Yoxlama Litosfer-1
1-ci sualın izahı
Vulkanik mənşəli adalar sualtı vulkanların püskürməsi və lavanın soyuması nəticəsində yaranmışdır. Vulkanik mənşəli ən böyük ada – Atlantik okeanındakı İslandiyadır. Lakin onlara ən çox Sakit okeanda rast gəlinir – Havay, Kuril və s.
3-cu sualın izahı
4-cü sualın izahı Süxurlardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıqları dövr müəyyən edilir. Bu qalıqların quruluşu paleontologiya elmi tərəfindən öyrənilir. Qalıqları aşkarlanan canlıların yaşadığı dövrdə Yerdə hansı iqlim şəraitinin olduğu haqqında məlumatlar əldə olunur. Bu məlumatlar əsasında Yerdə hansı dövrlərdə İqlimin isti, yaxud soyuq olması müəyyən edilir.
5-ci sualın izahı
8-ci sualın izahı Birinci mərhələdə (1) Yer qabığının böyük bir hissəsi enməyə başlayır. Burada dəniz hövzəsi yaranır, onun dibində qalın çökmə süxurlar toplanır. Yer qabığında təzyiq və temperaturun artması bu süxurların qismən metamorfizləşməsınə səbəb olur.
İkinci mərhələdə (2) Yer qabığının enməsi davam edir, lakin ayrı-ayrı hissələrdə qalxma baş verir. Çökmə süxurların toplanması ilə yanaşı, vulkanizm fəaliyyəti də artır. Bu mərhələ çökmə süxur qatlarının parçalanması, çoxlu sayda enmə (sinklinal) və qalxmaların (antiklinal) yaranması ilə nəticələnir.
Üçüncü mərhələdə (3) Yer qabığının enməsi dağəmələgəlmə prosesləri ilə əvəz olunur. Sadə qırışıqlıqların, yəni sinklinal və antiklinalların birləşməsi nəticəsində iri dağ sistemləri əmələ gəlir.
Dördüncü mərhələdə (4) daxili proseslər zəifləyir, xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılaraq düzənliklərə çevrilir. Geosinklinalın inkişafının bu mərhələsinə platforma mərhələsi deyilir.
Müasir geosinklinal vilayətlər litosfer tavalarının sərhəd zonalarında yerləşir, çavan dağlara və seysmik ərazilərə uyğun gəlir. Bu vilayətlər geosinklinalın
9-cu sualın izahı Platformalar quruluşuna görə iki qatdan - kristallik bünövrə və örtük qatlarından ibarətdir. Kristallik bünövrə maqmatik (əsasən, qranit) və metamorfik süxurlardan təşkil olunmuşdur. Onun üzərində isə çökmə süxurlardan ibarət qat yerləşir.
10-cu sualın izahı