## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 2// level= 1// sumtest=20 // name= Azərbaycan dilinin orfoepiyası və orfoqrafiyası //



Yüklə 1,59 Mb.
səhifə2/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 2// level= 1// sumtest=20 // name= Azərbaycan dilinin orfoepiyası və orfoqrafiyası //


1. Hansı sözdə saitlərin sayı çoxdur?

A) müəllim

B) səadət

C) sehrli

D) müəyyən

E) Rasim

2. Cəm şəkilçisi artırılmış sözlərdən hansının tələffüzü yazılışından fərqlənir?

A) cahillər

B) şəhərlər

C) gürzələr

D) səhralar

E) manqallar

3. Hansı sözdə samitlərin sayı daha çoxdur?

A) təlaşla

B) dostlar

C) mərdanə

D) rəhmli

E) yardım

4. Neçə sözdə hərflərin sayı səslərin sayından azdır?

Səlahiyyətli, müstəqil, Nailə, material, redaktor, nüfuz, dairə, hadisə, həmrəy, müdafiə

A) 3

B) 1

C) 2

D) 4

E) yoxdur

5. Hansı sözün yazılışı səhvdir?

A) büllur

B) aqronom

C) dabbaq

D) sessiya

E) pambıq

6. Səhv yazılmış sözlər hansı bənddədir?

1 - iktidar 2 - münbit 3 - ziynət

4 - münsüf 5 - eytiram 6 - kəhriz

A) 1, 3, 4, 5

B) 1, 3, 4

C) 1, 2, 3

D) 1, 2, 5

E) 2, 4, 6

7. Fikirlərdən hansılar səhvdir?

1 - «Dahiyanə» sözündə iki uzun sait vardır.

2 - Qoşa sonor samitlər bir samit kimi tələffüz olunur.

3 - «Heca» sözündə uzanan sait yoxdur.

4 - [k‘] səsinin cingiltili qarşılığı yoxdur.

5 - [h] samitinin kar qarşılığı yoxdur.

6 - Kar və cingiltili samitlər dodaqların vəziyyətinə görə fərqlənir.

A) 1, 3, 5

B) 1, 2, 3, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 3, 4, 5

8. Hansı sözlərin tələffüz şəkli düzgün göstərilməmişdir?

I - [camahat] II - [sərraf ] III - [neftçi]

IV - [da:hiya:nə] V - [məktup]

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

9. Hansı sözlərdə incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?

I - xəzinə

II - möcüzə

III - nizə

IV - musiqi

V - səmimi

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

10. Hansı sözün tələffüz şəkli düzgün göstərilməmişdir?

I - [nümayəndə] II - [məxvi] III - [həftə]

IV - [atlas] V - [yetdi]

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

11. Hansı sözlərdə hərflərlə səslərin sayı eynidir?

I - maaşla II - dovşan III - müəllimlə IV - sərrast V - kauçuk

A) I, IV

B) II, IV

C) II, III, V

D) I, III, V

E) I, II, V

12. Hansı söz birləşmələrinin asılı tərəflərinin son samiti kar tələffüz olunur?

I - söyüd budağı II - Kitab mağazası III - söyüd ağacı

IV - Kitab oxucusu V - Xalq hərəkatı VI - Xalq ədəbiyyatı

A) I, II, V

B) II, IV, VI

C) II, III, V

D) II, IV, VI

E) I, III, IV

13. Orfoepiyanın obyektlərini ardıcıllıqla göstərin.

1 - Hərfin hansı fonemi bildirdiyini və necə oxunduğunu müəyyənləşdirmək

2 - Ayrı - ayrı səslərin tələffüzü

3 - Ayrı - ayrı səs tərkiblərinin tələffüzü

4 - Söz və ifadələrin tələffüzü

5 - Qrammatik formaların tələffüzü

A) 1, 3, 5

B) 2, 3, 4, 5

C) 1, 2, 3, 4, 5

D) 2, 4, 5

E) 1, 3, 4, 5

14. Düzgün fikirlər hansı ardıcıllıqla verilmişdir?

1 - «Dahiyanə» sözündə iki uzun sait vardır.

2 - Qoşa sonor samitlər bir samit kimi tələffüz olunur.

3 - «Heca» sözündə uzanan sait yoxdur.

4 - [k‘] səsinin cingiltili qarşılığı yoxdur.

5 - [h] samitinin cingiltili qarşılığı yoxdur.

6 - Kar və cingiltili samitlər dodaqların vəziyyətinə görə fərqlənir.

A) 1, 2, 3, 5

B) 1, 3, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 3, 4, 5

15. Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri ardıcıllıqla göstərin.

1 - xallı, qüvvə 2 - doqquz, səkkiz 3 - saqqal, hətta 4 - qüllə, zərrə 5 - təqsir, rəqqasə

A) 1, 4

B) 2, 4

C) 1, 3

D) 2, 5

E) 3, 5

16. Hansı sözlərdə səslərin sayı hərflərin sayından azdır? Ardıcıllıqla göstərin.

1 – müqavilə 2 – faiz 3 – müvəffəqiyyət

4 – bölgə 5 – rəssam 6 – yeddi

7 – müəllim 8 – müdafiə 9 – səadət

A) 5, 7, 9

B) 1, 3, 5, 7

C) 1, 7, 9

D) 2, 4, 6, 8

E) 3, 7, 9

17. Uyğunluğu tapın.

Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur II - yazıldığı kimi tələffüz olunmur

A - kənd axşamı

B - gənc qız

C - qənd zavodu

D - dörd rəqəmi

E - dörd alma

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

18. Uyğunluğu tapın.

Hansı sözlərin sonundakı samit [y] cingiltili samitinin kar qarşılığı kimi:

I - Tələffüz olunur II - Tələffüz olunmur

A - çirk, türk

B - ürək, inək

C - mələk, kötək

D - kötük, qəpik

E - əmlak, idrak

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

19. Uyğunluğu tapın.

1 - Düz yazılmış sözlər

2 - Səhv yazılmış sözlər

A - hüsnxətt

B - kinematoqrafiya

C - şaiyə

D - kəlağayı

E - xəttkeş

A) 1 – B, D; 2 – A, C, E

B) 1 – B; 2 – A, C, D, E

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, E; 2 – A, D

E) 1 – D, E; 2 – A, B, C

20. Uyğunluğu tapın.

1 - Düz yazılmış sözlər

2 - Səhv yazılmış sözlər

A - şaiyə

B - koordinasiya

C - əsəbiləşmək

D - kəlağayı

E - hüsnxətt

A) 1 – B, E; 2 – A, C, D

B) 1 – B, C, D; 2 – A, E

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C; 2 – A, D, E

E) 1 – D, E; 2 – A, B, C


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə