## İxtisas: Psixologiya ## Qrup: 412, 413, 414 ## Bölmə



Yüklə 0,72 Mb.
səhifə1/14
tarix16.12.2018
ölçüsü0,72 Mb.
#86143
  1   2   3   4   5   6   7   8   9   ...   14

## Fakültə: Pedaqogika və psixologiya

## İxtisas: Psixologiya

## Qrup: 412, 413, 414

## Bölmə: Azərbaycan

## Fənnin adı: Psixologiyanın tədrisi metodikası

## Müəllim: dosent İsmayılova Mehriban Cəlal qızı

## Kafedra müdiri: prof. Ə.T.Baxşəliyev

## book_id=883 //book_name= Psixologiyanın tədrisi metodikası //

## fk=126//ks=03//fn=883 // sumalltest= 300 //

MÜNDƏRİCAT:.....................................................................................................................1

##Mövzu № 1. Psixologiyanın tədrisi metodikasının predmeti, məqsədi və vəzifələri............2-8

##Mövzu № 2. Psixologiyanın tədrisi metodikasının inkişaf tarixi..........................................8-14

##Mövzu № 3. Psixologiyanın tədrisinin metod və prinsipləri........................................14-20

##Mövzu № 4. Psixologiyanın tədrisində mühazirənin növləri, tipləri və ona verilən

tələblər..................................................................................................................................... 20-26



##Mövzu № 5. Psixologiyanın tədrisində seminarın növləri, tipləri və ona verilən

tələblər......................................................................................................................................26-32



##Mövzu № 6. Psixologiyanın tədrisində praktik və laborator məşğələlərin keçirilməsinə

verilən tələblər..........................................................................................................................32-38



##Mövzu № 7. Psixologiyanın tədrisində tələbələrin müstəqil işlərinin xüsusiyyətləri.........38-43

##Mövzu № 8. Psixologiyanın tədrisində referat, kurs və buraxılış işlərinin təşkilinə

verilən tələblər..........................................................................................................................44-49



##Mövzu № 9. Psixologiyanın tədrisində dərsin tipləri və onların təşkilinə verilən

tələblər......................................................................................................................................49-55



##Mövzu № 10. Psixologiyanın tədrisində şifahi və əyani metodların tətbiqinə verilən

tələblər......................................................................................................................................55-61



##Mövzu № 11. Psixologiyanın tədrisində biliklərin yoxlanılması və qiymətləndirilməsi formaları...................................................................................................................................61-67

##Mövzu № 12. Psixologiyanın öyrənilməsində tələbələrin biliklərinin yoxlanılması

növləri və formaları..................................................................................................................67-73



##Mövzu № 13. Psixologiyanın tədrisində idrak proseslərinin tədrisi metodikası.................73-78

##Mövzu № 14. Psixologiyanın tədrisində fərdi-psixoloji xüsusiyyətlərin metodikası.........79-85

##Mövzu № 15. Pedaqoji fəaliyyətdə müəllim şəxsiyyətinin psixologiyası mövzusunun

tədrisi metodikası.....................................................................................................................85-90


##num=1// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisi metodikasının predmeti, məqsədi və vəzifələri//


T1-6; T2-5; T3-5; T4-4

1. Psixologiyanın tədrisi metodikasının predmetini nə təşkil edir?

A) psixologiyanın tədrisi prosesini təşkil etmək;

B) tələbələrin dünyagörüşünü inkişaf etdirmək;

C) tədrisin orijinallıq səviyyəsini təmin etmək;

D) təlimin psixoloji nəzəriyyələrinin öyrənilməsi;

E) tədrisin keyfiyyətini yüksəltmək



2. Psixologiyanın tədrisi metodikasının predmetinə daxildir:

A) psixologiyanın məqsəd və vəzifələri;

B) psixologiyanın təlim metodları, forma və vasitələri;

C) psixologiyanın məqsəd və məzmunu;

D) tələbələrin birgə işinin təşkili;

E) psixoloji komponentlər



3. Psixologiyanın tədrisi metodikasının məqsədini nə təşkil edir?

A) psixoloji dərketmə və praktik psixodiaqnostik metodlarla tanışlıq;

B) psixoloji biliklərin ümummədəni və ümumi təhsilin əsas hissəsi kimi öyrənil- məsi;

C) məzmun təlim prosesinin məcburi komponenti kimi;

D) özünüdərketmə vasitəsi kimi psixologiyanın öyrənilməsi;

E) peşəyönümünə istiqamətlənmə



4. Elmi psixologiya sahəsində bilik, bacarıq və dəyərlər, habelə onların praktik şəkildə tətbiqi hansı məqsədlərə xidmət edir?

A) psixologiyada dəyərlər;

B) psixologiyada tədqiqat metodları;

C) psixologiyanın nəzəriyyələri və məzmunu;

D) psixoloji biliklərin praktik əsasları;

E) peşəkar planlaşdırma və inkişaf



5.“Psixologiyanın öyrənilməsində məqsəd nəzəri və praktiki bilik və metodlara yiyələnmək, insanların həyati fəaliyyətinin müxtəlif şəraitlərində ünsiyyət və birgə fəallığı yaratmaqdır”. Bu fikir hansı alimə məxsusdur?

A) B.Y.Lyadis;

B) A.A.Smirnov;

C) S.L.Rubinşteyn;

D) B.M.Teplov;

E) A.N.Leontyev



6. Verilənlərdən biri psixologiyanın tədrisi metodikasının vəzifələrinə aid deyil:

A) psixologiyanın tədrisi metodikasının məqsədi tələbələri müstəqil və yaradıcı şəkildə öyrənməyə yönəltmək;

B) təlim məşğələlərində bilik, bacarıq və vərdişlərin psixoloji mexanizmlərini tədqiq etmək;

C) psixologiyadan təlimin metod, forma və vasitələrini araşdırmaq;

D) psixologiyanın öyrənilməsi prosesində müəllim və tələbələrin birgə fəaliyyətini tədqiq etmək;

E) təlim fəaliyyətinin effektivliyinin psixoloji şərtlərini öyrənmək



7. Psixologiyanın tədrisi metodikasının məqsədinə uyğun məsələləri seçin:

1- psixologiyanın həm nəzəri fənn, həm də praktik fəaliyyət kimi psixoloji biliklərə dair tələbələrin təsəvvürlər sistemini formalaşdırmaq;

2- təlim məşğələlərində tələbələrin bilik, bacarıq və vərdişlər mexanizmlərini tədris etmək;

3- psixoloji dərketmə, psixikanın metodları ilə tanışlıq;

4- təlim fəaliyyətinin səmərəliliyinin psixoloji şərtlərini öyrənmək;

5- özünüdərkin psixoloji mahiyyətini dərk etmək məqsədilə tələbələrin psixolo- giyasını öyrənmək

A) 1, 2, 4;

B) 1, 3, 5;

C) 3, 4, 5;

D) 2, 3, 4;

E) 1, 3, 4

8. Psixologiyanın tədrisi metodikasının vəzifələrinə uyğun məsələləri seçin:

1- özünüinkişaf vasitəsi kimi tələbələrin fərdi psixoloji xüsusiyyətlərini öyrənmək;

2- təlim fəaliyyətinin effektivliyinin psixoloji şərtlərini öyrənmək;

3- özünüdərkin psixoloji mahiyyətini dərk etmək;

4- psixologiyadan təlimin metod, forma və vasitələrini araşdırmaq;

5- psixologiyanın öyrənilməsi prosesində müəllim və tələbələrin birgə fəaliyyətini tədqiq etmək

A) 1, 3, 5;

B) 1, 2, 3;

C) 2, 4, 5;

D) 3, 4, 5;

E) 2, 3, 4;

9. Metodika nədir?

1- metodika təlim prosesinin məcburi komponentidir.

2- metodika tələbələrin tədris fəaliyyətini təlimin məqsədləri və məzmunu baxı- mından öyrənir.

3- metodika psixoloji komponentlər arasındakı subyektiv fəaliyyət asılılığını tədqiq edir.

4- metodika psixologiyanın tədrisi prosesinin əsas komponenti arasında obyektiv, təkrarlanan əlaqələri tədqiq edir.

5- metodika tədris fəaliyyətinin təşkilini öyrədir.

A) 1, 2, 3

B) 1, 3, 5;

C) 1, 3, 4;

D) 3, 4, 5;

E) 2, 4, 5;

10. Psixologiya ixtisası üzrə əsas təhsil proqramında psixologiyanın tədrisi metodikasının məqsədi nələri əhatə edir?

1- psixologiyanın həm nəzəri, həm də praktik fəaliyyət sahəsində razılaşdırılmış bilik, bacarıq və dəyərlər;

2- psixologiya sahəsində sonralar psixi inkişafı davam etdirən bilik, bacarıq və dəyərlər;

3- psixologiyanın nəzəriyyələri və məqsədi;

4- psixologiyada tənqidi təfəkkür bacarığı;

5- ümumi təhsillə razılaşdırılmış bilik, bacarıq və dəyərlər

A) 2, 4, 5;

B) 1, 4, 5;

C) 1, 2, 5;

D) 2, 3, 4;

E) 3, 4, 5

11. Psixologiyanın tədrisində təlimin psixoloji məzmununun yeniləşməsinə nə təsir edir? Uyğun olanını seçin.

1- psixoloji şəraitin mütəmadi dəyişməsi;

2- psixologiya elminin metodologiyası;

3- psixologiya elminin vasitələri;

4- psixoloji qanunauyğunluqlar;

5- psixologiyanın tədrisi metodikasının inkişafı

A) 1, 3, 4;

B) 3, 4, 5;

C) 1, 2, 5;

D) 1, 3, 5;

E) 2, 3, 4;

12. Psixologiyanın tədrisi metodikası elminin əlaqədar olduğu elm sahələri ilə əlaqəsini ardıcıllıqla göstərin:

1- tarix;

2- psixologiya;

3- pediatriya;

4- uşaq və yaş psixologiyası;

5- pedaqoji psixologiya

A) 2, 3, 4;

B) 1, 3, 4;

C) 3, 4, 5;

D) 2, 4, 5;

E) 1, 2, 5

13. Psixologiyanın tədrisi metodikasının araşdırdığı əsas məsələlərin ardıcıl- lığını müəyyən edin:

1- nə məqsədlə öyrətməli, yəni tələbələrin hazırlıq səviyyəsini nəzərə almaqla hansı məqsədlər irəli sürülmüşdür?

2- özünüdərkin mahiyyətini dərk etmək üçün nə etməli;

3- nəyi öyrətməli, yəni təlim məqsədlərini həyata keçirmək üçün kursun məz- mununa nələr daxildir?

4- tələbələrin elmipsixoloji biliklərini araşdırmaq;

5- necə öyrətməli, optimal nəticələr əldə etmək üçün hansı metodlardan istifadə olunur?

A) 1, 3, 5;

B) 2, 3, 4;

C) 3, 4, 5;

D) 1, 2, 4;

E) 2, 4, 5

14.Psixologiya tədrisi metodikasının predmetinə uyğun gələn əsas problemlərin ardıcıllığını müəyyən edin.

1- özünüdərkin psixoloji mahiyyətini tədqiq etmək;

2- müxtəlif sahələrdə insan fəaliyyətinin təşkili üsul və formalarının təzahür xüsusiyyətləri;

3- özünüdərkin psixoloji məzmununu araşdırmaq;

4- sosial qarşılıqlı fəaliyyətin təzahür xüsusiyyətləri;

5- xarici təsirlər zamanı dəyişikliklər

A) 2, 3, 4, 5;

B) 1, 2, 3, 4;

C) 1, 2, 3, 5;

D) 2, 1, 4, 5;

E) 1, 4, 3, 2

15. Psixologiyanın tədrisi metodikasının məqsədi ali, habelə orta ixtisas peşə mütəxəssislərinin əsas təhsil proqramında necə müəyyənləşdirilmişdir?

1- psixologiyanın həm nəzəri, həm praktik fəaliyyəti kimi psixoloji biliklərə dair tələbələrin təsəvvürlər sistemini formalaşdırmaq;

2- psixoloji dərketmə: praktikanın metodları ilə tanışlıq;

3- hafizə vasitəsi kimi psixologiyanın tələbələr tərəfindən öyrənilməsi;

4- müasir elmi və praktik psixologiyada biliklərin əsaslarının öyrədilməsi;

5- özünüdərkin psixoloji mahiyyətini dərk etmək məqsədilə tələbələrin psixologi- yanı öyrənmələri

A) 3, 4, 5;

B) 1, 2, 5;

C) 1, 2, 4;

D) 1, 3, 5;

E) 2, 4, 5

16. Psixologiyanın tədrisi metodikasının məqsədi ilə bağlı məsələlərin ardıcıl- lığını müəyyən edin.

1- tədrisin keyfiyyətini yüksəltmək;

2- insanların dünyagörüşünü inkişaf etdirmək;

3- ictimai dəyərlərə yiyələnmək;

4- praktikanın metodları ilə tanışlıq;

5- psixoloji mədəniyyətin səviyyəsini yüksəltmək

A) 1, 2, 4, 5;

B) 1, 2, 3, 5;

C) 1, 3, 5;

D) 2, 3, 4, 5

E) 1, 2, 4, 3

17. Uyğunluğu müəyyən edin:

I- Psixologiyanın tədrisi metodikası elminin əsas vəzifələri hansılardır?

II- Psixologiyanın tədrisi metodikasının əlaqədə olduğu elm sahələrini ayırın.

1- təlim fəaliyyətinin effektivliyinin psixoloji şərtlərini öyrənmək;

2- tarix;

3- psixologiyadan təlimin metod, forma və vasitələrini araşdırmaq;

4- psixologiya;

5- psixologiyanın öyrənilməsi prosesində müəllim və tələbələrin birgə fəaliyyətini tədqiq etmək;

6- uşaq və yaş psixologiyası;

7- pedaqoji psixologiya

A) I- 1, 2, 5; II- 5, 6, 7;

B) I- 2, 3, 4; II- 1, 3, 5;

C) I- 3, 4, 5; II- 3, 4, 5;

D) I- 1, 3, 5; II - 4, 6, 7;


E) I- 2, 4, 5; II- 3, 4, 6

18. Uyğunluğu müəyyən edin:

I- Psixologiyanın tədrisi metodikası elminin predmetini nə təşkil edir?

II- Psixologiyanın tədrisi metodikasında hansı məsələlər öz əksini tapır?

1- insan fəaliyyətinin təzahür xüsusiyyətləri;

2- təlimin elmi məzmunu;

3- üsul və formaların təşkili;

4- təlimin təşkili;

5- təlimin metodları;

6- sosial qarşılıqlı fəaliyyətin təzahür xüsusiyyətləri

A) I- 2, 3, 4; II- 1, 2, 5

B) I- 2, 3, 5; II- 3, 4, 5;

C) I- 2, 4, 6; II- 1, 3, 5;

D) I- 1, 4, 5; II- 2, 3, 4;

E) I- 1, 3, 6; II - 2, 4, 5;



19. Uyğunluğu müəyyən edin:

I- Psixologiyanın tədrisi metodikası hansı praktik suallara cavab verir?

II- Psixologiyanın tədrisi metodikasının məqsədi nələri əhatə edir?

1- nə məqsədlə öyrətməli;

2- psixologiyanın nəzəri fəaliyyət sahələrində razılaşdırılmış bilik, bacarıq və dəyərlər;

3- psixologiyanın praktik sahələrində razılaşdırılmış bilik, bacarıq və dəyərlər;

4- nəyi öyrətməli;

5- psixologiya sahələrində sonralar psixi inkişafı davam etdirən bilik, bacrıq və dəyərlər;

6- ümumi təhsillə razılaşdırılmış bilik, bacarıq və dəyərlər;

7- necə öyrətməli

A) I- 2, 3, 5; II- 3, 4, 5, 7;

B) I- 1, 3, 5; II- 1, 4, 5, 7;

C) I- 1, 4, 7; II - 2, 3, 5, 6;

D) I- 3, 4, 6; II- 1, 3, 4, 5;

E) I- 4, 5, 6; II- 1, 4, 5, 7

20. Uyğunluğu müəyyən edin:

I- Hansı rus tədqiqatçıları psixologiyanın tədrsi metodikası ilə bağlı araşdırmalaq aparmışdır?

II- Predmet və metoddan asılı olaraq psixologiya hansı elmlərə aid edilə bilər?

1- V.Y.Lyadis;

2- fəlsəfi elmlər;

3- təbii elmlər;

4- V.N.Karandaşev;

5- humanitar elmlər

6- B.S.Badmayev

A) I- 1, 4, 6; II - 2, 3, 5;

B) I- 2, 3, 5; II- 1, 3, 4;

C) I- 1, 3, 4; II- 2, 4, 6;

D) I- 2, 4, 5; II- 1, 5, 6;

E) I- 1, 5, 6; II- 3, 4, 5






Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə