Adpu-nun biologiya fakültəsinin 301-ci qrup tələbəsi Maksudova



Yüklə 48,86 Kb.
səhifə1/2
tarix10.01.2022
ölçüsü48,86 Kb.
#110606
  1   2

ADPU-nun biologiya fakültəsinin

301-ci qrup tələbəsi Maksudova

Rəhilənin İnsan Anatomiyası

fənnindən yoxlama işi.

İxtisas: biologiya

Plan.

1.Giriş.


2.Limfa sistemi haqqında ümumi məlumat.

3.Limfa sisteminin vəzifələri.

4.Limfa sisteminin xüsusi hissəsi.

5.Ədəbiyyat siyahısı.

Giriş.

Limfa sistemi damar sisteminin bir hissəsini təşkil edərək limfa sahələrindən, limfa adlanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qan yaradıcı üzvlərdən ibarətdir. Limfa kapillyarları vasitəsilə hüceyrəarası sahələrdəki limfa mayesi venoz sistemə aparılır. Hüceyrəarası sahələrdə toplanan toxuma mayesi adsorbsiya vasitəsilə əvvəlcə limfa kapillyarlarına və sonra limfa damarlarına keçir və bunların birləşməsindən əmələ gələn limfa axacaqları vasitəsilə venoz sistemə açılır. Limfa sahələri müxtəlif olub ölçüləri oarda olan limfanın miqdarından asılıdır.



Limfa düyünlərinin miqdarı və ölçüləri olduqca müxtəlifdir, ən kiçiyi buğda boyda ən böyüyü paxla və ya badam boyda olur.Bəzi potoloji proseslər nəticəsində həcmi daha da artıb, konsistensiyası dəyişir.

Limfa sisteminin vəzifələri bundan ibarətdir: 1.hüceyrəarası sahələrdə toxuma mayesini venoz sistemə daşımaq; 2.nazik bağırsağın divarlarından sorulan yağları qan damar sisteminə daşımaq; 3. limfa düyünləri süzgəc vəzifəsi görərək limfada axan zərərli maddələri özlərində saxlamaq; 4.limfa düyünlərində yeni leykositlər və limfositlər əmələ gətirmək; 5. yeni leykositlərin fəaliyyəti ilə limfa sisteminə daxil olan mikroblər ilə- infeksiya amillərilə mübarizə etmək.

Limfa sisteminin patalogiyada da böyük əhəmiyyəti vardır, çünki bəzi xəstəliklər limfa sistemi vasitəsilə bədənə yayılır. Buna görə insanı xərcəg xəstəliyindən əməliyyat etdikdə həmin nahiyyədə olan limfa düyünləri də çıxarılmalıdır ki, limfa xərçəng hüceyrələrini başqa orqanlara daşımasın.

Limfa sistemi haqqında ümumi məlumat.

Limfa sistemi-systema lymphaticum damar sisteminin bir hissəsini təşkil edərək limfa sahələrindən, limfa adalanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qan yaradıcı üzvlərdən ibarətdir. Bunun mühüm ucu qapalı olub, hüceyrəarası sahələrində limfa kapillyarları vasitəsilə başlayır və mərkəzi ucu azad bir surətdə venoz sistemə açılır; beləliklə, limfa sistemi ilə qan dammar sisteminin fərqi bundadır ki, axırıncı dövran təşkil etdiyi halda, limfa sistemi mühitdə qapalı olur, mərkəzi ucu isə venoz sistemə açılır. Hüceyrərarsı sahələrində toplanan toxuma mayesi adsorbsiya vasitəsilə əvvəlcə limfa kapilliyarlarına və sonar limfa damarlarına keçir və bunların birləşməsindən əmələ gələn limfa axacaqları vasitəsilə venoz sistemə daşınır, beləliklə, limfa sistemi venoz sistemin köməkçi aparatı hesab olunub, bir tərəfdən quruluşu və limfanın cərəyanı cəhətcə ona artıq dərəcədə oxşayır və digər tərəfdən xüsusi limfa düyünlərinin ( nodi lymphatici) olması ilə venoz sistemdən fərqlənir. Limfa damarları yol uzunu düyünlər vasitəsilə qırılırlar; onların daşıdığı limfa həmin düyünlərdən keçir.

Limfa sahələri.

Limfa sahələri müxtəlif olub, ölçüləri orada olan limfanın miqdarından asılıdır. Onlarda toplanan limfa adsorbsiya üsulu ilə limfa kapillyarlarına keçir.

Limfa sahələri bunlardır:

1.Böyük limfa sahələri; bu növ sahələrə seroz kisələr, beyin mədəcikləri, onurğa beynin mərkəzi kanalı,göz kameraları və qulaq labirintinin xarci və daxili limfa sahələri aiddirlər. Bunlardan seroz kisələr mezotel ilə, beyin mədəcikləri və mərkəzi kanal ependim ilə və yerdə qalanları müxtəlif növ epitel ilə örtülü olurlar.

2.Kiçik limfa sahələri- yarıq şəklində olub daxildən endotel ilə örtülü olurlar. Bu növ sahələrə beyin sərt qişaüstü, sərt qişaarası, sərt qişaaltı, hörümçək torunabənzər qişaaltı, yumşaq qişaarası və beyinüstü boşluqlar( cavum epidurale, interdurale, subdurale, subarachnoidale, interpiale et epicerebrale) aiddirlər.

3.Adventisial, ya perivaskulyar (damarətrafı) limfa sahələri yataq şəklində olub bəzi qan damarlarını, məsələn aortanı və beyin damarlarını xaricdən əhatə edirlər.

4.Limfa cibləri- kolba şəklində kor limfa damarı çıxıntılarına deyilir; bunlar artıq miqdarda nazik bağırsaq xovlarında, mədənin, yoğun bağırsağın və uşaqlığın selikli qişasında təsadüf olunur, özləri də endotel ilə örtülü olur.

5.Perinevral limfa sahələri- sinir kötüklərini əhatə edirlər.

6.Sinovi boşluqlar-misal, oynaq boşluqları, vətərlərin sinovial yataqları və selikli kisəciklər.

Limfa yolları.

Limfa yollarına limfa kapillyarları, limfa damarları və limfa axacaqları aiddir.

1.Limfa kapillyarları qan damar kapillyarları kimi, endotel təbəqədən təşkil olunmuşlar,ancaq bunların fərqi bundadır ki,diametrləri geniş, divarları nazik və endotel hüceyrələri böyük olur.Limfa kapillyarları bir neçə vəzifə daşıyır; 1) toxumalardan qan kapillyarlarına sorulmamış zülali maddələrin kolloid məhlulunu sormaq-rezorbsiya etmək 2) toxumalardan, venaların əlavə bir drenajı kimi, suyu və onda ərimiş kristalloidləri sormaq və 3) patoloji şəraitdə toxumalardan yabancı cisimləri və bakteriyaları rədd etmək.

2.Limfa damarları- vasa iympatica silndr şəklində olub divarları qan damarları kimi 3 qişadan təşkil olunmuşdur: daxili qişa-tunica intima, orta qişa (əzələ qişası)- tunica media və xarici qişa-(adventisya qişası)- tunica externa. Daxili qişa endotel hüceyrələrdən və boylama nazik elastiki liflərdən ibarətdir; orta qişa köndələn istiqamətdə düzülmüş saya əzələ liflərindən və az miqdarda elastik liflərdən və xarici qişa boylama birləşdirici toxuma liflərindən, elastik liflərdən və boylama saya əzələ liflərindən ibarətdir. Venalardaki kimi limfa damarlarının intima qişasında qapaqcıqlar vardır, bunların hər biri cüt aypara şəklində olub vena qapaqciqlarindan nazik və bir-birinə yaxın olur. Ayparalar bir-birinin qarşısında yerləşərək xaricdən bir genişlik əmələ gətirirlər;ona görə limfa damarları təsbeh şəklinin alır.

Nazik bağırsağın divarlarında olan limfa damarları bağırsaqlarda həzm olunmuş yağları (xilusu) daşıdıqları üçün süd rəngini alırlar, ona görə də xilus aparan damar da süd damarı (vasa chylifera s. lactea) adını daşıyırlar. Bu damarlarda axan mayenin başqa limfa damarlarindaki limfalardan fərqi tərkibində olan yağların çoxluğundadır. Bağırsaqlarda həzm prosesi getməyən zaman, həmən damarlarda xilus əvəzinə, başqa limfa damarlarındakı kimi limfa axır.

Limfa kapillyarları demək olar ki, bütün üzvlərdə vardır,yalnız mərkəzi sinir sistemində, dərinin epitel qatında, selikli qişalarda, qığırdaq toxumasında, billurda, buynuz qişada dalaq özəyində və ciftdə hələ tapılmamışdır.

Böyük limfa damarlarının və limfa axacaqlarının divarlarında qidalandırıcı qan damarları vardır.Limfa damarları həm hissi həm də hərəki sinir lifləri ilə təhciz olunurlar.

3.Limfa axacaqları limfa damarlarının birləşməsindən əmələ gəlir, bunların vasitəsilə limfa venoz sistemə daşınır. Axacaqların divarlarının quruluşu qan damar divarları kimidir. Limfa kapillyarları və damarları müxtəlif nahiyyələrdə və ya üzvlərin xarici səthində və daxilində anastomozlaşaraq limfa torları və limfa kələfləri əmələ gətirirlər. Limfa toplarının quruluşu üzvün quruluşundan və vəzifəsindən, yerləşdiyi birləşdirici toxumanın xarakterindən asılıdır.Toru təşkil edən ilgəklərin istiqaməti birləşdirici toxuma dəstələrinin ,əzələ liflərinin və üzvləri təşkil edən quruluş elementlərinin istiqamətinə müvafiqdir. Qan damar torundan fərqi bundadır ki, ilgəkləri geniş olur və nisbətən dərində yerləşirlər.

Başın gövdə divarlarının və ətraflrın limfa damarları topoqrafiya cəhətcə iki qrupa bölünürlər-səthi-vasa lymphatica superficialia və dərin limfa damarları- vasa lymphatica profunda. Səthi limfa damarları dəridə, dərialtı piy qatında və səthi fassiyalarda olurlar.Dərin limfa damarları sümüklərdən, oynaqlardan əzələ və sinirlərdən, xüsusi və dərin fassiyalardan limfanı yığırlar və səthi damarlar ilə rabitədə olurlar.Sümüküstlüyündə iki növ kapillyar tor olur: səthi və dərin. Bu torlardan limfa səthi və dərin limfa damarlarına axır.

Oynaq kapsulunda 3 növ limfa toru ələlə gəlir:sinovial zardaxili- intrasinovial, sinovial zaraltı-subsinovial(tilmans) və kapsul xarici perikapsulyar. Bu torlardan başlanan limfa damarları qıvrım olurlar, özləri də oynağı qidalandıran qan damarı boyu bükücü səthlərdə gedərək dərin limfa damarlarına ya regionar düyünlərə açılırlar.

Əzələlər daxili perimis içərisində əzələ dəstələri arasında yerləşmiş limfa kapillyar toruna malikdirlər. Limfa kapillyarlarının gedişi əzələ dəstələrinin istiqamətinə müvafiqdir. Əzələlərdən çıxan aparıcı limfa damarları venaları müşayət edərək, dərin limfa damarlarına və ya regionar düyünlərə açılırlar.

Vətərlərdə limfa damarları onların daxilində və xarici səthlərində yerləşirlər və limfanı yaxında olan dərin limfa damarlarına daşıyırlar. Vətərin sinovial yatağının divarlarında limfa damarları tor təşkil edir; buradan çıxan aparıcı damarlar yatağı qidalandıran arteriyalar boyu ya yaxın dərin limfa damarlarına, ya səthi limfa damarlarına açılırlar.

Fassiyalar iki limfa kapilyar toruna malikdirlər: daxili tor fassiyanı təşkil edən birləşdirici toxuma dəstələri arasında və xarici tor fassiyanın xarici gövçək qatlarında. Bu torlardan çıxan aparıcı damarlar dərialtı venalara və dərin qan damarlarını müşayət edərək səthi və dərin limfa düyünlərinə açılırlar.

Qan yaradıcı üzvlər.

Qan yaradıcı ya limfoid üzvlər şəkilcə müxtəlif, lakin quruluş və vəzifəcə bir-birinə artıq dərəcədə bənzəyərək, qan damar və limfa sistemində təsadüf olunurlar.bunlar limfoid və ya retikulyar toxumadan təşkil olaraq, bir neçə qrupa bölünürlər:


  1. Tək-tək limfa follikulları- folliculi lymphatici solitarii

  2. Aqreqat limfa follikulları-Folliculi lymphatici aggregati

  3. Dil,damaq, udlaq və boru badamcıqları- tonsillae lingualis,palatinae, pharyhgeae et tubaria

  4. Sümük iliyi- medulla ossium

  5. Limfa düyünləri- nodi lymphatici

  6. Hemolimfatik düyünlər-nodi hemolymphatici

  7. Dalaq – lien.

Bunlardan başqa quruluş cəhətcə timus vəzisini də limfa sisteminə aid etmək olardı, çünki o da limfoid toxumadan təşkil olunmuşdur, ancaq fizioloji cəhətcə timus daxili sekresiya vəzilərinə aid olduğu üçün, burada qeyd olunmamışdır.

Yuxarıda göstərilən tək-tək və aqreqat limfa follikulları və badamcıqlar həzm kanalı divarlarında təsadüf olunduğu üçün daxili üzvlər bəhsində qeyd olunmuşdur. Sümük iliyi hərçənd qan yaradıcı üzvlərdəndir, lakin topoqrafiya cəhətcə sümük sistemi ilə aəlqaədar olduğu üçün sümük bəhsində təsvir edilmişdir.

Nodi lymphatici s. lymphonodi-limfa düyünləri - girdə və ya oval şəkilində və açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən böyük qan damarlarının və daxili üzvlərin ətrafında və vücudda olan çuxurlarda yerləşirlər. Limfa düyünləri özlərinə uyğun düyünlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyyə və ya regionlar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar- vassa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyünlərinə çatarkən əvvəcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşdirirlər. Limfa həmən cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir: beləliklə, limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özlərində saxlayaraq vücudu bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyəti vardır; çünki, bunların vasitəsilə vücud bəzi xəstəliklərdən mühafizə edilməklə bərabər, daxillərində toplanan infeksia digər üzvlərə və ya nahiyyələrə yayıla bilər. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar- vasa efferentia vasitəsilə çıxarılaraq mərkəzə doğru daşınır. Beləliklə, gətirici damarlar ilə aparıcı damarların fərqi bundadır ki,birincilər düyünlərin çıxıq səthindən daxil olur, ikincilər isə onların basıq səthindən- qapısından xaric olur, bundan başqa aparıcı damarlar qan damarları ilə müşayət olunmaqları ilə gətirici damarlardan ayrılır.

Limfa düyünlərinin miqdarı və ölçüləri olduqca müxtəlifdir, ən kiçiyi buğda boyda və ən böyüyü paxla, ya badam boyda olur, bəzi pataloji proseslər nəticəsində həcmi daha da artıb, konsinsestiyası sətrləşir.

Limfa düyünü xaricdən kapsul ilə örtülür, bu kapsul sərt birləşdirici toxumdan və saya əzələ liflərindən təşkil olunaraq düyünün daxilinə doğru atmalar- trabeculae verir və beləliklə, onun əsasını(stromasını) əmələ gətirir. Kapsuldan daxilə atmaların arasında olan sahələrlimfoid və retikulyar toxuma ilə tutulmuşdur. Düyünü təşkil edən hissə iki hissəyə ayrılır, boz və ya qırmızı-sarımtıl qabıq (qabıq maddə) –cortex və qırmızı yumaq beyni maddə- substantia medullaris. Qabığı təşkil edən limfoid toxuma follikullar əmələ gətirir, beyin maddəni təşkil edən toxuma isə süngərə bənzəyir və qan damarları ilə zəngin olur. Qabıq maddə follikullarının mərkəzində leykositlər əmələ gəlir.həm qabıq həm də beyin maddə limfoid toxuma ilə atmalar arasında xüsusi sahələr,limfacibləri qalır; bunların hamısı bir-biri ilə rabitədə olub limfa düyünün daxilində ümümi limfa yolu əmələ gətririlər.Qabıq maddə hasil olan leykositlər follikullardan azad olaraq, həmən limfa ciblərinə daxil olurlar və sonra burada aparıcı limfa damarlarına keçirlər. Limfa cibləri xüsusi torcuq- reticulum vasitəsilə bölünmüşlər; bu torcuq bir tərəfdən qabıq maddə follikulları ilə və digər tərəfdən kapsul və atmalarla rəbitədə olub limfa yolları ilə axan limfanın cərəyanını zəifləşdirir və bunun ilə bərabər bütün atmaları kapsulu və limfoid toxumanı bir-biri ilə əlaqələndirir.Limfa düyününün daxilində olan bütün yollar(limfa cibləri) endotel ilə örtülü olur.

Limfa düyünlərinin gətirici damarları (vasa afferentica) kapsulu dəlib, qabıq maddənin limfa ciblərinə açılır, bura tökülən limfa qabıq maddənin limfa ciblərini dövran edərək əvvəlcə beyin maddənin eyni adlı ciblərinə və sonra limfa düyünlərinin aparıcı damarlarına keçir.Gətirici və aparıcı damarlar düyünü daxilində limfa yolları ilə rabitədə olurlar və entotel təbəqədən başqa bütün, təbəqələrini itirirlər. Limfa düynlərində limfa cisimcikləri ( leykositlər) əmələ gəldiyi üçün, aparıcı damarlardakı limfa nisbətən çox olur.

Bəzən (başlıca olaraq uşaq yaşlarında) adi limfa düyünlərindən başqa, qarın boşluğuna enən aortanın yan tərəfində,nadir hallarda boynun dərin limfa düyünlərinin arasında hemolimfatik düyünlərə- nodi hemolymphatici təsadüf edilir. Bunlar bəzi müəlliflər tərəfindən quruluşca dalaq ilə müqayisə edilir; digər qrup müəlliflər isə həmən düyünləri dəyişmiş adi limfa düyünlərindən hesab edib, ancaq qan damarlarının çox olması ilə onlardan ayırd edirlər.Hemolimfatik düyünlərin rəngi tünd qırmızı və kapsulun altında olan limfa cibləri olduqca geniş olur. Limfa ciblərində leykositlərdən və limfositlərdən başqa artıq miqdarda qırmızı qan cisimcikləri təsadüf olunur, çünki düyünə daxil olaraq bilavasitə limfa ciblərinə açılır. Hemolimfatik düyünlərdə toplanan limfa və qan venalar vasitəsilə geriyə daşınır.hemolimfatik düyünlərin əhəmiyyəti bundadır ki, orada qırmızı qan cisimcikləri pozulub faqositlər vasitəsilə udulur və nəticədə eozinsevən leykositlər əmələ gəlir. Dalaq çıxarılarkən bu düyünlərin miqdarı çoxalır.

Arteriyalar limfa düyünlərinə həm onun xarici səthindən və həm də qapısından daxil olurlar. Xarici səthindən daxil olan arteriyalar kapsulu dələrək,atmalarda şaxələnirlər; qapıdan daxil olan arteriyalar isə beyin və qabıq maddədə şaxələnərək onları qidalandırırlar.Limfa düyünlərində kapilyarlardan əmələ gələn venalar düyünlərin qapılarından xaric olur.Limfa düyünləri hissi və hərəki sinir liflərilə təchiz olunurlar; bu liflər düyünlərə uyğun nahiyyələrdəki kələflərdən ya sinir kötüklərindən başlayırlar.

Limfa-Lympha

Limfa sistemində dövran edən limfa qələvi reaksiyaları, şəffaf, rəngsiz və ya zəif sarımtıl və yapışqanabənzər maye toxumadır, limfa elementlərindən və plazamadan ibarətdir; xüsusi çəkisi 1017-dir və ümumi vəzni bədən vəzninin1/4-nə bərabərdir. Limfa elementlərinə limfositlər, leykositlər və bir az miqdarda eritoblastlar aiddir. Plazmanın tərkibində isə su, duzlar, zülali maddələr, letsin, yağlar, sidik cövhəri, ekstratlı maddələr və karbon qazı vardır.

Nazik bağırsaqların divarlarında və müsariqəsində olan limfa damarlarında həzm zamanı xilus-chylus dövran edir.Limfanın və xilusun damarlarda dövranı venoz qanın dövranını təmin edən qüvvələrədən (döş qəfəsindəki mənfi təzyiqdən, əzələlərin yığılmasından və limfanın geriyə axmasına qapaqların müqavimət göstərməsindən) asılıdır.


Yüklə 48,86 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin