1-5- ci test sualları aşağıdakı mətnlə bağlıdır



Yüklə 22,48 Kb.
tarix30.03.2020
ölçüsü22,48 Kb.
#102412
növüYazı


Təsdiq edirəm:Məktəbindirektoru :
AZƏRBAYCAN DİLİ. BSQ ( I YARIMİL). IV-CÜ SİNİF
Sinif:____S.A__________________________________________________Tarix:_______________
1-5- ci test sualları aşağıdakı mətnlə bağlıdır.

Qədim yunan filosofu Aristotel “ Göy haqqında” əsərində yazırdı ki, səma yeddi büllur təbəqədən ibarətdir. Yerdən ən uzaq olan yeddinci təbəqə cənnətdir. Buraya düşmək hamının ən böyük arzusudur. Lakin burada yalnız mömin insanların ruhları yaşayır.Şərqdə Aristotelə Ərəstun deyirlər.

Göydə yeddi qatın olması fikri “Quran”da da bir neçə dəfə qeyd edilir. Müsəlman düşüncələrinə görə “Quran”ın özü insanlara çatdırılmaq üçün göyün yeddinci qatından Yer üzərinə endirilmişdir.

Sonralar kainatın quruluşu haqqında fikirlər dəyişdi. Ancaq bu ifadə qalmış, lakin daha geniş mənada işlənməyə başlanmışdır. Göyün yeddinci qatında olmaq ən yüksək xoşbəxtlik əlaməti kimi qiymətləndirilir.


1.Hansı abzasın sonuncu cumləsi mətnin məzmununa uyğun deyil?

A) 1-ci B) 2-ci C) 3-cü
2. Mətndə nə haqqında məlumat var?

A) Aristotelin ən məşhur əsərləri haqqında

B) Göyün yeddinci qatı haqqında

C) Göyün 1-6 cı qatları haqqında
3. Hansı rənglə verilmiş cümlədə fərqləndirilmiş sözlərin yerini dəyişmək olar?










A) B) C)
4. Bu mətni yazmaqda müəllifin əsas məqsədi nədən ibarətdir?

A) Aristotelin yaradıcılığı haqqında məlumat vermək

B) “Göyün yeddinci qatında olmaq” ifadəsinin mənşəyi haqqında məlumat vermək

C) “Quran”la Aristotelin əsəri arasındaki fərqli və oxşar cəhətləri göstərmək
5. “Göyün yeddinci qatında olmaq” ifadəsinin mənası hansı abzasda izah olunur?

A) 1-ci B) 2-ci C) 3-cü
6. Hərf və səs tərkibi fərqli olan söz hansıdır?

A) çəkməçi B) nefçi C) dəmirçi
7. Təlləfüz zamanı hansı söz birləşməsinin birinci tərəfindən səs artımı ikinci tərəfindən səs düşümü baş verir?

A) Səttarın radiosu

B) piaonun dilləri

C) peomanın müəllifi
8. Bayatanın hansı misralarındakı bütün sözlər yalnız incə və ya yalnız qalın saitlərdən ibarətdir?

Əzizinəm dost aşı

Dost xörəyi dost aşı

Düşmənin gülləsindən

Yaman olar dost daşı

A) 1.3 B) 3.4 C) 2.4
9.Duzlu.dadlı .səsli

Nötqələrin yerinə hansı söz yazılmalıdır ki söz sırasında lı şəkilçisinin bütün varianatlari öz aksini tapsın?

A) nazlı B) tozlu C) sözlü
10. Sözlərdən hansı omonimdir?

A) qiz B) göz C) kirpik
11. Biri məntiqi ardıcıllığı pozur

göz,diş,burun.....

A) ayaq B) saç C)döş
12.Hansı cümlədə "bayram" sözü böyük hərflə yazılmalıdır.

A) Uşaqlar bayram günlərini kənddə keçirdilər

B) Bu bayramı biz nənəmgildə qeyd etdik C) Məncə, bayram çox xəyalpərəstdir
13.Qoşasaitli sözlərdən birinin tələffüzü doğru deyil

A) [ sa: t] B) [ sual ] C) [ səa :dət ]

Doğru cavabların sayı: ___________

Yanlış cavabların sayı: ___________

Qiyməti: ___________


Yüklə 22,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin