Ad: Nigar Soyad:Əliyeva Qrup: azd2101b fakültə: Filologiya İxtisas



Yüklə 133,6 Kb.
səhifə1/3
tarix23.05.2022
ölçüsü133,6 Kb.
#116126
növüYazı
  1   2   3
Fonetik transkripsiya;transkripsiya işarələri,Fonetikanın əhəmiyyəti kopyası


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ





Ad:Nigar
Soyad:Əliyeva
Qrup:AZD2101B
Fakültə:Filologiya
İxtisas:Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Fənn:Müasir Azərbaycan Dili
Mövzu:Fonetik transkripsiya;transkripsiya işarələri,Fonetikanın əhəmiyyəti Müəllim:Osman Əhmədzadə

Bakı 2022


Yazı sistemi səslənən nitqi dəqiq çatdırmır: eyni səs çox vaxt müxtəlif hərflərlə yazılır və müxtəlif səslər eyni hərflə işarələnə bilər. Bəli, sözlə palıd və şorba sonuncu samit eynidir - [p] və müxtəlif hərflər yazılır - b və p. Sözdə Ziyafət birinci samit səs yumşaq [p "] və sözündəki kimi p hərfi də yazılır şövq, əvvəlində bərk səs [n] olur. Səslənən nitqi daha dəqiq qeyd etmək üçün dil elmi fonetik transkripsiya deyilən prinsipləri işləyib hazırlamışdır.
Fonetik transkripsiya hərflərdən və xüsusi konvensiyalardan istifadə edərək səslənən nitqin - sözlərin və ya bütün ifadələrin qeyd sistemi adlanır.
Orfoqrafik qaydaya görə müəyyən sözlərdə eyni hərf bəzən müxtəlif səslər kimi, bəzən də eyni səsin müxtəlif variantı kimi tələffüz olunur. Məsələn, hoqqa, toqqa sözlərində yanaşı yazılın qq hərflərindən birincisi karlaşmış halda (ka kimi), ikincisi isə cingiltili - dilarxası samit kimi tələffüz olunur. Yaxud kolxoz, kino, katib, çiçək sözlərində k hərfi üç səsin işarəsi halında tələffüz olunur; kolxoz sözündə k hərfi dilarxası - kar samit (ka) kimi, kino, katib sözlərində k hərfi dilortası - partlayan kar (ke) samit kimi, çiçək sözünün sonundakı k hərfi isə dilortası - novlu kar samit kimi tələffüz olunur.
Eləcə də sovet, kolxoz sözlərində ilk hecanın tərkibindəki o hərfi a kimi, alim, aciz sözlərinin əvvəlindəki a hərfi uzun a halında, alma, ağac sözlərindəki a hərfi isə adi orta kəmiyyətli a saiti halında tələffüz olunur və s.
Belə misalların sayını artırmaq mümkündür, lakin elə bu nümunələrdən də aydın olur ki, hərflər hər zaman səslərlə eyniyyət təşkil etmir. Buna görə də dildəki səsləri tələffüz olunduğu kimi dəqiq surətdə öz məxrəcinə uyğun halda yazmaq üçün həmin dilin yazı vasitəsini təşkil edən əlifbadakı hərflərdən əlavə, başqa yazılarda istifadə olunan əlifbalardakı hərflərdən də, hətta hərflərin sağında, solunda, üstündə, altında qoyulan bir sıra şərti işarələrdən də istifadə etmək lazım gəlir.
Beləliklə, əlavə hərflərdən və bir sıra şərti işarələrdən istifadə etməklə, xüsusən şifahi dildə olan səsləri daha dəqiq halda yazıya köçürmək mümkün olur. Dildəki səsləri və səs variantlarını dəqiq surətdə yazıya köçürmək üçün istifadə edilən xüsusi hərflər və işarələr sistemi ümumiləşmiş halda fonetik transkripsiya (lat. trans (köçürmə) və criptio (yazı) sözləri tərkibindən düzəldilmiş termin; sözləri yazıda deyilişinə daha uyğun əksetdirmə üsuludur) adlanır.
Fonetik transkripsıyadan müxtəlif məqsədlərlə aparılan tədqiqat işlərində istifadə olunur, xüsusən dillərin müqayisəli tədqiqində, dialektoloji tədqiqat işlərində, fonetikada, orfoepiya normalarının dəqiqləşdirilməsində fonetik transkripsiyadan daha çox istifadə edilir.
Nı Dilarxası n samitinin sağır n, səsinin hərfi işarəsidir: тапıa, sanıa
Kı Dilarxası kar samiti, q samitinin kar qarşılığım – ka samitini bildirən işarə: kıollekıtiv
Xı Dilortası – partlayan kar samitin işarəsi: çiçəxı, küləkı
a: ə: Sait səsi bildirən hərfdən sonra qoyulan qoşa nöqtə həmin saitin uzunluğunu bildirir: а:1әт, tə:rif
ı. i. Sait səsi bildirən hərfdən sonra qoyulan tək nöqtə həmin saitin qısa olduğunu bildirir: bacı.sı, əmisi
ḅ Ḍ Ṭ Ḳ Samit səsləri bildirən hərflərin altında qoyulan tək nöqtə həmin hərflə ifadə olunan
kar samitin cingiltilitililəşdiyini, cingiltili samitin isə karlaşdığını bildirir: ḳitaḅ, ḳeçiḍ, hətṭa, mütəkkə.
⁀ Yanaşı iki hərfin üstündə qoyulan bu işarə həmin hərflərlə ifadə olunan səslərin qovuşuq halda – diftonqvari tələffüz olunduğunu bildirir: to͡ux, qo͡urma.
~ Sait səsi bildirən hərfin üzərində qoyulan bu işarə həmin saitin burunda azacıq uzun tələffüz olunduğunu bildirir: atã, sã, ağlĩ.
ph Bəzi kar samitin nəfəsli tələffüzünü bildirmək üçün samiti bildirən hərfin üzərinə kiçik h hərfi qoyulur: phul, saph və s.
Səsin formalaşma mənbələri və əlamətləri:
Səsin akustik fiziki əlamətləri. Səs çox mürəkkəb və geniş bir anlayışdır. Səs dedikdə, təbiətdə mövcud hər cür səs fikrə gələ bilər. Əslində, biz nəyi eşidiriksə, onu da ümumiləşmiş halda səs adlandırırıq. Doğrudur, müasir fizika sübut etmişdir ki, təbiətdə insan qulağı eşitməyən səslər də vardır. Həmin səslər fizikanın “akustika” bəhsində öyrənilir. Buradan belə bir nəticə çıxır ki, eşitmə üzvü ilə – qulaqla dərk olunan hər şey səsdir.
Lakin bütün bunlarla bərabər, belə bir cəhəti qeyd etməliyik ki, səsin varlığı bizim qulağımızdan asılı deyil və biz eşitməsək də, təbiətdə səs mövcuddur. Səsin törəmə mənbəyi və səbəbi başqadır, yayılma mühiti də müxtəlifdir. Buna görə bizim qulağımız da bir cür səs deyil, çox müxtəlif növ səs eşidir.
Bunu necə başa düşməli və necə izah etməli? Bu suallara cavab vermək üçün fizikanın səs (akustika) bəhsinə müraciət edək.
Cisimlər bu və ya digər qüvvənin təsiri nəticəsində rəqsə gəlir. Bu, rəqsli hərəkət adlanır. Rəqslənmə isə həmin cismin mühitini, yəni havanın və ya başqa qazın hissəciklərini rəqsə gətirir, lakin təd­ricən zəifləşir və nəhayət yox olur. Buna görə də hava və ya başqa qaz mühiti olmayan yerdə nə rəqslənmə əmələ gələ bilər, nə də yayıla bilər; halbuki hava eyni zamanda müxtəlif rəqslənməni çox müxtəlif istiqamətə keçirib yaya bilər.
İnsanda və heyvanların çoxunda hava rəqslənməsini son dərəcə həssaslıqla duyan xüsusi bir üzv – cihaz mövcuddur ki, bu üzv qulaq adlanır. Əşyanın rəqsi – bərəkəti nəticəsində hava hissəciklərində əmələ gələn rəqslənmə istiqamətində olan hava dalğaları qulağa çatacaq xüsusi bir təəssürat yaradır ki, buna biz səs deyirik. Səs, bu və ya digər mühitdə (adətən, havada) yayılıb eşitmə üzv ilə qəbul olunan və beyində müəyyən təəssürat yaradan rəqslənmədir. İnsan səsləri qulağı ilə eşidir.
Qulaq üç əsas hissədən ibarətdir: çöl, orta və iç hissə.
Səs dalğaları əvvəlcə qulağın çöl hissəsinə – çöl qulağa, yəni qulaq seyvanına gəlir və buradan çöl qulaqla orta qulaq arasında olan qulaq pərdəsinə çatır. Bu zaman qulaq pərdəsi ona toxunan dalğaların təsiri ilə həmin dalğaların rəqslənmə tezliyinə bərabər tezlikdə (rəqslənmənin bir saniyədəki sayı) rəqslənir. Qulaq pərdəsinin rəqslənməsi ling kimi işləyən oynaq sümük­lər sistemi, yəni çəkic, zindan, üzəngi tipli sümüklər sistemi vasitəsi ilə qulağın daxili hissəsinin boşluğunu örtən uzunsov pəncərəyə verilir. Qulaq yolunun mexaniki qıcıqlanmaya qarşı çox həssas olan sinir ucları yerləşən hissəsi endoloimf deyilən maye ilə dolu­dur. İçəridə əsas membran adlanan hissə vardır. Bu membran hər biri müəyyən tona köklənmiş bir neçə min (4500-ə qədər) müxtə­lif uzunluqda liflərdən ibarətdir.
İç qulağa gələn səs dalğaları onun tezliyinə köklənməli olan liflərini rəqsə gətirir. Beləliklə, müəyyən liflər rəqsə gəlir və onlara uyğun olan əsəb ucları qıcıqlanır, bu əsəblər isə qıcıqlanmanı beyinə apanr. Mürəkkəb səs təsir etdikdə bir sıra əsəb ucları qıcıqlanır və bunun nəticəsində də insan mürəkkkəb səsin, məsələn, musiqi akkordunun ayrı-ayrı tonlarını dərk edə bilir.
Səs dalğalarının yayılma istiqamətlərinin dəqiq təyin edilməsində insan qulağının cüt olmasının da çox böyük əhəmiyyəti vardır. Səs dalğalarının istiqamətini təyin etməyi bacarmaq hissi isə beyin mərkəzlərinin qulaqlara çatan rəqslənmələrdəki kəmiyyət fərqini hesaba ala bilmək qabiliyyəti sayəsində əmələ gəlir.
Hər iki qulağı bərabər eşidən şəxsin, adətən, səs mənbəyinə üzünü düz tuta bilməsi və bir qulağı bir az ağır eşidən və ya kar olan şəxsin isə səs gələn tərəfə üzünü düz istiqamətləndirə bilməməsi də qulağın cüt olmasının əhəmiyyətini göstərən bir faktdır.
İnsanın eşitmə üzvü səsləri bir-birindən asanlıqla fərqləndirir, səsin zil – uca, pəst – alçaq, gur – zəif olduğunu, yaxud rəngarəng növ­lərini ayırd edə bilir. Hətta, insan eyni dərəcədə ucalıqda, gurluqda danışan iki tanış adamın səsini və ya eyni dərəcədə zillikdə və pəstlikdə çalman zurnanın, kamançanın, klarnetin və başqa musiqi alət­lərinin səsini məhz tembrinə, səsin boyasına görə fərqləndirə bilir. Eyni əsasda dildəki a səsi o səsindən, i səsi ü səsindən ayırd edilir.
Yuxanda aydınlaşdırdıq ki, səs – rəqslənmədir. Akustikada rəqslənmənin, yaxud səs dalğalarının forma və xarakterinə görə fərqlə­nən səsin başlıca üç növündən danışılır, zərbələr, gurultular və tonlar.
Zərbələr atəş açılışından, partlayışdan, elektrik qığılcımından, hər hansı bir ağır cismin zərbəsindən çıxan səslərdir. Belə səslərə uyğun gələn zərbə rəqslənməsi təkcə bir dalğadan ibarət olur.
Küy yaxud gurultulu rəqslənmə qeyri-ahəngdar (qeyri-bərabər, qeyri-periodik) olanda, yəni reqslənmənin zaman vahidi – miqdarı dəyişkən olduqda yaranan səsə deyilir. Məsələn, ağac sınanda əmələ gələn çartıltı və s.İnsanın danışıq üzvlərindən dodaqların, dilin, dilçəyin rəqslənməsində də küy ola bilər. Ağız boşluğunda və ya qırtlaqda da belə küy yarana bilir.
Ton, yaxud musiqi səsi (avaz) rəqslənmə ahəngdar (bərabər, periodik) olanda, yəni rəqslənmənin zaman vahidi miqdarı sabit qaldıqda yaranan səsə deyilir. Məsələn, musiqi alətlərinin, müğən­nilərin səsi belə səslərdəndir.
Nitq prosesində səs tellərinin rəqslənməsi və bununla ağız və burun boşluğundakı havanın rəqslənməsi də belə ahəngdar rəqslənmədir.Ümumiyyətlə, tonda az da olsa küy ünsürü, küydə də azacıq ton ünsürü mövcuddur. Buna görə də saf tona və ya saf küyə nadir hallarda təsadüf edilir.
Səsin bir sıra keyfiyyət xüsusiyyətləri küyə nisbətən tonda daha parlaq surətdə özünü göstərir və məhz buna görə də səsin gücü (şiddəti) ucalığı, uzunluğu və tembri kimi çox mühüm keyfiyyətləri də, əsasən, tonlar üzərində daha asan müşahidə və tədqiq oluna bilər.
Səsin ucalığı rəqslənmənin tezliyindən asılıdır, yəni bir sani­yədə rəqslənmə miqdarı çox olarsa, səsin ucalığı çoxalar və səs də ucalar. Əksinə, bir saniyədə rəqslənmə miqdarı azalarsa, səsin ucalığı azalar və səs də alçalar.
İnsan qulağı ən alçaq səs olaraq saniyədə rəqslənmə miqdar 16 və ən uca səs olaraq saniyədə rəqslənmə miqdarı 20000 olan səsi eşidə bilir.
Səsin gücü rəqslənmənin amplitudundan (lat. genişlik) (bir ucundan o biri ucuna genişlənmə sahəsindən), yəni səs dalğasının qalxıb düşmə nöqtələri arasındakı məsafədən asılıdır. Rəqslənmə amplitudu böyük olduqda, səs də güclü, rəqslənmə amplitudu kiçik olduqda, səs də zəif olur.
Səsin uzunluğu rəqslənmənin kəsilərək və ya uzadılaraq davametmə müddəti ilə ölçülür. Adətən, nitq səslərinin, xüsusən sait səslərin davamlılıq dərəcə­sinə görə növləri məhz səsin uzunluğu əsasında müəyyənləşdirilir.
Səsin tembri (zəng kilsəsi; frans. zəng vuran) səsin xüsusi keyfiyyəti və məxsusi boyalan demək­dir. Bərabər ucalıqda və gurluqda olan səslər tembrinə görə bir-birindən fərqlənə bilir. Tembrə görə eyni not üzrə oxumaq da, müx­təlif musiqi alətlərində çalmaq da, müxtəlif şəxslərin səslərini fərqləndirmək də olur. Buna görə, tembr səsin fərdiləşmə əlaməti kimi qiymətləndirilir.
Səs rezonansı (frans. əks-səda; səsə səs vermə) və rezonatoru, əslindəz. əks-səda adlandırdığımız hadisədir, yəni bir cismin reqslənməsinə cavab olaraq digər cismin rəqslənməsi səs rezonansıdır.
Rezonans, adətən, qapalı hava mühitində baş verir. Bu cəhətdən ağız və burun boşluğu nitq səsləri üçün rezonans mühiti vasitəsi, yəni rezonator ola bilər. Bir qayda olaraq, ağız boşluğunda müxtəlif rezonans şəraiti yaranmaqla, səs dalğalarından müxtəlif saitlər formalaşır.
Əsas ton – mürəkkəb musiqi səsindəki ən aşağı tona deyilir. Oberton böyük tezliklərə malik olan qalan sadə tonlarla deyilir ki, bu da yüksək ahəngdar tonlar deməkdir. Əsas tona nə qədər oberton qarışarsa, səsin tembri də bir o qədər dolğun və zəngin olar.
Bəzən əsas ton olmadan da rezonatorda ton yaranır ki, belə ton şərti olaraq rezonator tonu adlanır. Adətən, rezonator tonu hər hansı bir hərəkətə gətirici qüvvə ilə (üfürməklə, tənəffüslə) rezonatorda olan havanın rəqslənməsindən yaranır.
Yeni alətlər vasitəsi ilə səslərin üzərində aparılan tədqiqat nəti­cəsində aydın olmuşdur ki, rezonans hava dalğası keçən rezonatorların (ağız boşluğunun) hər yerində birdən baş vermir və eləcə də ağız boşluğunun ön və arxa hissəsində ayrı-ayrı rezonans olur. Eyni zamanda rezonatorun uzadılması, qısaldılması da tonun kökünü dəyişdirir.
Rezonans sahəsi (ön, arxa) və rezonans nəticəsi (alçaq, yüksək tonlar) formant adlanır. Beləliklə, akustika baxımından səslərin ümumi xarakterini nitq səslərinə tətbiq etdikdə başlıca olaraq aşağıdakı ümumi nəticələr əldə edilir:
1. Nitq səslərinin coxu küylüdür və saf ton deyildir.
2. Səsin gücü – şiddəti səs tellərində havanın (nəfəsvermə zamanı) sıxılma gücündən asılı olur (vurğulu və vurğusuz saitlərdə olduğu kimi).
3. Səsin ucalığı səs tellərinin uzunluğundan və gərginliyindən asılı olur.
4. Saitlərin davamlılığı çox, samitlərin davamlılığı az olur.
5.Səsin boyası, tembri ağız, burun boşluqlannın həcmindən və formasından asılı olur.
Buradan isə nitq hissələrinin akustik xarakteri ilə nitq səslərinin fizioloji şəraiti arasında sıx bağlılıq olduğu aydınlaşır. Bu isə o deməkdir ki, rezonans üçün rezonator lazımdır.

Yüklə 133,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin