" Novruz-2016" adlı Novruz bayram şənliyinin



Yüklə 33,97 Kb.
tarix29.07.2018
ölçüsü33,97 Kb.
#62293

“ Novruz-2016” adlı Novruz bayram şənliyinin
SSENARİSİ
Novruz şənliyi meydanda təşkil olunub. Ortada böyük tonqal qalanıb. Ətrafda yüzlərlə tamaşaçı toplaşıb. Qara zurnanın sədaları yüksəlir.

Bayram adət və mərasimlərini nümayiş etdirən insanlar- ifaçılar, kulinarlar, xalçaçılar, tədbirdə Novruz töhfəsini nümayiş etdirmək üçün təşrif buyurmuş nümayəndə heyətləri. Milli geyimli gənc oğlan və qızlar əllərində gül- çiçək dəstələri, səməni, şar, bayraq və sair vardır. Tədbirin keçiriləcəyi meydanda Novruz Bayramının gəlişini salamlayan şüarlar asılmışdır:

“ Novruz bayramınız mübarək!” , “ Gəl,` gəl a yaz günləri, ilin əziz günləri!”, “ Azərbaycana Novruz gəlir!”, Qədəmlərin mübarək, Novruz Bayramı!”, “ Novruz bizim ümummilli bayramımızdır” və sair.

Rəsmi heyət tonqala yaxınlaşır. Kosa və keçəl məzəli oyunlar nümayiş etdirirlər.Qonaqlarla xoş zarafatlar edərək yumurta döyüşdürürlər. Bahar qız, əli xonçalı milli geyimli oğlan və qızlar tonqala yaxınlaşaraq qonaqları bayram münasibəti ilə təbrik edərək məşəllə tonqalı alovlandırır. Milli geyimli rəqs qrupu, kosa, keçəl və bahar qız birlikdə rəqs edirlər. Tədbirin davamı milli dekorlarla bəzədilmiş səhnədə davam etdirilir. Aparıcılar səhnəyə daxil olurlar.


I.. Aparıcı - Salam, xoş gördük Sizləri, əziz Qobustanlılar!

II.. Aparıcı - Elimizin, obamızın bolluq, bərəkət bayramı olan Novruz şənliyinə xoş gəlmişsiniz.


I.. Aparıcı: - Ölkəmizin hər bir guşəsində olduğu kimi Qobustan rayonunda da

bu bayramla əlaqədar tonqanlar qalanıb, el şənlikləri başlayıb.

II. Aparıcı: - İndi də rayonumuzun dəyərli sənətçilərinin və musiqiçəlirin

iştirakı ilə Novruz şənliyinə başlayırıq.


Musiqi səslənir.
I Aparıcı - Bayramlar bayramı ulu Novruz, qədəmlərin mübarək!
II Aparıcı: - Göy üzündə işıq saçan günəşinə salam olsun, Ulu Novruz!

- 2 -
I Aparıcı: - Yellər əsən uca göyün aydın olsun, ulu Novruz! Duz çörəkli, mərd ürəkli oğulların min yaşasın, Ulu Novruz!


II Aparıcı: - Ocaqların gur qalansın, ulu Novruz!
Musiqi nömrəsi:
1.
2.

I Aparıcı - Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.


II Aparıcı - Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.
I Aparıcı: - Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.
II Aparıcı - Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Musiqi nömrəsi:
1.
2.
I Aparıcı: - Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir.

  • 3 -

II Aparıcı: - Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur.


I Aparıcı: - Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü.
II Aparıcı - Qılınc oynatma", "Kəmər atma" , "Kəndirbaz", "Qoç döyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə hazırlanar. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi.
Musiqi nömrəsi:
1.
2.
I Aparıcı: - Baharın gəlişindən əvvəl suda isladılmış toxumdan səməni göyərdirlər.
II Aparıcı:- Həyat, bolluq nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur. Səməni göyərtmək novruzun ən müqəddəs ayinidir.

Musiqi nömrəsi:


1.
2.

I Aparıcı: - Ulu Öndərimizin söylədiyi kimi, Novruz Bayramı müəyyən tarixi dövrlərdə təzyiqlərə məruz qalsa da, xalq tərəfindən unudulmamış, inkişaf etdirilmişdir.


II Aparıcı: - Bu milli bayramın indi dövlət səviyyəsində qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir.
- 4 -

Musiqi nömrəsi:


1.
2.
I Aparıcı: - Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.
II Aparıcı: - Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Musiqi nömrəsi:
1.
2.
I Aparıcı: - Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir.
II Aparıcı: - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı da artıq UNESCO – nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Musiqi nömrəsi:
1.

2.
-5 -


I Aparıcı: - II Aparıcı: - Novruz bayramını kosa və keçəlsiz təsəvvür etmək mümkün deyil. El şənliyini şənləndirmək üçün kosa və keçəli məclisimizə dəvət edək.

I - II.. Aparıcı: ( birlikdə)

A kos kosa gəlsənə.

Gəlib salam versənə.

Bu şənliyi görsənə,

Məclisi güldürsənə.


Qara zurnanın sədaları altında Kosa və keçəl daxil olur. Kos Kosa oyunu.
Musiqi nömrəsi:

1.
2.


I Aparıcı: - Novruz Ulu tanrının dünyaya bəxş etdiyi dörd ünsürün – suyun, odun, torpağın və havanın birliyindən yaranmış humanist duygularla, bəşəri hisslərlə zəngin bir bayramdır.
II Aparıcı: - Novruz bir günün, bir ayın yox, öz varlığında dörd fəsli birləşdirən bütöv bir ilin doğum günüdür.
Musiqi nömrəsi:

1.
2.

I Aparıcı: - Səməni, xonçalı bahar. İlin axır çərşənbəsi açar qapıları taybatay.
II Aparıcı: - Küsülülər barışar, qızlar qulaq falına çıxar, uşaqlar qapılara papaq atar, yer-göy səmənilərlə yaşıllığa qərq olar.
- 6 -
Musiqi nömrəsi:

1.
2.


I Aparıcı: - Novruz yalnız Azərbaycan xalqının deyil, türk dillərində danışan yüz milyonlarla insanın, Orta Şərq ölkələri əhalisinin ən mühtəşəm bayramıdır.
II Aparıcı: - Novruz bayramının yaşını dünyanın, insanlığın yaşı ilə bərabər tutanlar səhv etmirlər. Çünki məhz bu bayramda ən qədim zamanlarda məxsus adət, ənənə və mərasimlərin , inancların, bir sözlə, fundamental dünyagörüşünün izlərini müşahidə etmək mümkündür.

Musiqi nömrəsi:

1.
2.

I.. Aparıcı: - Bu gün burada təşkil edilmiş bu bayram şənliyimiz ellərdə,

obalarda, evlərdə davam edəcək.
II.. Aparıcı: - Bayramınız mübarək olsun!
I. -II. Aparıcı: - Sağ olun, Sağlıqla qalın!

Musiqi sədaları altında tədbir başa çatır.


SON.
Yüklə 33,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin