Açar sözlər: adsorbentlər, adsorbsiya, karbon, məsamələr, karbontərkibli maddə, modifikasiya. Ключевые слова



Yüklə 0,93 Mb.
səhifə1/5
tarix27.05.2022
ölçüsü0,93 Mb.
#116322
  1   2   3   4   5
karbon adsorbent


KARBON ADSORBENTLƏRİNİN XÜSUSİYƏTLƏRİNİN TƏDQİQİ.
polkovnik-leytenant Ramil Axundov
Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktu
mr.axundov@mail.ru
Açar sözlər: adsorbentlər, adsorbsiya, karbon, məsamələr, karbontərkibli maddə, modifikasiya.
Ключевые слова: адсорбенты, адсорбция, углерод, поры, углеродсодержащee вещество, модифицирование.
Key words: adsorbent, adsorption, carbon, porous, carboneus substance, modification
Xülasə: Məqalədə adsorbsiya anlayışı və onun inkişaf tarixi qısa şəkildə nəzərdən keçirilir. Əsas adsorbentlərin xarakteristikası və onların tətbiq sahələri ümumiləşdirilmiş, onların əsas tətbiq sahələrinə dair nümunələr göstərilmiş, istifadəsindəki məhdudiyyətlər qeyd edilmişdir. Həmçinin karbontərkibli adsorbentlərin istifadə sahələrinin genişləndirilməsinə səbəb olacaq fiziki-kimyəvi tərkibinin yaxşılaşdırılması məqsədilə modifikasiyasının vacibliyi də nəzərdən keşirilmişdir. Xammalın maya dəyərinin aşağı salınması məqsədilə müxtəlif qeyri-ənənəvi materialların istifadəsinin mümkünlüyü də göstərilmişdir. Adsobentlərin tətbiqinin ekoloji aspekləri, eləcə də yeni nəsil nanotexnologiyalar vasitəsilə adsorbentlərin yüksək texnoloji vasitələrlə istehsalı da qeyd edilmişdir.
Giriş
Adsorbsiya prosessi çoxdan məlumdur. Birinci adsorbent kimi qum və torpaq məlum idi ki, onlar da suyun təmizlənməsində istifadə olunurdu. Adsorbsiya prosesslərinin tətbiqi və təkmilləşdirilməsində K.Şellenin və T.Y.Lovisin böyük rolu olub (5). Belə ki, onlar XVIII əsrdə yeniközərdilmiş ağac kömüründə onun öz çəkisindəm bir neçə dəfə böyük həcmli qazları udma qabiliyyətinin olması xüsusiyyətini aşkar etmişlər. Həmçinin T.Y.Lovis ağac kömürünün çirkli suyu təmizlədiyini də qeyd etmişdir (5). Hal hazırda suları təmizləmək üçün əsas ilkin filtrlərdə karbonlu materiallar istifadə edilir. Birinci Dünya müharibəsi zamanı N.D.Zelinski ilk dəfə olaraq kömürlü əleyhqaz icad etdi (6). Hal hazırda qazların adsorbsiya edilməsi sənayenin müxtəlif sahələrində qazların təmizlənməsi və qurudulmasında, məhlulların təmizlənməsi və duruldulmasında, buxar-qaz qarışıqlarıın ayrılmasında, bəzi qiymətli buxarlanan həlləedicilərin onların qazlarla olan birləşmələrindən ayrılmasında geniş tətbiq olunur. Adsorbsiya prosesi həmçinin yeyinti, farmakoloji, hərbi və başqa sənaye sahələrində də istifadə olunur.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin