Abş-da qara metalurgiya sahəsində xammal problemi.”


ABŞ-ın təsərrüfat sahələri



Yüklə 0,86 Mb.
səhifə5/6
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#105038
1   2   3   4   5   6
1.3.ABŞ-ın təsərrüfat sahələri.

ABŞ – ın kənd təsərrüfatı yüksək inkişaf səviyyəsinə, böyük həcmdə müxtəlif məhsul istehsalına görə digər ölkələrdən fərqlənir. Mütəxəssislərin hesablamalarına görə dünya kənd təsərrüfatı məhsullarının ¼ - i ABŞ – da istehsal olunur. Təkcə soya və qarğıdalı məhsullarının yarısı, sorqonun, quş ətinin və pendirin 1/3 – i, pambığın, sitrus meyvələrinin, südün və yumurtanın 1/5 – i ABŞ – ın payına düşür.ABŞ - ın təbii şəraiti kənd təsərrüfatının inkişafı üçün olduqca əlverişlidir. Birləşmiş Ştatlarda kənd təsərrüfatı ailə fermalarından (ranço) ibarətdir. Yeni kənd təsərrüfatı texnologiyaları fermaların sayının ildən – ilə azalmaqla daha çox ərzaq məhsulları, yun, pambıq və digər lifli məhsullar istehsal etmək imkanı yaratmışdır. Əgər 1930 – cu ildə ölkədə 6,5 min ferma var idisə, hazırda onların sayı iki milyona qədərdir. Bununla yanaşı fermaların sahəsi böyümüş (orta hesabla 200 hektar) və istehsal etdikləri əmtəəlik məhsulun həcmi artmışdır. Fermaların sayının 15 faizini təşkil edən nəhəng fermalar ölkə kənd təsərrüfatı məhsullarının 70 faizindən çoxunu verirlər. Orta hesabla belə fermaların hər biri 600 hektar torpağa sahib olur və hər il ən azı 500 min dollarlıq əmtəəlik məhsul istehsal edə bilərlər. Ölkə geniş torpaq sahələrinə və torpaq fondunun əlverişli strukturuna malikdir. Ölkənin materik ərazisinin (Alyaska və Havay adaları çıxmaq şərtilə) 50%-i becərilmə üçün yararlı torpaq və otlaq sahələridir. Kənd təsərrüfatına yararsız torpaq sahələrinə Kordilyer və Appalaçın dağlıq əraziləri, Atlantik okeanın bataqlaşmış ovalıqları, Alyaska və səhralar aiddir. Şərq hissəsində əkin, Qərb hissəsində isə otlaq sahələri üstünlük təşkil edir. Şərq hissəsinin bütün cənub hissəsi rütubətli subtropik, Floridanın ən ucqar cənub hissəsi və Havay adaları subtropik, Qərbdə yerləşən Kaliforniya ştatının ərazisi isə quru subtropik iqlimə malikdir. Qalan ərazisinin iqlimi kontinentaldır. Ölkənin şərqindən qərbinə getdikcə yağıntının miqdarı 1000 - 1200 mm-dən 100 - 300 mm-dək azalır. Belə aqroiqlim şəraiti ölkədə mülayim, subtropik və tropik qurşağın müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə imkan verir. Qərbdə sabit əkinçilik suvarma tələb edir. Kənd təsərrüfatında əmtəəlik məhsul dəyərinin 2/3-ə qədəri heyvandarlığın payına düşür. Hazırda əkinçilikdə istifadə olunan torpaq sahələrinin yarıdan çoxunda yem bitkiləri əkilir. Kənd təsərrüfatının bütün sahələri üçün dar ixtisaslaşma səciyyəvidir. Ərazicə böyük sahə tutan ixtisaslaşdırılmış bu bölgələri ölkədə qurşaqlar adlandırırlar (məsələn, qarğıdalı qurşağı, buğda qurşağı və s.). Hazırda bu qurşaqların daxilində belə ixtisaslaşdırılmış bölgələr yaradılmışdır. Birləşmiş Ştatların kənd təsərrüfatında aşağıdakı ixtisaslaşdırılmış iri qurşaqlar daha aydın nəzərə çarpır.Südlük istiqamətli qurşaq. Heyvandarlıqda həm südlük, həm də ətlik istiqamətli qaramal yetişdirilməsi üstünlük təşkil edir. Südlük heyvandarlıq daha çox göllər ətrafında, ətlik maldarlıq isə Böyük Düzənliyin quraq cənub hissəsində və dağlıq ştatlarda inkişaf etmişdir. Dağlıq ştatlarda ferma təsərrüfatlarının torpaq sahələrinin 90%-ni otlaqlar təşkil edir. Qoyun və donuz əti təsərrüfatları quş əti ilə rəqabətə davam gətirə bilmir. Amerika broylerləri ildə 3 milyard toyuq yetişdirirlər. Ən iri broyler təsərrüfatları cənubda Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında yerləşir. Paxlalı bitkilər (soya) əkinləri qurşağı. Bu qurşaq Böyük göllərin cənub ərazilərini, Mərkəzi düzənliyin cənub hissəsini tutur. Bu qurşaqda əsasən, qarğıdalı, soya yetişdirilməklə yanaşı ətlik istiqamətli heyvandarlıq da inkişaf edir. Bu bölgədə Ayova və İllinoys ştatları ixtisaslaşmalarına görə seçilirlər. Qarğıdalı ABŞ-ın milli bitkisidir. Əkin sahələrinin 2/3 hissəsini tutan bu bitkilər başlıca olaraq Mərkəzi və Böyük Düzənliklərdə yerləşir (xüsusilə Ayova ştatında). Buğda əkinləri qurşağı. Bu, qarğıdalı və heyvandarlıq qurşağından qərbdə yerləşmiş Böyük düzənliyin geniş ərazisini əhatə edir. ABŞ – da bu çöllər preri adlanır. Torpaq – iqlim şəraitinə görə buğda qurşağı bir – birindən fərqlənən iki: Şimal və Cənub hissələrinə bölünür. Şimal hissədə (Dakota ştatları ərazisi) əsasən yazlıq buğda, cənubda isə payızlıq buğda yetişdirilir.
Pambıq əkinləri qurşağı. Bu qurşaq Missisipi çayının cənub hissələrini, Texas və dağlıq ştatların cənubunu tutur. Burada qurşaqda pambıqdan başqa taxıl, texniki bitkilər yetişdirilməklə yanaşı heyvandarlıq sahələri də (əsasən qaramal və broyler quşçuluğu) inkişaf etdirilir. Ölkənin cənubunda pambıq və çəltik yetişdirilir. 

Otlaq heyvandarlıq qurşağı. Bu qurşaq Qərbin dağlıq bölgələrini əhatə edən və ərazisinə görə ixtisaslaşmış digər qurşaqlardan ən böyüyüdür. Burada əsasən bir illik qaramal saxlanılır. Adını çəkdiyimiz bu qurşaqlardan başqa Meksika körfəzi və Florida yarımadası boyunca sitrus meyvələri, çəltik və şəkər qamışı yetişdirilən bölgələr də vardır. Havay adalarında tropik meyvələr (əsasən banan) yetişdirilir. Şəkər çuğunduru Göllər ətrafı və dağlıq ştatlarda, tütün isə Virciniya və Kentukki ştatlarında yetişdirilir. Meyvə və tərəvəz yetişdirilməsinin günəşli Kaliforniyada olduqca böyük əhəmiyyəti var. Aralıq dənizi iqliminə malik olan Kaliforniyada qreypfrut, portağal, ərik, şaftalı, badam və digər subtropik bitkilərin böyük əkin sahələri yerləşir. Buradan ölkənin müxtəlif ştatlarına nəinki təzə meyvə, faraş tərəvəz, həm də meyvə konservləri, şirələri və s. daşınılır.

Şəkil.1.Pensilvaniyada tarla.



1.4.ABŞ-ın daxili suları.

Su ehtiyatı ölkə ərazisində çox qeyri-bərabər paylanmışdır. Su ehtiyatında Missisipi( şəkil1), Kolumbiya, Kolorado çayları, bir-biri ilə birləşdirilərək dünyada ən böyük göl sistemi yaratmış Yuxarı-Miçiqan-Huron-Ontario-Eri(şəkil2) göllərinin və yeraltı suların çox böyük əhəmiyyəti vardır. Onlar ən çox - 45 % kənd təsərrüfatında və sənayedə istifadə olunurlar. Habelə nəqliyyatda, enerji alınmasında çox gərəklidirlər. Ölkə çaylarının illik hidroenerji potensialı 700 mlrd. kvt-saatdan artıq olmaqla onun hələlik 70 %-ə qədərindən istifadə olunur. Axırıncı on illiklərdə ölkədə yaranmış su problemlərini həll etmək məqsədi ilə Sahil kanalı çəkilmiş, Los-Anjeles şəhərinin su problemi həll edilmiş, Alabama ştatı ərazisindən axan Arkanzas və Tombiqbi çayları yenidən rekonstruksiya edilmiş və nəhayət, yeraltı sulardan daha geniş istifadə etmək məqsədi ilə yeni-yeni mənbələr və üsullar axtarılır. Çoxlu sayda (54) milli parklar və qoruqlar hər il turistlərin diqqətini daha çox özünə cəlb edir. Belə milli parklardan dünyada tanınan Yellouston (Vayominqo ştatmda) və Kaliforniyada yerləşən Yosemitini göstərə bilərik. Əhəmiyyətli sərvətlərdən biri də balıq və digər dəniz heyvanları sayılır. Bu sahədə Şimal-Şərq sahilləri akvatoriyası, Meksika körfəzi və eləcə də Alyaskanın sahil zonaları daha zəngin hesab edilir.



Şəkil 1. Missipi çayı.



Şəkil.2.Ontario gölü.



Şəkil.3.Eri gölü.





Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə