Aghb mətbuat XidmətiMətbuat üçün Məlumat



Yüklə 5,21 Kb.
tarix20.05.2018
ölçüsü5,21 Kb.
#50951

AGHB Mətbuat XidmətiMətbuat üçün Məlumat
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) carı ilin Mart ayının 30 və 31-də Bakıda, İrşad otleinin konfrans zalında İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş 2 günlük təlim keçirmişdir. Təlim iştirakçıları Azərbaycan Respublikası Baş Prokurorluğun, Bakı şəhər Baş Polis İdarəsinin, Sabail, Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Nəsimi, Əzizbəyov, Yasamal,
Suraxanı və Sabunçu rayon polis idarələrinin əməkdaşları, Gənclər Təşkilatları Milli Şurasının və digər QHT üzvlərindən ibarət olmuşdur. Təlimin aparıcıları Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının sədri Asif İsmayılov, AGHB-in Qadın hüquqları və Gender məsələləri
departamentinin rəhbəri Oksana Əzimova olmuşlar.

Tədbiri giriş sözü ilə açan AGHB sədri Ramil İskəndərovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planına əsasən insan alverinə qarşı mübarizə sahəsində əlaqədar dövlət qurumları ilə qeyri-hökümət


təşkilatları (QHT) arasında əməkdaşlığın zəruriliyi qeyd olunmuşdur. Təlimçilər 2 günlük təlim müddətində, insan alverinin fazaları, aldatma və köçürülmə metodları, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq və milli qanunvericilik, istismar növləri, insan alveri qurbanların
müəyyənləşdirilməsi və onlara yardım və digər mövzular üzrə mühazirələr aparmiş, qruplarda praktik məşğələlər və rol oyunları keçirmişlər.

Bu ildən etibarən CRS təşkılatı Cənubi Qafqazda insan alveri ilə bağlı məsələləri həlli üçün dövlət strukturları və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın artırılması layihəsini həyata keçirməkdədir. AGHB bu layihədə Azərbaycan üzrə əsas icraçı partnyor qismində layihəyə cəlb olunmuşdur. Layihənin növbəti mərhələlərində bu cür təlimlər regionlarda da həyata keçiriləcəkdir.




AGHB Mətbuat Xidməti
Yüklə 5,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin