Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrtafiya şöbəsi Aprel döyüşlərinin qəhrəmanları



Yüklə 120,48 Kb.
tarix31.05.2018
ölçüsü120,48 Kb.
#52190



Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrtafiya şöbəsi

Aprel döyüşlərinin qəhrəmanları

( Aprel döyüşləri haqqında məlumat )

Zərdab -2017

Aprel döyüşləri şanlı tariximizdir

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994- cü il may ayının 12- dən qüvvədə olan Atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl ataraq 2016-cı iı aprel ayının 1-dən 2-nə keçən gecə yenidən mövqelərimizə hücum etdi.Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.Nəticədə 2 dinc sakin ölmüş,10 nəfər yaralanmış,infrastruktur obyektləri zədələnmiş,evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir. Bu hücumun qarşısının alınması üçün Azərbaycan silahlı qüvvələrinin komandalığı tərəfindən Ağdərə - Tərtər - Ağdam və Xocavənd - Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirləri həyata keçrilmiş, Goranboy rayonunun və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər,Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “ Lələtəpə “ adlandırılan yüksəklik düşməndən azad edilmişdir. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə -Madagöz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin etmişdir.

Məlumata görə hərbi əməliyyatlar zamanı emənilərə məxsus 30 tank, 15- dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, 320 döyüşçü öldürülmüş və 500- dən artıq döyüşçü yaralanmışdır.

Aprelin 5-də 12.00- dan etibarən Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılmışdır.Razılaşma Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı quvvələrinin baş qərargah rəisləri arasında əldə edilmişdir. Azərbaycan Silahlı Quvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirmişdir.

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaradılmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017- ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında “ Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastruktrun tikintisi üçün Azərbaycan Respubilkasının 2017 - ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinə ilkin olaraq 4.0 (dörd) milyon manat ayrılmışdır.

Tarixə “ Dördgünlük müharıbə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.

Bu gün əli silah tuta bilən hər kəs vətən uğrunda döyüşməyə hazırdır.Son döyüşlər bir daha göstərdi ki,ordumuzun potensialı böyükdür.Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir

___________

_________________________

Vətən uğrunda döyüşən, şəhid olan döyüşçülərimizi

tanıyaq və unutmayaq.

1-5 aprel arası döyüşdə həlak olan



ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI

Aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub. 33 yaralının adı bəllidir.

Həlak olanlardan 53 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.

Onlar aşağıdakılardır:

1.Polkovnik -leytenant OrucovRaqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci ildə Ağdam rayonunda anadan olub.

2.Mayor Məmmədov Rasim Əbdül oğlu.Tankçı. Tabur komandiri . Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həlak olub.

3.Mayor Əliyev Elnur Adil oğlu Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən dörüşlərdə qəhrəmancasına şəhid olub.E. Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub.Ailəlidir, iki oğlu var.

4. Mayor Musazadə Təbriz Tariyel oğlu ( Mİ -24 vertolyotunun ekipajı).1981 –ci ildə Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub

5. Mayor Musazadə Urfan Üzeyir oğlu ( M İ -24 vertolyotunun ekipajı). 1978 -ci

ildə anadan olub.Türkiyənin Hava Harp Okulu məzunu.

6. Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983 - cü ildə anadan olub. Gəncədən hərbi xidmətə çağrılb.

7. Baş leytenant Həsənov Ziya Niyaz oğlu. 1989- cu ildə Bərdə rayonunun Lək

kəndində anadan olub.Cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olub.

8.Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu.1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub.Ailənin yeganə oğlu idi. Cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub.

9. Baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu. ( M İ -24 vertolyotunun ekipajı).Kürdəmirdən hərbi xidmətə çağrılıb.

10. Baş leytenant Namazov Elvin Məmməd oğlu. 1991- ci ildə Qazax rayonunun

Yuxarı Salahlı kəndində anadan olub. 10 ay öncə ailə qurub.

11.Zabit Həmidov Orxan ənvər oğlu.Füzuli rayonunun Əhmədalılar kəndindən

hərbi xidmətə çağrılıb.

12.Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992- ci ildə Neftçala rayununun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində həlak olub.

13.Gizir Hümbətov Orxan Kazım oğlu. 1992-ci ildə Şəki rayonun Kiş kəndində anadan olub.

14. Gizir Abdullayev Nurlan Rasim oğlu. 1994-cü idə Zərdab rayonunun Böyük

Dəkkə kəndibdə anadan olub.

15.MAHXQ Əsgərov Nurlan Bayram oğlu. 1996-cı ildə Masallı rayonunun Kalinovka kəndində anadan olub. Aprelin 4- də qoşunların təmas xətdində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. N. Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib.

16. MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 1990- cı ildə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə çəhid olub.

17. MAHXQ Hüseynov Əlvan. Füzuli rayonundan hərbi xidmətə çağrılıb.Füzuli rayonu istiqamətində gedən döyüşlərdə çəhid olub.

18. MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. 1995-ci ildə anadan olub. Hərbi xidmətə Cəbrayıl rayonundan çağrılıb.01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub.

19. MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu. 1989-cu idə anadan olub.Tərtər rayonundan hərbi xidmətə çağrılıb. Evin tək oğlu olub.

20. MAHXQ Qarayev Dilsuz . Kəşviyyatçı .Ağcəbədi rayonu Hindarx kənd sakini. Cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub.

21. Əsgər Nurayev Rəvan İsmayıl oğlu.1997-ci ildə anadan olub. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Ailənin tək övladı idi.

22. Əsgər Kaçayev Samir İzayəddin oğlu.1994- cü ildə anadan olub. 2015- ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağrılıb.

23. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu.1997-ci ildə anadan olub. Əslən Xocalıdandır. Ağdam rayonunun Ballar kəndində dəfn olunub.

24. Əsgər Əlitev Orxan Məhəmməd oğlu.1996-cı ildə anadan olub. Qazax rayonunu Aslanbəyli kəndindən həqiqi hərbi xidmətə çağrılıb.

25. Əsgər Novruzov Ravil Elman oğlu. 1986- cı ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub.

26. Əsgər Muradov Rizvan Telman oğlu. 1996- cı ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb.

27. Əsgər Süleymanov Vüqar Natiq oğlu. 1993- cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.

28. Əsgər Quliyev Səyyar Knyaz oğlu.Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini.Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.

29. Əsgər Məmmədov Murad Vaqif oğlu.Əslən Biləsuvar rayonundan olan Murad Məmmədov 1989- cu ildə Sumqayıt şəhərində anadan olub.

30. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997- ci ildə Ağdaş rayonunun Şəkili kəndində anadan olub.Ö. Cəbrayılov 2017-ci ilin yanvar ayınin 4-də hərbi xidmətə yola salınıb.

31. Əsgər Qasımov Nurlan Cəmil oğlu. 1997- ci ildə Şəmkir rayonunun Tatar kəndində anadan olub. N. Qasımov 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılıb.

32. Əsgər Novruzov Fərahim Nadir oğlu . 1997-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. Aprelin 3-də gecə Fizulidə gedən döyüşlərdə şəhid olub.

33. Əsgər Bağırov Sərxan Azər oğlu. 1997- ci ildə anadan olub. Göygöl rayonu,Alməmmədli kəndində dəfn olunub. Aprelin 2- nə keçən gecə Fizulidə gedən döyüşlərdə şəhid olub.

34. Əsgər Mirzəyev Etimad oğlu. 1996- cı ildə anadan olub. Aprelin 2-dən 3- nə keçən geçə cəbhə bölgəsində gedən döyüşlərdə həlak olub. Yardımlı rayonun Honuba kəndində dəfn olunub.

35. Əsgər Bayramov Sərxan Oktay oğlu . Zaqatala rayonu Qaladüzü sakini . Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

36. Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağrılmış.M. Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

37. Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Tankçı.Biləsuvar rayonundan hərbi xidmətə çağrılıb.

38. Əsgər Qasımov Teymur Mikayıl oğlu.1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuşdur.Tərtər rayonu istiqamətində gedən döyüşlərdə həlak olub.

39. Əsgər Müstəcəbov Orxan Ələsgər oğlu. Qobustan rayonu, Bədəlli kənd sakini

40.Əsgər Hacıağayev Cabbarxan İlham oğlu . Aprelin 4-də Lələtəpə yüksəkliyində şəhid olub.

41. Əsgər Bəğırov Emin İmran oğlu . 1996- cı ildə anadan olub. Bakı şəhəri, Binədədi rayonu.

42. Əsgər İslamov Əlizaman Fərrux oğlu.1997-ci ildəLənkaran rayonunun Cilkənd kəndi.

43.Leytenant Şirinov Sahil Həsrət oğlu.1992-ci ildə Qəbələ rayonunun Bum kəndində anadan olub . S. Şirinov nişanlı imiş, toy mərasiminə hazırlaşırmış.

44. Əsgər Əsgərov Təbriz Hamlet oğlu.Şəmkir rayonu Morul kəndindən.Gədəbəy istiqamətində gedən döyüşlərdə şəhid olub.

45.Əsgər Babayev Emin

46. Əsgər Əzizzadə Xaliq Həsən oğlu.1996-cı ildəŞərur rayonunun Yayçı kəndində anadan olub.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.

Şəhidin nəşinin erməni tərəfində olduğu bildirilir.Şəhid olmamışdan 3 gün öncə övladı dünyaya gəlib.

47.Baş leytenant Novruzov Mirzə Sərvər oğlu.Goranboy rayyonu Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ailəli idi . İki övladı var.

48. Polkovnik Yusifov Vüqar Nürəddin oğlu. 1977- ci ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 3 uşaq atası olub.

49. Əsgər Şirəliyev Kamran Faiq oğlu. Bakı şəhəri Mərdəkan qəsəbəsi . Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

50.Leytenant Orucəliyev Qabil. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Ölümündən əvvəl oğlu olub. Amma Qabil oğlunun nə səsini eşidib , nə də üzünü görüb. Qabil ailənin tək övladı olub, atasız böyüyüb.Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

51. Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu. 1996- cı ildə anadan anadan olub. Əslən Laçın rayonunun Qarakeçdi kəndindəndir. 2016 - cı il aprelin 1-də həqiqi hərbi xidmətini başa vurmağına baxmayaraq döyüşə qatılıb. Ağcəbədi rayonunda dəfn olunub.

52.Bayramov Şülam Bayram oğlu. 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.

53. Gizir Ağayev Rusif İbrahim oğlu. Lənkəran rayonun Hikran qəsəbəsində anadan olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq hərbi xidmətini davam etdirmişdir. İki övladı var. Goranboyun Tapqaraqoyunlu kəndi

Istiqamətində gedən döyüşlərdə şəhid olub.

54. Kapitan Bayramov Vaqif Dilqəm oğlu. 1979- cu idə Naftalan Rayonunda anadan olub. Talış ətrafı atışmada şəhid olduğu bildirilir( digər mənbəyə görə itkin düşüb .Bu istiqamətdə məlumat araşdırılır)

55. Gizir Musayev Səbuhi Rəfail oğlu.1987-ci ildə Bərdə rayonu Mustafağalı kəndində anadan olmuşdur.

56. Əsgər Baxışov Seymur Qulam oğlu. Sumqayıtda anadan olmuşdur.

57. Əsgər Əliyev İnqilab cəbhədə gedən döyüşlərdə şəhid olub.

58. Əsgər Hüseynov Araz Ələkbər oğlu .1991-ci ildə Beyləqan rayonu ikinci Şahsevən kəndində anadan olmuşdur.Aprelin 4-dəFüzuli istiqamətində

döyüşdə şəhid olub.

59. Əsgər Qurbanov Tural Gülşad oğlu. Kürdəmir rayonundan. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub .

60. MAHXQ Hüseynov Ayaz Ələkbər oğlu. 1991-ci ildə Beyləqan rayonu ikinci

Şahsevən kəndində anadan olub. Füzuli istiqamətində gedən dörüşlərdə şəhid olub

61. Gizir Cəfərov Mirsalam Təvəkgül oğlu. 1994-cü ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub.

62. Əsgər Quliyev Mahir Qədir oğlu. 1993-cü ildə anadan olub. Əslən Naxçıvandandır. Azərbaycan Texniki Universitetinin məzunu olub.Seysulan kəndində aparılan əməliyyatlar zamanı şəhid olub.

63. Əsgər Nağıyev Cavid . Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

64. Əsgər Alıyev Vüsal İlham oğlu. Şəmkir rayonunun Kür qəsəbəsindən.

65. Baş leytenant Dədəkişiyeb Cavid Gülbala oğlu.1989- cu ildə İmişli rayonunun Qaralar kəndində anadan olub. Cənazəsinin əldə olunması hələ də mümkün olmayıb.

66. Mayor İmanov Samit Gülağa oğlu. 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Şəhid zabitin iki övladı var.

67. Əsgər Zəkərayev Nazim Nadir oğlu. 1997-ci ildə Şamaxıda anadan olub.2015-ci ilin oktyabrında Şamaxıdan həqiqi hərbi xidmətə çağrılıb.

68. Əsgər Səmədov Elşən Səlim oğlu. 1997- ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2015-ci ildə hərbi xidmətə çağrılıb.

69. Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu.1993-cü ildə Sumqayıtda anadan olub. Tərtər istiqamətində gedən döyüşlərdə çəhid olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan şöbəsinin həkimləri qarşılıqlı razılaşma yolu ilə şəhidimizin cənazəsini geri alıblar.

70. Əsgər Vahabov Mikayıl Yaqub oğlu.1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub.

71. Əsgər Niftalıyev Rəşad Şakir oğlu. Əslən Zəngilanlı olan Bakı sakini . Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

72. Əsgər Osmanov Yalçın Namiq oğlu.1997- ci ildə Qusar rayonunun Qazmalar kəndində anadan olub. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

73. MAHXQ Adilzadə Adil Kamran oğlu.1993- cü ildə Minğəçevir şəhərində anadan olub. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

74. Əsgər Mirzəyev Elvin Azadxan oğlu. 1994- cü ildə Xaçmaz rayonunuda anadan olub.

75.Zabit Bəhruz Zeynalov. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

76. Əsgər Bağırzadə Firdovsi Eliş oğlu.1996-cı ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub.

77. Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu. Qusar rayon Cağar- Qışlaq kəndindən.

78. Əsgər Mirzəyev Mahir Sabir oğlu. 1994-cü ildə Bakı şəhəri, Pirşağı qəsəbəsində anadan olub. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

79. Əsgər İbrahimov Mahmud Azər oğlu.1997- ci ildə anadan olub. Əslən Cəbrayıl rayonundan. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

80. Əsgər Dəmirli Altun Fərman oğlu.1997-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olub.

81.Qurbanli Fəxrəddin Seyfəddin öğlu.1994-cü ildə Bakı şəhərinin Binəqədi qəsəbəsində anadan olub.

82. Əsgər Dadaşov Tural Sabir oğlu.1993-cü ildə Xaçmaz rayonunda anadan olub. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

83. Əsgər Nəsirov Röyal İmran oğlu .1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub.Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.

84. Gizir Hüseynov Bəxtiyar Rəfael oğlu.1995- ci ildə Goranboy rayonunun

Qızılhacılı kəndində anadan olub.Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

85.Gizir Abidov Babək Vəfadar oğlu.1993- cü ildə Şabran rayonunun Zeyvə kəndində anadan olub.

86.Kapitan Orucov Mühid Qurban oğlu.1985-ci ildə anadan olub .Qazax rayonunun Fərəhli kəndində anadan olub.5 yaşlı 2 əkiz övladı var.

87.Gizir Cavadzadə Şahn Yaşar oğlu . 1994-cü ildə Beyləqan rayonunun Şestoy kəndində anadan olub.

88. MAHXQ Qasımov Teymur Sabir oğlu. 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. 2012 –ci ildə hərbi xidmətə yola salınıb və sonradan MAHXQ kimi fəaliyyətini davam etdirib.

89. MAHXQ Fərəczadə Toğrul Habil oğlu. 1993 - cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub. 2012 - ci ildə hərbi xidmətə yola salınıb və sonradan MAHXQ kimi fəaliyyətini davam etdirib.

90.Polkovnik –leytenant Mirzəyev Murad Telman oğlu. Xüsusi təyinatlı Qüvvələrin hərbiçisi. 1976- cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

91. Əsgər Sərxan Salmanov. Naftalan şəhərindən.

92. Əsgər Teymurov Pəncəli Nurməmmədoğlu . Astara rayonu Ezarud kəndindən.

93. Əsgər İsgəndərov Elnur İsgəndər oğlu. 1989 - cu ildə Şəki rayonunda anadan olub.

Yaralananlar:

1.Əsgər Orxan Cavadov Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb

2.Baş leytenant Azəe Məmmədov Tərtərd istiqamətində gedən döyüşlərdə yaralanıb

3. Əsgər Qəhrəman Qəhrəmanov çox saylı qəlpə yaraları alıb

4. Əsgər Allahverdiyev Pərvin Vahid oğlu ağır yaralı

5. Əsgər Üzeyir Tərtərd istiqamətində gedən döyüşlərdə yaralanıb

6. Əsgər Həsənov Ardın Natiq oğlu

7. Əsgər Quliyev Mansur Seysulan kəndi uğrunda gedən döyüşlərdə anadan

Olub

8. MAHXQ Qardaşxan Adıgözəlov

9. Əsgər Məmmədov Elçin Ataxan oğlu Tərtər istiqamətində gedən döyüşlərdə

yaralanıb

10. Əsgər Emin Əliyev .Kəşfiyyat zamanı minaya düşərək eşitmə danışma qabiliyyətini itirib

11. Baş leytenant Mehdizadə Səbuhi.Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanıb

12. Əsgər Quliyev Vaqif . Ayaöından yaralanıb

13.Kapitan Məmmədov Hikmət Atdın oğlu. Düşmənlə təmas xəttində gedən döyüşlərdə mina partlayış nəticəsində baş , bədən və ayaq nahiyəsindən qəlpə yarası alıb.

14. MAHXQ Həsənov Təyyar Ələmdar oğlu.Hər iki ayağından güllə yarası alıb.

15. Əsgər Məmmədov Kamus Ramiz oğlu.Astara rayon Təngərüd kənd sakini.Tərtər istiqamətində gedən döyüşlərdə başından yaralanıb.

16.Zabit (ad dəqiqləşdirilir) Aprelin ikisində Tərtərdə gedən atışmada ayağından və çiynindən ağır yaralanıb.

17. Əsgər Qasımov Fərid. Lerik rayonundan .Xüsusi əməliyyatda iştirak edərək ağır yaralanıb.

18. MAHXQ Əliyev Afiyəddin Nazim oğlu.Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.

19. Əsgər Tehran( soyadı dəqiqləşdirilir).Bakı şəhəri Əmircan qəsəbəsi.

20. Kapitan Savalanov Nəcməddin Akif oğlu. Ayağından və Çiynindən ağır yaralanıb.

21. Əsgər İlham Məmmədov.Xüsusi təyinatlı.

22. Əsgər Həmzətov Asiman Müqəddəs oğlu.Zakatala rayonu Maxax kəndindən. Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.

23. Əsgər Allahyar ( soyadı dəqiqləşdirilir ).Naxçıvandan. Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.

24. Gizir Abdullayev Məhərrəm İlham oğlu. Ağıstafa rayonundan .Füzuli istiqamətində gedən döyüşlərdə tankları minaya düşüb. Eşitmə və danışıq qabiliyyətini itirib

25.Polkovnik VəlişovQadir Saday oğlu.Talış kəndi uğrunda gedən döyüşlərdə snayperdən açılan 2 atəş zamanı yaralanıb.

26. MAHXQ Cavadov Razi Vidadi oğlu Goranboy rayonu Balakürd kəndindən. Aprelin 6-da Talış kəndi ətrafındakı yüksəklikdə döyüş zamanı düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanıb.

27. Kapitan Rəsulov Arif . Aprelin 5-də yaralanıb.

28. Əsgər Qarayev Rizvan cəbhə bölgəsində gedən döyüşlərdə minaya düşərək sol ayağını itirib.

29. Əsgər Paşazadə Vüsal Ədalət oğlu.Döyüşlərdə yaralanıb.

30 .Zabit Quliyev Elnur.Salyan rayonundan. Minalanmış sahədən keçərkən qolundan yaralanıb.

31. Əsgər Hacıyev Üzeyir Hacı oğlu .Füzuli rayonu Kərimbəyli kəndindən. Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanıb.

32. Əsgər Hüseynov Bəhruz. Salyan rayon Noxudlu kəndindən.Ayaqlarından yaralanıb.

33. Baş leytenant Əşrəfov Ağabba oğlu.Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.

___________

_____________________________

2016- cı il aprelin 19- da Azərbaycan Respublikasının Prezidentinin müvafiq

sərəncamları ilə yüksək fəxri ada,orden və medallara layiq görünənlər

“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi

haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə aşağıdakı şəxslərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:

polkovnik-leytenant Həmidov Şükür Nəriman oğlu

polkovnik-leytenant Mirzəyev Murad Telman oğlu (ölümündən sonra) mayor İmanov Samid Gülağa oğlu (ölümündən sonra).

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2016-cı il №1966

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının

təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları təltif edilsin:

Azərbaycan Bayrağı” ordeni ilə

Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

Sadıkov Nəcməddin Hüseyn oğlu –general-polkovnik

Hüseynov Zahid İbrahim oğlu - general-mayor

Musazadə Təbriz Taryel oğlu - mayor (ölümündən sonra)

Vəlizadə Urfan Üzeyir oğlu - mayor (ölümündən sonra)

İsmayılov Əbu Bəkr Vüqar oğlu - baş leytenant (ölümündən sonra)

Misirxanov Tahir İman oğlu - kiçik çavuş



2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Həşimov Polad İsrayıl oğlu - polkovnik



3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Yusifov Vüqar Nurəddin oğlu - polkovnik (ölümündən sonra)

Əliyev Elnur Adil oğlu - mayor (ölümündən sonra)

Bağıyev Mirdamət Səristan oğlu – kapitan

Orucov Seyran Zahir oğlu - kapitan

Vətən uğrunda” medalı ilə

Əliyev Rasim Məmmədəli oğlu - general-mayor

Babayev Famil Əlikərəm oğlu - tibb xidməti polkovniki

Babayev Nemət Balabəy oğlu - polkovnik

Əliyev Elsevər Sərhəd oğlu - polkovnik

Əliyev Rəhim Əhməd oğlu - polkovnik

Abduləzimov Vüqar Allahverən oğlu - polkovnik-leytenant

Ağasiyev Ruslan Dünyaməddin oğlu - polkovnik-leytenant

Babayev Anar Qüdrət oğlu - polkovnik-leytenant

Əbliyev Elnur Baxşəli oğlu - polkovnik-leytenant

Əmirov Əbil Durasan oğlu - polkovnik-leytenant

Mövlanov Tərlan Bəydəmir oğlu - polkovnik-leytenant

Qarayev Elşən Nüsrət oğlu - polkovnik-leytenant

Quliyev Vilayət Bərxuda oğlu - polkovnik-leytenant

Məmmədov Rasim Əbdül oğlu - mayor (ölümündən sonra)

İskəndərov Elnur İskəndər oğlu - baş leytenant (ölümündən

sonra)


Namazov Elvin Məmməd oğlu - baş leytenant (ölümündən

sonra)


Novruzov Mirzə Səlvər oğlu - baş leytenant (ölümündən sonra)

Teymurov Pəncəli Nurməmməd oğlu - gizir (ölümündən sonra)

Orucov Müşfıq Arif oğlu - əsgər (ölümündən sonra)

İgidliyə görə” medalı ilə

Əliverdiyev Vüqar Əfqan oğlu - polkovnik

Həsənov Yaşar Əmirxan oğlu - polkovnik

Məmmədov Vüqar Seyidbala oğlu - polkovnik

Orucov Bəkir Şirin oğlu - polkovnik

Sultanov Ağamir Əzizxan oğlu - polkovnik

Ələkbərov Fuad Zabit oğlu - polkovnik-leytenant

Həbibullahov Seymur Musa oğlu - polkovnik-leytenant

Məmmədov Nemət Quzuçu oğlu - polkovnik-leytenant

Orucov Raquf İbrahim oğlu - polkovnik-leytenant (ölümündən

sonra)


Seyidov Kənan Əlihüseyn oğlu - polkovnik-leytenant

Şıxəliyev Nəsimi Yarməmməd oğlu – mayor

Həsənov Emin Ələkbər oğlu - kapitan

İsrafılov Rəşad Rasim oğlu - kapitan

Orucov Mühüd Qurban oğlu - kapitan (ölümündən sonra)

Quliyev İnqilab Çingiz oğlu - kapitan (ölümündən sonra)

Savalanov Nəcməddin Akif oğlu - kapitan

Ələkbərov Zaur Qasım oğlu - baş leytenant

Mehdiyev Rəşid Rövşən oğlu - baş leytenant (ölümündən sonra)

Şükürov Rəşad Güləli oğlu - baş leytenant

Abdullayev Əmrah Mehman oğlu – leytenant

Məmmədli Cəlal Səyyaf oğlu - leytenant

Rzayev Zülfü Zeyni oğlu – leytenant

Mehdiyev Paşa Etibar oğlu - baş gizir

Cəfərov Mirsalam Təvəkgül oğlu - gizir (ölümündən sonra)

İsgəndərov Nicat Bəhruz oğlu - gizir (ölümündən sonra)

Təhməzov Samir Nizami oğlu - gizir

Əliyev Teymur Mütəllim oğlu - çavuş

İmanov Tağı Məhərrəm oğlu - çavuş

Quliyev Emin Bayram oğlu – çavuş

Əlizadə Qüdrət Təyyar oğlu - kiçik çavuş

Həmidov Orxan İbrahim oğlu - kiçik çavuş (ölümündən sonra) Qəhrəmanov Ruhin Əşrəf oğlu - kiçik çavuş (ölümündən sonra)

Musayev Səbuhi Rəfael oğlu - kiçik çavuş (ölümündən sonra)

Nəsirov İlyas Arzuman oğlu - kiçik çavuş

Hüseynov Əlvan Qafar oğlu - baş əsgər (ölümündən sonra)

Əhmədov Nicad Usub oğlu - əsgər

Əliyev Asim Mehman oğlu - əsgər

Kaçayev Samir Zirafəddin oğlu - əsgər (ölümündən sonra)

Qəhrəmanov Qəhrəman Əşrəf oğlu - əsgər

Quluyev Azad Maşallah oğlu - əsgər

Mehralıyev Sarvan Natiq oğlu - əsgər (ölümündən sonra)

Məmmədov İlham İsaq oğlu - əsgər

Paşazadə Vüsal Ədalət oğlu - əsgər

Hərbi xidmətlərə görə” medalı ilə

Tahirov Ramiz Firudin oğlu - general-leytenant

Əsgərov Vüqar Feyruz oğlu - polkovnik

Hüseynov Eldəniz Zakir oğlu - polkovnik-leytenant

İsmayılov Hüseyn Möhübbət oğlu - polkovnik-leytenant

Əliyev İlqar Əli oğlu - tibb xidməti polkovnik-leytenantı

Quliyev Subəddin Cəbrayıl oğlu - tibb xidməti polkovnik-leytenantı

Məmmədov Xəyal Tofıq oğlu - tibb xidməti polkovnik-leytenantı

Ədilov Mehman Əlövsət oğlu - mayor

Həsənov Vasif Telman oğlu - mayor

Hüseynov Bəhruz Səməd oğlu - mayor İmanov

İmanov Mahir Kamal oğlu - mayor

Məmmədov Rüfət Yusif oğlu - mayor

Muradov Nahid Paşa oğlu - mayor

Muradov Tofıq İmaməli oğlu - mayor

Paşayev Ravil Zeynəddin oğlu - mayor

Pirəliyev Asif Akif oğlu - mayor

Pirimov Bəhman Salman oğlu - mayor

Sadıqov Muraz Arif oğlu – mayor

Verdiyev Rövşən Alim oğlu - mayor

Kərimov Nadir Lənkəran oğlu - tibb xidməti mayoru

Abbasov Anar Aydın oğlu - kapitan

Əliyev Kamran İldırım oğlu - kapitan

Əliyev Rövşən Ramiz oğlu - kapitan

Hüseynov Elşən Yaşar oğlu - kapitan

Qəribov Sahib Xanlar oğlu - kapitan

Sərkarov Yalçın Qafqaz oğlu - kapitan

Fərzəliyev Bahadur Abbas oğlu - baş leytenant

Musayev Rəşad Tahir oğlu - baş leytenant

Təhməzov Təhmiraz Göyüş oğlu - baş leytenant

Qarayev Nurlan Mahmud oğlu - leytenant

Quliyev Rafıq Carulla oğlu - leytenant

Pircanov Mehdi Pircan oğlu - kiçik leytenant

Abdullazadə Nurlan Rasim oğlu-gizir

Qasımov Emil Xanbaba oğlu - gizir

Məmmədov Etiram İbrahim oğlu - gizir

Remixanov İmran Süleyman oğlu - gizir

Abbasov Ceyhun Natiq oğlu - baş çavuş

Xancanov Zaur Fikrət oğlu - çavuş

Məhərrəmov Sakit Arif oğlu - çavuş

Yunisli Tural Hidayət oğlu - çavuş

Abbasov İlkin Abbas oğlu - kiçik çavuş

Ələkbərov Vüsal Meyxoş oğlu - kiçik çavuş

Rüstəmov Elməddin Kərim oğlu - kiçik çavuş

Şahbazov Ruslan Mahir oğlu - kiçik çavuş

Quliyev Elmir Məmmədalı oğlu - əsgər

Mərdanov Şəmil Omar oğlu - əsgər

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2016-cı il № 1967

Əlavə 3


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına

“general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında

Azərbaycan RespublikasıI Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlü- yünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıda adları göstərilən zabitlərə “general-mayor” ali hərbi rütbəsi verilsin:

Polkovnik Bərxudarov Mais Şükür oğlu

Polkovnik Orucov Bəkir Şirin oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2016-cı il № 1970

Əlavə 4


İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı

kəndinin bərpası ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə- sinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

2.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2017-ci il

Əlavə 5

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan RespublikasıI Prezidentinin Sərəncamı

I Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə- sinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İşğaldanazad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən,ümumiuzunluğu9kmolanavtomobilyolunun tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ciil dövlət büdcəsində dövlət əsaslı vəsaitqoyuluşu(investisiyaxərcləri)üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdətutulmuş vəsaitin 4,3milyon(dördmilyon üçyüzmin) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının MaliyyəNazirliyi bu Sərəncamın1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının NazirlərKabinetibusərəncamdanirəli gələn məsələləri həlletsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2017-ci il

__________________

_______________________________



MƏQALƏLƏR

  • Azərbaycan Milli qəhrəmanı “ adının verilməsi haqqında:Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri,19 aprel 2016-cı il

// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu.-2016.- №4.-S.1353.

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında:Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , Bakı şəhəri, 19 aprel 2016- cı il // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu . -2016.- №4.- S.1354-1357.

  • Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , 10 fevral 2017 - ci il // Azərbaycan.- 2017.-11 fevral.-S.1.

  • İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında : Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , 24 yanvar 2017- ci il // Azərbaycan .- 2017.25 yanvar .- S.1.

  • Azərbaycan Ordusu erməni işğalçılarına sarsıdıcı zərbi endirdi:

Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini düşməndən azad edib // Xalq qəzeti.-2016.- 3 aprel .-S.4

  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev : Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir // Azərbaycan ordusu.-2016.-11 may .- S.1

  • Ağayeva , R. Şəhadətin mübarək, şəhidim! / R. Ağayeva // Əkinçi .- 2016.- 23aprel .- S.23.

  • Səfiyaroğlu , M .Qarabağ bizimdir, bizim olacaq / M. Səfiyaroğlu //Əkinçi.-

2016 .- 28 aprel .- S.3

  • Bağırov , M. Prezidentimizi və hərbiçilərimizi alqışlayırıq /M. Bağırov // Əkinçi.- 2016.- 23 aprel.- S.2

  • Zərdablı şəhid dəfn edildi // Əkinçi .-2016.-23 aprel.- S.2.

  • Kərimov,Ə. Xalqımız və ordumuz işğala son qoyulmasına nail olacaq / Ə. Kərimov // Əkinçi .-2016.- 23 aprel .- S .2.

  • Abdulxalıqov, C. Ehtiyatda olan peşəkar zabit kimi hər an döyüşə hazıriq /C. Abdulxalıqov // Əkinçi .- 2016.- 23aprel .- S.2



  • Baxşəliyev,R. Azərbaycan Ordusu qələbə əzmindədir: cəbhədə ermənilərin törətdikləri təxribatlar Ermənistanın mütləq məğlubiyyətinini daha da tezləşdirir /R. Baxşəliyev // Azərbaycan.-2016.-5 aprel.-S.4

  • Bədəlov,Ə. Diplomatların Cocuq Mərcanlıya səfəri Dağlıq Qarabağ probleminin həllinə beynəlxalq dəstəkdir // Xalq qəzeti.- 2017.-17 fevral.-S.3

  • Cabbarlı , A .Azərbaycan ordusunun aprel dərsləri / A. Cabbarlı // Xalq qəzeti .- 2016.-22 aprel .- S.5.

  • Cəfərli, R. Qarabağ savaşı belə başladı: Qarabağ uğrunda ədalətsiz müharibənin başlanmasından 27 il ötür /R.Cəfərli // Azərbaycan .- 2015.- 22 fevral. -S. 3.

  • Cəfərli , R . Lələtəpə zəfəri böyük qayıdışın təməli oldu : Heydər Əliyevin azad etdiyi Cocuq Mərcanlıya İlham Əliyev həyat bəxş etdi / R. Cəfərli //Azərbaycan .- 2017.- 7 fevral .- S .1-6.

  • Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərar aprel döyüşlərinin real nəticəsidir / Azər.TAC//Azərbaycan.- 2017.- 25 yanvar.- S. 3.

  • Əliyev ,B . Aprel döyüşləri gənc rəssamın yaradıcılığında / B. Əliyev // Azərbaycan ordusu .- 2016.- 13 iyul.- S.8.

  • Faxralı , A. Tarixi unutmuruq, tarix unudulmur / A. Faxralı // Azərbaycan. – 7 dekabr.-S. 6.

  • Qismətoğlu, F. Böyük qələbənin bir addımlığında / F. Qismətoğlu // Ədalət .- 2016.- 6 aprel .- S.3.

  • Məhərrəmov ,V . Aprel xəfəri apreldə qalmayacaq ... Cəbhədən reportaj

/ V.Məhərrəmov //Azərbaycan .-2016.- 17 aprel .- S. 154-164.

  • Məmmədova, N . Qarabağın açılan “düyün”ü / N.Məmmədova // Xalq qəzeti.-2016.- 17 aprel .- S.4.

  • Orucov, Y. Lələtəpə - Ermənistanın unutmamalı olduğu dərs / Y. Orucov

// İki sahil.- 2016.- 28 dekabr.-S.12.

  • Salahov,E. Erməni vandalizmi: dinc əhaliyə vurulan zərbənin xronologiyası / E. Salahov // İki Sahil .-2016.- S.9

  • Tariximizin şanlı səhifəsi - aprel döyüşləri // Olaylar.-2016.-12 dekabr.- S.15

  • Vəliyev , D. Milli Ordunun düşmənə sarsıdıcı zərbəsi böyük qələbəyə qapı açdı / D. Vəliyev // Xalq qəzeti.- 2-16.- 17 aprel.-S.4.

___________

__________________

Vətən bizə oğul dedi !

FOTOLAR - 94 ŞƏHİD



1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar - 93 şəhid

Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

Gizir Abdullayev Nurlan Rasim oğlu

Zərdab rayonu Böyük Dəkkə kəndi

nurlan abdullazadə.jpg

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar 1-5 aprel arası döyüşdə həlak olan şəhidlərimizin tam siyahisi - fotolar

Hazirladı: Metidika və biblioqrafiya şöbəsinin müdiri : G. Qasımova
Yüklə 120,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin