Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
1 nömrəli əlavə
İdmançıların və idman tədbirlərinin digər iştirakçılarının
yemək təminatının xərc normaları
№
|
Göstəricilərin adı
|
Bir nəfərə gündəlik xərc
norması (min manatla)
|
1.
|
Respublika bədən tərbiyəsi və idman tədbirləri
|
15,0
|
2.
|
Respublikadaxili yarışlar
|
15,0
|
3.
|
Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq yarışlar
|
15,0
|
4.
|
Xarici ölkələrdə keçirilən yarışlara hazırlıq üçün təlim-məşq toplanışları
|
40,0
|
QEYD.
1. İdman tədbirləri dəniz səviyyəsindən 1500 metrdən artıq yüksəklikdə keçirildikdə yemək xərci norması 20 faiz, 2000 metrdən artıq yüksəklikdə keçirildikdə isə 30 faiz artırılır.
2. Yemək təminatının təşkilində nağdsız hesab imkanı olmadıqda idman tədbirlərinin iştirakçılarına bu əlavədə nəzərdə tutulmuş norma daxilində cədvəl üzrə nağd pul ödənilməsinə icazə verilir.
___________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
2 nömrəli əlavə
İdman tədbirlərində idman hakimlərinə verilən
ödənişlərin normaları
İdman növləri üzrə hakimlərin
vəzifələri
|
Hakim kateqoriyalarını nəzərə almaqla ödənclərin miqdarı (min manatla)
|
|
BK/İK RK 1K OH
|
Baş hakim
|
15,0 12,0 10,0 -
|
Baş hakim-katib
|
15,0 12,0 10,0 -
|
Baş hakimin köməkçisi
|
12,0 10,0 8,0 8,0
|
Komanda oyun növləri
|
Oyunun baş hakimi
|
20,0 15,0 12,0 -
|
Oyunun baş hakiminin köməkçisi
|
15,0 12,0 10,0 -
|
Komissar
|
20,0 - - -
|
Hakimlər (briqadanın tərkibində)
|
10,0 10,0 8,0 8,0
|
Şərti işarələr:
BK - Beynəlxalq kateqoriyalı
İK - İttifaq kateqoriyalı
RK - Respublika kateqoriyalı
1K - Birinci kateqoriya
OH - Oyun hakimi
QEYDLƏR:
1. Hakimlər üçün ödənilən məbləğlər idmanın komanda oyun növləri üzrə (futbol, voleybol, həndbol və s.) bir oyuna görə, digər idman növləri üzrə isə bir günlük xidmətə görə verilir.
2. İdman yarışlarına xidmətə görə hakimlərə verilən ödənclər bu qaydalarla nəzərdə tutulan digər maddi təminat növlərindən asılı olmayaraq həyata keçirilir.
3. Yarışların hazırlıq və yekun mərhələlərində hakimlərin maddi təminatı (yemək, mənzil hakimliyə görə ödənc) hakimlik işi dövrünün bütün müddəti üçün ümumi müddəti:
Baş hakim, Baş hakim-katib üçün - 5 günədək;
Baş hakimin köməkçisi, Baş hakim-katibin köməkçisi üçün - 3 günədək olmaqla həyata keçirilir.
4. İdman federasiyaları öz vəsaitləri, habelə sifariş ödəmələri hesabına idman hakimlərinə ödənclərin müəyyən olunmuş miqdarını artırmaq səlahiyyətinə malikdirlər.
5. Rəsmi beynəlxalq yarışlara xidmətə görə hakimlərə verilən ödənclər həmin yarışların reqlamenti ilə nəzərdə tutulmuş qaydada və miqdarda ödənilə bilər.
6. Hakim kollegiyasının (briqadasının) say tərkibi, idman növləri üzrə yarışların keçirilməsi haqqında qaydalara və əsasnamələrə uyğun olaraq müəyyənləşdirilir.
7. Beynəlxalq yarışların, çempionatlarının və Azərbaycan Kuboku oyunlarının təşkili və keçirilməsinə nəzarət haqqı oyunların baş hakimi üçün nəzərdə tutulmuş miqdarda ödənilməklə yüksək ixtisaslı hakimlər və mütəxəssislər sırasından müfəttişlər yaxud texniki nümayəndələr üçün təyin oluna bilər.
8. Beynəlxalq federasiya tərəfindən təyin olunmuş xarici texniki nümayəndələrə və hakimlərə ödənclər beynəlxalq kateqoriyalı hakimlər üçün nəzərdə tutulmuş miqdarda ödənilir.
_________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
3 nömrəli əlavə
Farmakoloji, bərpa vəsaitləri, vitamin və zülal-qlükoza preparatları,
ümumi müalicə təyinatlı dərmanlar və sarğı vasitələri
ilə təminatın xərc normaları
İdman tədbirlərinin adları
|
Bir nəfərə düşən gündəlik xərc norması (manatla)
|
Ümumrespublika yarışları
|
10000-dək
|
Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq yarışlar və bu yarışlara hazırlıqla əlaqədar təlim məşq toplanışları
|
15000-dək
|
QEYD.
Normalar hesablama üçündür və ayrılmış vəsait həddində komanda yaxud ayrı-ayrı idmançılar üçün yığma komandanın baş hakiminin və həkiminin təqdimatı üzrə onların hazırlığı xüsusiyyətindən asılı olaraq dəyişilə bilər.
__________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
4 nömrəli əlavə
İdman tədbirlərinin xatirə prizlərinin dəyərinin normaları
|
İdman tədbirlərinin miqyası
|
Prizlərin dəyəri, min.manatla
|
|
|
komanda
|
şəxsi
|
1.
|
Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq yarışlar
|
250-dək
|
200-dək
|
2.
|
Ümumrespublika yarışları
|
200-dək
|
150-dək
|
QEYD.
Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi öz büdcədənkənar vəsaiti federasiya və idman cəmiyyətləri isə öz gəlirləri hesabına yarışların, oyunların mərhələlərin və turnirlərin ən yaxşı idmançısı üçün xüsusi mükafatlar müəyyənləşdirmək səlahiyyətinə malikdirlər.
___________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
5 nömrəli əlavə
İdman tədbirlərinin xarici iştirakçılarına xidmət
və qəbul xərcləri normaları
Sıra
№-si
|
Xərcin adı
|
Xərc norması (manatla)
|
1
|
2
|
3
|
1.
|
Olimpiya komitələrinin prezidentlərinin, beynəlxalq federasiyaların prezidentlərinin iri şirkətlərin rəhbərlərinin, onların müavinlərinin, həmçinin görkəmli dövlət və ictimai xadimlərin rəhbərlik etdikləri nümayəndəliklərin qəbulu və onlara xidmət
|
|
|
1.1. Mehmanxana:
nümayəndəliyin rəhbəri
nümayəndəliyin üzvləri
|
«yarımlüks» kateqoriyalı nömrə
bir nəfərlik nömrə
|
|
1.2. Nümayəndəliyin bir nəfər üzvünə gündəlik yemək norması
|
80000
|
|
1.3. Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya
|
35000
|
|
1.4. Danışıqlar apararkən, teatrda olarkən, səfərdə ikən bufet xidmətinə görə bir nəfər nümayəndəlik üzvünə gündəlik xərc norması
|
4000
|
|
1.5. Bir nəfər iştirakçıya gündəlik mədəni proqram
|
8000
|
|
1.6. Suvenirlərin alınması:
nümayəndəliyin rəhbərinə
nümayəndəliyin üzvlərinə
|
50000
25000
|
|
1.7. Avtomobil nəqliyyatı ilə xidmət:
nümayəndəliyin rəhbəri
nümayəndəliyin üç nəfər üzvü üçün
|
«Volqa» avtomobili, yaxud eyni tipdən olan digər avtomobillə gündə 15 saata qədər
«Volqa» avtomobili gündə 10 saata qədər
|
|
1.8. Ölkədə hərəkət:
Hava nəqliyyatı ilə
Dəmir yolu ilə
|
reys təyyarəsi
yatacaqlı vaqon (YB)
|
|
1.9. Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt-teleqraf xərcləri, yükçülərin haqqının ödənilməsi və i.a)
|
10000
|
2.
|
İdmançılardan, mütəxəssislərdən və rəsmi şəxslərdən ibarət xarici nümayəndəliklərin qəbulu və onlara xidmət:
|
|
|
2.1. Mehmanxana:
nümayəndəliyin rəhbəri:
nümayəndəliyin üzvləri
|
bir nəfərlik nömrə
bir nəfərlik yaxud iki nəfərlik nömrə
|
|
2.2. Hümayəndəliyin bir nəfər üzvünün gündəlik yemək xərci
|
70000
|
|
2.3.Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya
|
30000
|
1
|
2
|
3
|
|
2.4. Bir nəfər iştirakçıya mədəni proqram (bir tədbir üçün)
|
10000
|
|
2.5. Avtomobil nəqliyyatı ilə xidmət:
nümayəndəlik üçün
|
nümayəndəlik üzvlərinin sayından asılı olaraq 12 saata qədər müddətə «Volqa» «RAF» avtomobili, yaxud avtobus, idman inventarının daşınması üçün yük avtomobili (zəruri hallarda)
|
|
Ölkədə hərəkət:
hava nəqliyyatı ilə
dəmir yolu ilə
|
reys təyyarəsi
yatacaqlı vaqon
|
|
2.6. Suvenirlərin alınması:
nümayəndəliyin rəhbəri üçün
|
30000-dək
|
|
2.7. Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt-teleqraf xərcləri, yükçülərin haqqının ödənilməsi və i.a.)
|
10000
|
QEYDLƏR.
1. Mehmanxanada nömrənin bronlaşdırılması ilə bağlı xərclər mehmanxananın gündəlik haqqının ödənilməsi üçün müəyyən edilmiş tarif üzrə nəzərdə tutulur.
2. Avtomobil nəqliyyatından istifadəyə görə haqqın ödənilməsi nümayəndəliyin qəbul olunduğu şəhərdə qüvvədə olan stavka ilə ödənilir.
3. Hava və dəmir yolu nəqliyyatının haqqının ödənilməsi müvafiq sahədə qüvvədə olan tariflə ödənilir.
4. Hümayəndəlik üçün bir qəbul düzəldilə bilər. Dünya və Avropa çempionatında ayrı-ayrı hallarda iki rəsmi qəbul keçirilməsinə icazə verilir (tədbirin açılışı ilə bağlanışı).
5. Xarici idman nümayəndəliklərinin üzvlərinə cib xərcliyi üçün pul yalnız beynəlxalq idman əməkdaşlığı haqqında ikitərəfli protokollara əsasən verilir.
6. Xarici idman nümayəndəliyinin üzvlərinin yeməklə təminatı norması hesablanmalıdır və bu məqsəd üçün ayrılmış vəsait haqqında konkret nümayəndəliyin qəbulu üçün həmin qəbulun xüsusiyyətləri nəzərə alınmaqla dəyişdirilə bilər.
7. İdman tədbirləri dəniz səviyyəsindən 1500 metrdən artıq yüksəklikdə keçirildikdə bu əlavə ilə nəzərdə tutulmuş yemək norması 20 faiz, 2000 metrdən artıq yüksəklikdə keçirildikdə 30 faiz artırılır.
8. Xarici nümayəndəliklərin üzvlərinə onların xahişi əsasında bu əlavə ilə müəyyən olunmuş norma üzrə nağd pul verilə bilər.
9. Qəbul edən tərəfin danışıqlarda iştirak edən nümayəndəsinə, tərcüməçiyə (müşayiət edən şəxsə) zəruri hallarda müvafiq xarici nümayəndəlik üçün müəyyən edilmiş yemək, yaşayış sahəsi, nəqliyyat, mədəni xidmət təminatı, hava yaxud dəmir yol nəqliyyatı ilə hərəkət normaları şamil olunur.
10. Hümayəndəliyi qəbul edən təşkilatın ştatında olmayan tərcüməçinin (müşayiət edən şəxsin) əməyin ödənilməsi saatda 5000 manat hesabı ilə ödənilir.
11. Hümayəndəliyin tərkibi 15 nəfərdən artıq olduğu halda nümayəndəliyə xidmət edən tərcüməçilərin (müşayiət edən şəxslərin) miqdarı aşağıdakı hesabla müəyyən olunur:
nümayəndəliyin ən azı 15 üzvü üçün bir nəfər tərcüməçi (müşayiət edən şəxs).
12. İdman yarışlarında hakimlik üçün dəvət olunmuş xarici hakimlərin qəbulu bu əlavənin «2»-ci bölməsinə müvafiq olaraq həyata keçirilir.
_______________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli 69 nömrəli Qərarına
6 nömrəli əlavə
Azərbaycan Respublikası yığma komandalarının beynəlxalq
yarışlarda iştirak etməsi üçün xərc normaları
|
Xərcin adı
|
Xərc norması xarici valyuta ilə
|
1.
|
Ezamiyyə xərclərinin adı, xarici valyuta ilə:
gündəlik xərc yaşayış sahəsinin kirayəsi üzrə gündəlik xərc
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş miqdarda ödənilir.
|
2.
|
Rabitə xərcləri (telefon, teleqraf, telefaks):
|
50 ABŞ dollarına qədər
|
QEYDLƏR.
1. İkitərəfli beynəlxalq razılaşmalarla nəzərdə tutulmuş digər xərc maddələri (yarışlara bilet alınması üçün avans, iştirak haqqı, start haqqı, katerlərin icarəsi xərci, katerlər üçün benzin, massaj, idman formasının yuduzdurulması, idman qurğusunun icarəsi, ələfin haqqının ödənilməsi, tibbi müayinə, atların hazırlanması, tövlənin icarəsi, gömrük rüsumu, dəmirçinin əməyinin ödənilməsi, bərənin haqqının ödənilməsi və i.a.) təsdiqedici sənədlər təqdim olunduqda faktiki xərcə görə ödənilir.
2. Avtomobil nəqliyyatı ilə tranzit daşımaları vaxtı yanacaq-sürtgü materiallarının miqdarı bütün keçid məntəqələri və nəqliyyat vasitəsinin növü göstərilməklə xəritə sxemi təqdim olunduqda hesablama yolu ilə müəyyən edilir.
3. Rabitə xərci norması komanda üçün nəzərdə tutulur.
__________________
Dostları ilə paylaş: |