2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Allah Qurani Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «



Yüklə 9,51 Mb.
səhifə40/59
tarix28.02.2020
ölçüsü9,51 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

6. Allah Qurani Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (Qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». l-Muminun 115). Əbu Hureyrə - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaq-dır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin deyildir»1329.

7. Allah Qurani Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik. l-Bəqərə 55-56). «(Ya Muhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmiAllah onlara: «Ölündedi və sonra da (yenidən) diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. l-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatını bilmirsən? O şəxs: «Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısandeyə soruşdu. O da: «Bir gün bəlkədə bir gündən də az» deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürükdeyə buyurdu. O, şəxsə bunlar aydın olduqda: «Artıq bildim ki, Allah hər şeyə qadirdir». (Ya Muhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! ölüləri nə cür diriltdiyini mənə göstərdedikdə, Allah: «Məgər lüləri diriltməyimə) inanmırsanbuyurmuşdu. İbrahim: «Bəli, inanıram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona buyurmuşdu: «Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir».l-Bəqərə 259-260).

Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrmiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdirdeyər. Xeyr, (belə deyildir) Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız Cəhənnəmdirdeyiləcəkdir». l-Mutaffifin 10-17).
HƏŞR VƏ MƏHŞƏR
Əhli Sünnə vəl Cəmaat insanların öldükdən sonra sorğu-sual olunmaları üçün Həşr olunacaqlarına da iman edirlər. İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhliyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». lnam 94). «Biz Qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». lsra 97). «O, gün (Qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacayıq». (Kəhf 47). «O, gün (Qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər ahanə qafilərlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın zəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar, öndə olanlarl-Vaqiə 7-10). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar Qiyamət günü çılpaq, ayaqyalın və və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında Qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – əlehissəlamolacaqdır1330». Aişə - radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birlərinə baxmayacaqlar?». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır»1331. Abdullah b. Abbas - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, sizlər Allaha yürüyərək, çılpaq, ayaqyalın və sünnətsiz olaraq qovuşacaq-sınız»1332. Ənəs b. Məlik - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü insanlar üç qrup olaraq həşr ediləcəklər. Yürüyənlər sinifi, miniklilər sinifi və üzü üstə sürünənlər sinifi». Ey Allahın Rəsulu! Nəcə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyada onu iki ayağı üstündə yeridən, Qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?»1333. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanlar üç qrup olaraq həşr ediləcəklər. Birinci firqə - istəklilər, qorxanlar. İkinci firqə - İkisi bir dəvə üstündə, üçü bir dəvə üstündə, dördü bir dəvə üstündə, onu bir dəvə üstündə olaraq (məşhərə) gələrlər. Qalanlarını isə məşriqdən alıb önünə qataraq məğribə götürən və orada toplayacaq olan bir atəşdir (Başqa rəvayətdə: Atəş onları önünə qatıb həşr yerinə gətirəcəkdir. Atəş onların dincəldikləri yerdə dincələr, axşamladıqları yerdə də onlarla birlikdə axşamlar, sabahladıqları yerdə isə onlarla bərabər sabahlayar)»1334.

Movqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyacan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Muhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyrdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul hansı halı üzərə ölmüşsə, yenə də o, halı üzərə diriləcəkdir»1335. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «İnsanlar aləmlərin Rəbbi üçün Qiyama durduqları gün – ayəsi barəsində belə buyurduğunu xəbər verdi: İnsanların hər biri qulaqlarının yarısına qədər tərə batmış olaraq qiyama duracaqlar”1336. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Qiyamət günü tər yerin dibini 70 qulac isladacaqdır və heç şübhəsiz ki, insanların təri ağızlarına, qulaqlarına qədər çatacaqdır. Ravi Sevr: “Bunların hansını söylədiyində tərəddüt etmişdir»1337.

Əməllərinə görə isə bir qrup insanlar o, dəhşətli bir gündə Allah – subhənəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yeddi sinif insan vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah onları öz kölgəsi altında kölgələyəcəkdir: «Ədalətli imam (dövlət başçısı), Allaha ibadət etməklə böyüyən bir gənc, qəlbi məscidlərə bağlı olan bir kimsə, bir-birlərini Allah rizası üçün sevən kimsə (görüşəndə də, ayrılanda da bunu Allah üçün edərlər), gözəl bir qadın tərəfindən (zinaya) çağırılan zaman - mən Allahdan qorxuram - deyib ondan uzaqlaşan kimsə, sağ əlin verdiyini sol əlinin bilməyəcəyi şəkildə (gizli) sədəqə verən kimsə, təklikdə Allahı yad edib göz yaşı tökən kimsə»1338. Allah bizi də onlardan etsin. Amin!


Kataloq: files -> kitab -> kamal-huseyn

Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə