Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 4,71 Mb.
səhifə5/31
tarix21.10.2017
ölçüsü4,71 Mb.
#7194
1   2   3   4   5   6   7   8   9   ...   31

SUALLAR


1.İnsani mə’rifətin növlərini və onların hər birinin həddini bəyan edin.

2.Neçə növ dünyagörüş təsəvvür olunur?

3.Dünyagörüşün əsaslı məsələlərini hansı yolla isbat etmək olar?

4.Elmi dünyagörüşü tənqid edib araşdırın.

5.Dünyagörüş məsələlərinin bəyan olunması üçün təcrübi mə’rifətdən necə istifadə etmək olar?

6.Əqidə məsələlərini isbat edərkən hansı hallarda təəbbüdi mə’rifətdən faydalanmaq olar?

7.İrfani dünyagörüş nədir? Dünyagörüşün əsaslı məsələlərini irfani şühud əsasında həll etmək olarmı? Niyə?

BEŞİNCİ DƏRS

ALLAHI TANIMAQ

Müqəddimə

Hüzuri və hüsuli mə’rifət

Fitri mə’rifət


MÜQƏDDİMƏ


Qeyd olundu ki, dinin əsasını dünyanı yaradan Allahın varlığına e’tiqad təşkil edir, ilahi dünyagörüşlə maddi dünyagörüş arasında əsas fərq də məhz həmin e’tiqadın olması və ya olmamasıdır. Buna əsasən həqiqət axtaran şəxs üçün irəli çıxan və hər şeydən əvvəl düzgün cavab verilməsi lazım olan ilk məsələ “Allah vardır, ya yox?” sualıdır. Bu sualın cavabını tapmaq üçün, əvvəlki dərsdə bəyan olunduğu kimi, əql qüvvəsini işə salmaq lazımdır ki, qəti bir nəticə hasil olsun – istər mənfi nəticə olsun, istərsə də müsbət.

Nəticənin müsbət olduğu təqdirdə onun fər’i məsələlərini (Allahın sifətləri, vəhdət, ədalət və s.) araşdırmağın növbəsi gəlib çatır. Nəticənin mənfi olduğu fərz olunduqda maddi dünyagörüş sübuta yetir və artıq dinlə əlaqədar başqa məsələlərin araşdırılmasına ehtiyac qalmır.


HÜZURİ VƏ HÜSULİ MƏ’RİFƏT


Mütəal Allah barəsində iki növ mə’rifət mövcuddur: hüzuri və hüsuli mə’rifət.

Allah barəsində hüzuri rifətdedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur.

Aydındır ki, bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa, (belə ki, yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və dəlillərə ehtiyac olmayacaqdır. Amma əvvəldə qeyd olunduğu kimi, belə hüzuri və şühudi elm1 adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən, rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur. Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq, bu həmin şəxslərdə agahlıqla yanaşı olmur və buna görə də onlarda olan hüzuri elm agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir.

Hüsuli rifət dedikdə isə məqsəd budur ki, insan müəyyən məfhumlar vasitəsilə, məsələn, yaradan, ehtiyacsız, hər şeyi bilən, hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mə’nada olan zehni bir mə’rifət tapır və belə bir varlığın olması “O kəs ki, dünyanı yaradıb ...” e’tiqadına malik olur. Daha sonra hasil olan digər mə’rifətləri ona əlavə edir ki, mütənasib e’tiqadi bir sistemə (dünyagörüşə) nail olsun.

Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan mə’lumat, elə hüsuli mə’rifətdir, lakin belə bir mə’rifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mə’rifət tapmaq fikrinə düşür.


Fitri mə’rifət


Din rəhbərlərinin, ariflərin və hikmət sahiblərinin sözlərinin çoxunda aşağıdakı ifadələrlə rastlaşırıq: “Allahı tanımaq fitridir”, “İnsan fitri olaraq Allahı tanıyır”. Bu cümlələrin mə’nasını düzgün başa düşmək üçün fitrət kəlməsi barədə bir qədər izah verməyi lazım görürük.

Fitrət kəlməsi ərəb mənşəli söz olub “yaradılış növü” deməkdir. O işləri fitri (fitrətə məxsus olan) hesab etmək olar ki, hər hansı bir varlığın yaradılışı onları tələb etsin. Buna görə də onlar üçün üç xüsusiyyəti nəzərə almaq lazımdır:

1.Varlıqlardan hər bir növün fitri işləri həmin növün bütün fərdlərində mövcuddur, baxmayaraq ki, zəif və ya güclü olmaq baxımından fərqli ola bilər.

2.Fitri işlər bütün tarix boyu sabit olmuşdur. Hər hansı bir varlığın fitrətinin tarixin müəyyən dövründə xüsusi bir şeyi tələb etməsi, başqa dövrdə isə başqa bir şeyi tələb etməsi mümkün deyildir.1

3.Fitri işlər varlığın yaradılışının tələbi olduğundan onların öyrənib-öyrədilməyə ehtiyacı yoxdur, amma onlar gücləndirilib istiqamət verilməkdə yol göstərənə ehtiyaclı ola bilər.

İnsanın fitri işlərini iki qismə bölmək olar:

a) Fitri rifətlər: Belə ki, hər bir insan tə’limə ehtiyac olmadan onlardan bəhrələnir.

b) Fitri meyllər. Belə ki, bu hər bir fərdin yaradılışının tələbidir.

Deməli, əgər hər bir fərd üçün Allah barəsində sübut olunsa və öyrənib tə’lim görməyə ehtiyacı olmasa, onu fitri allahşünaslıq adlandırmaq olar. Əgər Allaha bir növ meyletmə və Ona pərəstişetmə hissi hər bir insanda tapılsa, onu fitri allahpərəstlik adlandırmaq olar.

İkinci dərsdə qeyd olundu ki, nəzər sahibləri və mütəxəssislərdən çoxu dinə və Allaha olan meyli insanın ruhi xüsusiyyətlərindən hesab edərək onu dini hiss, yaxud dini atifə adlandırmışlar. Bunu da əlavə edirik ki, Allah mə’rifəti də insan fitrətinin tələbi hesab edilmişdir. Amma Allaha pərəstiş fitrəti agahlıq üzündən olan meyl olmadığından Allahı tanımaq fitrəti də agahlıq üzündən olmayan mə’rifətdir. O mə’rifətdir ki, adi şəxsləri Mütəal Allahı tanımaq üçün əqli sə’ylərdən ehtiyacsız edir.

Lakin unutmaq olmaz ki, hər bir fərd, heç olmazsa, fitri-hüzuri mə’rifətin zəif mərtəbəsindən bəhrələndiyindən azacıq fikir və istidlalla Allahın varlığını qəbul edə bilər. Tədricən agahsızlıq üzündən olan şühudi mə’rifəti gücləndirərək onu agahlıq mərtəbəsinə çatdıra bilər.

Bir sözlə, “Allah barəsində mə’rifət kəsb etmək fitridir”, dedikdə mə’nası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.


Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin