1. Birçalovlu ekskavatorların əsas düyünləri



Yüklə 21,49 Kb.
səhifə1/3
tarix31.03.2022
ölçüsü21,49 Kb.
#115080
  1   2   3
3 mövzu
müqavimət

1.Birçalovlu ekskavatorların əsas düyünləri

Hidravlik ekskavatorlar tikinti zamanı demək olar ki ən çox tələb olunan texnikalardandır.Həm qazma həm yükləmə işlərində istifadə olunur.

Azərbaycanda ən çox rast gəlinən markalar LİUGONG,CAT,VOLVO,HYUNDAI,KOMATSU,DOOSAN,N.HOLLAND,

HİTACHİ,JCB və digərləridir.

 Ən çox 2 tip ekskavatorlara rast gəlirik:

 1)   Təkərli ekskavatorlar

Təkərli ekskavatorlar ən çox asfalt örütüklü ərazilərdə istifadə olunur və uzunməsafəli obyektlər arasında rahat hərəkət edə bilirlər.Tırtıllı ekskavatorlardan fərqli olaraq sürətlər qutusu və körpülər quraşdırılır.Əsasən 14-22 ton ağırlığında nümunələr çoxluq təşkil edir.

Adlandırmalarda olan hərf və rəqəmlərin mənası belədir.

Məsələn

VOLVO EW 205 D

EW-Excavator Wheeller-Təkərli ekskavator

205-20 ton ağırlığa işarədir

D-ekskavatorun buraxılışının seriyasına aiddir

 Yaxud


DOOSAN 210 W

21 ton təkərli ekskavator

İşçi kütlə yazılan rəqəmin ətrafında ± 1 ton ətrafında oynaya bilər

 2)   Tırtıllı ekskavatorlar

Tırtıllı ekskavatorlar əsasən palçıqlı,nahamar ərazilərdə çox istifadə olunur.Əsasən 20-50 ton ağırlığında nümunələrə çox rast gəlirik.

Adlandırmalarda olan hərf və rəqəmlərin mənası belədir.

 VOLVO EC 350 DL

EC-Excavator crawler 35 ton DL series

35 ton ağırlığında DL seriyalı tırtıllı ekskavator

 Ekskavator almaq istəsəniz mütləq bu göstəriciləri incələyin:

1)   Mühərrik-at gücü və watt ölçü vahidləri ilə göstərilir. Excavator almaq istəyən çox adamın ilk diqqətini cəlb edən məsələ çalovun həcmi olsa da hesab edirəm ki,mühərrik gücü daha vacibdir.Mühərrik gücü cədlik,qoparma qüvvəsi,yükqaldırma göstəricilərinə birbaşa təsir edən aspektdir.

Ölkəmizdə ən çox CUMMİNS,DEUTZ,PPERKİNS markalı mühərriklərə rast gəlinir.Bəzi markalar öz istehsalı olan mühərriklərdən istifadə edirlər.Məsələn VOLVO D7,D9,D12 və ya D13 mühərrikləri istehsal edir.

2)   Hidravlik sistem (nasoslar və paylayıcılar)-KAWASAKI,ATOS,BOSCH və yaxud istehsalçının quraşdırdığı digər marka ola bilər

3)   Çalov-Çalov qaya tipli yaxud sadə ola bilər

4)   Təkərli ekskavatorlarda ötürmələr qutusu və körpülər-Ölkəmizdə ən çox ZF və CARRARO tipli ötürmələr qurğularına rast gəlinir.

 Mühərrik,ötürmələr qurğuları,nasoslar və əsas hissələr nə qədər “populyar” olarsa ehtiyat hissə və təmirçisini tapmaq sizə bir o qədər asan olacaq.




Yüklə 21,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə