1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə1/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
  1   2   3   4   5   6   7   8   9   ...   121
n.Menecment mühazirə


Mövzu 1. İqtisadi inkişafda nəqliyyat amilinin müəyyən edilməsi mexanizmi

1. Nəqliyyat termininin mahiyyəti 

2. Nəqliyyat haqqında qanunvericilik

3. Nəqliyyat sistemi və onun alt sistemləri

4. İqtisadi əlaqələrin formalaşması və inkişafında nəqliyyat amili

5. Logistikanın nəqliyyata təsiri
Nəqliyyat milli iqtisadiyyatın və ictimai istehsalın müstəqil sahəsi olub sərnişinlərin və logistik yüklərin daşınmasını həyata keçirir.

Nəqliyyat termininin mahiyyəti – latınca trasporto sözündən formalaşmışdır, gətirirəm, aparıram, yerini dəyişirəm mənasını ifadə edir. Başlıca mahiyyəti hər hansı bir yüku və insanı-sərnişini bir yerdən digər yerə çatdırmaqdan ibarətdir.

Nəqliyyat, hər hansı bir məhsul istehsal etmir, bununla belə təyinat funksiyasından asılı olaraq vətəndaşlara, cəmiyyətə, bütövlükdə dövlətə mühüm və zəruri xidmət göstərir.

Nəqliyyat ictimai istehsal prosesinin davamı olaraq məhsulları istehsal yerlərin-dən son təyinat məntəqələrinə çatdırmaqla məhsulların dəyərinin formalaşmasında bilavasitə iştirak edir. O, məhsulların istehsalı prosesini davam etdirir və onu tədavül prosesi çərçivəsində başa çatdırır. Deməli, nəqliyyat, cəmiyyətin maddi-texniki bazasının mühüm tərkib hissəsi və ən mühüm maddi istehsal sahələrindən biri olub maddi xidmətlər göstərməklə məşğuldur.

Nəqliyyat maddi istehsal yaratmasa belə, o bu proseslərdə bir xərc subyekti kimi iştirak edir və bu baximdan hər hansı bir məhsulun son qiymətinin formalaşmasında ciddi faktor kimi çıxış edir. İqtisadiyyatın müxtəlif sahələrində optimal təsərrüfat nəticələrinin əldə olunmasında nəqliyyatın təsiri güclüdür. Bu meyarlar nəzərə alınmaqla, nəqliyyat iqtisadi amillə yanaşı, həm də sosial və siyasi əhəmiyyət kəsb edir.

Nəqliyyat maddi istehsal prossesinin mühüm tsikllərindən biri kimi də xarakterizə edilə bilər. Çünki nəqliyyat daim hərəkətdədir və bununla da o, maddi istehsal prossesinin bir çox tsikllərində iştirak edir. Nəqliyyat xərcləri təkcə yükün həcmindən deyil, həm də hansı məsafəyə daşınacagından asılı oldugundan onun son nəticəyə təsiri bir çox hallarda həlledici rola malik ola bilər.

Beləliklə nəqliyyat bir sıra xüsusiyyətləri ilə başqa maddi istehsal sahələrindən fərqlənir. Əvvəla, nəqliyyatdan istifadə prosesində yeni məhsul yaranmır, nəqletmə prosesində məhsulun xassə və formasında heç bir dəyişiklik (normal şəraitdə) baş vermir. İctimai istehsalın strukturuna görə nəqliyyat istehsal sferasına aid edilir.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin