Səbail rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi
Mərkəzi Kitabxana
CƏBRAYIL
İşğal edilmişdir: 23 avqust 1993-cü il
Azad olunmuşdur: 4 oktyabr 2020-ci il
(Tövsiyə ədəbiyyat siyahısı)
Tərtib etdi: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Cəmilə Səmədova
Ön söz
Cəbrayıl rayonu Azərbaycanın tarixən qədim yaşayış məskənlərindən biridir. Rayon öz təbii gözəllikləri, zəngin təbii ehtiyatları ilə yanaşı, saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin də vətənidir. Erməni işğalçıları tərəfindən 1993-cü ilin avqustun 23-də işğal olunmuş Cəbrayıl iyirmi yeddi illik əsarətdən sonra 2020-ci ilin oktyabrın 4-də uğrunda aparılan qanlı döyüşlərdən sonra öz azadlığına qovuşuşdur.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının hazırladığı “Cəbrayıl” adlı tövsiyə ədəbiyyat siyahısında rayonun yaranması, ekologiyası, yerləşdiyi coğrafi mühit, adət-ənənələri, folkloru, tanınmış adamları, erməni işğalçılarına qarşı apardığı mübarizə tarixi, verdiyi şəhidlər, işğalı və azad olunması uğrunda gedən döyüşlər haqqında məlumatları əks etdrən müxtəlif nəşrlər, məqalələr, internet saytları toplanaraq oxuculara təqdim olunmuşdur.