1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu



Yüklə 106,97 Kb.
səhifə1/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
  1   2   3   4   5   6   7   8   9   ...   30
iqtisadiyyat son


1.İqtisadiyyat Anlayışı.cəmiyyətin həyatinda rolu
İqtisadiyyat nədir? Bu sualın cavabını tarixin müxtəlif inkişaf mərhələlərində yaşamış alimlər, ədəbiyyatçılar, müxtəlif iqtisadi məktəblərin nümayəndələri müxtəlif formada vermişlər. İlk tərifi elmi ədəbiyyata böyük yunan alimi Aristotel gətirmişdir. Ksenofont “Oykonomiya” yunanca “oykos-ev təsərrüfatı, nomos-qayda-qanun, təlim mənasında iqtisadiyyat sözünü izah etmişdir. İqtisadiyyat nədir? 1. İqtisadiyyat ev təsərrüfatını idarə etmək qabiliyyətidir, qayda-qanunların məcmusudur. 2. İqtisadiyyat məhdud resurslar və artan (sonsuz) tələbatlar şəraitində istehsal etmək qabiliyyətidir. 3. İqtisadiyyat ictimai istehsalın –istehsal, bölgü, mübadilə və istehlak kimi mərhələlərini əhatə edən fəaliyyət sferasıdır. 4. İqtisadiyyat-istehsal münasibətləridir. İqtisadi maraqların reallaşdırılması üçün iqtisadi fəaliyyətdir. 5. İqtisadiyyat – axtarış və fəaliyyətin seçim üsuludur. Beləliklə, iqtisadiyyat – cəmiyyətin, iqtisadi sistemini, ictimai quruluşunu, ictimai təşkilini və onu idarə edən iqtisadi qanunları öyrənir.


2.İqtisadiyyata girişin başlıca funksiyaları.
İqtisadiyyata girişin 5 əsas funksiyası vardır.
1. Dərketmə
2. Praktiki
3. Metodoloji
4. İdeoloji
5. Proqnozlaşdırma
1. Cəmiyyətin iqtisadi həyatı, yəni ictimai inkişaf prosesinin mahiyyəti dərketmə funksiyası vasitəsilə dərk olunub öyrənilir. Bu zaman iqtisadi kateqoriyalar, prinsiplər, qanun və qanunauyğunluqlar iqtisadi aləmi dərk etməyi təmin edir, iqtisadi hadisə və proseslərin mahiyyəti açıqlanır.
2. Praktiki funksiya – dövlətin iqtisadi siyasətinin əsaslandırılması, səmərəli təsərrüfatçılıq etməyin prinsip və metodlarını müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu funksiya praktiki biliklərin təsərrüfat təcrübəsində, iqtisadi təhlilin nəticələrində bilavasitə istifadəsini təmin edir. Biliklərin iqtisadi subyektlərin fəaliyyətində və bütünlükdə milli iqtisadiyyatın idarə edilməsində istifadə olunmasıdır. Təsadüfi deyildir ki, Qərb ədəbiyyatında bu funksiyanın fəaliyyətini normativ iqtisadi nəzəriyyə
3. Metodoloji funksiya – hadisə və proseslərin mahiyyətini, iqtisadi subyektlərin davranışının ümumi prinsiplərini aydınlaşdırır. Məhz bu funksiya vasitəsilə iqtisadi nəzəriyyə bütün iqtisadi elm sahələrinin nəzəri metodoloji bazasını təşkil ediradlandırırlar
4. İdeoloji funksiya – bilavasitə dünyagörüşünü formalaşdırır. Onun köməyi ilə cəmiyyətin əsas inkişaf məqsədləri və qlobal siyasi ideyaların əsaslandırılması baş verir. Beləliklə, iqtisadi nəzəriyyə istənilən iqtisadi sistemin şərhini, təhlilini verməklə onun inkişaf perspektivlərini müəyyənləşdirməlidir
5. Proqnozlaşdırıcı funksiya – gələcək illər üçün olacaq hadisələri əvvəlcədən görə bilməyin elmi əsasının işlənib hazırlanmasıdır. İqtisadi inkişaf planları və proqnozları məhz iqtisadi nəzəriyyəyə əsaslanmalıdır. Yalnız belə düzgün planlaşdırılması və proqnozlaşdırılmasına nail olmaq mümkündür.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin