1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə1/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
  1   2   3   4   5   6   7   8   9   ...   178


1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının

tərtibinə dair
Müqəddimə
Enerji daşıyıcılarının (məhsullarının və ya ehtiyatlarının) balansları onların yaranma mənbələri və istifadə məqsədlərini özündə əks etdirən iki hissəli balans cədvəlidir. Balansın birinci hissəsi ehtiyatların mövcudluğunu, onların yaranma mənbələrinə dair məlumatları, ikinci hissəsi isə ehtiyatlardan istifadəyə dair məlumatları özündə əks etdirir. Başqa sözlə, enerji balansı məhsulun hasilatından tutmuş onun son istehlakına qədər bütün mərhələlər barədə statistik məlumatlar mənbəyidir.

Balans məlumatları əsasında ölkənin həmin məhsullarla təmin edilməsi səviyyəsi, başqa ölkələrdən asılılıq dərəcəsi təyin edilir, eyni zamanda məhsula tələb və təklifin düzgün müəyyən edilməsində istifadə edilir.

Yanacaq-enerji məhsulları balansına əsasən enerji balansı tərtib edilir. Məhsul balansları ilə enerji balansları arasındakı əsas əlaqə aşağıdakı sxemdə göstərilmişdir.


=

X

Məhsul növləri üzrə enerji vahidinə çevirmə əmsalları

Yenidən neft ekvi- valentinə çevirmə

Enerji məhsul-larının son istehlakı

Məhsul balansları

Sxemdən göründüyü kimi, enerji balansını tərtib etmək üçün, enerji daşıyıcıları fiziki ölçü vahidindən (ton, litr) enerji vahidinə (coul, kalori) cevirmə əmsalları vasitəsi ilə çevrilməlidir. İnkişaf etmiş ölkələrdə yanacaq-enerji məhsullarına dair hesabat kütlə və enerji vahidlərində tərtib edilir.

Neft, qaz və digər məhsulların miqdarı təbii-iqlim şəraitindən (təzyiq, temperatur) asılı olaraq dəyişdiyi üçün beynəlxalq təşkilatlar bu məhsullara dair hesabatı kütlə, enerji və dəyər ifadəsində (məsələn, kub metr, coul, manat) tərtib edilməsini tövsiyə edirlər, çünki məhsulların istiliktörətmə qabiliyyətinin orta kəmiyyətdən mərkəzləşmiş qaydada enerji balanslarının hazırlanması böyük statistik xətalara səbəb olur. Ona görə də statistik vahidlər konkret məhsul növü üçün təbii iqlim şəraitindən asılı olaraq çevirmə əmsallarının köməyi ilə enerji tutumunu (kalori) hesablayaraq, hesabatda əks etdirirlər. Aşağıdakı məhsullar üçün ilkin statistik məlumatların yekunlaşdırılması əsasında neft ekvivalenti ilə enerji balansları tərtib edilir.


Kataloq: upload -> File -> documents -> 12-2016
12-2016 -> []
12-2016 -> Aqrar sahəNİN İNKİŞafinda innovasiya mexaniZMİNİn rolu
12-2016 -> 1. Ev təsərrüfatları haqqında məlumatların (seçmənin müəyyən edilməsi, məlumatların toplanması, daxil edilməsi və nəzarətdə saxlanması, məlumat bazasının idarə edilməsi) təkmilləşdirilməsinə dair
12-2016 -> Azərbaycanda qiYMƏTLİ kağizlar bazarinin mövcud vəZİYYƏTİ VƏ onun makroiQTİsadi
12-2016 -> İnnovasiyanin iqtisadiyyata təsiri
12-2016 -> StatiSTİk təDQİqatlarda təSVİRİ statiSTİkadan iSTİfadə MƏSƏLƏLƏRİ
12-2016 -> ƏhaliNİN ÖMÜr uzunluğu göSTƏRİCİLƏRİNİn hesablanmasi metodologiyalari
12-2016 -> 1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları
12-2016 -> 1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə