Aliment ödənilməsi barədə sazişin pozulması (dəyişdirilməsi) haqqında



Yüklə 35,5 Kb.
tarix01.01.2022
ölçüsü35,5 Kb.
#104387




nümunə

_____________________________________________

məhkəmənin adı
İddiaçı_________________________________________________

MPM-nin 149.2.2-ci mad. iddiaçı barədə göstərilən məlumatlar


Cavabdeh_____________________________________________

MPM-nin 149.2.2-ci mad. cavabdeh barədə göstərilən məlumatlar


İddianın qiyməti____________________________________________

(məbləğ manatla,əgər iddia qiymətləndirilməlidirsə)



Aliment ödənilməsi barədə sazişin

pozulması (dəyişdirilməsi) haqqında

İDDİA ƏRİZƏSİ

“_____”___________20__ci ildə mən,______________________(S.A.A) cavabdeh____________________(S.A.A)

ilə alimentin miqdarı, ödənilmə qaydası və şərtləri müəyyən edən aliment ödənilməsi barədə saziş bağlamışdıq.Alimentin ödənilməsi barədə saziş “_____”___________20__ci il tarixdə notariat qaydasında №___ilə təsdiq olunmuşdur.

Bununla ələqədar olaraq_________________________________________________________________________



___________________(məhkəmə tərəfindən alimentin ödənilməsi barədə sazişin pozulması (dəyişdirilməsi) üçün əsaslar gətirmək.Buna AR MM-də göstərilən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi (AR MM-si 421 mad.) əsaslarını,həmçinin AR Ailə Məcəlləsində tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin və pozulması (dəyişdirilməsi) üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik olması hallarını (95-ci mad) aid etmək olar ).

Göstərilən faktlar aşağıdakı sübutlarla təsdiq olunur:___________________________(sübutları gətirmək, həmçinin maddi və ailə vəziyyətində əhəmiyyətli şəkildə dəyişiklik olması barədə- arayışlar;gəlir haqqında,icra sənədi ilə tutulmanın mövcudluğu ,himayədə olan şəxslər barədə ,yaşayış və ailə tərkibi haqqında arayışlar (iddiaçı və cavabdreh üçün)və s.)

Aliment ödənilməsi barədə sazişin pozulması (dəyişilməsi) üçün mənimlə cavabdeh arasında razılıq əldə etmək mümkün olmamışdır (görülmüş tədbirləri əsaslandırmaq: aliment ödənilməsi barədə sazişin pozulması (dəyişilməsi) üçün cavabdehə olunmuş təklifin sifarişli məktubla göndərilməsi barədə qəbzlə təsdiq etmək və yaxud rədd cavabı alınması barədə və ya təklifdə göstərilmiş vaxtında cavabın alınmamsı,30 gün müddətində cavabın olmamsı ilə təsdiq etmək və s.)

Tərəfimdən cavabdehə aliment ödənilməsi barədə sazişin (dəyişilməsi) və pozulması üçün etdiyim təkliflər barədə sənədləri əlavə edirəm.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin ____ maddəsinə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin______maddəsinə əsasən,

xahiş edirəm:
1.Mənimlə cavabdeh arasında bağlanmış alimentin ödənilməsi barədə sazişi (təqdim olunmuş mətn üzrə dəyişəsiniz) pozasınız.


Qoşma:
1. Alimentin ödənilməsi barədə saziş _____ vərəqə

2. İddiaçının cavabdehə alimentin ödənilməsi barədə sazişin (dəyişilməsi) və pozulması üçün etdiyi müraciətin təsdiqi,həmçinin cavabdehin etirazı (əgər həmin etiraz yazılı surətdə alınmışdırsa) ____vərəqə

3.Aliment ödənilməsi barədə sazişin (dəyişilməsi) və pozulması üçün əsas yaradan sənədlər___ vərəqə

4. Aliment ödənilməsi barədə sazişin dəyişilməsi mətni (əgər bu barədə iddia verilmişdirsə)___ vərəqə

5.Nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə (əgər iddia ərizəsi nümayəndə tərfindən verilmişdirsə)____vərəqə

6.Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd_____vərəqə



7.İddia ərizəsinin surəti.
Ərizənin verilmə tarixi “____”_________20__ci il
İddiaçının imzası
Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin