2013-cü il dekabrın 13-də Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı yazı müsabiqəbəsi yekunlaşıb



Yüklə 15,24 Kb.
tarix10.01.2022
ölçüsü15,24 Kb.
#102474
növüYazı

Haqqın var yaşamağa”

2013-cü il dekabrın 13-də Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı yazı müsabiqəsi yekunlaşıb. Müsabiqə çərçivəsində “Kaspi” qəzeti və “Kaspi” təhsil şirkəti tərəfindən şairin yaradıcılığına həsr olunmuş yazılardan ibarət “Haqqın var yaşamağa” adlı kitab nəşr edilib.



Qeyd edək ki, nəşrdə “Kaspi” qəzetinin xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinə təqdim olunmuş yazılar yer alıb. Müsabiqəyə təqdim olunan yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə “Kaspi” qəzetində dərc olunub, daha sonra isə kitaba daxil edilib. 

Tədbirdə Məmməd Araz haqqında çəkilən sənədli filmin nümayişi keçirilib. 

Sonda qaliblər mükafatlandırılıb. Müsabiqənin üç xüsusi mükafatı isə şairin ömür-gün yoldaşı Gülxanım Məlikməmmədovaya, qızı İradə Tuncaya və Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyevə verilib. 
QALİBLƏR



I yer – Akif Əli – “Ağır daşlar altında” (patetik fantaziya)

II yer – 1. Flora Xəlilzadə – “Kürreyi-ərzin şairi”

2. Nizami Muradoğlu – “Məmməd Arazın poeziyasında Dünya obrazı”

III yer – 1. Telli Pənahqızı – “Su olur yandıran, su tapmır yanan...”

2. Şamil Vəliyev – “Poetik möcüzələr ustası”

3. Qan Turalı – “Məmməd getdi, Araz qaldı”

Xüsusi mükafatlar
1. Abid Tahirli – “Sirli, sehrli sətirlər” 

2. Vaqif Yusifli – “Məmməd Araz: Filosof – şair”

3. Əlövsət Bəşirov – “Məmməd Araz: “Milli qürur, milli qeyrət, səninləyəm!”

4. Qərənfil Dünyamin qızı – “İnanmasanız da, bu bir həqiqətdir...”

5. Xanəli Kərimli – “Məmməd Araz yaradıcılığında azərbaycançılıq”

6. Tahir Aydınoğlu – “Poetik sözün Məmməd Araz möcüzəsi”

7. Nahid Hacızadə – “Yox ayrı dərmanım, dözümdən ayrı...”

8. Rafiq Səfərov – “Düşünüb-düşündürən, unudulmaz şairimiz – Məmməd Araz”

9. Zəkurə Quliyeva – “Məmməd Araz deyəndə ayağa dur ki…”

10. Ədil Ədilzadə – “Röyaların gerçək qəhrəmanı”

11. Aslan Quliyev – “Vəsiyyət”

12. Mehman Qaraxanoğlu – “Ev tapşırığı”nı başqa xətlə yazanlar”

13. Esmira Məhiqızı – “Atamın dostu”

14. Elçin Məmmədli – “Nişançı özümüz, hədəf özümüz”

15. Əsəd Əliyev – “İsti su” və bir mahnının yaranma tarixi…”

16. Fərid Hüseyn – “Bir axşamın balladası: konseptual şeirdə ayrılmaz misralar”

17. Hikmət Məlikzadə – “QOCA şair – UCA şair”

18. Rəhilə Elçin – “Hər zaman vardı, Məmməd Araz əbədi yaşardı…”

19. İbrahimxəlil – “Məmməd Arazın ortancıl oğlu” (ucqar havası)

20. Qardaşxan Əzizxanlı – “Məmməd Arazın son günləri, son saatları və sonrakı saatlar, sonrakı günlər”

21. Ziyadxan Əliyev – “Məmməd Arazın söz palitrası”

22. Mirzə Məmmədoğlu – “Onun Məmməd Araz dünyası”

23. Tofiq Abdin – “Bir inadın sevdasına”

24. Yaşar Qasımbəyli – “Minilliyin şeiri”

25. Əlirza Sayılov – “Ön söz əvəzi”

26. Gülayə – “Məmməd Araz dünyasından baxaq cahana”
Yüklə 15,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin