2004-cü ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin



Yüklə 139,08 Kb.
səhifə1/7
tarix03.01.2022
ölçüsü139,08 Kb.
#45298
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2004-cü il 12 fevral

tarixli 9 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə


2004-cü ildə əlillərin sosial müdafiəsi ilə bağlı

tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I

Azərbaycan Respublikasında sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına üstünlük verilməsi ilə əlaqədar əhalinin, o cümlədən əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə bir çox əhəmiyyətli tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Cəmiyyətin qayğıya və yardıma daha çox ehtiyacı olan üzvləri kimi əlil olmuş şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsi dövlətin qarşısında duran ən başlıca vəzifələrdəndir.

2004-cü ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş Dövlət Proqramı 1995-ci ildən başlayaraq ölkənin demokratik prinsiplər əsasında dinamik sosial-iqtisadi inkişafına, davamlı sabitliyə və tərəqqiyə xidmət edən strateji siyasi kursun davamı kimi vəzifələri müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2003 -cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı ”na əsaslanaraq hazırlanmışdır.

Bu Dövlət Proqramı BMT-nin Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsindən, Kopenhagen Ümumdünya Zirvə Toplantısında Azərbaycan Hökumətinin bu sahə ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərindən, milli qanunvericilik aktlarından, eyni zamanda, əlillərin problemlərinin həll edilməsinə yönəldilmiş Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn müəyyən vəzifələri əhatə edir. Eyni zamanda, bu Dövlət Proqramı Azərbaycan Respublikası tərəfindən cari ilin yanvar ayında Avropa Sosial Xartiyasının ratifikasiyası ilə bağlı ölkədə sosial sistemin möhkəmləndirilməsinə və əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqəsinin, o cümlədən əlillərin sosial təminat hüququnun inkişafına imkan yaradacaqdır.




Yüklə 139,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin