1. Azərbaycan Respublikasının Nazirlər Kabineti



Yüklə 6,59 Kb.
tarix17.11.2018
ölçüsü6,59 Kb.
#84143

“Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 239-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 239-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi iləqərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.



 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il.
Kataloq: front -> files -> libraries
libraries -> Ədəbiyyat siyahisi
libraries -> Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> Nəriman Həsənzadə 85
libraries -> Metodiki vəsait Qax-2016
libraries -> Azərbaycanda Multikulturalizm
libraries -> 18 İyun-İnsan hüquqları günüdür
libraries -> Qubadlı rayon mks-nin 2016-cı IL üçün iş plani
libraries -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi 9 noyabr Dövlət Bayrağı Günüdür
libraries -> AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ salyan rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ salyan rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
libraries -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir

Yüklə 6,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə