1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
Hakimi Elçin Məmmədova
27.07.2017-ci il tarixli
İş № 2-1(81)-295/2017 nömrəli məktuba
Səhiyyə Nazirliyinə ünvanlanmış Vəliyeva Günay Sabir qızının, Məmmədova Vəsilə Mikayıl qızının, Əliyeva Qahirə Adil qızının, Vəlibəyova (Məmmədova) Səlimat Şəmsəddin qızının hal-hazırda işləyib-işləməməsi barədə məktubunuza baxılmışdır.
Bildiririk ki, Vəliyeva Günay Sabir qızı 01.10.2014-cü il tarixindən hal-hazıradək Bakı şəhəri 36 nömrəli Şəhər Poliklinikasında sanitar qadın vəzifəsində işləyir.
Xocalı Rayon Məhkəməsinin İş № 2 (070)-247/2015 18.09.2015-ci il tarixli qətnaməsinə əsasən Məmmədova Vəsilə Mikayıl qızının 1980-1982-ci illərdə Azərbaycan SSR-i Səhiyyə Nazirliyinin Stepanakert şəhərində tibb məktəbində “ümumi profilli tibb bacısı” ixtisası üzrə tam kursu bitirməsi və diplom alması faktı müəyyən edildiyinə görə o, 17.11.2015-ci il tarixindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tibb bacısı vəzifəsində çalışır.
Rusiya Federasiyası Tümen tibb kollecinin orta ixtisas tibb təhsili haqqında diplomun Vəlibəyova (Məmmədova) Səlimat Şəmsəddin qızına verildiyi həmin kollec tərəfindən təsdiq edilmişdir. Hazırda Vəlibəyova (Məmmədova) Səlimat Şəmsəddin qızı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tibb bacısı vəzifəsində çalışır.
Əliyeva Qahirə Adil qızı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 20.08.2015-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |