“Vergilər və vergitutma”
fənnindən test sualları
4317a1 a2
1. Müəyyən bir dövr ərzində ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri necə adlanır? A)) ümumi daxili məhsul
B) ümum milli gəlir
C) Bölüşdürmə
D) Mübadilə
E) İstehlak
2. İxrac malları hesab edilən malların Azərbaycan Respubilkası ərazisindən çıxarılması necə adlanır?
A)) malların ixracı
B) malların təkrar ixracı
C) kommersiya fəaliyyəti
D) beynəlxalq daşıma
E) sahibkarlıq fəaliyyəti
3. Sabit vergi xərclərinə hansı vergiləri aid etmək olar?
A)) Əmlak və torpaq vergisi
B) Mənfəət vergisi
C) Əlavə dəyər vergisi
D) Aksiz vergisi
E) Gəlir vergisi
4. Dəyişən vergi xərclərinə hansı vergi növünü aid etmək olmaz?
A)) əmlak vergisi
B) aksiz vergisi
C) mənfəət vergisi
D) yol vergisi
E) əlavə dəyər vergisi
5. Hər hansı bir vergi növünün müəssisənin mənfəətinə təsirini qiymətləndirmək üçün hansı üsuldan istifadə edilir
A)) yalnız bir vergi növü saxlanılıb digərləri sıfıra bərabər götürülür
B) sabit vergilər əsas götürülür
C) dəyişən vergilər əsas götürülür
D) ödəyicisi olduğu bütün vergilər cəmlənir
E) hesablama digər iqtisadi göstəricilərə əsasən aparılır
Dostları ilə paylaş: |