədi. Çoxlu minilliklər boyunca o, insan cəmiyyətini idarə edirdi; onun nəyə qadir olduğunu göstərmək üçün kifayət qədər vaxtı var idi. Əgər o, xeyirxahlığı gətirə, həyatla barışdıra, təsəlli vərə bilsəydi, adamların çoxunu mədəniyyətin daşıycısı etsəydi, heç kimin ağlına belə mövcud şəraitin dəyişdirilməsi gəlməzdi. Əvəzinə biz nə görürük? Görürük ki, qorxuda biləcək sayda insanların payı mədəniyyətdən narazı olaraq, onun daxilində bədbəxt olublar, onu boyunduruq kimi başa düşərək, onu yerə salmağı çalışırlar; görürük ki, narazı olanlar ya bu mədəniyyətin dəyişdirilməsinə bütün qüvvələrini sərf edir, ya da, mədəniyyətə olan düşmənçiliyi elə bir həddə çatır ki, mədəni olmaq, istəkləri məhdudlaşdırılmaq barədə heç nəyi eşitmək belə istəmirlər. Bizə etiraz edərək deyə bilərlər ki, yaranmış vəziyyətin səbəbi – elə elmi tərəqqinin kədərli təsiri nəticəsində dinin insan kütlələrinə öz təsirinin qismən itməsidir. Gəlin bu etirafı yadda saxlayaq (əsaslandırılması yolunu da) ki, sonradan öz məqsədlərimiz üçün istifadə edək. Hərçənd elmə ünvanlanmış qınağın heç bir əsası yoxdur.

Şübhəlidir ki, dini təlimlərin şəksiz hökmranlığı dövründə yaşayan insanlar ümumən və bütövlükdə indikilərdən xoşbəxt olublar, əxlaqi cəhətdən bizlərdən, çox ehtimal ki, yaxşı olmayıblar. Onlar hansısa bir yolla dini göstərişləri eksteriorizə edib onların məqsədlərinə qarşı çıxmağa nail olurdular. Dini itaət üzərində nəzarət etməli olan keşişlər bu işdə üzüyola idilər. Allahın ədalət məhkəməsinin təsiri qaçılmaz olaraq ilahi xeyirxahlıqla üstələnirdi: insanlar günaha batır, sonra qurban kəsir və yaxud günahı boynuna alırdılar, ondan sonra yenidən günah etməyə hazır idilər. Rus qəlbi isə belə bir nəticəni çıxarmağı cürət etdi ki, günah – ümumiyyətlə ilahi xeyirxahlığın bütün ləzzətinə nail olması yolunda zəruri bir pillədirl6, yəni əslində Allaha xoş olan bir əməldir. Tamamilə aydındır ki, ruhanilər kütlələrdə dini itaəti yalnız insan təbiətinə, onun meyllərinə böyük güzəştlər hesabına qoruyub saxlaya bilirdilər. Deməli, belə, yalnız Allah güclü və mərhəmətlidir, insan isə zəif və günahlıdır.

Bütün dövrlərdə dində əxlaqsızlıq, özün üçün həyalılıq tapdığı qədər dayaq tapmışdı. Əgər din, öz səylərində insan nəslinə xoşbəxtlik vərməkdə, mədəni cəhətdən birləşdirməkdə və əxlaqi cəhətdən cilovlamaqda bacardığından artıq heç nəyi nümayiş etdirə bilmirsə, onda qaçılmaz bir sual ortalığa çıxır. Biz onun bəşəriyyət üçün zəruriliyini həddindən artıq şişirdirik, bir də, öz mədəni tələblərimizdə ona əsaslanmağımız nə dərəcədə ağıllı hərəkətdir?

Gəlin indiki, heç də birmənalı olmayan yaranmış vəziyyətin üzərində düşünək. Biz, dinin insanlara, əvvəllər olduğu kimi, artıq təsir etmədiyi haqqında etirafı eşitdik (söhbət burada Avropa xristian mədəniyyətindən gedir). İş onda deyil ki, onun vədləri əvvəlki kimi cəlbedici deyil, söhbəft ondan gedir ki, insanların gözündə onlar əvvəlki kimi etibarlı görünmür. Razılaşaq ki, bu dəyişikliyinin səbəbi – insan cəmiyyətinin yuxarı təbəqələrində elmilik ruhunun möhkəmləndirilməsidir (başqa səbəblər da, ola bilsin, var). Tənqid, dini sənədlərin sübutedici qüvvəsini gəmirib azaltdı, təbiətşünaslıq bunlarda olan yanlış fikirləri üzə çıxartdı, müqayisəli təhlil vasitəsilə bizlərdə qəbul edilmiş dini təsəvvürlərin və primitiv xalqlar və dövrlərin yaratdıqları mənəvi məhsulun qaçılmaz uyğunluğu qeydə alındı.

Elmi ruh dünya cisimləri ilə müəyyən münasibətlər növünü yaradır, dini hadisələr qarşısında o, bir müddət dayanır, şübhə altında qalır, nəhayət, buraya da astanadan keçir. Bu prosesin qarşısı alınmazdır, nə qədər çox adam biliklər xəzinəsinə yiyolənərsə, bir о qədər çox dini inamdan üzünü döndərən olur, əvvəl-əvvəl onun köhnəlmiş, şoka gətirə biləcək formalardan, sonra isə onun əsasını təşkil edən müqəddəm şərtlərindən. Deytonda17 meymun prosesini təşkil edən amerikalılar özlərini, bu mənada ən ardıcıl olduğunu təsdiqlədilər. Bütün digər yerlərdə bu qaçılmaz keçid, yarımçılıq və qeyrisəmimilik şəraitində həyata keçirilir.

Təhsildən, əqli əmək nümayəndələrindən mədəniyyətə böyük təhlükə gözlənilməz, mədəni davranışın dini motivlərinin digərləri, dünyəvi ilə əvəz olunması bu adamlarda qeyd-şərtsiz mümkün olardı, əlavə olaraq, onlar özləri elə mədəniyyətin daşıyıcılarıdır. Mədəniyyətin düşməni olmaq üçün bütün əsası olan, savadsız, zülmətdə olan digər nəhəng insan kütləsinin vəziyyəti tamam başqadır. Nə qədər ki, onların Allaha inamın itməsindən xəbərləri yoxdu, hər şey yaxşı olur. Amma vaxt olacaq ki, onlar bundan hökman xəbər tutacaqlar, heç mənim bu yazım çap olunmasa da.

Onlar, insan beynində elmi düşüncə tərəfindən edilən dəyişikliklərdən bixəbər, elmi fikrinin yekunlarından bəhrələnməyə artıq hazırdılar. Bu kütlələrin mədəniyyətə düşmənçiliyin istiqaməti, öz tələbkar hökmranında (yəni mədəniyyətdə) tapdığı ən zəif nöqtəsinə yönəldilməsi təhlükəsi mümkündürmü? Əgər mən, indiyə qədər öz yaxınımı, Allah-Taala bunu qadağan edərək, bu və ya о dünyada həmən cinayətə görə ağır cəza verə bildiyindən xəbərdar olduğuma görə öldürməmişəmsə, elə ki, xəbər tutacam ki, heç bir Allah-Taala yoxdur, onun cəzasından qorxmaq lazım deyil, onda mən, şübhəsiz, düşünmədən öz yaxınımı qətlə yetirəcəm, mənim qarşımı isə yalnız hökümət ala bilər. Beləliklə, ya bu qorxunc kütlələr üzərində çox ciddi himayə, onların mənəvi inkişafında hər bir irəliləyişin istisnası, ya da ki din və mədəniyyət arasındakı münasibətlərin əməlli-başlı təftişi lazımdır.
VIII
Hesab olunmalıdır kı, sonuncu tövsiyyənin həyata keçirməsi yolunda elə bir xüsusi çətinliklər yoxdur. Doğrudur ki, belə halda nədənsə çəkinməli olarıq, lakin əvəzinə, ola bilsin ki, qazandığımız daha çox olsun, nəticədə biz böyük təhlükədən uzaqlaşa bilərik. Bununla belə insanlar yaman qorxuya düşürlər, elə bilirlər ki, mədəniyyət bu zaman hansısa daha böyük təhlükəyə məruz qalacaq. Müqəddəs Kreditonlu Bonifatsiy saksların müqəddəs hesab etdiyi ağacı baltalayanda, yanında duranlar belə bir ələ salmağın nəticəsində göylərdən dəhşətli hadisəni gözləyirdi. Heç nə baş vermədi, nəticədə saklar xaçpərəstliyi qəbul etdilər.

Mədəniyyət, sənin yolunu kəsən, mülkiyyətinə paxıllıq edən, nifrət etdiyin qonşunu öldürmək qadağasını irəli sürəndə,bunu o, açıq-aşkar başqa cürə birgəyaşayış qaydaların təmin olunmasının mümkünsüzlüyü şəraitində etmişdir. Həqiqətən, qatil, qətlə yetirilənin yaxınlarının qisası, digərlərin gizli paxıllığı ilə üzləşərdi (sonuncular öz daxilində güclü oxşar zorakılıq hərəkəti etmək hissini keçirilər). Nəticədə o, öldürülmək şansını əldə edərək, uzun müddət qarətlə qazandığı əmlakdan yaxud etdiyi qisasdan həzz ala bilməzdi. Lap çox güclü və ehtiyatlı olsa da, bu onu tək olan düşmənindən qoruya bilsə də, lap zəiflərin birləşməsi onu məğlub edəcəydi.

Bu cür birləşmə əmələ gəlməsəydi, qətllər bir-birinin ardınca baş vərərdi və insan nəsli tamam kəsilərdi. Ayrı-ayrı fərdlər, ailələr arasında Korsika adasında, dünyanın qalan hissəsində isə dövlətlər arasında indiyə qədər mövcud olan münasibətlər yaranacaq idi. Elə hamı üçün bərabər olan can qorxusu insanları cəmiyyətə birləşdirir, cəmiyyət isə hamıya öldürmək qadağasını qoyaraq bu qadağanı pozan hər bir kəsi birləşib öldürmək hüququnu özündə saxlayır. Bu yolla, müəyyən bir müddətdən sonra ədliyyə və cəzalandırma sistemi yaranır.

Bununla belə, biz bu öldürmək qadağasının rasional əsaslandırılması ilə razılaşmadan, təsdiq edirik: bu qadağa Allahdan irəli gəlir. Beləliklə biz onun məqsədlərini tapmaq məsələsini üzərimizə götürürük, öyrənirik ki, о da insanların biri-birini qırması ilə razı deyil.

Bu yolla biz mədəni qadağaya xüsusi təmtəraq veririk. Lakin bu zaman ona riayət olunmasını bütövlükdə Allaha olan inamla bağlıyırıq, bu da risklidir. Əgər bu addımı biz geri götürsək, öz iradəmizi Allahla bağlamasaq, ədalətli məhkəmənin sırf sosial əsaslandırılması ilə kifayətlənsək, onda, düzü, mədəni qadağanın ilahi mənşəyinin pərəstişinə son qoyulacaq, eyni zamanda da onu bu təhlükədən qurtara bilərik. Bununla belə biz daha nəyisə qazanırıq. Hansısa diffuziya, və yaxud bayağılaşdırma nəticəsində, bir sıra çox vacib qadağaların müqəddəslik, lap deyək, axirətlilik xasiyyəti bütün digər mədəni qaydalar, qanunlar vo göstərişlərə də yayıldı. Sonunculara belə müqəddəslik nuru heç də həmişə yaraşmır; onlar, müxtəlif dövr və regionların bir-birinə zidd olan meyllərini əks etdirdiyinə görə qarşılıqlı şəkildə bir-birini dəyərdən salır, üstəlik insanın qeyri-kamilliyinin bütün keyfiyyətlərini nümayiş etdirirlər.

Bunların sırasında çox asanlıqla yalnız fərasətsiz ağciyərliyə, şöhrətpərəstliyə arxalanan monafələrin və yaxud ixtiyari quraşdırmaların nəticələrini aşkarlamaq olar. Tənqid labüd şəkildə onların üzərində dayanır və arzuolunmayan dərəcədə mədəniyyətin digər, daha əsaslandırılmış tələblərinə olan hörmətin əsaslarını dağıdır. Allahın özü tərəfindən hökm etdiyi ilə hansısa qüdrətli parlamentin və yaxud vəzifə sahibinin nüfuzuna aid olanı fərqləndirmək çox riskli məsələ olduğu üçün, əslində yaxşı olardı ki, Allahı tamamilə oyundan çıxaraq və bütün mədəni qaydaların və göstərişlərin xalis insani mənşəyini səmimi qəlbdən etiraf edək. Zahiri müqəddəsliklə yanaşı bu qadağalar və qanunlar öz dönmüş sabitliyini də itirmiş olardı. İnsanlar başa düşərdilər ki, qanunlar bir о qədər onların əsarətə alınması üçün yox, nə qədər ki, mənafelərinə xidmət etmək üçün yaradılıb, onlar qanunlara münasibətdə daha dözümlü olardı, onları rədd etmək əvəzinə daha da yaxşılaşdırılmasını arzulayardılar. Bu, mədəniyyətin zülmü ilə barışması yoluna aparan vacib bir addım olardı.

Mədəni göstərişlərin yalnız rasional əsaslandırılmasında, (yəni onların sosial zərurətlə əlaqələndiriİməsi) mühafizakar, mövqeyimiz burada qəflətən daha bir şübhə ilə üzləşir. Biz, nümunə olaraq, qətlə qadağanın yaranmasını izlədik. Lakin, təsvir etdiyimiz lövhə tarixi həqiqətə uyğundurmu? Çox ehtimal ki, yox, о yalnız fikrin quraşdırmasına bənzəyir. Biz, psixoanalizin vasitəsilə insan mədəniyyəti tarixindən məhz bu elementi təhlil etdik, etiraf etməyə məcburuq ki, həqiqətdə başqa cürə olub. Sırf rasional motivlər, hətta müasir insandakı coşqun hisslərə qarşı az bir şey edə biləcəklər, onda ibtidai, vəhşi insanda belə motivlər nə qədər daha aciz, qüvvəsiz olmalı idi! Çox ehtimal ki, onun varisləri indi də çəkinmədən bir-birini qırardılar, amma həmin qanlı cinayətin biri - əcdad atanın qətli - vacib nəticələrə gətirə biləcək qaçılmaz effektiv reaksiyanı yaratmadı. Bu reaksiyadan qadağa əmələ gəldi: öldürmə, totemizmdə bu yalnız atanın əvəzedicisinə aiddir, sonradan digərlərə də şamil edildi, hərçənd o, bir sıra mənalarda indi də etibarlı deyil.

Təkrar etməyə ehtiyac duymağım üçün tədqiqatların göstərdiyi kimi, qədim ata Allahın ilk təsviri, modeli olub və bunun əsasında sonrakı nəsillər ilahi obrazı quraşdırıblar. Beləliklə, dini təsəvvür doğrudur, Allah həqiqətən qadağanın yaradılmasında iştirak edib, burada sosial zərurətin anlamı yox, onun nüfuzu əsas rol oynayıb. Bu təqdirdə Allaha insan iradəsinin müncər edilməsi əməlli-başlı yerinə düşər, axı insanlar bilirdilər ki, atasını özləri zor yolu ilə aradan götürüblər, öz təhqiredici iradəsinə reaksiya vərərək, onlar, onun iradəsinə hörmət etmək qaydasını irəli sürdülər. Beləliklə, dini təlim bizə, əlbəttə, məlum şəkildə dəyişdirilmiş və pərdələnmiş, tarixi həqiqəti çatdırır, bizim rasional təsəvvürümüz bu dəyişikliklərə göz yumur.
Artıq gözümüzə dəyir ki, dini təsəvvürlər xəzinəsi özündə, arzuların yerinə yetirilməsi ilə yanaşı, çox vacib, tarixi, dumanlı xatirələri da özündə daşıyır. Görün, keçmişin gələcəyin qarşılıqlı fəaliyyəti dini nə qədər unikal qüdrətlə təmin etdi! Onu da deyək ki, ola bilsin, analogiya bizə daha nəyisə başa düşməyə imkan vərəcək. Becərilən torpaqdan anlayışları çox uzağa köçürmək yaxşı deyil, amma biz müşahidə etdiyimiz parallelizmi formula etməliyik. Məlumdur ki, insan balası nevroz fazasından keçməsə (bəzilərdə bu daha aydın görünür, bəzilərində isə - bir о qədər yox), o, öz mədəni inkişaf yolunu müvəffəqiyyətlə bitirə bilmir. Bu, ona görə baş verir ki, uşaq istəklərin çoxsaylı çağırışlarını rasional fəaliyyəti ilə basa bilmir; bu istəklər gələcəkdə reallaşmayacaq, bununla belə uşaq sıxışdırılma21 aktları ilə onları cilovlamalı olur, adətən, bu aktların arxasında qorxu motivi durur. Əksər rollarda bu uşaq nevrozları uşaq böyüdükcə qəftlətən aradan götürülür; xüsusən, uşaqda əl çəkməyən vəziyyətlər22 nevrozlarının taleyi məhz bu qəbildəndir. Digərlərin müəyyənləşdirilməsi işi psixoanalizin öhdəsinə düşür.

Eyni ilə düşünmək lazımdır ki, bütövlükdə bəşər nəsli, öz çoxəsrlik inkişafında nevroza bənzər vəziyyətlərə düşüb, özü də həmin səbəblər üzündən, yəni, ona görə ki, cəhalət və intellektual zəiflik dövründə insanlar cəmiyyətin birgə yaşaması üçün zəruri olan, sırf affektiv səylərin hesabına yaranan istəklərdən imtina edilməsinə nail olublar. Tarixə qədərki dövrdə baş vərən proseslərin (xüsusilə sıxışdırma prosesi) nəticələri sonralar uzun müddət mədəniyyəti arxayın qoymurdu. Belə halda dini də ümumbəşəri, qarayaxma Edip kompleksində23 öz kökünü tapan, ataya qarşı ambivalent münasibətdə ifadə olunan nevroz olduğunu hesab etmək olar. Bu fikrə uyğun düşünmək olar ki, dindən dönüş, labüd surətdə artım prosesin qaçılmaz dəyişilməzliyə uyğun baş verəcək, özü də indi biz bu inkişaf fazasının düz ortasındayıq.

Biz, gərək öz davranışda ağıllı, üzümüzə gələn yenidənqurmalara müqavimət göstərmək əvəzinə onlara şərait yaratmağa, bunların həyata müdaxilənin zorakılıq xüsusiyyətlərini yumşaltmağa çalışan tərbiyəçiyə istiqamətlənək. Şübhəsiz, dinin mahiyyəti, gətirdiyimiz analogiya ilə bitmir. Əgər, bir tərəfdən, din özündə yalnız fərdi, qarayaxma vəziyyətlər nevrozuna bənzəyən əl çəkməyən məhdudiyyətləri daşıyırsa, digər tərəfdən yalnız amentsiyada24 (təcrid edilmiş şəkildə), fikirlərin gicbəsərliyə əsaslanan hallüsinasiya qarışıqlığı zamanı müşahidə etdiyimiz kimi, o, özündə istəklərin diktəsinə uyğun, həqiqətin inkarı ilə müşaiyyət edilən bütöv bir illüziyalar sistemini daşıyır. Bütün bunlar bir müqayisədir, sosial fenomeni başa düsməyə çalışdığımız bir fənd; fərdi patologiya burada heç bir tam, dəyərli analogiyanı təmsil etmir.

Dəfələrlə qeyd olunub ki, (mən və xüsusilə T.Reyk tərəfindən), din və əlçəkməyən hərəkətlər nevrozu arasında oxşarlığı hansısa, ən xırda cizgilərə qədər izləmək olar, nə qədər özünəbənzər xüsusiyyətləri və tarixi keşməkeşləri bu yolda öyrənmək olar. Deyilənlərlə daha bir fikir həmahəng səslənir. Mömin dindar, məlum nevroz xəstəliklərdən yüksək dərəcədə mühafizə olunub: universal nevrozun mənimsənilməsi, onun üzərindən öz şəxsi nevrozun işləyib hazırlanması vəzifəsini götürür.

Məlum dini təlimlərin tarixi dəyərinin dərki, onlara olan hörmətimizi artırır. Lakin, bununla mədəni göstərişlərin əsaslandırılmasının izahında dinin istisnası fikrimizi dəyərdən salmır. Əksinə! Bu tarixi qalıqlar, bizə dini ehkamlar konsepsiyasının yaradılmasında onları nevrotik relikt (çox köhnə qalıq) kimi qiymətləndirməyə imkan verdi; indi, görünür ki, nevrotik adamların psixoanalitik müalicəsi zamanı etdiyimiz kimi, burada da zorla sıxışdırıb çıxarılma nəticələrinin ağlın mənəvi fəaliyyətin bəhrələləri ilə əvəz edilməsi vaxtı çatmışdır.

Düşünmək olar ki, (lakin bəlkə bunun heyfini çəkməyə dəyməz!), işin belə işləyib hazırlanmasının nəticəsində, mədəni qaydaların təntənəli göstərişlərı ilə kifayətlənməyəcəyik, sonuncuların başdan ayağacan təftiş olunması onların çoxları üçün ləğvi ilə nəticələnək. Qarşımızda duran insanları mədəniyyətlə barışdırmaq vəzifəsi bu yolda əsasən həll olunmuş olur. Mədəni göstərişlərin rasional əsaslandırılması zamanı, tarixi həqiqətdən uzaqlaşmaq dərdini gərək çəkməyək. Dini təlimlərdə olan həqiqətlər onsuz da о qədər təhrif edilib və sistemli olaraq, dəyişdirilib ki, insan kütləsi onların doğru olduğunu qəbul etmir.

Bu, ona bənzəyir ki, uşağa körpəni, dimdiyindən hacıleyləyin gətirdiyindən danışırıq. Burada da bir həqiqəti simvolik pərdələrə bürüyürük, çünki, bu böyük quşun əslində nə olduğunu bilirik. Lakin uşaq bunu bilmir, o, təhrif olunma anını duyaraq, özünü aldadılmış hesab edir; biz isə bilirik ki, uşağın böyüklərə inamsızlığı, onun tərsliyi məhz belə təəssüratlardan irəli gəlir. Biz belə bir qənaətə gəlmişik ki, həqiqətin simvolik ifadələrlə manipulyasiya etmək əvəzinə, uşağın intellektual inkişafının mərhələsinə uyğun olaraq onu, real vəziyyət haqqında biliklərə yiyələnmək imkanından məhrum etməməliyik.
IX

Siz bir-birinə zidd olan, bir birinə bəzən uyğun gəlməyən ifadələrə yol verirsiz (gah inandırmağa çalısırsınız ki, Sizin təqdim etdiyiniz yazıya bənzəyənlər tamamilə təhlükəsizdir. Yəni, belə nəzəriyyələr vasitəsilə özünü dini inamdan məhrum edilməsinə heç kəs yol verməz.

Bəs sonradan məlum olur kı, siz bu dinə toxunaraq onu qorxudursunuz, onda belə sual yerinə düşər. Niyə Siz, buna qalsa, öz əsəri çap etdirirsinız? Gah başqa bir səhifədə, əksinə etiraf edirsiniz ki, Allaha inamsizlığın kiminsə tərəfindən aşkarlanması böyük, hətta lap böyük təhlükədir. Qabaqlar insanı başa salmaq olurdu, indi isə o, dini etiqadlara itaəti bir kənara atır. Mədəniyyət üçün mədəni qadağaların dini əsaslandırılması təhlükəli oldugu haqqında arqumentləriniz belə bir gümana da qurulur: dindarı dinsiz etmək olar; axı belə fıkir başdan ayağacan ziddiyyətdir”.

Digər ziddiyyət о zaman baş verir ki, Siz bir tərəfdən, razılaşırsınız ki, insanı ağıl idarə etmir, burada onun ehtirasları və istəklərin səsi üstün gəlir, digər tərəfdən isə, onun mədəniyyətə tabe olmaq meylinin affektiv əsasının rasional əsaslarla əvəz etmək fikrini irəli sürürsünüz. Necə istəyirsənsə, başa düş. Zənnimcə, nə birinci, nə ikinci fikir həqiqi deyil”.

Söz arası onu da soruşum ki, bəyəm tarix Sizə heç nə öyrətməyib? Dini ağıl26 ilə əvəz etmək təşəbbüsü artıq dövlət səviyyəsində və geniş miqyasda həyata keçirmək cəhdi olub. Fransa inqilabı da, Robespyer da xatirinizdədirmi? Onda, həmin eksperimentin az ömürlü olması da, onun acizinə batması da yadınızda olar. İndi o, Rusiyada təkrarlanır, bunun axırının nесə olması haqqında çox da maraqlanmağa indi elə bir ehtiyac duymuruq. Lakin, Sizə elə gəlmirmi ki, insanı, dinsiz keçinə bilməyən bir məxluq saymalıyıq?”

Özünüz deyirsiniz ki, din, qarabasma hərəkətləri ilə müşaiyyət olunan nevrozdan ibarət olan daha geniş hadisədir. Lakin məsələnin bu tərəfinə heç toxunmadınız. Nevroz ilə analogiya aparmağınız kifayət idi. İnsanları nevrozdan qurtarmalısınız.

Bununla bərabər daha nə itki baş vərəcək, sizi düşündürmür”.

Belə ziddiyyətli görünüşün yaranmasının səbəbi, yəqin ki, mənim, mürəkkəb hadisələrdən çox tələsik danışdığımdan irəli gəlir. Bəzi məqamları indi mən əlavə edə bilərəm. Mən dönə-dönə təsdiq edirəm kı, mənim yazım müəyyən mənada tam zerərsizdir. Heç bir dindar, bu və yaxud buna bənzər arqumentlər vasitəsilə öz əqidəsini zəiflətməyə qoymaz. Dini adam, dinin məzmununa müəyyən, zərif bağlılığını urəyində saxlayır. Əlbəttə, çoxlu sayda başqa adamlar da var ki, qeyd olunan mənada dindar sayıla bilməz. Onlar mədəniyyətin qaydalarına əməl edir, çünki dinin hədələmələri qarşısında özünü itirir, həm də, dindən, onları əhatə edən reallığın tərkib hissəsi olduğunu hesab etməyə məcbur olduqları üçün qorxurlar. Elə ki, görürlər, dində real mənanın qəbul olunmasına qüvvələri çatır, özündən çıxırlar, amma burada da hər hansı bir dəlil onlar üçün əhəmiyyətli deyil. Görəndə ki, dindən qorxan yoxdu, özləri də daha qorxmurlar, mən artıq qeyd etmişəm ki, hətta bu əsərimi çap etdirməsəm də, onlar, dinin nüfuzunun enməsindən xəbərdar olacaqlar.

Amma, zənnimcə, Siz digər, mənə iraq tutduğunuz ziddiyyəti daha əhəmiyyətli görürsünüz. İnsanlar ağıl səsini əsla eşitmir, onların üzərində impulsiv istəklər hökmranlıq edir. Nə üçün biz onları, əvəzinə ağıl ifadələrini təklif edərək, bu istəklərin ödənilməsindən məhrum edək? Əlbəttə ki, insan təbiəti məhz belədir, amma özünüzdən soruşun: həqiqətənmi insanların belə olmasına onların təbiətinin ən dərin mənaları məcbur edir, həqiqətənmi insanlar belə olmalıdır? Antronologiya, uşaqların başını lap erkən yaşlarından möhkəm sarıqlıyıb deformasiya edən xalqının kraniometrik indeksini27 verə bilərmi? Sağlam uşağın parlaq düşüncəsi və orta səviyyəli böyük adamın ağıldankəmliyi arasındakı həyəcanlı kontrastın (fərqin) üzərində düşünün. Məhz dini tərbiyəsinin üzərinə bu cür artan, inkişafda olan əyintiyə məsuliyyətin çox payının düşməsi ideyası, bir elə ağlasığmazdırmı? Mənə elə gəlir ki, biz təzyiqə məruz qalmayan uşaqdan Allah və о dünyaya aid olan cisimləri haqqında ideyaların quraşdırılmasını, çox gözləməli olardıq. İstisna deyil ki, onun ideyaları əcdadlarda olduqları kimi inkişaf etsin. Lakin, onun özünün bunları işləyib hazırlanmasını heç kəs gözləmir, ona, heç maraqlanmadığı bir vaxtda dini ideyaları çatdırırlar ki, o, bunların əhəmiyyətini heç dərk edə bilmir. Bu günkü pedaqogikanın proqramında iki başlıca maddə var – seksual inkişafının ləngidilməsi və dini təsirin artırılması, elə deyilmi? Sonradan, uşağın düşüncəsi oyanan vaxtda onun şüurunda dini təlimlər toxunulmaz olaraq qalır. Həqiqətənmi Siz, düşünürsünüz ki, fikir fəaliyyətinin artırılması üçün, cəhənnəm əzabı qorxusu altında, belə bir vacib sahəsinin qapalı qalması bu qədər vacibdir?

Əgər insan, bir dəfə, tənqidsiz-filansız, dini təlimlərin təqdim etdiyi bütün cəfəngiyyatları, hətta onların arasındakı ziddiyyətləri görmədən, qəbul etməsinə razılıq veribsə, onda onun ağıl zəifliyi gərək bizi təəccübləndirməsin. Axı, bununla belə, istəklərin təbiətini mənimsəmək üçün əlimizdə, ağıldan başqa vasitə yoxdur. Düşüncə qadağaların hökmranlığı altında qalan şəxslərdən mənəvi həyatın idealına, ağil üstünlüyünə nail olmasını nесə gözləmək olar?

Sonra, bilirsiniz ki, ümumiyyətlə və bütövlükdə, qadınlarda “fizioloji zəifliyi” qeyd edirlər, yəni kişilərdən fərqli olaraq, onlarda ziyalılıq azdır. Bu fakt, onun yozulması, özü-özlüyündə şübhə doğurur, amma qadınların intellektual solğunluğunun sonradan. müəyyən şəraitdə əldə edilməsi fikrinin mənası ondadır ki, qadınlar, onları ən çox maraqlandıqları cinsi həyəcan məsələlərinə fikirlərini yönəltdiklərinə görə, ziyan çəkirlər. Nə qədər ki, cavan adama, onun gənc yaşlarında seksual mövzular sahəsindəkı fikirlərin tormozlaşdırılması ilə yanaşı dini və onunla bağlı olan hüquqi mövzular sahəşindəki ideyaların tormozlaşdırılması heç de az təsir göstərmir, biz, əslində onun özünün necə olması haqqında heç nə deyə bilmərik.

Amma öz coşğunluğumu bir az azaldım və özümün də illüziyaya qapandığım ehtimalını qəbul edim. Ola büsin ki, dini qadağaların fıkrə təsiri düşündüyüm kimi bir о qədər pis deyil: bəlkə, elə çıxır ki, insan təbiəti, şüuru din tərəfindən zəbt etmək işində tərbiyədən sui-istifadə işi bitəndən sonra da, indi olduğu kimi qalacaq. Mən bunu bilmirəm, Siz də bunu deyə bilməzsiniz. Qarşımızda, həyatımızın nəinki nəhəng məsələləri, hətta daha xırda məsələlər yığımının həlli müşkül problemə çevrilir. Bununla belə gərək mənimlə razılaşasınız ki, gələcəyə ümüd bəsləmək üçün bizim bütün əsasımız var: çox ehtimal ki, biz, mədəniyyəti zənginləşdirə biləcək xəzinəni tapa bilərik, bunun üçün də qeyri-dini tərbiyə cəhdinə qüvvələrin sərf edilməsi lap yerinə düşər. Belə bir cəhd bəşa çıxsa, mən onda, bu islahatla vidalaşmağa və daha erkən, sırf deskriptiv mühakiməyə qayıtmağa hazıram: insan, öz impulsiv meyllərinə tabe olan, az ziyalılığa malik olan bir məxluqdur.

Bir məsələdə mən qeyd-şərtsiz Sizinlə razıyam. Dini, zorla, bir zərbə ilə devirmək arzusu - şübhəsiz, absurd əməldir. İlk əvvəl ona görə ki, belə arzunun perspektıvi yoxdur. Dindar adamlar, nə qadağalarla, nə ağıl dəlilləri ilə dini əlindən götürməyə icazə vərməyəcək. Əgər kiməsə qarşı bunu etmiş olsaydıq, bu, qəddarlıq olardı. Ən illərdə yuxu dərmanını içən adannn əlindən bu dərmanı alsalar, təbii ki, o, yata bilməz. Dini təsəllilərin təsirinə narkotik maddələrin təsirinə bərabər tutınaq olduğunu Amerika hadisələri28 çox gözəl təsdiqləyir. İndi orada, çox yəqin ki, üstünlüyə malik ola bilmiş qadınların təsiri altında, adamların əlindən bütün həvəslənmə, sərxoşlanma və həzzalma vasitələrini almaq istəyirlər, əvəzinə də, kompensasiya məqsədilə, doyunca Allahla qorxudurlar. Bu eksperimentin nəticələrini lap böyük maraqla müşahidə edilməsində elə bir ehtiyyat yoxdur.

Mən, müvafıq şəkildə, Sizə qarşı həm də о zaman çıxıram ki, siz, elə bir qənaətə gəlirsiniz ki, insan prinsip ehtimalı ilə illüziyalı dini təsəllisiz keçinə bilməz, onsuz o, guya həyatın əziyyətlərinə, ağır həqiqətlərinə tab gətirə bilməz. Bəli, bu yalnız uşaqlıqdan şirin və yaxud kəmşirin zəhər qəbul edən adama aiddir. Bəs, ayıqlığa vərdiş edən digəri nесə? Nevrozdan əziyyət çəkməyən adam, çox mümkün ki, anesteziya üçün istifadə edilən maddələrdə ehtiyac duymur. Əlbəttə insan bu təqdirdə çətin vəziyyətdə qalar, o, gərək, öz acizliyini, dünya bütövlülüyü daxilində heç bir dəyəri olmayan kiçikliyini boynuna alsın, çünki o, artıq yaradıcılığın zirvəsi, xeyirxah qəzavi-qədərin zərif qayğısının obyekti deyil. O, isti və rahat olan ata evini tərk etmiş uşağın vəziyyətinə düşür. Bəs düz deyilmi ki, infantilizm hökmən aradan qaldırılmalıdır? İnsan əbədi olaraq uşaq qala bilməz, gec-tez o, insanlar arasına, “yabançı dünyaya” çıxmalıdır. Biz, buna “reallıq hissinin alınması” deyə bilərik, bəs indi nесə mən Sizə başa salmalıyam ki, mənim yazımın yeganə məqsədi - gələcəkdə bu addımın zəruriliyinin qeyd edilməsidir?

Siz, görünür, ondan ehtiyyat edirsiniz ki, insan bu ağır sınaqdan çıxa bilməz. Nə edək, gərək yenə də ümidimizi itirməyək. Özümüzə ümid bağlamaq zərurətinin dərki özü-özlüyündə dəyərli bir haldır. Onda sən, onlardan düzgün istifadə etməyə öyrənirsən. İnsan, nə qədər olsa da, lap aciz deyil axı, o, Nuh peyğəmbər əyyam vaxtından elmdən çox qidalanıb, getdikcə elm öz qüdrətini daha da artıracaq. Özünə rəqib görməyən, taleyüklü zərurəti özündə daşıyan qismətinə gəldikdə isə, insan, dinməz-söyləməz ona dözməyə öyrənəcək. Ayda yerləşən hansısa latifundiyanın vədi ilə onun başının aldadılmasının nə mənası var, axı bu yerlərdən olan gəlirləri hələ ki, heç kəs, heç vaxt görə bilməyib? Vicdanlı, aztorpaqlı bir kəndli olaraq, о, öz torpağını becərəcək ki, çörək tikəsini təmin etsin. Axirət dünyasından nəyisə gözləməkdənsə, bu zaman Yer üzündəki həyatı üçün bütün əldə etmiş qüvvələri cəm edərək o, bəlkə də, ona nail ola bilər ki, həyat hamı üçün əlvərişli olsun və mədəniyyət heç kəsə daha zülm etməsin.
Qoy mələklər və sərçələr

Göyə həmrəy çıxsınlar29.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə