1. layiHƏNİn adi “Zəncir təqvimi bloqu” problemin qoyuluşu və TƏSVİRİ



Yüklə 16,02 Kb.
tarix07.01.2022
ölçüsü16,02 Kb.
#82750

1. LAYİHƏNİN ADI

Zəncir təqvimi bloqu”



2. PROBLEMİN QOYULUŞU VƏ TƏSVİRİ

Gənclərin mütaliəyə cəlb olunması və onlarda planlaşdırma qabiliyyətinin yaradılması

Bizim həyatımız günlərdən ibarətdir. Günü düzgün planlaşdırmadıqca bir çox şeyləri qazanmaya, həyatımızı ötəri yaşaya bilərik. İstər iş olsun, istərsə də təhsil almaq, hər şeyi vaxtında etmək lazımdır. Günü də elə planlaşdırmaq lazımdır ki, həm təhsilə, həm söhbətə, həm gəzintiyə,həm işə və s. vaxt çatsın”. Düzgün planlaşdırma ilə sevinc və motivasiya əldə edəcək özünüzü müəyyən xeyirli vərdişlərə öyrəşdirəcəksiniz.



Bizim layihəmiz insanlara öz həyatlarını plaşdırmağı öyrənməyi, bunu ətrafındakı dostları ilə birlikdə edib onlara da öyrətməyə xidmət edir.

Layihənin qısa təsviri aşağıdakı kimidir:

Əgər həyatda hədəfin yoxdursa, o zaman heç bir şey əldə edə bilmərsən.Olduğun yerdə duraraq olmaq istədiyinə çata bilmərsən.Öz motivasiyanı özün yarat. Hansı sürətlə yox ,hansı istiqamətdə getdiyini özün müəyyənləşdir.

Öz həyatını planlaşdırmağı öyrən,bunu ətrafındakı dostlarınla birlikdə et,onlara da öyrət.

Hədəfini təyin et.O hədəfə çatmaq ,özünü motivasiya etmək üçün “Zəncir Təqvimi”bloqunda özünə bir təqvim yarat və hər günkü planını həyata keçirtdikdən sonra həmin günün üstündən böyük bir xətt çək.Hər gün bu əməliyyatı təkrarla və bütün dostlarınla təqvimini paylaş və onları da hədəfinə cəlb et.Yan-yana gələn xəttlər bir zənciri əmələ gətirəcək.Yeni məqsədin bu zənciri qırmamaqdır!



3. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Hər bir sosial sistemin başlıca ünsürü insan və onun fəaliyyətidir. Mövcud cəmiyyətin sosial əhəmiyyətli cəhətlərinin fərdi daşıyıcısı kimi çıxış edən hər bir insan məhz, “şəxsiyyət” anlayışına daxildir. Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.

Layihəmizin məqsədi gəncləri erkən sosiallaşdırmaq-mədəniləşdirmək,onlarda planlaşdırmaq qabiliyyəti yaratmaq ,gündəlik vərdişlər qazanmalarına kömək etməkdir.Əsas məqsədlərdən biri də gəncləri birlikdə motivasiya edərək cəmiyyətə uyğunlaşdırılmış səviyyədə tərbiyə etmək,inkişaf etdikcə cəmiyyətə fayda verə biləcək bir şəxsiyyət olmağa yönəlmişdir.Həm evdə həm işdə ,həmkarları,ailələri və dostları ilə qarşılıqlı hörmətə əsaslan ünsiyyət yarada bilsin və qarşılarına qoyduğu məqsədə layiqincə çata bilsinlər. Dəqiq nə istədiklərini və hansı işlə, nə zaman məşğul ola biləcəklərini anlasınlar. Zəncir təqvimi bu işdə onların ən yaxşı yardımçısı ola bilər.

4. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

Uğurlu insanlar öz zamanlarını düzgün bölüşdürərək işlərini çatdırırlar. Bu o demək deyil ki, insan ancaq zamanın qulu olub, təkcə işə aid hədəfləri planlamalıdır. İşdə uğurlu olmaq üçün istirahəti də yaddan çıxarmaq olmaz. Çünki istirahətsiz işləmək insanı tez yorar və motivasiyanı ”öldürə” bilər. Ən yaxşı avtomobil də yanacaqsız işləyə bilmir. Ona görə əgər işimizdə uğurlu olmaq istəyirikə, ilham mənbəyini də yaddan çıxarmamalıyıq. Amma yaxşı olar ki, həmin ilham mənbəyi sizə həm xeyir gətirsin həm də hədəfə aparan yol olsun.Bizim layihəmiz bu yolda gənclərə kömək olacaqdır.Layihəmizin fəaliyyət dairəsi cox geniş və təqdirə layiqdir.İndi isə bloqumuzun işləri ilə tanış olaq.Hazırladığımız bu bloq bütün gənclərin fəaliyyət sahəsini əhatə edəcək imkanlara sahibdir.

1. Kitab oxumaq

2. Hekayə yazmaq

3. Rəsm çəkmək

4.Dil öyrənmək

5. Kinoya baxmaq

6. Şer yazmaq

7.Volunter

8. Əl işlər

Bütün fəaliyyət sahələri qruplar halında fəaliyyət göstərəcəkdir.Məsələn “dil öyrənmək” qrupunun istifadəçilərinin bu aya olan hədəfi hər gün ingilis dilində 5 söz öyrənməkdir.Hər bir istifadəçi hər gün 5 söz öyrənib zəncir təqviminə bir xətt çəkəcəkdir.Təyin olunmuş vaxt müddətində bu zənciri qırmamağa cəhd göstərəcəkdir.

5. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Nəticədə siz bizim bloqda motivasiya olunmuş yüzlərcə gənc görə biləcəksiniz. Həyatını planlaşdırmağı və mütaliəyə etməyi bacaran ,sosiallaşan gənclər məhz bizim bloqun istifadəçiləri olacaqlar.



6. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI

ADPK-da tələbələr arasında sorğu keçirdik. Sorğu nəticəsində belə qənatə gəldik ki, gənclərin 70 %-dən çoxunda planlaşdırmaq qabiliyyəti minimum səviyyədədir.”ZƏNCİR TƏQVİMİ “ bloqunun gənclərdə motivasiya və planlaşdırmaq qabiliyyəti yaratmaq,onları mütailəyə etməyə cəlb etmək üçün ehtiyac duyulan layihə olduğu qərarına gəldik.
Yüklə 16,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin