11. Ekzogen və geoloji proseslərin öyrənilməsində kosmik şəkillərin tətbiqi



Yüklə 22,12 Kb.
səhifə1/6
tarix19.03.2022
ölçüsü22,12 Kb.
#114922
  1   2   3   4   5   6
muhazire11


11. Ekzogen və geoloji proseslərin öyrənilməsində kosmik şəkillərin tətbiqi
Ekzogen geoloji proseslərin öyrənilməsinin əsas məqsədi zonal və
regional qanunauyğunluqların aşkarı onların fəllağını,intensivliyini və
dinamikanın öyrənilməsinin və həmçinin insanların mühəndisi təsərrüfat
fəaliyyəti olan obyeklərdən onun təsirini qiymətləndirməkdən ibarətdir.
Digər üsullarla həlli mümkün olmayan bu məsələlərin həllində müxtəlif
dərəcəli dəqiqlik və generalizasiya malik olan kosmik şəkillərdə əsas
qurup ekzogen proseslərin inkişafının üstünlük təşkil etdiyi relyef
formalarının parametrlərinə ayrılır burada əsas deşifrləmə əlaməti
təsriflərin rəng ahəngidir regional səviyyəli kosmik şəkillərdə müxtəlif
dərəcəli morfostrukturlar və bunların elementiləri ayrılır və onların
ekzogen proseslərin genetik tipləri ilə əlaqəsi təyin edilir. Buda onların
özünə məxsus indiqatorlarıdır. Bu səviyyəli generalizasiya malik olan
kosmik şəkillərdə alınmış informasiya ekzogen prosesləri tiplərə ayırarkən
və onların yayılmasının ümumi xəritəsinin tərtib edərkən istifadə edilir.
Burada əsas deşifrləmə əlamətləri rolunun fototəsvirlərdə ekzogen
proseslərin görünüşü oynayır. Lokal səviyyəli aero və kosmik şəkillər əsas
morfoskluptur tiplər (eroziya,sürüşmə,uçurum və s.) aşkar etməyə
ekzogen prosesləri genetik tiplərini yayılma xüsusiyyətlərini öyrənmək
üçün lazimi informasiyanı almağa, müxtəlif formaların yaşını müəyyən
etməyə, geoloji çuxur komplekslərinin və onların litoloji tərkibini deşifrə
etməyə imkan yaradır.

Deşifrləmənin nəticələri ekzogen proseslərin


hazırkı vəziyyətinə və xüsusi xəritələrin tərtib edilməsi göstəricilər
əsasında onların yaranmasının intensivliyinə görə ərazinin aydınlaşdırılma
və digər məqsədlər üçün istifadə edlir. Bu səviyyəli şəkillərdə deşifrləmə
əlaməti kimi obyektin konfiqurasiyasının rolu azalır. Foto təsvirlərdə isə
görqnüşün rolu artır. Burada relyefin bir çox formaları (təpəciklər,boşqab
və qıf formalı və s.) müxtəlif formalı zolaqlarfototəsvirlərin ləkəli və
dənəli görünüşlərini əmələ gətirərək kosmik şəkillərdə inteqraf ifadə
formalarını alır. Görünüşün böyüməsiylə əlaqədər olaraq təsvirin rəng
ahənginin rolu da artır. Yadda saxlamaq lazımdır ki,təsvirin şəkli və rəng
ahənginə görə relyefin ekzogen formalarının dərk edərkən adətən
steroskopik şəkillərin istifadəsinə nisbətən xeyli miqdarda təsvir ortaya çıxır. Bu səhvlərdən yayınmaq və geomorfoloji deşifrləmənin dəqiqliyini artırmaq üçün kompleks landşaft indiqatorlarının daha geniş istifadəsi Və onların əsasında landşaft inditor sisteminin tərtibi məsləhət görülür.

Dəqiq səviyyəli generalizasiyaya malik olan aerokosmik şəkillərdə relyefin və onun elementlərinin morfologiyasının və morfometeiyasının xüsusiyyətləri aşkar edilir ki bu da ekzogen proseslərin mənbələrini nəinki xəritələşdirməyə və dəqiq öyrənməyə hətta onların ayrı-ayrı geomorfoloji, geoloji - litoloji şəraitləri ilə əlaqəsinin aydınlaşdırmağa imkan yardır. Bu da öz növbəsində ekzogen proseslərin inkişafı mərhələlərini təyin etməyə onların inkişafının təkamül srasını qurmağa, fəallaşdırma dərəcəsinin miqdarını müəyyənləşdirməyə imkan verir. Bu generalizasiya səviyyəli distension materiallar informasiya ekzogen proseslərin inkişaf dinamikasını əks etdirən və sahəni proqnozlaşdırmağa imkan yaradan dəqiq mühəndisi geoloji xəritələrin tərtibi üçün istifadə olunur. Burada əsas deşifrləmə əlaməti kimi streskopik deşifrləmə zamanı alınmış relyefin ekzogen formalarının konfiqurasiyası və onların ölçüləri böyük rol oynayır. Dərk ediləcək obyeklərin çox hissəsi dferansiya olunduğuna görə ffotoşəkillərin təsviri köməkçi rol oynayır. Bu zaman fotoların rəng ahəngi nisbətən kənarda qalır. Bu da müəyyən dərəcədə fotoplana almanın texniki şəraitdə fəsillərdənə asılı olub vaxt və metreoloji amillərlə işləyərkən ekzogen geoloji proseslərin müasir vəziyyətinin həllində öz tətbiqini tapır. Məs: sürüşmə proseslərini proqnozlaşdırılması müxtəlif yollarla aparılır yerinə yetirilir. Ona görə də diatension zodlamanın tətbiqi yolları və üsullarının seçilməsi konkret tətqiqatın müddətindən və miqyasından aşlıdır.




Yüklə 22,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin